TƏRPƏNMƏK

f.
1. Yerindəcə hərəkət etmək, hərəkətə başlamaq, tərpəşmək, qımıldanmaq.
Tərpənməyir gecə yarı; Ağacların yarpaqları. S.Rüstəm.
[Eldar:] Tələsməyin, mən deməmiş tula yerindən tərpənən deyil. M.Rzaquluzadə.

□ Yer tərpənmək – zəlzələ olmaq.
2. Yola düşmək, hərəkət etməyə başlamaq.
Telli isə qəti surətdə bir yana tərpənməyəcəyini bildirirdi. S.Hüseyn.
[Nərgiz:] Tez ol ata, deyəsən, anagilin dəstəsi tərpənir… Ə.Məmmədxanlı.

3. Bir işi görməyə başlamaq, bir işə girişmək, hərəkətə gəlmək.
[Qönçə atasına:] Bəlkə sən tərpənincə onlar gecənin birində məni apardılar? Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRPƏNMƏK TƏRPƏNMƏK (yavaşca tərpənmək) Qurbanəli bəy yerindən heç tərpənmədi (C.Məmmədquluzadə); QIMILDANMAQ Pişik onun [Məstanın] səsini eşidəndə hər bir şeyi
  • TƏRPƏNMƏK yerimək — qımıldanmaq
  • TƏRPƏNMƏK oynamaq — fırlanmaq — hərlənmək
  • TƏRPƏNMƏK irəliləmək — yüksəlmək

Etimologiya

  • TƏRPƏNMƏK Tərpə-t, tərpə-n tipli sözlər göstərir ki, törəmə kök tərpə feilidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏRPƏNMƏ
TƏRPƏNTİ

Digər lüğətlərdə