Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güclü Avqust
Güclü Avqust (12 may 1670[…], Drezden – 1 fevral 1733[…], Varşava) — 7 may 1694-cü ildən Saksoniya kürfürstü, 1697-ci il sentyabrın 15-dən (17 iyun 1697-ci ildə kral elan edilmişdir) 1704-cü il fevralın 16-dək (1-ci dəfə, əslində, 24 sentyabr 1706-cı ilə qədər) Polşa Kralı və Litvanın böyük knyazı. 1694-cü ildən I Fridrix Avqust adı altında, 1697-ci ildən isə II Avqust adı ilə Saksoniyanın kürfürstü kimi hökm sürmüşdür. Polşa taxtını tutmaq üçün protestant Avqust 1697-ci il iyunun 1-də katolikliyi qəbul etdi. Onun daxili islahatlar və kral hakimiyyətini gücləndirmək cəhdləri uğursuzluqla nəticələndi, eyni zamanda Rusiya imperiyasına bölgədə öz təsirini artırmağa imkan verdi. İsveçə qarşı Şimal Müharibəsində (1700-1721) I Pyotrun müttəfiqi olmuşdur. Onun hakimiyyəti Polşanın milli rifahının və onun sakinlərinin döyüşkən ruhunun süqutu dövrü idi. II Avqustun dövründə Polşa ordusu 80.000-dən 18.000-ə endirilmiş və biri milli, digəri isə xarici qoşunlardan ibarət olmaqla iki hissəyə bölünmüşdür.
Güclü istilər
== Güclü istilər == Güclü istilər hər hansı bir ərazidə günəş şüaları ilə çox qızmış atmosfer havasının vəziyyətidir. Tropiklər arasında yerləşən rayonlarda güclü istilər havanın daimi səciyyəvi vəziyyətidir. Tropiklərdən kənar ərazilərdə iqlim yayın üçün səciyyəvi bir haldır. Azərbaycanın Aran rayonlarında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində hər il yay mövsümündə havanın temperaturu +350C və daha yüksək olan güclü istilər müşahidə edilir. Bəzən havanın temperaturu +400C-dən də çox olduğu hallar müşahidə edilir. Azərbaycanda bütün instrumental müşahidə dövrü ərzində ən yüksə mütləq maksimum temperatur 2000-ci ilin yayında Culfada qeyd edilmişdir. == Güclü istilərin insan səhhətinə təsiri == Güclü istilər insan səhhətinə mənfi təsir göstər. Güclü istilər zamanı hipertoniya, insult, əsəb sistemi və s. xəstəliklərin artması müşahidə edilir . Əhali arasında istivurma və günvurma halları qeyd edilir.
Küllü söyüd
== Sinonimləri == Capraea cinerea Opiz Salix aurita var. cinerea (L.) Fiori Salix australis Schleich. ex J.Forbes Salix carinthiaca Host Salix deserticola Goerz ex Pavl. Salix discolor Host Salix geminata J. Forbes Salix incanescens Schleich. ex J.Forbes Salix polymorpha Host == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır.
Künclü acıçiçək
Kücü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Vulkan külü
Vulkan külü – (rus. вулканический пепел, ing. volcanic ash, cinder) vulkan partlayışı ilə sıyıq və bərk lavaların xırdalanmış və toz halına salınmış məhsulları. Toz və qum hissəciklərindən (diametri 2mm-ə qədər) təşkil olunur.
Güclü Partiya (Kosovo)
Güclü Partiya (alb. Partia e Fortë və ya PF) — Kosovoda yaranan satirik bir partiyadır. Partiya və 2013-cü ildə qurulmuşdur. Məqsədi "ictimai pullarını tərəfdarların mənfəəti üçün nəzarət etmə səlahiyyətinə" sahib olmaqdır.Partiyanın cinsiyyət bərabərliyinə olan bağlılığının bir parçası olaraq, qarşıdakı seçkilərdə vəzifə edəcək namizədlərin 30%-dən çoxu kişidir. Partiya, Kosovoda yaşayan insanların yanında o biri dünyadan olanlarınsəs verməsinə tərəfdar olaraq, Kosovonun demokratik bir ölkə olmasını tərifləyən partiya, siyasi status-kvo-nu qorumağa çalışır. Partiya liderləri qrupun anket düzəldənlərin ölçdüyünə görə 120% ətrafında bir zəfər iddia edirdi. == Tarixi == Partiya, 2012-ci ilin Noyabr ayında qurulmasına baxmayaraq, 2013-ci ilin İyun ayının 20-də rəsmən qeydiyyatdan keçmişdir. İl Ruqova, Visar Arifah, Ilir Bayri və Aqon Hamza kimi bir qrup aktivist və sənətçi tərəfindən qurulmuşdur. Güclü Partiyanı siyasi partiya olaraq görən insanlar, media və xalqın marağını çəkən bəzi internet zarafat və protestləri ilə diqqət qazandı. Facebook və Twitter xaricindəki ilk ictimai görünüşü, 2013-ci ilin əvvəllərində Klan Kosovo kabel televiziyasında baş verdi 2013-cü ilin Oktyabr ayında edilən ilk seçkilərdə Güclü Partiya, paytaxt Priştina Bələdiyyə Məclisində ən az bir adamın seçilməsi üçün səs qazanmışdır.
