Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dinsiz
Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür. İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.. Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.. == Dünya ölkələrinin göstəriciləri == Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib.
Con Kinsi Adams
Con Kuinsi Adams (ing. John Quincy Adams; 11 iyul 1767, 11 iyul 1767[…] – 23 fevral 1848[…], ABŞ kapitolu) — Amerika Birləşmiş Ştatlarının 6-cı prezidenti (1825-1829) və 8-ci Dövlət katibi (1817-1825). ABŞ-nin 2-ci prezidenti Con Adamsın böyük oğlu. 1809-1814-cü illərdə ABŞ-nin Rusiyada ilk rəsmi nümayəndəsi olmuşdur. ABŞ-nin ilk altı prezidenti dövlətin əsas qurucuları hesab olunur və ənənəvi olaraq «bani atalar» adlandırılır. Onların sonuncusu Con Kuinsi Adamsdır. 1824-cü il prezident seçkilərində prezidentliyə namizədlərdən heç biri lazımi səsi toplaya bilmədiyi üçün ABŞ Konstitusiyasına uyğun olaraq, rəqibi Endrü Ceksondan daha az səs toplamasına baxmayaraq ABŞ Konqresi Con Kuinsi Adamsı prezident elan etdi. Bu, ABŞ tarixində yeganə belə haldır. == Erkən həyatı == Con Kuinsi Adams 11 iyul 1767-ci ildə Massaçusets ştatının Breyntri (indi Kuinsi adlanır) şəhərində, ABŞ-nin ikinci prezidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir. Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun gələcək taleyinin müəyyənləşməsində həlledici rol oynamışdır.
Kindio
Kindio (isp. Quindío) — Kolumbiyanın departamentlərindən biri. Departament ölkənin qərb hissəsində And dağlarında yerləşir. İnzibati mərkəzi Armeniya şəhəridir. Departament əsasən qəhvə istehsalına görə tanınır. Ərazi qəhvə üzrə məşhur olan regionlar sırasının tərkibinə qatılmışdır. Bu səbəbdən Kolumbiya 2011-ci ildə YUNESKO tərəfindən Ümumdünya irsinin siyahısında tanındı.
Sənsiz
Sənsiz (romans)
Çingiz
Çingiz — Kişi adı, təxəllüs. Çingiz xan — Çingiz Qacar — Çingiz ƏliyevÇingiz Əliyev (rektor) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru. Çingiz Əliyev (geoloq) — AMEA-nın müxbir üzvü. Çingiz Əliyev (deputat) — Qızıl şəhərinin deputatı.Çingiz AxundovÇingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi.Yaşayış məntəqələriÇingiz (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd.
Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; təq. 801, Kufə – təq. 873, Bağdad) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi. Gözəl xəttatlığı ilə də məşhur idi və bir arada əl-Mütəvəkkil tərəfindən xəttatlıqla məşğul idi.
Kəniz
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Angelica kingii
Angelica kingii (lat. Angelica kingii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Baccharis kingii
Baccharis kingii (lat. Baccharis kingii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia kingii
Banksia kingii (lat. Banksia kingii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Bizsiz Dünya
Bizsiz Dünya — təbiətə və ətraf mühitə həsr edilmiş kitab. Müqəddəs Martin mətbuatında nəşr edilmişdir.
Dişsiz balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina.Bütün okeanlarda geniş yayılmışdır. Çoxlu piy verdiyinə görə dişsiz balinaların ov əhəmiyyəti böyükdür.
Dişsiz məməlilər
Cücüyeyənlər (lat. Pilosa) — kəmdişlilər dəstəüstünə aid heyvan dəstəsi.
Eupatorium kingii
Eupatorium kingii (lat. Eupatorium kingii) — mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid biki növü.
Garcinia kingii
Garcinia kingii (lat. Garcinia kingii) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Kinyaz Orucov
Kinyaz Zirəddin oğlu Orucov (10 may 2000; Gəncə, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kinyaz Orucov 2000-ci il mayın 10-da Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kinyaz Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kinyaz Orucov oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kuinsi Cons
Kuinsi Dilayt Cons (ing. Quincy Delight Jones, Jr.; d.14.3.1933, Çikaqo, İllinoys, ABŞ) — amerikalı musiqiçi, aranjmançı, musiqi prodüseri və truba ifaçısı. 28 dəfə Qremmi mükafatı laureatı və 80 dəfə nominantı, o cümlədən 1991-ci ildə "Grammy Legend Award" mükafatçısı, tarixdə ən çox satılan musiqi albomunun prodüseri. Kuinsi Consla əməkdaşlıq edən məşhur müğənnilər arasında Rey Çarlz, Maykl Cekson, Frenk Sinatra, Din Martin, 2Pac, Marvin Gey, Stivi Uander, Vill Smit və bir çox başqaları var. == 1960-1970-ci illər == 1964-cü ildə Kuinsi Cons ilk dəfə Sidni Lümetin "Sələmçi" (ing. Pawnbroker) filminə musiqi bəstələdi. Filmin uğurundan sonra Cons "Mercury Records"dan ayrıldı və Los-Ancelesə köçdü. Burada o, bir çox filmlərə musiqi bəstələdi, o cümlədən, "Nazik sap" (ing. The Slender Thread) (1965), "Soyuqqanlılıq" (ing. In Cold Blood) (1967), "İsti cənub gecəsində" (1967), "Makkennanın qızılı" (1969), "İtalyansayağı oğurluq" (1969), "Bob və Kerol, Ted və Elis" (Bob & Carol & Ted & Alice) (1969), "Sonuncu insan" (ing.
