Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şatarız
Şatarız — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd.Şatarız kəndi Bəsit çayi sahilində, dağətəyi ərazidədir. Güman etmək olar ki, oykonim şat (код, düşərgə, çadır) və riz (yol) komponentlərindən düzəlib (-a mənsubiyyət bildirir), “код yolu” mənasındadır. Görünür, kənd код yolunun üstündə yerləşdiyi üçün belə adlandırılmışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
Atamız
Atamız (Ey Atamız) xristianlıqda ən çox yayılmış dua, İsanın Dağüstü moizəsindən gəlir. Hazırda 1,437 dilə və ləhcəyə tərcümə edilmişdir. [mənbə göstərin] Əhdi-Cədiddə iki variant var (Matta İncili 6:9-13 və Luka İncili 11:2-4). Azərbaycan tərcümələrindən biri: Ey göylərdə olan Atamız, İsmin müqəddəs tutulsun. Padşahlığın gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; Və bizə borclu olanları bağışladığımız kimi, Bizim borclarımızı da bizə bağışla; Və bizi imtahana çəkmə, Fəqət bizi hiyləgərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.
Maşın xətası
Maşın xətası (ing.machine error, ru. машинная ошибка)- qeyri-adi səbəblərdən, məsələn, operativ yaddaşda (RAM) bir bitin qiymətini dəyişə bilən kosmik şüaların təsirindən yaranan fövqəladə nadir hadisə. İlk mikrokompüterlərdə RAM mikrosxemləri çox da saf (kimyəvi tərkibcə) silisium altlıqlar üzərində hazırlanmırdı və bəzən radioaktiv elementlərin ayrı-ayrı atomları parçalanaraq yaddaşın bir bitini dağıdırdı. Güman ki, ən geniş yayılmış maşın xətaları olaraq, sərt diskin oxunuşu zamanı yaranan xətaları hesab etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səhifə xətası
Səhifə xətası (ing. page fault) – prosessorun operativ yaddaşda olmayan yaddaş səhifəsində yerləşən növbəti komandaya, yaxud onun operandına müraciəti zamanı virtual yaddaşın idarəolunması sistemində meydana çıxan şərait. Əslində, bu hal xəta deyil. Səhifənin olmaması ünvanlamaya cavabdeh olan aparat səviyyəsində aşkarlanır, nəticədə aparat kəsilməsi (PAGE FAULT INTERRUPT)verilir. Kəsilməyə görə səhifə diskdən oxunur, sonra isə proqram öz işini davam etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
Ailə atası
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır.Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Atsız Xarəzmşah
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Atsız məcmuə
Atsız məcmuə - adını tarixçi, yazıçı, şair, türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızdan alan jurnal. Fasiləsiz olaraq 17 sayı çıxmışdır. Jurnalda ədəbiyyat, tarix, millətçilik, türk xalq ədəbiyyatı, sosial mövzular və müxtəlif fikirlərlə bağlı yazılar nəşr edilmişdir. Jurnalın əsas mövzusu kommunizmə qarşı yazılar ilə Ülküçülük və Turançılıq düşüncəsidir. Yazı heyətinə Mehmed Fuad Köprülü, Zəki Validi Toğan kimi şəxslərin də olduğu bu jurnal, 25 sentyabr 1932-ci ildə qapadılmışdır. == Haqqında == Jurnalın ilk sayı 15 may 1931-ci ildə nəşr edilmişdir, bu sayıda jurnalın məqsədi "Bir quş baxışı" adlı məqalədə açıqlanmışdır. Bu yazıda I Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsindən sonrakı ictimai həyatdan bəhs edilmiş, jurnalın xalqın içinə girəcəyini, xalqdan yana əsərlər verəcəyini, kəndlini və kəndləri qurtarmağa və ucaltmağa çalışacaq gənclərin jurnalı olduğu vurğulanmışdır. Bu məqalə jurnalın 17 saylıq həyatının əsas fikir mövzusu olmuşdur. Jurnalda ən çox Səbahətdin Əli və Hüseyn Nihal Atsızın şerləri nəşr edilmişdir. Şerləri nəşr edilən digər şəxslər isə Fevziyə Abdullah və Nihad Sami Banarlıdır.
