DİNSİZ

DİNSİZ (dinə inanmayan, həm isim, həm də sifət kimi) Satırsan xaçpərəstə; Satırsan müsəlmana; Dinsizə də satırsan; Girsə əgər dükana (M.Rahim); BABI (məc.) Dinü imanı danıb, yoldan azıbdır, babıdır (M.Ə.Sabir); BƏDETİQAD ..Seyyid, o da sənin kimi bədetiqaddır (S.Ə.Şirvani); BİDİN [Ağa Bəşir:] Pərvərdigara, dünyada necə bidin adamlar yaradıbsan! (M.F.Axundzadə); MOLTANI (dan.) Axund: Qızı lap moltanıya da nikah etməyə hazıram (C.Cabbarlı); MÜLHİD (köhn.) ..ona kafir və mülhid namı verərkən ondan qaçmağa, onu təhqir etməyə başlamışlar (A.Şaiq); MÜRTƏD, LAMƏZHƏB (söyüş kimi də işlədilir) Kərbəlayı Həsən: Bu da, bu mürtəd qızı, laməzhəb qızı! (Çəmənzəminli); FASİQ, KAFİR (bax).

DİNPƏRVƏRLİK
DİR-DİRRİK
OBASTAN VİKİ
Dinsiz
Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür. İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.. Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.. Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib.
Azərbaycanda dinsizlik
Azərbaycanda qeyri-dindarlıq müxtəlif sorğu və anketlərə görə müzakirəyə açıqdır. İslam dininin şiə məzhəbi Azərbaycanda əsas üstünlük təşkil etməsinə baxmayaraq, ölkədə dini ibadətlə məşğul olan insanların sayı çox azdır. Rəsmi ölkə siyahıyaalınmasında ateistlər və aqnostiklər sayılmadığı üçün Azərbaycandakı ateistlərin və aqnostiklərin sayını ölçmək çətindir. "Caucasus Research Resource Centers"-in 2010-cu ildə təxminən 2 min nəfər insanla apardığı araşdırmada iştirak edənlərin 28 faizi bildirmişdi ki, din onların həyatında çox mühüm yerə malikdir. İki il sonra bu araşdırma 1800 nəfər insanla yenidən həyata keçirilmiş, bu insanların 33 faizi din onların həyatında çox mühüm yerə malik olduğunu bildirmişdir. Bundan başqa, müsahibə götürülənlərin 44 faizi dinin onlar üçün "kifayət qədər vacib olduğunu" bildirmişdir. Yerdə qalan 23 faiz isə dinin onların həyatında nisbətən vacib və ya ümumiyyətlə əhəmiyyətsiz olduğunu demişdilər. Müsahibə götürülən insanların 77 faizinin dinin onların həyatı üçün həyati əhəmiyyətli və ya vacib olmasını bildirməsinə baxmayaraq, onların yalnız 2 faizi gündəlik dini ibadətləri yerinə yetirən şəxslər idi. Onların 3 faizində bu həftədə bir dəfə və ya çox, 20 faizi bəzən oruc tutur və təxminən yarısı heç vaxt buna əməl etmir. Yeni bir Gallup anketinə görə, Azərbaycan əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi ölkələr arasında qeyri-dindarlığın ən çox üstünlük təşkil etdiyi ölkələrdən biridir və sorğuda iştirak edən insanların təxminən 53%-ü dinin həyatındakı əhəmiyyətini çox az və ya heç olmadığını bildirir.
Dinsizlik
Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür. İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.. Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.. Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib.
Qazaxıstanda dinsizlik
Qazaxıstanda dinsizlik — Qazaxıstan vətəndaşlarının təxminən 3%-i dinsiz olaraq tanınır. Daniyar Nauryzın sözlərinə görə, ateizm mövzusunda qadağa əslində informasiya baxımından tətbiq edildi. Həmçinin, Ridder-dən olan bir jurnalist və hüquq müdafiəçisi və Aleksandr Xarlamov dinlərarası nifrət oyatdığına görə həbs olundu. Xristianlıq və dindarların hisslərini təhqir edən müxtəlif dini cərəyanlar haqqında nəşrlərində ateizmi təbliğ etməkdə ittiham olunur. Milli Məclisin deputatı Jumatay Əliyev dinşünaslıqla yanaşı ateizmə də dərs deməyi təklif etdi. Qazaxıstanın siyasi partiyalarından ateizm və ateist təbliğat məclisdə təmsil olunur. Proqramın birində deyilir: “Kommunistlər vicdan azadlığının, hər hansı bir dinə etiqad etmək və ya heç bir etiqad etmə hüququnun tanınmasını, kilsə və məscidi dövlətdən, məktəbləri kilsə və məsciddən ayırmaq üçün müdafiə edirlər. Bununla yanaşı, kommunistlər dindarların hisslərini təhqir etməkdən çəkinərək, geniş ateist təbliğat aparırlar." Qazaxıstanda ateistlərə qarşı ayrı-seçkilik əlamətləri aşağıdakı faktlarla ifadə olunur: Təkamül nəzəriyyəsi elementlərini təhsil proqramlarından kənarlaşdırmaq cəhdləri. Dini fikrin yeganə mümkün mənbəyi kimi Əxlaq, ateizmin əxlaqı məhv edən dünyagörüşü kimi təbliği. Kütləvi informasiya vasitələrində dini mövqenin təbliği.

Digər lüğətlərdə