Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alışlı (Kəleybər)
Alışlı (fars. عليش لو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Ağışlı (Xoy)
Ağışlı — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Eloğlu kəndistanında, Xoyindən 9 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 673 nəfər yaşayır (129 ailə).
Ağqışla
Ağqışla (türk. Akkışla) — Kayseri ilinin ilçəsi. İlçə, Kayseri şəhər mərkəzindən 80 km məsafədə, şərqdə Pınarbaşı, qərbdən Sarıoğlan, şimaldan Gəmərək və cənubdan Bünyan ilə həmsərhəddir. İlçə mərkəzinin dəniz səviyyəsindən hündürlüyü 1350 m-dir. İlçə ərazisinin 60%-i dağlıq ərazilərdən ibarətdir. Ağqışla sakinləri Orta Asiyadan miqrant kimi gəlmiş və burada məskunlaşmışlar. Qurulma tarixi tam bəlli olmasa da, 1804-cü ildə Quzugüdənli adı ilə mahalın şərqindəki Hınzır dağının ətəklərinə yerləşdilər. Yaşayış məntəqəsi olduqdan sonra ilçə 45 kənddən ibarət olsa da, bu gün kənd 2 qəsəbə və 5 kənddən ibarətdir. Şəhər əhalisinin böyük bir hissəsi əkinçilik və heyvandarlıqla məşğuldur. Yayda tarla, üzümçülük və bağçılıqla, heyvandarlıqla məşğul olan sakinlər məhsuldarlığı artırmaq üçün dağlıq ərazilərə gedir.
Talışlı
Talışlı — Azərbaycan Respublikasının Lənkəran rayonundan 10 km şimal-qərbdə Haftoni qəsəbə inzibati ərazi vahidində yerləşən kənd. == Tarixi == Haftoni və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Ləj, Haftoni, İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905-1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri Hacı İsaya satır. Səksəninci illərin axırına qədər rəsmi adının olmamasına (ərazi Haftoni qəsəbəsinə aid olub) baxmayaraq, yerli camaat arasında kəndin iki adı işlənmişdir; "Karpoviç" və "Hacıkənd". == Coğrafiyası və iqlimi == Talışlı Talış dağlarının ətəyində yerləşir.
Alqışlar, alqışlar... (film, 1985)
Alqışlar, alqışlar... — rejissor Viktor Buturlinin 1984-cü ildə çəkdiyi film. Əsas rolları Lüdmila Qurçenko və Oleq Tabakov ifa edirlər. == Məzmun == Valeriya Qonçorava estrada artistidir. Bir gün əlinə bir ssenari keçir. O, filmdə çəkilmək üçün daima rejissoru izləyir və sonda rejissor onu kinoprob etmək qərarına gəlir. Problarda aktrisanın istedadı üzə çıxdıqca rejissor baş rolun ifaçısını tapdığını zənn edir. Lakin əksinə Valeriya bu problarda başa düşür ki, dramatik rol onluq deyil.
Azqıllı qurdlar
Azqıllı qurdlar (lat. OLigochaeta) — qarın hissəsində az miqdarda nazik və qısa qılcıqları olan qurdları azqıllı qurdlar adlandırırlar. Geniş yayılmış nümayəndəsi soxulcandır. == Ümumi xarakterik məlumat == Böyük əksəriyyəti torpaqda və şirin su hövzələrinin dibində lilli qrunta soxularaq yaşayırlar. 3400-ə qədər növü vardır. O, nəm və çürüntülərlə zəngin torpaqlarda yaşayır. Bu qurdların əksəriyyəti şirin sularda (1000 növ), az bir qismi dənizlərdə (200-dən çox), böyük bir qismi isə torpaqda (qalan növlər) yaşayır. Bəzi oliqoxetlər hətta az duzlu sularda belə yaşayırlar (Lumbriculidae). Lakin evriqalin növləri (Enchytraeus albidus) də vardır ki, onlar həm şirin sularda, həm də dənizdə yaşamaq qabiliyyətinə malikdirlər. Enchytraeidae fəsiləsindən olan polixetlərin suda və quruda yaşayan 400-dən çox növü vardır.
Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirhəşim Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Altılı Masa
Altılı Masa — CHP, İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, DEVA Partiyası və Gələcək Partiyası tərəfindən 12 fevral 2022-ci ildə keçirilən ilk toplantıda qurulan siyasi birlik. İYİ İYİ Partiyanın Baş katibi Uğur Poyraz, Millət Alyansının seçki prosesi zamanı ittifaq olduğunu, seçki prosesi geridə qaldıqdan sonra isə işbirliyinə çevrildiyini açıqladı. Altılı masa Milli İttifaqdan ayrı müstəqil bir qurumdu. 26 yanvar 2023-cü ildə Altılı masa 11-ci iclasından sonra ilk dəfə olaraq özünü "Millət İttifaqı" olaraq elan etdi. Millət İttifaqı 30 yanvar 2023-cü ildə Ankarada Ortaq Siyasət Anlaşma Memorandumunu ictimaiyyətlə paylaşdı. == Gücləndirilişmiş parlament sistemi == Siyasi partiyaların altı masalı üzvləri 2022-ci il fevralın 28-də gücləndirilmiş parlament sisteminə keçidlə bağlı bəyannamə yayaraq anlaşma memorandumu imzalayıblar. Memorandumun mətnində seçki baryerinin 3%-ə endirilməsi, ən azı 1% səs toplayan partiyalara xəzinədarlıq yardımı, çanta hüquq praktikasına son qoyulması, prezidentin veto hüququnun götürülməsi və səlahiyyət müddətinin uzadılması 7 il təhsil kurikulumunda hökumətə, hökümətə etimadsızlıq sualı vermək səlahiyyətini tanımaq, tədrisə gender bərabərliyi kurslarının əlavə edilməsi kimi vədlər vardır.
Alçılı (Qars)
Alçılı — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 248 nəfərdir (2022).
Alqisid
Algisidlər — arzu olunmayan alqofloranı məhv etmək, həmçinin suyun "çiçəkləməsi" ilə mübarizə məqsədilə işlədilən kimyəvi maddələr. Algisidlər kimi çox vaxt mis-sulfat, ammiakat-mis və istehsalat sidik cövhərindən (diuron, majuron və s.) istifadə edilir.
Alxaslı
Alxaslı — Azərbaycan Respublikasının Laçın rayonu Alxaslı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Qazax sultanlığından köçmüş ailələr salmışlar. Kəndin bünövrəsini onlardan Alxas adlı bir şəxs qoymudur. Kənddəki binnətalılar, əhmədxanlı, hüseynler və şalıxlı nəsilləri özlərini Alxasın törəmələri sayırlar. Etnooykonimdir. 1933-cü ildə Kəlbəcər raynunda Alxaslı, Göyçay raynunda isə Birinci və İkinci Alxasava (Alxasoba) adlı yaşayış məntəqələri qeydə alınmışdır. Alxaslı sözünün leksik anlamı haqqında izahat belədir ki, "Alxas" sözündəki "al" komponenti sifətin çoxaltma dərəcəsi kimi çıxış edir. Al-qırmızı, al-əlvan, al-qan sözlərində ki, "al" hissələri ilə eyni mənanı daşıyır. "Xas" komponenti isə sözün köküdür. Bu hissənin anlamına gəlincə, "xas" ümumtürk mənşəli söz olub anlamı "yüksək, uca" deməkdir.
Argişti
Argişti — ad. I Argişti — Urartu çarı. II Argişti — Urartu hökmdarı.
