Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Böyükdüz
Böyükdüz (Kəngərli) — Azərbaycanın Kəngərli rayonunda kənd. Böyükdüz dağı - Culfa rayonu ərazisində dağ Böyükdüz (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Böyükdüz arxeoloji abidələr kompleksi I Böyükdüz yaşayış yeri — eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. II Böyükdüz yaşayış yeri — Köhnə Böyükdüz kəndindən qərbdə, Böyükdüz çaylağının sağ tərəfində yerləşən antik dövr abidəsi. I Böyükdüz nekropolu — eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə. II Böyükdüz nekropolu — I Böyükdüz yaşayış yerinin yaxınlığında, keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə antik dövrə aid arxeoloji abidə.
Böyükdüz (Babək)
Böyükdüz (əvvəlki adı: Böyük Düz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kəndi Əliabad kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Düz kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kənd inzibati ərazi dairəsi tərkibindəki Böyük Düz kəndi Böyükdüz kəndi, Böyük Düz kənd inzibati ərazi dairəsi Böyükdüz kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Böyükdüz Araz çayının sol sahili boyu uzanır. Düzənliyin ümumi meyli Arazın yatağına doğrudur. Yarımsəhra təbiətə malik olan bu ərazidən qış otlağı kimi istifadə edilir. Oronim düzün sahəsinin genişliyini bildirir. Ərazidə Böyükdüz dağı da vardır. Hün. 957 m.
Böyükdüz (Kəlbəcər)
Böyükdüz — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Böyükdüz kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.
Böyükdüz (Kəngərli)
Böyükdüz (əvvəlki adı: Böyük Düz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kəndi Əliabad kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Düz kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kənd inzibati ərazi dairəsi tərkibindəki Böyük Düz kəndi Böyükdüz kəndi, Böyük Düz kənd inzibati ərazi dairəsi Böyükdüz kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Böyükdüz Araz çayının sol sahili boyu uzanır. Düzənliyin ümumi meyli Arazın yatağına doğrudur. Yarımsəhra təbiətə malik olan bu ərazidən qış otlağı kimi istifadə edilir. Oronim düzün sahəsinin genişliyini bildirir. Ərazidə Böyükdüz dağı da vardır. Hün. 957 m.
Böyükdüz dağı
Böyükdüz dağı — Culfa rayonu ərazisində dağ (hünd. 961,5 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Küznüt kəndindən 4,2 km şimal-şimal-qərbdədir. Orta Miosenin Karaqan mərtəbəsinə aid Payız lay dəstəsinin qumlu-gilli çöküntülərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında müşahidə edilən Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin Üst Pleystosenin allüvial-prolüvial törəmələrilə əhatə olunmuş şimal qanadının erozion qalığına cavab verən maili günbəzvari yüksəklikdir.
Böyükdüz nekropolu
I Böyükdüz nekropolu —
Böyükdüz maili düzənliyi
Böyükdüz maili-düzənliyi — Şərur maili düzənliyindən şərqdə Qarabağlar-Xok-Tazı uçan yüksəkliyi ilə Duzdağ tirəsi arasında yerləşir. Bu düzənliyin orta yüksəkliyi 800 m-ə qədərdir. İqlimin və hidroloji şəraitin təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum olmaqla təbii şoranlaşmaya məruz qalmışdır. Düzənlik əkinçilikdə az istifadə edilir. Buna səbəb yuxarıda deyildiyi kimi təbii şorlaşma və suvarma suyunun olmamasıdır. == Ümumi məlumat == Böyükdüz Naxçıvan MR ərazisində olan geniş düzənlik sahələrdən biridir. Şimaldan cənuba doğru 19-20 km-ə qədər uzanan bu düzün orta enliliyi 10 km-ə çatır. Düzənlik yuxarı Dördüncü dövrün allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun mərkəzi hissəsi demək olar ki, parçalanmamışdır. Böyükdüzün Kor Osman düzənliyindən şərqə olan hissəsini kiçik təpəciklər, şimal-qərb hissəsini isə quru dərələr zəif parçalamışdır.
