Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qonaqlıq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qonaqlı
Qonaqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Yaşayış məntəqəsini həmin rayondakı Yekəalılar (indiki Vahidli) kəndindən gəlmiş Molla Qurban adlı şəxs salmışdır. Kənd Qovaqlı meşə sahəsinin ətəyində salındığına görə belə adlanmış, sonra da rəsmi sənədlərdə Qonaqlı şəklinə düşmüşdür. Qonaq sözü qovaq ağa­cının adının yerli tələffüz variantıdır. Hazırda kəndin yaxınlığındakı Bəydəmirli kəndinin (Gədəbəy гayonu) сənubunda qovaq ağaclarının çox olduğu yer də Qonaqlıçökək adlanır. Oykonim qonaq (qovaq) sözündən və -lı şəkilçisindən düzəlmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Axıncaçayın dərəsində yerləşir. == Əhalisi == === Şəhidləri === Hüseynov Mustafa Ələddin oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Valtasar qonaqlığı
Valtasar qonaqlığı — Rembrantın Babilin son kralı Belşazzarı çəkdiyi böyük ölçülü yağlı boya tablodur. Babil Kralı Belşazzar e.ə. 6-cı əsrdə zadəganlar üçün bir ziyafət təşkil edir və onlarla birlikdə oturub şərab içib, əylənirlər. Birdən kralın arxasında bir əl peyda olur. Kral və ətrafındakılar qorxuya düşərək nə olduğunu anlamaq üçün o tərəfə baxırlar. Əlin olduğu yerdə bir yazı görülür və kral kahinləri çağırıb yazının nə məna verdiyini soruşur. Kahinlərin heç biri bunu oxuya bilmir və nəhayət, Daniyal yazını oxuyur: “Mənə təkəl u-parsin”. "Mənə" sayılı deməkdir və "mesaj" tanrının kralın səltənət günlərinə bir son verəcəyini işarə edir. "Təkəl" tarazlıq mənasını verir ki; buradakı mesaj, kralın tarazlığı qoruyub saxlaya bilmədiyini və testi keçə bilmədiyinə işarə edir. "Parsin" bölünmüş deməkdir və krallığın bölünməsinə işarət edir.
Şiraz qonaqlığı
Şiraz Qonaqlığı və ya Şiraz şənliyi ― 1763-cü ildə İran şahı Kərim xan Zənd, Xoy xanı Şahbaz xan, Qarabağ xanı Pənahəli xan, Naxçıvan xanı Hacı xan, Qaradağ xanı Kazım xan və Sərablı Əli xan arasında baş vermiş xəyanət. Xəyanəti Kərim xan Zənd təşkil etmişdir. Kərim xan Zənd öz qardaşı edam olunan yerdəcə Fətəli xan Əfşarı edam etdirmişdir. Bu münasibətlə ziyafətə dəvət edilən xanlar isə faktiki olaraq öz xanlıqlarından təcrid edilmiş və Kərim xan Zəndin əsiri olmuşlar. Xanlar Şiraza Çatdıqdan sonra “ziyafətin” əsl mahiyyəti bir daha aydınlaşdı. “Şiraz qonaqlığı”nda Kərim xanın məqsədi - bu yolla xanları vətənlərindən uzaq salmaq və beləliklə onları özündən asılı vəziyyətə salmaq idi. “Şiraz qonaqlığı” nəticəsində Qarabağ və Qaradağ xanlıqları bir müddət Kərim xan Zənddən asılı vəziyyətə düşürlər. Girov götürülmüş Azərbaycan xanları “qonaqlığ”ın zahiri cəhətlərinə aldanmayaraq öz xanlıqları ilə əlaqə saxlamağa və onu möhkəmləndirməyə səy göstərir, müxtəlif yolla xilas olub vətənə qayıtmağa çalışırdılar. Beləliklə, “Şiraz qonaqlığı” gözlənilən nəticələri vermədi. Bu və başqa (“Qızılqaya xəyanəti(1752)”) faktlar göstərir ki, həmin dövrdə Azərbaycanda millətçilik ön planda deyildi.
Boston Çay Qonaqlığı
Boston çay dəstgahı (ing. Boston Tea Party) — 16 dekabr 1773-cü ildə Bostonda Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası. Amerika inqilabının başlanğıcı sayılır. == Haqqında == Boston Çay Qonaqlığı 16 Dekabr 1773'cü ildə Boston limanında "Azadlıq Oğulları" (Sons of Liberty) tərəfindən təşkil olunmuş siyasi etiraz aktıdır. Yerli qəbiləlilərin tərzində geyinmiş bir neçə insan East India şirkətinə aid gəmilərə çıxaraq bütün yükü - çay qutularını dənizə atdı. Çayın ümumi çəkisi 42 ton təşkil edirdi. Bu etiraz, 10 May 1773'cü ildə qəbul olunmuş Çay aktına qarşı yönəlmişdi. Bu akt East India şirkətinə aksiz ödəmədən çay idxal etməyə icazə verirdi, bu da amerikalı tacirlərin biznesinə zərər vururdu. Aksizin özü isə Britaniya İmperiyasının "Yeni Dünyasında" fiskal siyasəti sərtləşdirən bir neçə digər tədbir ilə birlikdə 1767'ci ildə təsdiq olunmuşdu. Bu aktlar Taunşendin aktları kimi tanınır.