Hacı Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirhaşım Talışlı Müsafir
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Alqış Həsənoğlu
Alqış Həsən oğlu Musayev (1969, Nüvədi, Meğri rayonu) — filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb. 1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Evlidir, iki oğlu, bir qızı var.[mənbə göstərin] == Siyasi-ictimai fəaliyyəti == 1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997–2008-ci illərdə bu qəzetin baş redaktoru olub. 2021-ci ildə yenidən həmin qəzetin baş redaktoru təyin olunmuşdur. Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib. I, II, III qurultaylarda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib.
Alqış Musayev
Alqış Həsən oğlu Musayev (1969, Nüvədi, Meğri rayonu) — filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb. 1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Evlidir, iki oğlu, bir qızı var.[mənbə göstərin] == Siyasi-ictimai fəaliyyəti == 1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997–2008-ci illərdə bu qəzetin baş redaktoru olub. 2021-ci ildə yenidən həmin qəzetin baş redaktoru təyin olunmuşdur. Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib. I, II, III qurultaylarda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib.
Alılı (Marağa)
Alılı (fars. اللو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (5 ailə).
Mir Həsən xan Talışlı
Mir Həsən xan Mir Mustafa xan oğlu Talışlı (1784, Lənkəran – 12 iyul 1832, Tehran) — Talış xanlığının (1812–1826) xanı. == Həyatı == Bu tarixi şəxsiyyətə İran və Rus tarixçiləri müxtəlif damğalar vurublar. Çünkü Mir Həsən Xanın adı Iran və Rus müstəmləkələrində Azadlıq simvoluna çevrilmişdi. Sözsüz ki, imperiya ideoloqları Mir Həsən Xanın uğurlu hərbi yürüşləri, xüsusi ile onun süvari dəstələrinin zəfərləri haqqında müsbət fikir deməzdiler. Yadelli işğalçılara qarşı vuruşmalarda ad-san qazanan Mir Həsən Xanın sərkərdə məharəti haqqında rus tarixçisi, akademik B. A. Dorn yazır: "1832-ci ildə son Talış xanlarından Mir Mustafa xanın oğullarından biri olan Mir Həsən xan öldü. Ruslara qarşı vuruşmalarda ləqəb kimi o "Döyüşçülərin ən öncülü" adını qazanmışdı." İranlılar isə döyüş vaxtı öz xanlarına deyirdilər: "Sərkərdə, Mir Həsən xan kimi olar". Mir Həsən xanın döyüşlərini öz gözləri ilə görən, həm də onun mirzəsi olan 19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu özunün "Əxbarnamə" əsərində yazır: "Şir ovlayan Mir Həsən Xan kimi dünyada hələ belə bir oğul doğulmayıb, bundan sonra da doğulmayacaqdır." Mir Həsən Xan atasının vəfatından sonra, 1814-cü ilin avqust ayında Rusiya tərəfindən Talışa Xan təyin olunur. 1821-ci ildə Çar Aleksandr tərəfindən ona polkovnik hərbi rütbəsi verilir. Bu haqda o dövrün tarixçilərindən olan Seyidəli Kazım bəy oğlu öz "Cəvahirnameyi-Lənkəran" əsərində yazır: "Mir Mustafa xanın ölümündən sonra əlahəzrət Rus imperatorluğunun rəhbərləri Talış hökumətinin idarəçiliyini Mir Həsən xana həvalə etdilər. Ona polkovnik rütbəsi verdilər…..