Güclü qarşılıqlı təsir
Güclü qarşılıqlı təsir və ya güclü nüvə qüvvəsi kvarkları proton, neytron və digər hadron zərrəciklərində saxlayan fundamental qarşılıqlı təsirdir. Güclü qarşılıqlı təsir, həmçinin neytronları və protonları bir yerdə tutaraq atom nüvələri yaradır, hansı ki, bu nüvə qüvvəsi olaraq adlandırılır. Bütövlükdə proton və ya neytron kütləsinin böyük hissəsi güclü qarşılıqlı təsir enerjisinin nəticəsidir: fərdi kvarklar proton kütləsinin yalnız 1 %-ni təşkil edir. 10−15 m aralığında (nuklon radiusundan bir qədər çox) güclü qüvvə elektromaqnetizmdən təxminən 137 dəfə, zəif qarşılıqlı təsirdən 106 dəfə və cazibə qüvvəsindən 1038 dəfə güclüdür.Güclü qarşılıqlı təsir iki diapazonda müşahidə olunur və iki qüvvə daşıyıcısı tərəfindən vasitəçilik edilir. Daha böyük miqyasda (təxminən 1-3 femtometr) protonları və neytronları (nuklonları) birləşdirərək atomun nüvəsini yaradan qüvvədir (mezonlar tərəfindən daşınır). Daha kiçik miqyasda (nükleonun radiusu təxminən 0,8 fm-dən az) kvarkları bir yerdə saxlayaraq protonları, neytronları və digər hadron zərrəciklərini yaradan qüvvədir (qlüonların daşıdığı). Bu qüvvə eyni zamanda rəng qüvvəsi olaraq adlanır. Güclü qüvvə o qədər yüksək enerjiyə malikdir ki, güclü qüvvə ilə bağlanmış hadronlar yeni kütləyə sahib zərrəciklər yarada bilər. Belə ki, əgər hadronlar yüksək enerjili zərrəciklərlə toqquşdurularsa, onlar sərbəst hərəkət edən şüalanma (qlüonlar) yaymaq əvəzinə yeni hadronlar əmələ gətirirlər. Güclü qüvvənin bu xassəsinə rəng məhdudiyyəti deyilir və o, güclü qüvvənin sərbəst “emissiyasının” qarşısını alır: emissiya əvəzinə praktikada kütləvi zərrəciklər jeti istehsal olunur.
Güclü olan haqlıdır
Güclü olan haqlıdır və ya Güclü olan istədiyini əldə edər həm təsviri, həm də göstərişli mənaları ilə əxlaqın mənşəyi haqqında aforizmdir Təsviri olaraq, bu fikir cəmiyyətin doğruya və yanlışa baxışının hakimiyyətdəkilər tərəfindən müəyyən edildiyini və "Tarixi qaliblər yazır " kimi bir məna daşıdığını iddia edir. Yəni, bütün insanların yaxşı və pis haqqında şəxsi fikirləri olsa da, ancaq maneələri və düşmənləri dəf edəcək qədər güclü olanlar öz ideyalarını həyata keçirə, öz standartlarını bütövlükdə cəmiyyətə diktə edə bilər. Montaque kratokratiyanıi ( yun. κρατερός krateros "güclü" deməkdir) fiziki zorakılıq və ya demaqoq manipulyasiya yolu ilə nəzarəti ələ keçirmək üçün kifayət qədər güclü olanlar tərəfindən məcburi gücə əsaslanan bir hökumət modeli kimi təyin edirdi. Bu fikir totalitar rejimlərin kredosu kimi təsvir edilir. Sosioloq Maks Veber İqtisadiyyat və cəmiyyət əsərində dövlətin gücü ilə onun mənəvi nüfuzu arasındakı münasibətləri təhlil edirdi . Beynəlxalq siyasətin realist alimləri bu ifadəni hakimiyyətin suveren dövlətlər arasında münasibətləri müəyyən etdiyi “ təbiət qanunu” kimi təsvir etmək üçün istifadə edirlər.