Buğra Atsız
Buğra Atsız (14 iyul 1946, Kadıköy, İstanbul ili) — türk tarixçi və yazıçıdır. Hüseyn Nihal Atsız və Bədriyə Atsızın kiçik oğlu, Nejdət Sançarın qardaşı oğlu, Yağmur Atsızın qardaşıdır. Türkçü və Turançı düşüncələri ilə məşhurdur. == Həyatı == 1946-cı ilin 14 iyulunda İstanbul şəhərində anadan olmuşdur.Uzun illər Almaniyada yaşamışdır, hal-hazırda Kanada yaşayır. === Təhsili === İstanbulda yerləşən Avstriya liseyində təhsil almışdır. Bundan sonra ali təhsil almaq üçün Almaniyaya getmiş və orada Türkologiya üzrə təhsil almışdır. Doktarantura təhsilini də burada tamamlayan Buğra Atsızın araşdırma mövzusu Osmanlı sultanlarından IV Murad olmuşdur. == Ailəsi == Hüseyn Nihal Atsızla Bədriyyə Atsızın ailəsində anadan olmuşdur. Yağmur Atsızın kiçik qardaşı, Nejdət Sançarın qardaşı oğludur. 2 övladı vardır: Çiftçioğlu Aydolu Atsız, Maya Atsız.
Nihal Atsız
Hüseyn Nihal Atsız (12 yanvar 1905; Kadıköy – 11 dekabr 1975; İstanbul)— Türk yazıçısı, şair, tarixçi və ideoloqdur. Nejdət Sançarın böyük qardaşıdır. Yağmur Atsız və Buğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur. Özünü Türkçü və Turançı olaraq tanıtmışdır. O, İslama nifrət edirdi və onu “Ərəblər tərəfindən ərəblər üçün yaradılmış bir din” kimi təyin edirdi. == Ailəsi == Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır.Çiftçioğulları ailəsindən müəyyənləşdirilə bilən ən böyük babası, XIX əsrin əvvəllərində yaşadığı hesab edilən Əhməd ağadır. Əhməd ağanın İsmayıl, Süleyman, Hüseyn və Şakir adlı dörd oğlu olmuşdur. İsmayılın övladları Mididən, Yozğadın Ağdağmədəni bölgəsinin Dayılı kəndinə köşmüşdür. Şakir ağanın övladlarının olub-olmaması bilinmir.
Yağmur Atsız
Yağmur Atsız (d. 4 noyabr 1939, İstanbul) - türk tarixçi, şair, türkoloq və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın oğlu, türkoloq Buğra Atsızın böyük qardaşı. == Həyatı == 1939-cu ilin noyabr ayının 4-də İstanbul şəhərində Nihal Atsızın ailəsində anadan olmuşdur. === Təhsili === Heydərpaşa liseyində orta təhsilini başa vurduqdan sonra İstanbul universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. Buradakı təhsilini bitirdikdən sonra Almaniyanın Bonn Universitetinə təhsil almaq üçün getmişdir. == Fəaliyyəti == 1967-ci ildə buradakı təhsilini bitirdikdən sonra bir müddət Türkiyədə Mətbuat-Nəşriyyat İdarəsində işləmişdir. 1971-ci ildə Almaniyaya geri dönən Atsız, televiziya və radio qurumlarında film çəkilişi və siyasi şərhçiliklə məşğul olmuşdur. 1977-ci ildən etibarən 2 il müddətinə Türkiyənin Bonn şəhərindəki konsulluğunun mətbuat katibliyini etmişdir. === Mətbuat sahəsindəki fəaliyyətləri === Nöqtə, Bazar postası, Yeni yüz il, Tərcüman, Milliyyət, Maya, Türk ədəbiyyatı kimi qəzet və jurnallarda yazılar yazmışdır. 31 dekabr 2014-cü il tarixinə qədər Star qəzetində köşə yazıları yazmışdır.