Mir Mustafa xan Talışlı
Mir Mustafa xan Talışlı (1747, Lənkəran – 7 avqust 1814 və ya 1814, Lənkəran) — Talış xanı (1786-1814). == Həyatı == Mir Mustafa xan Talış xanı Qara xanın oğlu idi və onun vəfatından sonra Lənkəran diyarının xanı olmuşdur. O 1747–ci ildə Lənkəranda anadan olmuşdur. Onun hakimiyyəti dövründə Talış xanlığı xeyli genişlənmiş və möhkəmlənmişdir. Mir Mustafa xan xarici siyasətdə Rusiyaya meylli idi. Bir neçə dəfə Sankt-Peterburqa səfir göndərmişdi. İran şahlığı Lənkəranı özünə tabe etmək üçün bir neçə dəfə hücum etmiş, lakin hər dəfə məğlubiyyətə düçar olmuşdu. Dövrün bir çox tarixçiləri, salnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış xanlığını idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir sərkərdə və siyasətçi kimi xaraktərizə etmişlər. Onun hakimiyyəti dövründə Lənkərana 3 dəfə (Ağa Məhəmməd şah Qacar və Fətəli şah Qacar) hücum etmişlər. Onun Rusiayaya göndərdiyi səfir Əsadulla bəy Talışlı 1796-cı il mart ayının 12-də II Yekaterinanın qəbulunda olmuş və dostluq məktubunu ona çatdırmışdır.
Arqişti Kərəmyan
Arqişti Elbəyi Kərəmyan (Erm: Արգիշտի Էլբեկի Քյարամյան, Arqişti Elbeki Kyaramyan; 22 may 1991, Eranos, Aşağı Qaranlıq rayonu) — Ermənistan Milli Təhlükəsizlik Ximdətinin sabiq direktoru. == Həyatı == 2009–2011-ci illərdə hərbi xidmət olan Arqişti Kərəmyan, 2013-cü ildə İrəvan Dövlət Universitetinin hüquq fakultəsindən məzun olmuş, həmin ildən etibarən polis orqanlarında, 2014-cü ildən etibarən isə Ermənistan Respublikası İstintaq komitəsində müstəntiq olaraq fəaliyyət göstərmişdir. 2015-ci ildə Ermənistan Respublikasının Hüquq akademiyasında prokurorluq kurslarında iştirak etmiş, 2016-cı ildə İrəvan Dövlət Universitetində hüquq üzrə magistratura təhsilini tamamlamışdır. 2016-cı ildən 2018-ci ilə qədər Şirak rayonunda, daha sonra isə İrəvan şəhərində prokuror kimi fəaliyyət göstərmişdir. 2018-ci ilin iyun ayından etibarən müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış, 2020-ci ilin may ayında MTX-nın rəhbərliyinə gətirilmiş və 2020-ci ilin iyun ayında isə MTX-nin direktoru kimi təsdiqlənmişdir. A.Kərəmyan Ermənistanla Azərbaycan arasında yaşanan II Qarabağ Müharibəsinin gedişində (8 oktyabr 2020) MTX direktoru vəzifəsindən azad edilmişdir. O, 24 dekabr 2020-ci il tarixində Ermənistan İstintaq Komitəsinin sədr müavini təyin olunmuşdur. Evlidir, 2 övladı var.
Aytəkin Alxaslı
Aytəkin Kamil qızı Alxaslı (Kiçik Dəhnə) — Azad Azərbaycan Şirkətlər qrupunun şimal bölgəsi üzrə xüsusi müxbiri == Həyatı == Aytəkin Alxaslı Şəki rayonunun Kiçik Dəhnə kəndində, filologiya elmləri namizədi, qabaqcıl müəllim Kamil Alxasovun ailəsində dünyaya gəlib. Elə orta məktəbi də həmin kənddə bitirib. 1987-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Qusar rayonunda 3 dildə — rus, ləzgi və Azərbaycan dillərində çıxan "Qusar" qəzetinə göndərilib. ANS TV-yə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləyib. Hələ orta məktəbdə oxuduğu vaxtdan rayonun yerli qəzeti olan "Şəki fəhləsi" və bir sıra mərkəzi qəzet və jurnallarda – "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Sovet kəndi" qəzetlərində, "Pioner", "Azərbaycan qadını", "Kənd həyati", "Təşviqatçı", "Azərbaycan təbiəti" jurnallarında müxtəlif yazılarla çıxış edib. ANS-in Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayonları üzrə xüsusi müxbiri işləyib. Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibətilə “100 illik” medalı ilə təltif olunub. 2020-ci ildə Tərqqi medalı ilə təltif olunub. == İstinadlar == == Xarici keçidlər == "ANS-dən sonra heç yerə getmədim" — Aytəkin Alxaslı niyə ailə qurmayıb?