Mənim səs-küylü evim
Səs-küylü ev (ing. The Loud House) – Kris Savino tərəfindən Nickelodeon üçün hazırlanan cizgi-serialı. Cizgi-serial, 10 qız övladları olan ailənin orta övladı olan 11 yaşlı uşaq – Lincoln Loud adlı bir uşağın xaotik gündəlik həyatı ətrafında dönür. Cizgi-film Kris Savinonun ana vətəni olan Miçiqan, Royal Woods şəhərində keçməkdədir. Serial 2013-ci ildə illik Animasiya Qısa Proqramına daxil edilən iki dəqiqəlik bir qısa film kimi şəbəkəyə yerləşdirilib. 2014-cü ildə isə bu cizgi-serial daha da inkişaf etməyə başladı. Epizodlar Burbank, Kaliforniyadakı Nikelodeon Animasiya Studiyasında istehsal olunur. Həmçinin, Nickelodeon ilə yanaşı Canadian Studios Jam Filled Entertainment tərəfindən də animasiya olunur. Cizgi-serial böyük bir ailədə böyüyən Kris Savinonun öz uşaqlığına əsaslanır və onun animasiyası əsasən qəzet komik lentlərindən əsirlənir. Nickelodeon 2016-cı ildə, ilk olaraq Mənim səs-küylü evim cizgi-serialının iki önizləmə epizodunu öz veb saytına yerləşdirir.
Səs-küylü ev (cizgi filmi)
Səs-küylü ev (ing. The Loud House) – Kris Savino tərəfindən Nickelodeon üçün hazırlanan cizgi-serialı. Cizgi-serial, 10 qız övladları olan ailənin orta övladı olan 11 yaşlı uşaq – Lincoln Loud adlı bir uşağın xaotik gündəlik həyatı ətrafında dönür. Cizgi-film Kris Savinonun ana vətəni olan Miçiqan, Royal Woods şəhərində keçməkdədir. Serial 2013-ci ildə illik Animasiya Qısa Proqramına daxil edilən iki dəqiqəlik bir qısa film kimi şəbəkəyə yerləşdirilib. 2014-cü ildə isə bu cizgi-serial daha da inkişaf etməyə başladı. Epizodlar Burbank, Kaliforniyadakı Nikelodeon Animasiya Studiyasında istehsal olunur. Həmçinin, Nickelodeon ilə yanaşı Canadian Studios Jam Filled Entertainment tərəfindən də animasiya olunur. Cizgi-serial böyük bir ailədə böyüyən Kris Savinonun öz uşaqlığına əsaslanır və onun animasiyası əsasən qəzet komik lentlərindən əsirlənir. Nickelodeon 2016-cı ildə, ilk olaraq Mənim səs-küylü evim cizgi-serialının iki önizləmə epizodunu öz veb saytına yerləşdirir.
Kutlu Arslan
== Kutlu Arslan == Gürcüstanın qədim dövlət xadimi, 1184-cü ildə Gürcüstanda ilk Qanunverici Məclisin (Parlamentin) banisi və ilk Başçısı, Çariça Tamarın maliyyə naziri (meçurçuxucesi).
Kutlu Savaş
Kutlu Savaş (1942, Manisa) - Radio Televiziya Üst Qurumunun sabiq başçısı. == Həyatı == 1942-ci ildə Manisada doğulmuşdur. 1967-ci ildə Ankara İctimai Xidmətlər Akademiyasından məzun olmuşdur. 1998 və 2000-ci illər arasında Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsində çalışmışdır. Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsinə gətirilmiş olan beşinci adamdır. Daha öncə Baş Nazirlik Təftiş Təşkilatına başçılıq (1986-1992/1997-1998) etmişdir. Susurluq qəzası və Milli Kəşfiyyat Təşkilatı hesabatlarını hazırlamışdır. Əvvəlində Türkiyə Kömür İşlətmələri Ümumi Müdirliyi İdarə Heyəti üzvlüyü, İş və İctimai Təhlükəsizlik Nazirliyi katibi (1984-1986), Dövlət Planlama Təşkilatı katib köməkçiliyi vəzifələrində təyin olunmuşdur. 1987-1991 illəri arasında Nazirlər Kabineti kontingentindən Ali Təhsil Şurası üzvlüyü etmişdir.