Əlaəddin Atsız
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
“Bir vahid” xətası
"Bir vahid" xətası (off-by-one error-OBOE) – proqramlaşdırmada: hər hansı əməlin yerinə yetirilmələrinin sayını bir vahid azaltdıqda, yaxud artırdıqda meydana çıxan xəta. Tutaq ki, verilmiş massivin m-dən n-dək (daxil olmaqla) elementləri emal olunmalıdır. Burada cəmi neçə element var? İntuitiv cavab n−m ola bilər, ancaq bu, "bir vahid"i nümayiş etdirən "çəpər dirəyi" xətasıdır (FENCEPOST ERROR); düzgün cavab n−m+1 olacaq. Ona görə də hesablama aralıqlarını çox zaman yarım-açıq intervallar vasitəsilə göstərirlər; "bir vahid" xətalarından qaçmaq üçün m-dən n-dək (daxil olmaqla) aralıq m-dən (daxil olmaqla) n+1-dək aralıq kimi göstərilir. Məsələn, beş dəfə təkrarlanan dövrü 0-dan 5-dək yarımaçıq interval kimi yazmaq olar: Dövrün gövdəsi öncə i-nin 0 qiyməti üçün yerinə yetirilir; sonra i ardıcıl iterasiyalarla 1, 2, 3 və sonda 4 olur. Bu nöqtədə i-nin qiyməti 5 olur və bu halda i < 5 yalan olduğundan dövr sona çatır. Ancaq müqayisə üçün <= (kiçik, yaxud bərabərdir) operatorundan istifadə oluncaydı, onda dövr altı dəfə yerinə yetirilərdi: bu halda i dəyişəni 0, 1, 2, 3, 4 və 5 qiymətlərini alır. Eyni zamanda, əgər i dəyişəninə başlanğıc qiymət olaraq 0 deyil, 1 mənimsədilsə idi, onda iterasiyaların sayı 4 olardı: bu halda i dəyişəni 1, 2, 3 və 4 qiymətlərini alır. Bu iki halın hər biri "bir vahid" xətasına səbəb ola bilər.
Atsız (Xarəzm hökmdarı)
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Hüseyn Nihal Atsız
Hüseyn Nihal Atsız (12 yanvar 1905; Kadıköy – 11 dekabr 1975; İstanbul)— Türk yazıçısı, şair, tarixçi və ideoloqdur. Nejdət Sançarın böyük qardaşıdır. Yağmur Atsız və Buğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur. Özünü Türkçü və Turançı olaraq tanıtmışdır. O, İslama nifrət edirdi və onu “Ərəblər tərəfindən ərəblər üçün yaradılmış bir din” kimi təyin edirdi. == Ailəsi == Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır.Çiftçioğulları ailəsindən müəyyənləşdirilə bilən ən böyük babası, XIX əsrin əvvəllərində yaşadığı hesab edilən Əhməd ağadır. Əhməd ağanın İsmayıl, Süleyman, Hüseyn və Şakir adlı dörd oğlu olmuşdur. İsmayılın övladları Mididən, Yozğadın Ağdağmədəni bölgəsinin Dayılı kəndinə köşmüşdür. Şakir ağanın övladlarının olub-olmaması bilinmir.
Xaç atası (roman)
Xaç atası (ing. The Godfather) italyan-amerikan yazıçı Mario Püzonun romanı. İlk dəfə 1969-cu ildə G. T. Putnam's Sons tərəfindən nəşr edilmişdir. Nyu-Yorkda yaşayan və başçısı Don Vito Korlione olan italyan-amerikan mafiya ailəsinin hekayəsini anladır. Roman 1945-ci ildən 1955-ci ilədək olan zamanı əhatə edir. Yazıçı romanda italyan mafiyasına xas consigliere, caporegime, Cosa Nostra və omertà kimi sözcüklərə yer vermişdir.
Xaç atası (film)
Xaç atası (ing. The Godfather) — rejissor Frensis Ford Koppolanın qanqster dram filmi, Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanının ekranlaşması. Filmin şüarı: "İmtina edilməsi mümkün olmayan təklif" olmuşdu. Amerika Film İnstitutunun (ing. The American Film Institute) qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur. == Məzmun == "Xaç atası" filmi Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edir. Bu film 1945-1955-ci illər arasında olan hadisələri əhatə edir. Film 1945-ci ildə don Vito Korleonenin (Marlon Brando) evində təşkil olunmuş şənliklə başlayır. Bu, Korleonenin qızı Konni (Talia Şayr) və Karlo Rissinin (Canni Russo) toy məclisi idi.
