Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lilbalıq
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Xınalıq
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2180 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. == Ümumi məlumat == Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur.Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir.
Çinarlıq
Çinarlıq (fars. چنارلق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (133 ailə).
Çılpaqlıq
Çılpaqlıq, heç bir paltar, geyim geyinməmək vəziyyətinə deyilir. Geyinmək; bədəndəki tük örtüyünün tökülməsi və soyuq regionlara köçdükdən sonra təbii şəraitdən mühafizə olunmaq ehtiyacı nəticəsində yaranan insanlara xas olan xüsusiyyətdir. İstifadə olunan paltarın miqdarı istilik ehtiyacına və ya sosial şərait kimi funksional səbəblərə əsaslana bilər. Bəzi hallarda az və yaxud da heç geyim geyinməmək, bəzi vəziyyətlərdə isə daha çox geyim geyinmək sosial baxımdan məqbul sayıla bilər. İffət, əxlaq və sosial normalar geyinməyi şərtləndirən sosial səbəblərdəndir. Həmçinin də, çılpaqlığın qanuni olub-olmaması da buna təsir edən faktorlardandır.
Cillik
Cillik — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cillik Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi Cillik adlanan yerin yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Cil bataqlıqda, rütubətli yerdə bitən bitkinin adıdır. Ərazi bu bitki ilə örtüldüyü üçün belə adlandırılmışdır.
Xınalıq və Xınalıq yolu
Xınalıq və Xınalıq yolu — 2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin çəkdiyi sənədli film. == Məzmunu == Filmdə Xınalıq kəndinin tarixi barədə məlumat verilir. İki minə yaxın sakini olan bu kəndin öz dili — Xınalıq dili var.
Caliq
Caliq-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Caliq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,903 nəfər və 2,594 ailədən ibarət idi.
Xınalıq (dəqiqləşdirmə)
Xınalıq — Azərbaycanın Quba rayonunda kənd. Xınalıq dili — Xınalıqlılar danışdığı dil. Xınalıqlılar — Azərbaycanın milli etnik nümayəndələri. Xınalıq — Azərbaycanın Quba rayonunda dağ. Xınalıq — qəzet.
Xınalıq bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xınalıq dağı
Xınalıq dağı — Azərbaycan Respublikasının Quba rayonunda, Baş Qafqaz silsiləsində dağ. Baş Qafqaz silsiləsindən şimal istiqamətində ayrılan qolun zirvəsidir. Qudyal çayı və onun sağ qolu Ağçayın mənbə hissəsi buradadır. Hündürlüyü 3730 metrdir. Yura dövrünün gilli şistləri və qumdaşılarından təşkil olunmuşdur. == Adlanması == Dağ adını ərazidəki eyniadlı yaşayış məntəqəsindən - Xınalıq kəndindən almışdır.
Xınalıq dili
Xınalıq dili (xın. kətşi mi) — Xınalıqlıların danışdığı dil. Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir. == Tarixi == Əslində Xınalıq dili haqqında olan dastan və ya miflər bizə heç də yanlış informasiya vermir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuşdur. Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır. O 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabını dərc edib.
Xınalıq kurqanları
Xınalıq kurqanları — Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Xınalıq kəndinə aid ərazisində aşkarlanmış kurqanlar. == Tarixi == Xınalıq kurqanları 2011-ci ilin iyul ayında Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Xınalıq kəndinə aid ərazisində aşkarlanmışdır. Burada aşkarlanan iri kurqanların sayı 5 ədəddir. Bu iri kurqanların e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunun əməkdaşı Qəhrəman Ağayev və institutun digər əməkdaşları Xınalıq kəndinə ezam olunub və əraziyə baxış keçiriblər. "Kurqanların qədim Tunc dövrünə, e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Kurqanlardan birini sel suları yuduğundan onun üst hissəsi dağılıb" deyə Qəhrəman Ağayev bildirmişdir. Onun sözlərinə görə, kurqanların tədqiqindən sonra Xınalıq kəndilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər.
Xınalıq kəndi
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2180 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. == Ümumi məlumat == Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur.Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir.