Böyükdüz yaşayış yeri
I Böyükdüz yaşayış yeri —
II Böyükdüz nekropolu
II Böyükdüz nekropolu — Kəngərli rayonunda, I Böyükdüz yaşayış yerinin yaxınlığında, keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə antik dövrə aid arxeoloji abidə. Abidə 1991-ci ildə qeydə alınmışdır. Qəbirlər əsasən şimal-qərb və şimal-cənub istiqamətlərdə olub, baş və ayaqda bir, yanlarda isə iki iri sal daşla qurulmuşdur. Qəbiristanlıq Araz çayının lap yaxınlığında (5–6 metrliyində) yerləşdiyindən, qəbirlərin çoxu daşqınlar zamanı yuyulub dağılmış, yalnız az bir qısmi salamat qalmışdır. Qəbirlərin ikisi tədqiq edilmişdir. Onlardan insan skeletləri, kəllə sümükləri, dəmir xəncər, bıçaq, biz, çəhrayı rəngli gil qab qırıqları, tunc üzük, gildən hazırlanmış təkər modeli aşkarlanmışdır.
I Böyükdüz nekropolu
I Böyükdüz nekropolu — Kəngərli rayonunda, eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə. Abidənin sahəsi 320 m²-dir. əllidən artıq sayda olan qəbirlər, əsasən daş qutu tiplidir. Hamısı daşqın zamanı yuyulub üzə çıxmışdır. Qazıntılar zamanı qəbirlərin birindən insan skeletinin qalıqları aşkar edilmişdir. Dağıdılmış bir neçə qəbirin materiallarını 1972-ci ildə sərhəd gözətçi məntəqəsinin zabitləri toplamış və Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil vermişlər. Tapıntılar şüşə flakonlardan, boz və çəhrayı rəngli gil qablardan, dəmir qılınc, xəncər, çıçaq, ox ucluğu və at ləvazimatı qalıqlarından ibarətdir.
Böyükdüz arxeoloji abidələr kompleksi
Böyükdüz arxeoloji abidələr kompleksi — Kəngərli rayonunda Son Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidələr kompleksi. Böyükdüz arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir: I Böyükdüz yaşayış yeri — eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. II Böyükdüz yaşayış yeri — Köhnə Böyükdüz kəndindən qərbdə, Böyükdüz çaylağının sağ tərəfində yerləşən antik dövr abidəsi. I Böyükdüz nekropolu — eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə. II Böyükdüz nekropolu — I Böyükdüz yaşayış yerinin yaxınlığında, keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə antik dövrə aid arxeoloji abidə.
II Böyükdüz yaşayış yeri
II Böyükdüz yaşayış yeri — Kəngərli rayonunda, Köhnə Böyükdüz kəndindən qərbdə, Böyükdüz çaylağının sağ tərəfində yerləşən antik dövr abidəsi. Yaşayış yeri seldə yuyularaq dağılmışdır. Kəşfiyyat işləri zamanı bad qırıqlarına, boz və çəhrayı rəngli gil qab sınıqlarına, şüşə qab parçalarına rast gəlinmişdir. Bəzi yerlərdə dairəvi və dördkünc formada daş düzümləri qalmışdır.
I Böyükdüz yaşayış yeri
I Böyükdüz yaşayış yeri — Kəngərli rayonunda, eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. Abidə 1991-ci ildə qeydə alınmışdır. Daşqınlar nəticəsində abidəyə böyük ziyan dəymiş, onun böyük bir hissəsi dağılmışdır. Tədqiqatlar zamanı burada 10 insan skeleti aşkarlanmışdır. Qəbirlər torpaqda qazıldığı üçün tamamilə yuyulmuş, skeletlər qumun üzərində qalmışdı. Onlar müsəlman adəti üzrə cənub – şərq istiqamətində, sağ böyrü üstə uzadılmışdılar (tədqiqatçılar bu ərazinin yaşayış yerinin qəbiristanlığı olmasını güman edirlər). Orta əsrlər Azərbaycan məişəti üçün səciyyəvi olan çəhrayı rəngli gil qab qırıqları və sair də aşkara çıxarılmışdır. Tapıntılara əsasən yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir.
