Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muradlı
Muradlı — Azərbaycan soyadı, təxəllüs. Bu soyadı olan tanınmış şəxslərYaşayış məntəqələri AzərbaycandaMuradlı (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Muradlı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağsu rayonunda bələdiyyə.İrandaMuradlı (Meşginşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Muradlı bəxşində şəhər və bu bəxşin paytaxtıdır. Muradlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanında kənd. Muradlı (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanında kənd. Muradlı (Hurand) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanında kənd.
Muradlı (Ağsu)
Muradlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Muradlı (Biləsuvar)
Muradlı (fars. مرادلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 707 nəfər yaşayır (134 ailə).
Muradlı (Hurand)
Muradlı (fars. مرادلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 438 nəfər yaşayır (97 ailə).
Muradlı (Meşginşəhr)
Muradlı— İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Muradlı baxşında şəhər və bu baxşın paytaxtıdır.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13834 nəfər və 2,973 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Muradlı (Xudafərin)
Muradlı (fars. مرادلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (10 ailə).
Muradlı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məhəmməd Muradlı
Məhəmməd Muradlı (d. 1 avqust 2003) — azərbaycanlı şahmatçı, qrosmeyster (2022). == Karyerası == 2011-ci ildə 8 yaşlı oğlanlar arasında Azərbaycan çempionatının qalibi olub. 2012-ci ildə Çexiyanın Praqa şəhərində keçirilmiş 10 yaşlılar arasında Avropa çempionatında 5-ci yer tutaraq ELO əmsalını 117 xal artırıb. Eyni ildə İranın Rəşt şəhərində keçirilmiş "Xəzər kuboku"nun D qrupunda yarışıb və 10 yaşlı şahmatçılar arasında 3-cü yeri tutub.2013-cü ildə 10 yaşlılar arasında Bakı və Azərbaycan çempionu olub. Həmin ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş "Moskva Open" turnirində 10 yaşı olmasına baxmayaraq 11 yaşlılar arasında 9 mümkün xaldan 8.5 toplayıb və turnirin qalibi olub2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında Respublika şahmat festivalında 12 yaşlılar arasında birinci yeri tutub. Həmin il Yunanıstanın Kavala şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə Avropa çempionatında yaşı 11-dək olan şahmatçılar arasında qələbə qazanıb. Ardından Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 1 və 3-cü yerləri bölüşdürərək əlavə əmsallara görə 3-cü yeri tutub.2015-ci ilin mart ayında 12 yaşadək oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyində qızıl medal qazanıb. Ardıyca Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uşaqların yarışında 3-cü yerə layiq görülüb. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilmiş "Abu Dhabi Masters" turnirinin A qrupunda (böyüklər arasında) iştirak edib və öz ELO reytinq əmsalını 133 xal artırıb.
Nazmiyə Muradlı
Nazmiyə Muradlı (Nazmiyə Muslu, 13 iyun 1979, Konya) — Türkiyə paralimpiya paruerlifteri. 2012 Yay Paralimpiya Oyunlarında 40 kq çəki dərəcəsində 109 kq çəki qaldıraraq birinci olmuşdur. 2016 Yay Paralimpiya Oyunlarında isə 104 kq-la eyni nəticəni təkrarlamışdır. == Bioqrafiyası == Nazmiyə Muradlı 13 iyun 1979-cu ildə Konya şəhərinin Meram bələdiyəsi ərazisində anadan olmuşdur. Anadan gəlmə əlil idi. Nazmiyənin anadan gəlmə çanaq oynağının çıxışından əziyyət çəkirdi. Xəstəliyin nəticəsi olaraq əlil arabasında hərəkət edirdi. Orta təhsilini ev şəraitində almışdır. Onun idmanla məşqul olmasını dostu təklif edir. İlk əvvəllər o idmanı buraxmaq istəyirdi.