Xaç atası 2
Xaç atası 2 (ing. The Godfather Part II) — rejissor Frensis Ford Koppolanın 1974-cü ildə çəkdiyi filmi. Film Mario Püzonun eyniadlı romanı əsasında çəkilmişdir. "Xaç atası" qanqster dramının davamıdır. == Məzmun == "Xaç atası" filminin ikinci seriyasında süjet xətti iki müxtəlif istiqamətlərə ayrılır: onlardan biri ilk seriyadan əvvəlki, digəri isə ilk seriyadan sonrakı hadisələri göstərir. Birinci istiqamət Vito Korleonenin həyatını əks etdirir. İkinci istiqamət Vitonun oğlu Maykl Korleonenin ailənin başçısı seçilməyindən sonrakı fəaliyyətini nümayiş etdirir. Gələcək don Korleone Vito Andolini kimi 1891-ci ildə Korleonedə anadan olmuşdu. Vitonun doqquz yaşı olarkən onun atası yerli mafiya başçısını təhqir etdiyinə görə öldürülür. Daha sonra onun anası və qardaşı Paolo da mafioz qrupunun əli ilə öldürülür.
Xaç atası 3
Xaç atası 3 (ing. The Godfather Part III) — rejissor Frensis Ford Koppolanın 1990-cı ildə çəkdiyi film. Məşhur qanqster film-trilogiyasının sonuncu hissəsi. Yeddi nominasyada Oskar mükafatına namizəd olub. == Məzmun == "Xaç atası" trilogiyası bu filmlə başa çatır. Ötən seriyadakı hadisələrdən 20 il sonra Maykl Korleone qanuni bizneslə məşğul olmağa başlayır. Lakin klanın daxilində olan müqavimət onu artıq sınanmış qan üsullarına əl atmağa məcbur edir. Və bu faciəvi sonluqla bitir. Bunların hamısı Koppolanın əvvəlki iki seriyada olduğu kimi genişmiqyaslı, akademik, dinamik və eyni zamanda çox sadə elementləri idi. 1979-cu il.
Alban çarı (Satinikin atası)
Adı bilinməyən alban çarı qızı Satiniki Erməni çarı Artaksesə ərə vermişdir. Bu haqda məlumat "Alban ölkəsinin tarixi" əsərində verilmişdir. == Hakimiyyəti == === "Alban ökəsinin tarixi" əsərində === Artakses Yervanda hücum edəndə, Yervand Albaniyanın Uti vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses öz şəhərinə qayıdır. Orada Alban ordularını yanına dəvət edir, onlarla Göyçə (Sevan) gölünün sahilinə gəlib və onların köməyi ilə Yervandan qovub, Erməniyyəni işğal edir. Elə bu vaxtlarda albanlar bütün dağlı qəbilələri və gürcülərin bir qismi ilə ittifaq yaradıb, nəhəng qoşun toplayır və erməni torpağına hücum edirlər. Artakses də öz ordusunu yığır və onlara qarşı çıxaraq, Kür qırağında düşərgə salır. Ağır döyüş başlanır və Alban çarının oğlu Artaksesin əlinə əsir düşür. Çar oğlunun əvəzinə o, bacısını, Satinik adlı çar qızını alır və sülh bağlayaraq Erməniyyəyə qayıdır. Az bir vaxtdan sonra Satinikin atası vəfat edir və taxtını bir qəsbkar tutub, qızın qardaşını ölkədən qovur.
Atası yandı (film, 1986)
Atası yandı qısametrajlı bədii süjeti rejissor Elxan Qasımov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film idarələrdə şikayətlərə əhəmiyyət verilməməsindən bəhs edir. Rolları Sadıq Hüseynov, Elxan Ağahüseynoğlu və Arif Həbibi ifa edirlər. == Məzmun == Film idarələrdə şikayətlərə əhəmiyyət verilməməsindən bəhs edir.