Qulaqlıq
Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz. == Baş üçün qulaqlıq == Baş Üçün Qulaqlıq ing. Headphones bu qulaqlıq ümumiyyətlə kompüterlər üçün istifadə edilir. Çox yer tutduğundan və portativ olmadığına görə mobil cihazlarda çox üstünlük verilmir. Qulaqlıq firmaları bu problemi həll etmək üçün qulaqlıqlara qatlanma və dönmə xüsusiyyətləri əlavə edir. == Qulaqlıq haqqında == Bundan başqa, qulaqlıqlar səsyazmalar üçün də istifadə olunurlar. "qulaqlıqlar" adı "baş telefonlar" termininin danışıq sinonimidir. "telefon" adı (telephone, yunan. tele — uzağa, uzaqda, və phone — səs) ilk dəfə hələ Filipp Reysi (Philipp Reis) 1861-ci ildə tətbiq etdi. Amma birinci radioqəbuledicilərdən birində 1899-cu ildə, yaradılmışlar.
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Qocalıq
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Subaylıq qonaqlığı: II hissə (film, 2011)
Hanqover 2 (ing. The Hangover Part II) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Todd Fillipsin rejissorluq etdiyi filmin baş rollarında Bradley Cooper, Zach Galifianakis və Ed Helms çəkilmişlər. Kassa müvəffəqiyyəti tutan Hanqover filminin ikinci filmi.
Coğrafi zonallıq
Coğrafi zonallıq — coğrafi təbəqənin (landşaft təbəqəsinin) quruluşunda ən başlıca qanunauyğunluqlardan biri. Bu qanunauyğunluq günəşin şüa enerjisinin enliklər üzrə bərabər bölünməsilə əlaqədar olaraq, müxtəlif landşaft tiplərinin ekvatordan qütblərə doğru dəyişilməsində və müxtəlif coğrafi qurşaqların, coğrafi zonaların yaranmasında özünü göstərir.
Quraqlıq (1971)
== Məzmun == Kinolentdə quraqlığın kənd təsərrüfatına böyük ziyan vurmasından, bunun qarşısının alınması üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Şaquli zonallıq
Şaquli zonallıq- dağlarda hündürlükdən asılı olaraq hadisələrin qanunauyğunluqla birbirini əvəz etməsidir. Hündürləşdikdə günəş radiasiyasının, xüsusən qısadalğalı radiasiyanın gərginliyi artır, atmosferdə toz və su buxarı azalır; lakin hər 100 m qalxdıqda temperatur 0,5-0,60 , təzyiq isə hər 100-150 m-də 10 mm düşür. Habelə kondensasiya şəraiti dəyişir. Yağıntı müəyyən hündürlüyə qədər artır, sonra isə azalır. İqlim şaquli zonallıq ilə əlaqədar olaraq torpaq və bitki örtükləri, heyvanat aləmi, relyef də, yəni bütün landşaft da dəyişir. Sinonimi: Hündürlük zonallığı.
Quraqlıq (film, 1971)
== Məzmun == Kinolentdə quraqlığın kənd təsərrüfatına böyük ziyan vurmasından, bunun qarşısının alınması üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Xınalıqlıların Qonağı (1937)
Gecə qonağı (film, 2015)
Gecə qonağı filmi rejissor Kənan MM tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Azəri Prodakşn tərəfindən istehsal edilmişdir. Əsas rolları Fərda Xudaverdiyev, Pərvin Abıyeva, Kənan MM, Tural Əhməd, Kəmalə Piriyeva ifa edirlər. == Məzmun == Tək yaşayan Camal rəssamlıqla məşğuldur, lakin heç kim onun əsərlərini bəyənmədiyinə görə onda böyük depressiya yaranır. Onun Lalə adında özünübəyənən bir nişanlısı var. Bir gün dostu Ədalət gecə yarısı bir bar qızı Zara ilə sərxoş vəziyyətdə Camalın evinə gəlir. Ədalət Camaldan xahiş edir ki, qız bir gecə onun evində qalsın. Lakin səhər açılanda Ədalət qızın dalınca gəlmir. Yuxudan oyananda Zara elə bilir ki, onu evə Camal gətirib. Beləliklə, fərqli dünyaların adamları olan insanlar arasında ülvi hisslər yaranır.
Xınalıqlıların Qonağı (film, 1937)
Gecə qonağı 2 (film, 2017)
Gecə qonağı 2 filmi rejissor Kənan MM tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azəri Prodakşn şirkətində istehsal edilmişdir. Film sevgiyə, bədbəxtliyə ithaf olunur. Əsas rolları Kənan MM, Pərvin Abıyeva, Cavanşir Hadıyev, Hüseyn Mahmudov, Elnarə Heydərova ifa edirlər.
Bakının qonağı-VII Ümumittifaq Kinofestivalı (film, 1974)
Bakının qonağı-VII Ümumittifaq Kinofestivalı qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-reportaj 1974-cü ilin aprel ayında Bakıda keçirilmiş VII Ümumittifaq kinofestivalı haqındadır. == Məzmun == Film-reportaj 1974-cü ilin aprel ayında Bakıda keçirilmiş VII Ümumittifaq kinofestivalı haqındadır. Filmdə sovet kino sənəti xadimlərinin Bakıya gəlməsi, kinofestivalın təntənəli açılış və bağlanışı, baxışın qaliblərinə mükafatların təqdim olunması, qonaqların şəhərlə tanışlığı, onların respublikanın şəhər və kəndlərinə səfərləri öz əksini tapmışdır. Bu, festivalın kino gündəliyidir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Əlibala Ələkbərov, Tofiq Sultanov, Mehman Dadaşov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".