Tacir Muradlı
Tacir Hasil oğlu Muradlı (25 sentyabr 2000; Mil, Beyləqan rayonu — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Yeni Mil (Talıbxanlı) qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Muradlı oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin Muradlı
İlkin İlyas oğlu Muradlı (27 sentyabr 1995, Şahbuz, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == İlkin Muradlı 27 sentyabr 1995-ci ildə Şahbuz şəhərində dünyaya göz açmışdır. Orta təhsil aldıqdan sonra 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2014-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2017-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi ilə hərbi xidmətinə başlamışdır. 29 iyun 2020-ci ildə baş leytenant rütbəsi alaraq hərbi xidmətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Muradlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Şuşa-Kəlbəcər istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Əlikəhrizi (Muradlı)
Əlikəhrizi (fars. علي كهريزي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (35 ailə).
Aşağı Muradlı (Poldəşt)
Aşağı Muradlı (fars. مرادلوي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (62 ailə).
Orta Muradlı (Poldəşt)
Orta Muradlı (fars. مرادلوي وسطي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (34 ailə).
Yuxarı Muradlı (Puldəşt)
Yuxarı Muradlı (fars. مرادلوي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (31 ailə).
Muğanlı (Qubadlı)
Muğanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Muğanlı kəndi Həkəri çayının sol sahilindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Muğanlı kəndindən gəlmiş ailələr salmışlar.
Murad Muradov
Murad Məmmədrza oğlu Muradov (1884 – 2 noyabr 1964) — aktyor, teatr xadimi, Azərbaycan SSR əməkdar artisti. == Həyatı == Murad bəy Məmmədrza bəy oğlu Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. İlk təhsilini Ağdamda alıb və Bakıdakı Realnı məktəbdə davam etdirib. O, 1907-ci ildə Ümumrusiya Teatr Cəmiyyətinin üzvü olan ilk azərbaycanlı aktyorlardan biridir. Murad Muradov səhnəyə ilk addımını 1897-ci ildə Şuşa şəhərində atıb. 1900-cü ildə Bakıya gələn Murad Muradov canlı teatr prosesinə qoşulub və müxtəlif obrazlar oynayıb. "Müsəlman dram artistləri cəmiyyəti"ndə, "Nicat" və "Səfa" truppalarında çalışıb, əsasən epizod rolların ifaçısı kimi tanınıb. 1919-cu ildən isə müəyyən fasilələrlə Akademik Milli Dram Teatrında işləyib."Elm" nəşriyyatı tərəfindən 1981-ci ildə çapdan buraxılmış "Hüseynbala Ərəblinski" kitabında xalqımızın unudulmaz sənətkarları sırasında Murad və Qaflan Muradov qardaşlarının adları tez-tez çəkilir. Mənbədə qeyd edilir ki, Azərbaycan milli teatrının yaranması və inkişafında digər klassik sənət korifeyləri ilə yanaşı, əməkdar artist Murad Muradovun da böyük əməyi olmuşdur. Ümumiyyətlə, Murad və Qaflan Muradov qardaşlarının milli teatrın formalaşmasındakı xidmətləri digər incəsənət xadimlərinə nisbətən, nədənsə, az xatırlanıb.
Murad Muradov (rejissor)
Murad Ələkbər oğlu Muradov (1984, Bakı) — Azərbaycan rejissoru və kinooperator. == Həyatı == Murad Ələkbər oğlu Muradov 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-2001-ci illər ərzində A.N.Ələkbərov Adına İncəsənət Gimnaziyasında təhsil almış, oxuduğu dövrlərdə orada fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasında bir sıra filmlərin müəllif olmuşdur. Müəllimləri Ənvər Əbluc və Gülbəniz Əzimzadə olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq Fakültəsinə daxil olmuşdur. Müəllimi əməkdar incəsənət xadimi, kinooperator, kinorejissor Rasim İsmayılov olmuşdur. 2005-ci ildə universiteti Qırmızı diplom ilə bitirmişdir. Diplom işi kimi "Uçan çinarlar" filmini çəkmişdir. Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil almışdır. Hazırda İncəsənət Gimnaziyasında kinorejissorluq fənni üzrə müəllimdir.
