Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gövhər Qazıyeva
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada Nəcib Qızlar İnstitutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Gülarə Qazıyeva
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Nəzakət Qazıyeva
Qazıyeva Nəzakət — aktrisa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejisorluğu" kafedrasının professoru. == Həyatı == Nəzakət Qazıyeva 12 mart 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub, 1960-cı ildə həmin İnstitutun "Kino və teatr aktyoru" ixtisası üzrə xalq artisti, professor Mehdi Məmmədovun kursunu bitirmişdir. 1957-ci ildən 1962-ci ilə qədər Azərbaycan Dövlət Filarmoniyasında aparıcı vəzifəsində çalışmışdır. 1962-ci ildən hal-hazıradək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor-pedaqoq kimi fəaliyyət göstərir. 10 il kafedra müdiri olmuşdur 1984-cü ildə Sankt-Peterburq Teatr, Kino, və Musiqi sənəti İnstitutunda görkəmli rejissor G.Tovstonoqovun rəhbərlik etdiyi rejissorluq kursunu bitirmişdir. 1987-ci ildə Moskva Teatr sənəti İnstitutunda təkmilləşmə kursunu keçmişdir. 46 il pedaqoji fəaliyyəti müddətində böyük yaradıcılıq, elmi və pedaqoji işlərlə məşğul olmuşdur. Dərs dediyi tələbələr hazırda rejissor, aktyor, pedaqoq-rejissor, xalq artistləri, elmlər namizədləri və doktoru, professor, dosent kimi fəaliyyət göstərirlər.N. Qazıyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elmi Şurasının üzvü, Bədii Şuranın sədridir. N.Qazıyevanın pedaqoji fəaliyyəti ilə yanaşı elmi-tədqiqatı işləri, yəni 30-dan çox müxtəlif fakultələrdə tədris olunan rejissorluq və aktyor sənəti üzrə proqrqmlar, elmi-metodiki vəsaitlər, dərs vəsaitləri, dərsliklər yazələb çapdan şıxmışdır.
Rəfiqə Qazıyeva
Qazıyeva Rəfiqə Salam qızı (1939, Bakı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1980-1991)
Sevil Qazıyeva
Sevil Həmzət qızı Qazıyeva (1 iyun 1940, Aşağı Tala, Zaqatala rayonu – 23 sentyabr 1963, Jdanov) — Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Sevil Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini Azərbaycan Tibb İnstitutuna versə də, müsabiqədən keçə bilmir. Elə həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verir. Burada poliqrafiya sənətini öyrənən Sevil Qazıyeva həm də teatr dərnəyində fəaliyyət göstərir. Ehtiyat Əmək Qüvvələrinin Mədəniyyət Evinin üzvü olan Sevil əvvəlcə Süleyman Sani Axundovun "Laçın yuvası" pyesində Pərican, sonra isə Cəfər Cabbarlının "Sevil" pyesində Sevil obrazlarını yüksək səviyyədə canlandırır. Həmin illərdə mətbuatda şeirləri də dərc olunur. 1959-cu ilin dekabrında Sevil qəzetdə bir məqalə oxuyur. Məqalə ilə tanış olan tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə sürücü-mexanik olmağa qərar verir. Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi Sevil Qazıyeva və rəfiqələri Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibinə məktub yazıb Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər.
Xədicə Qazıyeva
Xədicə Bahəddin qızı Qazıyeva (15 fevral 1909, Kazan – 7 iyun 1991) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı == Xədicə Bahəddin qızı Qazıyeva 1909-cu il fevralın 15-də Kazan şəhərində dünyaya göz açıb. Orta təhsilini bu şəhərdə almışdır. 1926-cı ildə Xədicə xanımı Naxçıvana işləməyə göndərirlər. Aktrisanın ilk rolu "Qaçaq Kərəm" pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının "Sevil" pyesində Edilya obrazını, Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində Xumarı oynadı. O, 200-dən çox obrazla qarşılaşmışdır. Xədicə Qazıyeva 1991-ci il iyunun 7-də vəfat edib. Xədicə Qazıyevanın qızı, Azərbaycan SSR xalq artisti Sofiya Hüseynova (1926–2015), nəvələri — xalq artistləri Rafael Dadaşov (1946–2020) və Rövşən Hüseynov da (1954) həyat yollarını sənətə bağlayıblar.
Zəhra Qazıyeva
Qazıyeva Zəhra Kərim qızı (2 may 1912, Naxçıvan – 1989, Bakı) — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). == Həyatı == Zəhra Kərim qızı 1912-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1942-ci ildə ADTİ-ni (hazırkı AZTU-nu) tamamlamışdı. Bərdə rayonunun Kolayır kənd sovetinin Otuzikilər kəndinin tibb məntəqəsində həkim işləmişdir. 1959-cu ildə isə həmin sovetliyin Kolayır kənd xəstəxanasının baş həkimi olmuşdur. 30 illik həkimlik falıyyəti ərxzində Zəhra xanımın təklifi ilə artezian quyuları təşkil edilmiş, yaylaqlarda istirahət məntəqələri açəlmış, yeni xəstəxana tikilmişdir. O, SSRİ Ali Sovetinin (6-cı çağırış) deputatı olmuş, nümunəvi əmək fəliyyətinə görə 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. İstedadlı təşkilatçı-həkim Zəhra xanım iki dəfə Lenin ordeni ilə təltif olunmuşdur. Respublikanın əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı Zəhra Kərim qızı Qaziyeva 1989-cu ildə vəfat etmişdir.
Sevil Qazıyeva (1970)
Sevil Qazıyeva (film, 1970)