Bağışlı (Xudafərin)
Bağışlı (fars. باغشلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (6 ailə).
II Argişti
II Argişti — Urartu hökmdarı (e.ə. 714-685-ci illər). I Rusanın oğlu. == II Argiştinin hakimiyyəti == Assuriya ilə munaqişələr Urartunun siyasi dairəsini xeyli məhdudlaşdırırdı. II Argişti (e.ə. 714-685-ci illər) dövründə Urartu qonşu ölkələrdə siyasi mövqeyini itirmişdi və daha çox ölkənin daxili işləriylə məşğul idi. II Argişti ölkədə tikinti işlərinə diqqət yetirirdi. O, yəqin ki, ölkədə oxatma yarışları təşkil edirdi. Özü də mahir oxatan imiş. Bu haqda müvafiq abidə məlumat verir.
I Argişti
I Argişti (təq. e.ə. 827 və ya bilinmir – təq. e.ə. 764) — Urartu çarı (E.ə VIII əsrin I yarısı). ARGİŞTİ I - Urartu çarı [təqr. e.ə. 781-760], Menuanın oğlu. Hakimiyyəti illərində Urartu Yaxın Şərqin qüdrətli dövlətinə çevrilmişdi. I Argiştinin 68 kitabəsi məlumdur; Aşşur yazılarında da adı çəkilir.
Rəvan Alxaslı
Rəvan Cəmil oğlu Alxaslı (1 yanvar 1996; Rəhimli, Ağsu rayonu, Azərbaycan — 9 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Rəvan Alxaslı 1 yanvar 1996-cı ildə Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətində 2016-cı ilin 1-5 aprel tarixində Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === 2020-ci ilin iyul ayında səfərbər olunan Rəvan Alxaslı 21 sentyabr tarixindən hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rəvan Alxaslı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Bir çox hərbi əməliyyatlarda və döyüşlərdə vuruşmuşdur. 9 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Alxaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xalkisli Aristobul
Xalkisli Aristobul (q.yun. Ἀριστόβουλος; I əsr – 92) — Kiçik Ermənistan çarı. == Həyatı == Aristobul Xalkisli İrodun oğlu idi. 54-cü və ya 55-ci ildə Roma imperatoru Neron Aristobulu Kiçik Ermənistanın hökmdarı elan etmişdir. Aristobul bu vəzifədə 72-ci ilə, Ermənistanın Roma imperiyası tərəfindən tutulmasına qədər qalmışdır. 60-cı ildə romalılar ilə Ermənistan arasında gedən müharibə zamanı Aristobul Romanın tərəfində vuruşmuş və buna görə qələbədən sonra Nerondan Ermənistandan ələ keçirilən yeni torpaqları almışdır. İosif Flavinin qeydlərinə görə, Aristobulu öz qoşunları ilə Korbulonun başçılığı ilə 58–63-cü illər Parfiya–Roma müharibəsində iştirak etmişdir. Aristobulu bu xidmətinə görə mükafat olaraq Kiçik Ermənistanı almışdır. Aristobulusun arvadı Salome ilə üç övladı olmuşdur. O, 92-ci ildə vəfat etmişdir.