Murad bəy Muradov
Murad Məmmədrza oğlu Muradov (1884 – 2 noyabr 1964) — aktyor, teatr xadimi, Azərbaycan SSR əməkdar artisti. == Həyatı == Murad bəy Məmmədrza bəy oğlu Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. İlk təhsilini Ağdamda alıb və Bakıdakı Realnı məktəbdə davam etdirib. O, 1907-ci ildə Ümumrusiya Teatr Cəmiyyətinin üzvü olan ilk azərbaycanlı aktyorlardan biridir. Murad Muradov səhnəyə ilk addımını 1897-ci ildə Şuşa şəhərində atıb. 1900-cü ildə Bakıya gələn Murad Muradov canlı teatr prosesinə qoşulub və müxtəlif obrazlar oynayıb. "Müsəlman dram artistləri cəmiyyəti"ndə, "Nicat" və "Səfa" truppalarında çalışıb, əsasən epizod rolların ifaçısı kimi tanınıb. 1919-cu ildən isə müəyyən fasilələrlə Akademik Milli Dram Teatrında işləyib."Elm" nəşriyyatı tərəfindən 1981-ci ildə çapdan buraxılmış "Hüseynbala Ərəblinski" kitabında xalqımızın unudulmaz sənətkarları sırasında Murad və Qaflan Muradov qardaşlarının adları tez-tez çəkilir. Mənbədə qeyd edilir ki, Azərbaycan milli teatrının yaranması və inkişafında digər klassik sənət korifeyləri ilə yanaşı, əməkdar artist Murad Muradovun da böyük əməyi olmuşdur. Ümumiyyətlə, Murad və Qaflan Muradov qardaşlarının milli teatrın formalaşmasındakı xidmətləri digər incəsənət xadimlərinə nisbətən, nədənsə, az xatırlanıb.
Marallı
Marallı-i Cəfərquluxanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Marallı-i Kalbalı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Moranlı
Moranlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Moranlı (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Muğanlı
AzərbaycanMuğanlı (Ağdam)Muğanlı (Bağbanlar, Ağdam) — Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Muğanlı (Şıxbabalı, Ağdam) — Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsində kənd.Muğanlı (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Muğanlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Muğanlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Muğanlı (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Muğanlı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Muğanlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Muğanlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Muğanlı (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Muğanlı (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Qubadlı
Qubadlı — Azərbaycanın Qubadlı rayonunun inzibati mərkəzi, Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər. == Etimologiyası == "Qubadlı" oykonimi kürd mənşəlidir. Qubadlı adında kürd tayfası indi də İranda yaşamaqdadır. == Coğrafiyası == Laçından cənubda, Bazarçayın sağ sahilində, yarpaqlı meşələr arasında yerləşir. == Tarixi == Qubadlı Rusiya imperiyası dövründə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur. Sovet dövründə Qubadlı əvvəlcə Azərbaycan SSR-in Zəngilan rayonunun bir hissəsi idi, sonra isə Qubadlı rayonu yaradılmış və onun inzibati mərkəzi təyin edilmişdir. Şəhər 1923-cü ildən 1930-cu ilə qədər Kürdüstan qəzasının tərkibində olmuşdur. 1933-cü ildə Qubadlı Zəngilan rayonunun eyniadlı kənd sovetinin tərkibində olmuşdu.Qubadlıya 1962-ci ildə şəhər tipli qəsəbə, 24 iyul 1990-cı ildə şəhər statusu verilmişdir. Burada asfalt zavodu, quşçuluq fabriki, daş karxanası, üç məktəb, iki xalq kitabxanası, mədəniyyət evi, kinoteatr və xəstəxana yerləşirdi. Qubadlı şəhəri Birinci Qarabağ müharibəsi zamanı, 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş, oranın azərbaycanlı əhalisi məcburi köçkün olmuşdur.
Turaclı
Turaclı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 325 evdə 979 nəfər əhali yaşayır.
Aşağı Muradəli (Urmiya)
Aşağı Muradəli (fars. رادعلي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (42 ailə).
Yuxarı Muradəli (Urmiya)
Yuxarı Muradəli (fars. مرادعلي عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (49 ailə).
Muraşı
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Kürdalı
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. == Əhalisi == Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Ümranlı
Ümranlı (İmranlu, İmrənlu, İmranlı, Umranlu, Omranlu) (fars. عمرانلو‎)-Azərbaycan xalqının etnogenezində duran türk ellərindən biridir. Ümranlılar İranın Mazandaran və Gülüstan ostanlarında yaşayırlar. Ümranlılar Dağlıq Qarabağ və Cənubi Azərbaycanın Qaradağ vilayətindən bu məntəqələrə köçürülüblər.