Kuçluk xan
Kuçluk xan (?-1218) — Naymanların xanı. == Həyatı == O, nayman tayfasına mənsub idi. Nəsrani təriqətinə bağlıydı. Atası Tayan xan uzun illər uluslarına rəhbərlik etmişdi. 1203-cü il qələbəsindən sonra Temuçinin (Çingiz xanın) torpaqları genişlənərək nayman torpaqlarına çox yaxınlaşmışdı. Nayman xanı Kuçluk Temuçinin yeganə qatı düşməni olaraq qalırdı. Naymanların güclü qoşunu vardı. Buna baxmayaraq, Temuçinin qoşunları 1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı. Nayman xanı Kuçluk İrtış çayına tərəf qaçaraq canını bir təhər qurtara bildi. Naymanların müttəfiqi sayılan Merkit xanı Toxtabəy də onunla birlikdə aradan çıxdı.
Üçlü hibiskus
Üçlü hibiskus (lat. Hibiscus trionum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. == Sinonimləri == Hibiscus africanus Mill. Hibiscus dissectus Wall. [Invalid] Hibiscus hispidus Mill. Hibiscus trionum var. cordifolius DC. Hibiscus vesicarius Cav. Ketmia trionum (L.) Scop. Trionum annuum Medik.
Üçlü sinir
== İstinadlar ==
Bürclü
Bürclü (Ərdəbil)
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədriDigərGüllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Külcə
Külcə (uyğ. غۇلجا /Ғулҗа, qaz. قۇلجا /Құлжа) və yaxud İnin (çin. sadə. 伊宁, pinyin: Yíníng) — Sintszyan-Uyğur Muxtar Rayonunda qəza, şəhər. == Tarixi == Göytürk xaqanlığı dönəmində dağüstü yaylalardan biri Külcə adlanırdı. Hindistan istiqamətində Qerman və Robert Şlaqintveyt qardaşları bu ərəfədə Mərkəzi Asiyaya doğru irələləməkdə idilər. Onlar Təkla-Məkan səhrasının cənubunda yerləşən Xotana qədər gələ bilsələr də Yarkəndə çata bilmədilər. 1865-ci ildə V.Q.Djonson Xotanda on altı gün qalmaqla şəhərin coğrafi koordinatlarını müəyyən etdi. Hindistan topoqrafiya idarəsinin nümayəndəsi Mirzə Şudça Amu-Dəryaya çatır, Çakmak-Kul gölünü aşkar etdikdən sonra Qaşqar istiqamət götürür.
Külüç
Külüç (az.-əbcəd کۆلۆچ‎, fars. کلوچ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (120 ailə).
Kəcli
Kəcli — Kəngər tayfalarının bir qoluna mənsub nəsil == Haqqında == Araz çayından cənubdakı torpaqlarda yaşayırdılar. Nadir şahın hakimiyyəti dövründə (1736-1747) nəsil rəisi (Əbülcəm) Kəclillər arasında şah ordusu üçün qoşun toplayırdı. Nadir şahın ölümündən sonra Qarabağ hakimi olmuş Azad xan Əfqanın Kəclilər tədricən əkinçiliklə məşğul olmağa və oturaq həyat tərzinə keçməyə başlamışdı. Lakin kəngərli İran hökmdarına daha layiqli xidmət göstərmək üçün tayfalarının bu qolunun torpağa tam bağlanmalarına deyil, elat-yarımköçəri olmalarına çalışırdılar ki, zərurət zamanı əskəri xidmətə cəb olunsunlar. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 222. ISBN 5-8066-1468-9.
"Üçlü spiral" innovasiya modeli
"Üçlü spiral" innovasiya modeli – Universitet-dövlət-sənaye əlaqələri vasitəsilə biliyin yaradılması, yayılması və istifadəsini nəzərdə tutan nəzəri çərçivə.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Külüs
Külüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir. == Tarix == Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.
Kümlə
Kümlə — İranın Gilan ostanında yerləşən şəhər. Kümlə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Kürsü
Kürsü — qışda evləri qızdırılması üçün istifadə olunan cihaz. == İstifadə qaydası == Kürsü bunlardan ibarətdir: bir qısa masa və altında keyfiyyətli, uzun müddət yanan və aşağı tüstü verən kömür ilə dolu manqal və kürsü yorğanı. Kürsü yorğanı masanın üstünə çəkilər ki, isti masanın altından çıxmasın və boşa getməsin. == Mədəni mövqesi == Azərbaycan və İranda Çillə gecəsində ailə kürsü ətrafında toplanır və bu gecəni qeyd edərdilər.[mənbə göstərin] == Digər ölkələr == Bir Kotatsu adlı oxşar məhsul Yaponiyada istifadə olunur. == Xarici keçidlər == Kürsü nədir?