Xınalıq mahalı
Xınalıq mahalı — Quba xanlığında mahal. Quba xanlığı dövrünə aid XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq mahalının mərkəzi Xınalıq kəndi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Xınalıq mahalı idi. Tarixi ədəbiyyatda olan bir məlumata görə Xınalıq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar. F.F.Simonoviçin yazdığına görə isə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Buduq və Xınalıq həmin mahallardan idilər və hər biri 9 kəndi birləşdirirdi. İki mahalın ərazisi birlikdə, coğrafi mövqeyinə görə "Dağıstan" adlanırdı. Həmin mahallar Qonaqkənd, Yerfi, Cimi, Xaltan, Utuq, Dərk, Söhüb, Buduq, Zeyid, Cek, Qrız və Xınalıq kəndlərini birləşdirirdi. Bu kəndlərdə 950-yə qədər təsərrüfat mövcud idi. P.Q.Butkov da Buduq və Xınalıq mahallarını birlikdə "Quba Dağıstanı" adlandırır və bildirir ki, Buduq mahalı 13 kəndi əhatə edir və həmin kəndlərdə 387 təsərrüfat vardır.
Xınalıq pendiri
Xınalıq pendiri — Xınalıqlıların Xınalıqda istehsal etdiyi pendir növü; Azərbaycanda ən məşhur pendirlərdən biri.Xınalıq pendirinin kütləvi istehsalı Xınalıq kəndində yaradılan süd emalı sexində həyata keçirilir.
Xınalıq ədəbiyyatı
== Xınalıqlı ədəbiyyatçılar ==
Xınalıq əlifbası
Xınalıq əlifbası — Xınalıqlı şair-müəllim Rəhim Alxas tərəfindən Xınalıq dili üçün tərtib olunmuş əlifba. == Xınalıq əlifbası == === Xınalıq Kiril Əlifbası === 2013-cü ilə qədər Xınalıq dilində yazılan bütün yazılı sənədlər xınalıq kiril əlifbası ilə yazılırdı. Xınalıq kiril əlifbası xınalıqlı şair-müəllim Rəhim Alxas tərəfindən tərtib olunmuşdur (Xınalıq və Xınalıqlılar. Rəhim Alxas. Bakı, Şirvannəşr 2003). === Xınalıq Latın Əlifbası === Hal-hazırda isə Xınalıq dilində yazılan bütün yazılı sənədlər Xınalıq latın əlifbası əsasında hazırlanır. Xınalıq latın əlifbası 2013-cü ildə Məmmədov Elnur tərəfindən tərtib olunmuşdur. 2013-cü ilin may ayında Xınalıq kənd tam orta məktəbində keçirilmiş toplantıda Xınalıq latın əlifbası məktəb kollektivi və xınalıq kənd ictimaiyyəti tərəfindən qəbul olunmuşdur. Məmmədov Elnur tərəfindən Xınalıq əlifbasının kompüter klaviatura proqramı hazırlanmışdır. Hazırda Xınalıq əlifbası üzərində işlər davam edir.
Çılpaqlıq təsvirləri
Çılpaqlıq təsvirləri və ya Çılpaqlığın təsvirləri incəsənət və elmlər də daxil olmaqla, tarix boyu çılpaqlığın vizual təsvirlərini əhatə edir. Çılpaqlıq əksər cəmiyyətlərdə məhdudlaşdırılmışdır, lakin bəzi çılpaqlıq təsvirləri erotik incəsənətə və struktur funksionallığa xidmət edə bilər. Geyim həm də şəxsiyyətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi fəaliyyət göstərir və cəmiyyətdə geyim çatışmazlığının sosial kontekstdə olması gözlənilir. Qərb cəmiyyətlərində fərdlərin əksəriyyəti tərəfindən asanlıqla tanınan üç fərd incəsənət, pornoqrafiya, bilik və ya elmdir. Bu kateqoriyalardan hər hansısa birinə asanlıqla müvafiq gəlməyən istənilən bir şəkil yanlış şərh oluna bilər və bu da öz növbəsində, fikir ayrılıqlarına səbəb ola bilər.
