Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tərpənən və tərpənməz bloklar
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.
Dərketmə
Dərketmə — şüurun obyektlə birbaşa əlaqəsi kimi həyata keçirilən idrak fəaliyyəti metodu. Termin, prototipi alm. Anschauung‎, yəni "vizual təmsil" ( alm. schau‎ : shau) olduğu Kantianizmdə kateqoriyalı status aldı: təfəkkürlə vasitəçiliyi olunmayan idrak aktı. == Anlayışın tarixi == Fəlsəfə tarixində onun analoqu intuisiya anlayışı olmuşdur. Dərketmə sözü tez-tez yun. θεωρία, fərziyyə və ya "ruhun uzaq sirrlərə cəmləşməsi" mənasını verir və həmçinining. contemplation, məlumat aldıqdan sonra düşüncənin dayanması, “ani tutma” və qavrayış təsiri meydana gəldiyi zaman yaranan vəziyyət kimi başa düşülür, . == Kantın yanaşması == Kant təfəkkür (nəzəri) və praktiki (empirik) arasındakı ziddiyyəti qoruyur və bu barədə yenidən düşünür. Dərketmə artıq mənəvi-intellektual təcrübənin nəticəsi deyil, onun apriori şərtidir.
Bərpaetmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.