1. SAÇ Miss Hanna Hüsni xanımın saçlarını kəsdi, dəstə ilə yerə qoydu (M.S.Ordubadi); BİRÇƏK Əliqulu çəpərdən bir taxta qopardıb Sülüyə qolazladı və sonra birçəyindən tutub, qapaz döşədi (Çəmənzəminli); HÖRÜK [Vahid:] Gərək məndən çəkinməyəsən, mənə mehriban olasan. Yoxsa kəlağayıma dəymə, hörüyümə əl vurma, yaxınıma gəlmə!.. (M.İbrahimov); MUY (kl.əd.) Məktəblilər içrə deyil az söhbəti-ruyin; Keyfiyyəti-muyin (M.Ə.Sabir); ZÜLF Deyim gözləri süzgün; Zülfü pərişan kimi (M.Rahim).
2. saç bax tük