Moquinia kingii
Pseudostifftia (lat. Pseudostifftia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Pseudostifftia kingii H.Rob.
Nastasya Kinski
Nastasya Kinski (alm. Nastassja Kinski‎; əsl adı — Nastasya Aqlaya Nakşinski, alm. Nastassja Aglaia Nakszyński‎; 24 yanvar 1961, Berlin) — alman aktrisası, Qızıl Qlobus mükafatı laureatı. == Həyatı == Nastasya Kinski 24 yanvar 1961-ci ildə Berlin şəhərində anadan olub. Atası aktyor Klaus Kinskidir. == Filmoqrafiya == Bütün qəlbimlə (1982) Pişik insanlar (1982) Hərəm (1985) İnqilab (1985) == İstinadlar == == Xarici keçidlər == "One From the Heart" video clip, 5 min. Photo slide show video, 3 min.
Pseudostifftia kingii
Pseudostifftia (lat. Pseudostifftia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Pseudostifftia kingii H.Rob.
Senecio kingii
Senecio kingii (lat. Senecio kingii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Simsiz qoşulma
Simsiz şəbəkə (azərb. wireless network‎) — şəbəkə qovşaqları arasında simsiz məlumat bağlantılarından istifadə edən kompüter şəbəkəsi. Simsiz şəbəkə evlərə, telekommunikasiya şəbəkələrinə və biznes qurğularına kabellərin binaya daxil edilməsi kimi bahalı proseslərdən yayınmağa imkan verir. Bu, həmçinin müxtəlif avadanlıq yerləri arasında əlaqə kimi xidmət edir. Admin telekommunikasiya şəbəkələri ümumiyyətlə radio rabitəsindən istifadə etməklə həyata keçirilir və idarə olunur. Bu icra OSI model şəbəkə strukturunun fiziki səviyyəsində (qatında) baş verir. == Simsiz kommunikasiyanın tarixi inkişafı == Bu inkişaf çox uzun mərhələləridir. Bir neçə əsas kəşfləri sadalayaq:1807 – Fransız riyaziyyatçısı J. B. J. Furye Furye teoremini yaratdı 1847 – Alman psixoloqu və fiziki Hermann Ludwig Ferdinand von Helmholtz elektrik rəqsi ideasını irəli sürdü. 1857 – Feddersen 1847-ci ildə Helmholtz-un irəli sürdüyü dövrənin elektrik rezonansı tezliyini ekperimental olaraq təsdiqlədi 1864 – Şotlandiyalı riyaziyyatçı və fizik Maksvel İşığın nəzəriyyəsi və elektromaqnit sahəsinin ümumi tənliklərini inkişaf etdirmişdi. O bu haqda 20 tənlik yaratmışdı.
Simsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Simsiz teleqraf
Radioteleqrafiya və ya simsiz teleqrafiya — teleqraf siqnallarının radio dalğaları ilə ötürülməsinə imkan verən telekommunikasiya sistemidir. Simsiz teleqraf və ya radioteleqrafiya, adətən CW (fasiləsiz dalğa), ICW (kəsintili fasiləsiz dalğa) ötürülməsi və ya açma-söndürmə kimi adlandırılan və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən A1A emissiya növü kimi təyin edilmiş, göndərən operatorun istifadə etdiyi radio rabitə üsuludur. Teleqraf açarından istifadə edir, açar radio ötürücünü açır və söndürür, adətən Morze əlifbasında mətn simvollarını kodlayan "nöqtələr" və "tire" adlanan müxtəlif uzunluqda modullaşdırılmamış daşıyıcı dalğa impulsları yaradır. Qəbul yerində kod radioqəbuledicinin qulaqcığında və ya dinamikində Morze əlifbasını bilən operator tərəfindən yenidən mətnə ​​çevrilən bir sıra vızıltı və ya siqnal səsləri kimi eşidilir.
Simsiz texnologiyalar
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Kişniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Cinşi
Cinşi (çin. 進士; pinyin: jìnshì) ― Çin imperiyasında imperiya imtahanında ən yüksək və son dərəcə idi. İmtahan adətən imperiyanın paytaxtında sarayda aparılırdı və buna Paytaxt İmtahanı da deyirdilər. Cinşi dərəcəsi ilk dəfə dövlət qulluğu imtahanının institutlaşdırılmasından sonra yaradılmışdır. Əvvəlcə altı kateqoriya üçün idi, lakin sonradan vahid dərəcəyə birləşdirildi. Bu sistem ilk dəfə Han sülaləsi dövründə yaradıldı. Tan sülaləsi boyunca hər il imtahan verənlərin təxminən 1-2%-i cinşi titulu qazanırdı. == Növləri == Cinshi cidi (進士及第, hərf. "seçilmiş cinşi"), saray imtahanındakı birinci dərəcəli məzunlar, adətən yalnız ilk üç şəxs bu ada layiq görülürdü. Çuanqyuan (狀元, hərf.
Sansız (Tarım)
Sansız (az.-əbcəd سانسێز‎, fars. سانسیز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,074 nəfər yaşayır (327 ailə).