BƏRƏLMƏK

gözləri (gözü) bərəlmək – qorxudan, hiddətdən, acıqdan, heyrətdən, çaşqınlıqdan gözləri geniş açılmaq, genəlmək, böyümək.
Valya yavaş-yavaş yerindən tərpəndi, gözləri bərəlmiş halda dərindən nəfəs aldı. S.Rəhimov.
Rəhim bəyin gözləri bərəldi: – Adə, mənim peşkəşimi geri qaytarırsan? [dedi] M.Hüseyn.

□ Gözləri bərələ qalmaq – güclü işıqdan, yaxud təəccübdən gözləri geniş açılmaq.
İşıqdan qamaşan gözlər bərələ qaldı. Mir Cəlal.
[Şahın] piy basmış gözləri bir an içərisində ölü qoyun gözü kimi bərələ qaldı. P.Makulu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏRƏLMƏK açılmaq — genəlmək — böyümək
BƏRƏLƏNMƏK
BƏRƏLTMƏ

Digər lüğətlərdə