Onun atası (film, 2016)
40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
Şatariz
Şatarız — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd.Şatarız kəndi Bəsit çayi sahilində, dağətəyi ərazidədir. Güman etmək olar ki, oykonim şat (код, düşərgə, çadır) və riz (yol) komponentlərindən düzəlib (-a mənsubiyyət bildirir), “код yolu” mənasındadır. Görünür, kənd код yolunun üstündə yerləşdiyi üçün belə adlandırılmışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
Biomimetik kataliz
Biomimetik kataliz Katalizin inkişafının müasir istiqamətlərindən biri olan imitasion kataliz yeni tipli katalizatorların- biomimetik katalizatorların sintezi və onların müxtəlif kimyəvi proseslərdə tədqiqi və tətbiqi ilə bağlıdır.Əsas xassələrinə görə biokimyəvi proseslərin modelləşdirilməsindən bəhs edən və kimyəvi kataliz ilə fermentativ kataliz arasında aralıq mövqe tutan kataliz sahəsi imitasion kataliz adlandırılmışdır.İmitasion katalizdə fermentativ kataliz proses və obyektlərinin əsas xüsusiyyətlərini (selektivlik, mülayim şərait, aktiv mərkəzlərin təsir mexanizmi və s) imitasiya edən real modellərin konstruksiyası aparılır. Biomimetik katalizatorun biomimetik xüsusiyyətlərini əldə etmək üçün modelləşdirilən bioloji obyektin yəni fermentin təsir mexanizmi dəqiq məlum olmalıdır.Bunun üçün aktiv mərkəzin quruluşu ferment-substrat kompleksin quruluşu fermentin substrat spesifikliyi müəyyənləşdirilməlidir. Məlumdur ki,fermentin zülal hissəsi substratın katalitik çevrilməsində fəal iştirak edən funksional qruplardan ibarətdir: imidazol qalıqları, alifatik və aromatik hidroksil qrupları karboksil və sulfohidril amin qruplar. Fermentlərin biokimyəvi modellərinin konstruksiyası zamanı 2 əsas tələb yerinə yetirilməlidir:Model fermentativ reaksiya mexanizmini yerinə yetirməlidir. Fermentativ reaksiya sürətinin onun struktur-funksional quruluşu ilə bağlılığı nəzərə alınmalıdır.Fermentin təsir mexanizmində zülalın polipeptid zəncirinin aminturşu qalıqları turşu-əsasi xarakterli katalitik mərkəzlərin böyük rolu vardır. Başqa sözlə, substratın çevrilməsində prostetik qrupla birlikdə zülalın turşu-əsas mərkəzləri də iştirak edir. Buna görə də biomimetik modellər hazırlanarkən adekvat həndəsi aktiv mərkəzlər model və substratda yaradılmalıdır ki, bu da modelin spesifikliyini təmin etməlidir. Tədqiqatçılar tərəfindən bir sıra maye fazada istifadə olunan (müvafiq fermentlər kimi) homogen biomimetik katalizatorlar sintez olunmuşdur. Məsələn Mn(II) porfirinlər və oksidləşdiricilərin iştirakı ilə bir neçə monooksigenaz reaksiyaların tədqiqi aparılmışdır.Yüksək çıxımla monooksigenaz reaksiya məhsullarının alınması üzvi kimyanın mayefazalı oksidləşməsi sahəsində geniş imkanları yaranmasına səbəb oldu.Mn-ın proksimal azot liqandı ilə kompleks birləşməsi dismutaz və oksigenaz reaksiyalarda çox effektiv katalizator kimi istifadə olunur. Göstərilən katalizatorlar maye fazada işləyən homogen katalizatorlardır.Onların aktivliyi istifadə olunan həlledicilərin təbiətində mühitin pH təsirindən çox asılıdır.Alınan reaksiya məhsullarının ayrılması prosesi isə bir sıra çətinliklərlə bağlıdır.
Supramolekulyar kataliz
Supramolekulyar kataliz (ingil. supramolecular catalysis) – katalizatorun özünün və ya keçid vəziyyətinin supramolekulyar ansambl təşkil etdiyi reaksiyada sürət dəyişməsidir. == Təsvir == Yüksək effektli və selektiv katalizatorların yaradılması supramolekulyar kimyanın mühüm məsələlərindən biridir. Supramolekulyar kataliz reaksiyalarında katalizatorun özü, eləcə də onun substratla kompleksi (keçid vəziyyət) – supremolekulyar hissəcik ola bilər. Supramolekulyar kataliz iki əsas mərhələdən ibarətdir: substratın (reaqentin) katolizatorla kompleks əmələ gətirməsi və substratın kompleks daxilində sonradan sərbəst katalizatorun ayrılması ilə gedən məhsullara çevrilməsi. Hər iki mərhələ üçün molekulyar müəyyənlik - başqa sözlə katalizatorun, substratın və məhsulların strukturları arasında supremolekulyar kimyanın metodları ilə əldə edilən həndəsi uyğunluq labüddür. Eləcə də energetik faktor, yəni katalizatorun və substratın reseptor mərkəzləri arasında güclü qarşılıqlı təsirin olması mühüm rol oynayır. Əgər katalizator özü reaksiya məhsuluna çevrilirsə, onda sistem bərpa bacarığına malikdir, başqa sözlə sistem DNT-nın(Dezoksiribonuklein turşusu) sintetik analoqunu təmsil edir. Təbii supramolekulyar katalizə ferment katalizini misal göstərmək olar. Sintetik supramolekulyar katalizatora sadə misal ATF-in(Adenozintrifosfat), ADF(Adenozindifosfat) və fosfata qədər hidrolizini nəzərə çarpan dərəcədə gücləndirən və bununla da ATF-aza fermentinin analoqu olan [24] – N6O2 makrotsiklini göstərmək olar.