Dünya beşdən böyükdür
Dünya beşdən böyükdür (türkcə:Dünya 5'ten büyüktür) — Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu siyasi doktrindir. == Haqqında == İfadənin tərkibindəki beş sözü BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkəyə işarə etməkdədir. Bu beş ölkənin veto hüququ doktrinin təməl hədəfidir. Ərdoğan əsərdə bu beş ölkənin BMT-in hadisələrə müdaxiləsinə mənfi təsir etdiyini ifadə etməkdədir. Ərdoğan ilk dəfə 2013-cü ildə dilə gətirmiş olduğu bu doktrini Nyu-Yorkda təşkil edilən BMT-in 74-cü Ümumi Assambleyasında da ifadə etmişdir. Doktrin dərs kitablarına da daxil edilmişdir. 2017-ci ildə Ek'rem adında bir repçi bu ifadədən təsirlənərək "The World is Bigger Than Five" adlı mahnı yayımlamışdır.
Allahım, sən böyüksən (film, 2008)
Allahım, sən böyüksən (hind: गॉड तुस्सी ग्रेट हो, Rom: God Tussi Great Ho) hind dilində çəkilmiş və 15 avqust 2008-ci ildə kinoteatrlarda nümayiş etdirilən hind komediya filmidir. Bu Hollivud komediyası olan film, Qüdrətli Brus filminin remeykidir. Bu film kommersiya müvəffəqiyyəti qazanmamış və kassada müvəffəqiyyətsiz olmuşdur.
Böyükşor
Böyükşor — Azərbaycan Respublikasının Bakı şəhərinin Nərimanov rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Böyükşor gölünün yaxınlığındadır. Adını eyniadlı göldən almışdır. == Xarici keçidlər == Nardar Bayramlı. "Nərimanov rayonu Böyükşor qəsəbəsində seçicilərlə görüş keçirilib". "Yeni Azərbaycan" qəzeti (az.). yeniazerbaycan.com. 04-12-2009. İstifadə tarixi: 2014-07-09.
Böyükşor bulvarı
Böyükşor bulvarı və ya Böyükşor parkı – Azərbaycanın Bakı şəhərinin Nərimanov rayonunda, Böyükşor gölünün sahilində yerləşən bulvar tipli park. Açılışı 22 may 2015-ci ildə baş tutub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak edib. Bulvar 2014-cü ildə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və 2013-cü ildə təsdiq edilmiş "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq yaradılıb. Bulvar gölün şərq və cənub sahilində yerləşir. Sahəsi isə 15 hektardan çoxdur. Bulvar neftlə çirklənmiş torpaqların təmizlənməsindən sonra salınıb. Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub. Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb.
Böyükşor gölü
Böyük Şor gölü — Abşeron gölləri içərisində ən böyük su səthi olan və gərgin ekoloji vəziyyətdə olan göldür. Böyük Şor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları sərhəddində yerləşir. Bakı Olimpiya Stadionu Böyükşor gölünün şərq sahilində yerləşir. == Haqqında == Aparılmış müşahidələrin nəticələrinə əsasən göl akvatoriyasının açıq yerlərində dərinliklər 3,40–3,95 m, maksimal dərinlik isə 4,20 m təşkil edir. Gölün yaxın hissələrində dərinlik 0,50–1,70 m arasında dəyişir. Oval formada olan gölün uzunluğu şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənməklə 10 km-ə çatır, maksimal eni isə 1,5–2,0 km-dir. Göl şimal tərəfdən qədim Xəzərin terrasından ibarət olan maili, cənubdan isə düzbucaqlı kəsilmiş yamacla əhatə olumuşdur. Hazırda Böyük Şor gölü, bütün ətraf ərazilərdən yeraltı su axınının yönəlmiş olduğu qapalı bir hövzədir. Gölün su səthi 1300 ha, həcmi isə 45 mln kub metrdir. Böyük-şor gölünə şəhərin Binəqədi, Sabunçu və Nərimanov rayonlarının göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan məişət, ticarət və digər obyektlərindən, fərdi evlərdən tullantı suları axıdılır.
Böyükşor parkı