Bədrəddin Hilali
Bədrəddin Hilali (fars. بدرالدین هلالی‎; 1470, Qorqan – 1529, Herat) — türk əsilli farsdilli şair. O, Herat şəhərində Sultan Hüseyn Bayqaranın ədəbi dairəsinin üzvü olmuşdur və Əlişir Nəvai ilə yaxın idi. == Həyatı == Bədrəddin Hilali 1470-ci ildə Astarabad şəhərində (indiki İranın Gürgan şəhəri) anadan olmuşdur. O, mənşəcə çağataylar türklərindəndir. Hilali gəncliyini Astarabadda keçirmiş, 1491-ci ildə Herata gedərək Sultan Hüseyn Baykaranın ədəbi dairəsinin üzvü olmuşdur. İstedadı və erudisiyası sayəsində ona "kiçik Cami" ləqəbi verilmişdir. Hilali müxtəlif yerlərdə hakimlik etmiş, sonra Herata qayıtmış, burada 1529-cu ildə Şeybani Übeydullah xan tərəfindən kafirlik şübhəsi ilə edam edilmişdir. Müasir alimlərə görə, edamının arxasında dayanan əsas şiəlik ittihamı olmuşdu, baxmayaraq ki, Hilali sünni idi. Ehtimal olunur ki, onun ilk növbədə Səfəvi şahı Təhmasibə yönəlmiş olduğu güman edilən, lakin sonradan Übeydullah xana yönəldiyi aşkara çıxan şeirləri ola bilər.
Cillis sezalpiniyası
Caesalpinia gilliesii (lat. Caesalpinia gilliesii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sezalpiniya cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Amerika, Suriya, Fələstin və Kiçik Asiya, Aralıq dənizi sahillərinin şərq və qərbində dəniz səthindən 400-1600 m yüksəklikdə, daşlı-qayalı, kirəcli yamaclarda, çılpaq qumluqlarda, çox zaman həmişəyaşıl ağaclardan ibarət meşələrində bitən ağac və ya kol bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 6-10 m-ə çatır. Mühit amillərindən asılı olaraq yarpaqlarını tökən və ya həmişəyaşıl koldur, qabığı açıq boz, tikansızdır. Yarpaqları qalın, üstdən tünd yaşıl, mürəkkəb, tək və ya cütlələkvari, 12-18 ədəd yarpaqcıqdan ibarət, uzunluğu 6-8 sm, eni 3-4 sm-dir. Yarpaq altlıqları yumurtavari, üçkünclü və qısadır. Çiçəkləri boz rəngli, budaqların üzərində yerləşir. Erkəkciyi 10, dişiciyi oturan, 10-12 sm uzunluğunda qırmızı, aşağıdan enlənmiş, açıq qırmızı, ikiyuvalı tozluqlara malikdir. Kasacığı 1,5-2,5 sm uzunluqda neştərvaridir.
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Cəlali (tayfa)
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlali eli
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlali üsyanları
Cəlali üsyanları — XVI əsrdə Anadoluda Osmanlı dövlətinə qarşı baş vermiş qiyamlar. == Tarixi == Bu hərəkat Osmanlı imperiyasında XVI əsrin 90-cı illərində başlamış və sonralar Azərbaycan ərazilərinə yayılmışdı.Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodalların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvayətinə görə, Səlmas yaxınlığındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. İlk dəfə Koroğlunu tarixi şəxsiyyət kimi Petruşevski təqdim etmişdir. O, yazırdı ki,"tarixi Koroğlu Ermənistanda və Azəbaycanda fəaliyyət göstərirdi".Koroğlunun silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanritanımaz, Abaza Paşa idilər.Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli Zəkəriyyənin "Qeydlərində", Övliya Çələbiyyənin "Səyahətnaməsində" və başqa əsrlərdə məlumatlar verilir.
Çalalı relyef
Çalalı relyef- barxanlı relyefin analoqu; Ç.r. töküntü yamacı qarşısında üfürülmə çuxurun /çala\ əmələ gəlməsi ilə fərqlənir.Bir-birinə qarşı yönəlmişeyni güclü mövsümi küləklər zamanı köndələn tirələr, bir istiqamətli küləklərin üstünlüyü zamanı isə hakim küləklərə doğru yönəlmiş. "bığlı"tirələr formalaşır. Hündürlükləri 10-70m, diametri 80-200 m arasında tərəddüd edir. Orta Asiyanın qumlu səhralarında, əsasən dağətəyi rayonlarda geniş yayılmışdır.