Qız atası (teleserial, 2014)
Qız atası — Azərbaycan teleserialı. 2014-cü ildən etibarən ATV kanalında yayımlanır. == Məzmun == Film-serial dörd qız atası Vidadi müəllimin (Teymur Məmmədov) həyat yoldaşı Nəzakət (Mətanət Əliverdiyeva), qızları və kürəkənləri tərəfindən başına gətirilən macəralardan bəhs edir. Böyük qızı Təhminə (Xəyalə Quliyeva) Çingiz (Azər Axşam) adlı dələduz biri ilə evlidir. Çingiz (Azər Axşam) hətta qaynatası tərəfindən ona verilmiş evi belə sataraq, pulu xərcləyərək Vidadinin evinə yerləşmişdir. Digər qızı isə Mədinə (Ülviyyə Xalinbəyova) artıq 5 ildirki Səbuhi (Coşqun Viləş) ilə nişanlı qalmışdır. Hər dəfə toy ərəfəsində olarkən Səbuhinin (Coşqun Viləş) bir yaxın qohumu ölərək, toyları yasa çevrilir. Səbinə (Nərgiz Vahabqızı) adlı qızı isə evlənmək yaşına çatıb, anası Nəzakət (Mətanət Əliverdiyeva) ona evlənmək üçün müxtəlif namizədlər tapsa da o heç birini bəyənməyərək, evlənmək fikrinin olmamasını hər zaman bildirir. Nərminə (Nurlana Cəfərova) isə universitetə öz sənədlərini versə də, çox az bal toplayır. Bunu isə 1 il müxtəlif bəhanələr ilə öz atasından gizlədir.
Xaç atası (film, 1972)
Xaç atası (ing. The Godfather) — rejissor Frensis Ford Koppolanın qanqster dram filmi, Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanının ekranlaşması. Filmin şüarı: "İmtina edilməsi mümkün olmayan təklif" olmuşdu. Amerika Film İnstitutunun (ing. The American Film Institute) qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur. == Məzmun == "Xaç atası" filmi Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edir. Bu film 1945-1955-ci illər arasında olan hadisələri əhatə edir. Film 1945-ci ildə don Vito Korleonenin (Marlon Brando) evində təşkil olunmuş şənliklə başlayır. Bu, Korleonenin qızı Konni (Talia Şayr) və Karlo Rissinin (Canni Russo) toy məclisi idi.
Əsgər atası (film, 1964)
"Əsgər atası" (gürc. ჯარისკაცის მამა) — rejissor Rezo Çxeidzenin filmi. == Məzmun == 1942-ci ilin yayı. Qoca gürcü kəndli Georgi Maxaraşvili (Serqo Zakariadze) öyrənir ki, tankçı oğlu müharibədə yaralanıb və hospitala düşüb. Bütün müharibə boyu gününü yaralı oğlunu tapmaq ümidi ilə keçirir. Bu fikirlə yola çıxan atanın başına yolda çox hadisələr gəlir. İş elə gətirir ki, oğul sağalır və yenidən cəbhəyə yola düşür. Bir müddət sonra Georgi özü də əsgər olur və döyüş yoldaşları ilə birlikdə Berlinə qədər gedib çıxır. Yalnız müharibənin sonlarında Georgi oğlu ilə qeyri-adi vəziyyətdə görüşə bilir. Oğul yaralı halda atasının qolları üstə həlak olur.
Dataşit (məlumat vərəqi)
Texniki spesifikasiya, məlumat kartı, məlumat vərəqi (ing. datasheet) — məhsulun, materialın, komponentin (məsələn, elektron) və ya alt sistemin texniki xüsusiyyətlərini özündə birləşdirən və layihə mühəndisi tərəfindən istifadə üçün nəzərdə tutulmuş sənəd. İstehsalçı şirkət tərəfindən yaradılır. Xüsusi xüsusiyyətlərin siyahıları verilir. Mənbə kodu varsa, o, sənədin sonunda və ya ayrıca faylda yerləşir.
Xaç atası 2 (film, 1974)