Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərcimək
Mərcimək (cins)
Mərcimək (Kəlbəcər)
Mərcimək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mərcimək kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. == Tarixi == Mərcimək kəndi dağətəyi ərazidədir. Mərcimək fitooykonimdir. Yerli məlumata görə, yaşayış məntəqəsini Kolanı (Ağdərə rayonu) kəndindən gəlmiş ailələr mərcimək (paxlalilar fəsiləsindən birillik bitki) bitən ərazidə saldığı üçün belə adlanmışdır.Kəndin ərazisində yaşayan iki nəfər mərc gəlirlər ki, filan bitki burada bitməz. Biri deyir bitər, o birisi deyir bitməz. Bu bitkinin burada bitməsinə əmin olan adam o birisinə deyir ki, mərcimi ək, o birisi həmin bitkini orada əkir və bitki bitib, inkişaf edir. Mərcimək dənli bitki növüdür. Mərcimək sözü də buradan yaranmışdır. == Yaylaqlar == Maral yalının yurdu, Əyriburun yurdu, Binə yurdu, Qayanındibi yurdu, Qayanınboynu yurdu, Daşağıl yurdu, Uzunyal yurdu, Təpə yurd, Çınqıllı yurd, Ərəstənin yurdu, Kalvalılar yurdu, Cümşüd bəyin yurdu.
Mərcimək (cins)
Mərcimək (lat. Lens) - paxlakimilər fəsiləsinə aid (paxlalılar fəsiləsindən birillik) bitki cinsi. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. == Ümumi məlumat == Proteinlə zəngin olan bitki növüdür. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır.
Mərcimək (növ)
Mərcimək (lat. Lens esculenta) — Lens cinsinə aid bitki növü. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. == Sinonimləri == Ervum lens Wall. Vicia lens (L.) Cosson & Germ. Vicia pisicarpa H.Lév.
Mərcimək şorbası
Mərcimək şorbası, əsas məmulatı qırmızı, sarı və ya yaşıl mərcimək olan; un, duz, tərəyağı, ət suyu, soğan, qırmızı və ya qara bibər ilə hazırlanan şorba. Türkiyədə mərcimək şorbası düzəltmək üçün soğandan əlavə kartof, kök və iyli kərəviz də istifadə olunur. Şorba qaynadıqda buxarlanmasın deyə üstünə paltar(həli) qoyulur.
Bərmək mahalı
Bərmək mahalı — Quba xanlığında mahal. İndiki Xızı Adını burada yaşayan Bərmək tayfasından və ya Bərmək – bər məhsul, mak – kahin və ya Qubadakı Bərmək mahalı Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsi aldığı Xızı-Bərmək mahalı Xəzər dənizi, Bakı kəndləri və Sumqayıt çayı hüdudlarında böyük bir sahə tutur.Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir. A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir. == Kəndlər == Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərmişdi. Həmin kəndlər aşağıdakılardı: 1. Siyəzən 2. Xızı 3. Findiqan 4. Dərəzarat 5.
Qırmızıqanad mərcimək quşu
Baş Bərmək dağı
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir.Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür.Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. == Xıdır Zində piri == Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir. Magistral yoldan pirə qədər olan torpaq yol yaz-payız fəslində palçıqlı, yayda tozlu, qışda isə sürüşkən olur və gediş-gəlişi çətinləşdirir. Ərazidə su qıtlığı müşahidə olunur, belə ki, qurbanlıq kəsilən yerdə debiti çox az olan cəmi bir bulaq var.
Baş Bərmək səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.