Xoləzəy Alxaslı
Xoləzəy və ya Xoləzəy Alxaslı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Xoləzəy Alxaslı kəndi Uluxan çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Oykonimin birinci komponenti rayonun ərazisindəki Alxaslı adlı iki yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir. Xoləzəy (əsli Xolasay) "çayın qolu" deməkdir. Oykonim "çay qolu kənarındakı Alxaslı kəndi" mənasındadır. Digər bir yerli məlumata görə- xöləzək xanəzək və ya xıləzək sözlərindən əmələ gəlmişdir. Belə ki, xanəzək-xan kimi yaşayan, xıləzək isə çox, həddindən artıq mənasını verir. Bu kəndin ərazisində yaşamaq üçün bol məhsul verən münbüt torpaqlar, əkin yerləri, mal-qoyun saxlamaq üçün geniş otlaqlar, yaylaqlar var.
Argişti Kərəmyan
Arqişti Elbəyi Kərəmyan (Erm: Արգիշտի Էլբեկի Քյարամյան, Arqişti Elbeki Kyaramyan; 22 may 1991, Eranos, Aşağı Qaranlıq rayonu) — Ermənistan Milli Təhlükəsizlik Ximdətinin sabiq direktoru. == Həyatı == 2009–2011-ci illərdə hərbi xidmət olan Arqişti Kərəmyan, 2013-cü ildə İrəvan Dövlət Universitetinin hüquq fakultəsindən məzun olmuş, həmin ildən etibarən polis orqanlarında, 2014-cü ildən etibarən isə Ermənistan Respublikası İstintaq komitəsində müstəntiq olaraq fəaliyyət göstərmişdir. 2015-ci ildə Ermənistan Respublikasının Hüquq akademiyasında prokurorluq kurslarında iştirak etmiş, 2016-cı ildə İrəvan Dövlət Universitetində hüquq üzrə magistratura təhsilini tamamlamışdır. 2016-cı ildən 2018-ci ilə qədər Şirak rayonunda, daha sonra isə İrəvan şəhərində prokuror kimi fəaliyyət göstərmişdir. 2018-ci ilin iyun ayından etibarən müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış, 2020-ci ilin may ayında MTX-nın rəhbərliyinə gətirilmiş və 2020-ci ilin iyun ayında isə MTX-nin direktoru kimi təsdiqlənmişdir. A.Kərəmyan Ermənistanla Azərbaycan arasında yaşanan II Qarabağ Müharibəsinin gedişində (8 oktyabr 2020) MTX direktoru vəzifəsindən azad edilmişdir. O, 24 dekabr 2020-ci il tarixində Ermənistan İstintaq Komitəsinin sədr müavini təyin olunmuşdur. Evlidir, 2 övladı var.
Alyaskanın satın alışı
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Ağıllı dizayn
Ağıllı dizayn (ing. intelligent design, ID) — canlı orqanizmlərin indiki (və ya indikinə yaxın) formada hansısa "ağıllı yaradıcı" tərəfindən yaradıldığını iddia edilən kreatsionizmin növlərindən biri olan qeyri-akademik konsepsiyadır. Bu iddianı dəstəkləmək üçün "ağıllı dizayn" tərəfdarları bir sıra elməbənzər arqumentlər irəli sürür ki, bunlardan ən diqqətəlayiq olanı "sadələşdirilməyən mürəkkəblik" və "müəyyən mürəkkəblik" (və ya "xüsusi mürəkkəblik")-dir. "Ağıllı dizayn" anlayışının heç bir empirik əsaslandırması yoxdur və sınaqdan keçirilmiş və ya əsaslandırılmış fərziyyələr təklif etmir və buna görə də elmi ictimaiyyət tərəfindən qeyri-akademik kimi tanınır. == Əsas müddəalar == "Discovery Institute" qeyri-kommersiya ictimai təşkilatında çalışan "Ağıllı dizayn " hərəkatının aparıcı nümayəndələri bunu elmi nəzəriyyə hesab edirlər, kainatın və həyatın müəyyən əlamətləri ən yaxşı ağıllı ilkin səbəblə izah olunur və şüurlu idarəetmə olmadan təbii proseslərdən yarana bilməz. Onlar hesab edirlər ki, mürəkkəblik meyarlarının köməyi ilə, insanın hansısa məqsədlə yaratdığı şeylərdə olduğu kimi, əvvəlki şüurlu təsirin zəruriliyini sübut etmək olar. === Sadələşdirilməmiş mürəkkəblik === "Sadələşdirilməyən mürəkkəblik" termini biokimyaçı Maykl Behe (ing. Michael J. Behe) ​​tərəfindən "Darvinin qara qutusu" (1996) kitabında təqdim edilmişdir, baxmayaraq ki, fenomenin özü 1993-cü ildə "Pandalar və insanlar haqqında" kitabının ikinci nəşrində təsvir edilmişdir. Behe "Sadələşdirilməyən mürəkkəbliyi" sistemin əsas funksiyasını yerinə yetirməyə kömək edəcək şəkildə bir neçə bir-birinə yaxşı uyğunlaşmış hissədən ibarət vahid sistem kimi təyin edir. Üstəlik, hissələrdən birinin olmaması sistemin fəaliyyətini dayandırmasına səbəb olur.
