Muğanlı (Qubadlı)

MuğanlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd.[1]

Muğanlı
39°14′16″ şm. e. 46°43′55″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Xəritəni göstər/gizlə
Muğanlı xəritədə
Muğanlı
Muğanlı

Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[2]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[3].

Muğanlı kəndi Həkəri çayının sol sahilindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Muğanlı kəndindən gəlmiş ailələr salmışlar. Oykonimlər türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa vaxtilə Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə tanınmışdır.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh. 119.  (az.)
  3. "Qubadlının bu kəndləri azad edildi". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]