Kütlə
Kütlə (fiziki kəmiyyət) - hər-hansı cismin fiziki çəkisi. Kütlə (sosiologiya) - insan çoxluğu.
Kürdü
Kürdü (geyim)
Hücü
Hücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 120 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindən tərcümədə "su arxları çəkilmiş yer" və ya "yeni arx" mənalarında izah edilir.
Kühl
Kühl ya da Köhl (ərəb. كُحْل‎‎); Yaxın Şərq və Afrika mədəniyyətlərində gözün üstünə çəkilən qara rəng. Göz üçün bir sıra xeyirli xüsusiyyətləri vardır. == İslam dinində == İslam inanclarına görə köhlü həm kişi, həm də qadın tibbi səbəblərə görə işlədə bilər və hətta məsləhət olunur. Bu, Məhəmməd Peyğəmbərin söylədiklərinə əsaslanır: "Göz üçün ən yaxşı olan şeylərdən biri köhldür; o yaxşı görmək üçün xeyirdir və kirpikləri uzadır." İbn Abbas söylədi: "Peyğəmbərin axşamlar hər gözə üç dəfə gözə köhl çəkmək üçün bir qabı var idi."Ayrıca, müsəlman ölkələrində Ramazan ayında gözə köhl çəkmək bir adətdir. Lakin bu məlumatın güclü qaynaqları yoxdur.Hal-hazırda müsəlmanlar bunu Məhəmməd Peyğəmbər təcrübədən keçirtdiyinə görə işlədirlər.
Kükü
Yaşayış məntəqələriKükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi.YeməklərKükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Küli
Küli-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Küli-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Kollu
Kollu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Kollu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Kozlu
Kozlu (türk. Kozlu) — Zonquldak ilinin ilçəsi. Türkiyə Böyük Millət Məclisi tərəfindən 12 noyabr 2012 tarixində qəbul edilən 6360 nömrəli qanunun nəticəsində bir ilçəyə çevrildi. Kömür yataqları olan rayonun ümumi əhalisi 44.376 nəfərdir. Dəniz səviyyəsində qurulan rayonun bütün məskunlaşmaları dağlıq ərazilərdə yerləşir. Bülent Ecevit Universitetinin hazırlıq sinifləri bu bölgədə İncirharmanı şəhərciyindədir. Bir zamanlar 60.000 nəfərlik əhaliyə sahib mədənçi diyarı olan Kozlu, Türkiyə Daş kömür Təşkilatının kiçilməsindən sonra immiqrasiya mərkəzi olmuşdur. Kozlu ilçəsi, Zonquldak şəhər mərkəzindən 5 km məsafədə yerləşir. == Məhəllələri == Mərkəzi məhəllə Fateh məhəlləsi Cənubi məhəllə Taşbaca məhəlləsi İhsaniyyə məhəlləsi 19 May məhəlləsi Qılıç məhəlləsi Əsənköy məhəlləsi Yahma məhəlləsi == Turizm == Kozlu ilçəsində turizm sürətlə inkişaf edir. Kozlu çimərliyi, Dəyirmənağzı və Ilıqsu ilçənin əsas görməli yerləridir.
Kuçan
Kuçan — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Qoçan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 96,953 nəfər və 25,066ailədən ibarət idi. Əhalisinin əksəriyyəti tatlar, kurmanclar və Xorasan türklərindən ibarətdir. Az sayda türkmənlər, ermənilər, mazandaranlılar, bəluclar, ərəblər və azərbaycanlılarda bu şəhərdə yaşayırlar.
Kuçar
Kuçar (fars. کوچار‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 384 nəfər yaşayır (124 ailə).
Qumlu
Qumlu (Qürvə) Qumlu (Çaroymaq) Qumlu (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qumlu — Zaqatala rayonunda göl.
Quzlu
Quzlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ani kəndistanı ərazisinə daxil olan kənd. Quzlu (Kövsər) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Quzlu (Üngüt) Quzlu (Mahnişan) Aşağı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Quzlu-i Əfşar (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd.
Çullu
Çullu (Ağdam)Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd.Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.