Ağıllı evlər
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. == Haqqında == Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. == Zamanla təyin edilmiş hadisələr == Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.
Ağıllı lövhə
Ağıllı lövhə — informasiyanın eşidilmə və göstərilmə cəhətindən daha yaxşı başa düşülməsi üçün hazırlanmış interaktiv ağ lövhələrdir.
Ağıllı şəhər
Ağıllı şəhər — məlumat toplamaq üçün müxtəlif növ elektron IoT sensorlarından (əşyaların interneti) istifadə edən və sonra subyektləri, resursları və xidmətləri səmərəli idarə etmək üçün əldə edilən bu məlumatlardan istifadə edən yaşayış məskənidir. Ağıllı şəhər texnologiyaları yol infrastrukturu və nəqliyyat sistemləri, elektrik stansiyaları, kommunal xidmətlər, su şəbəkələri, tullantıların idarə edilməsi, asayişin qorunması və təhlükəsizlik, informasiya sistemləri, məktəblər, kitabxanalar, xəstəxanalar və digər ictimai xidmətlərə nəzarət etmək və idarə etmək üçün vətəndaşlardan, cihazlardan və digər subyektlərdən məlumatların toplanmasını və analizini, həmçinin çevik və dəqiq həll yollarını təmin edir. Ağıllı şəhər konsepsiyası şəhərin gündəlik fəaliyyətini və xidmətlərinin səmərəliliyini optimallaşdırmaq, vətəndaşlarla qarşılıqlı əlaqə yaratmaq üçün informasiya və kommunikasiya texnologiyalarının və IoT şəbəkəsinə qoşulmuş müxtəlif fiziki cihazları inteqrasiyasıdır. Ağıllı şəhər texnologiyası şəhər rəhbərliyinə həm icma, həm də şəhər infrastrukturu ilə birbaşa əlaqə və şəhərdə baş verənləri və şəhərin necə inkişaf etdiyini izləmə imkanı verir. Bu tip şəhərlərdə İKT şəhər xidmətlərinin keyfiyyətini, səmərəliliyini və qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq, xərcləri və resurslara asılılığı azaltmaq, vətəndaşlarla hökumət arasında əlaqəni artırmaq üçün istifadə olunur. Ağıllı şəhərlərdə istifadə olunan proqramlar şəhər axınlarını idarə etmək və real vaxt rejimində reaksiya vermək üçün hazırlanmışdır. Ağıllı şəhərlər ağıllı cihazlardan əldə edilən məlumatlarla işləyir. Bu ağıllı cihazlar telefonlar ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Bu cihazlar kifayət qədər məlumat təmin etdikdə isə, məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərini başlada bilərlər. == Xüsusiyyətləri == 1.
Elisli Gippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı. Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir.
"Alqışlar ən böyük mükafatımdır". Əli Zeynalov (film)