Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zavallı (film)
Zavallı (ing. Loser) — 2000-ci il ABŞ istehsalı yeniyetmə, romantik-komediya filmi. Filmin rejissoru və ssenari müəllifi Emi Hekerlinqdir. Baş rollarda Ceyson Biqqs, Mina Suvari və Qreq Kinnir çəkilib. Film Orta Qərbi ABŞ-nin kiçik qəsəbəsindən Nyu-York Universitenə təhsil almaq üçün gələn Pol Tanekdən bəhs edir.
Tavadlıq
Tavadlıq (gür.: g.ə. სათავადო, l.ə. satavado) — XV-XVIII əsrlərdə Gürcüstanda II dərəcəli irsi feodal mülkədarlıq. Tavadlıqlar Kartli-Kaxetiya krallığında kral (gür.: g.ə. მეფე, l.ə. mepe) titulu daşıyan I dərəcəli feodaldan sonra II dərəcəli iri feodallar olan tavadlara məxsus idilər. Mərkəzi hakimiyyətdən demək olarki asılı olmayan tavadlar, kralın apardığı müharibələrdə iştirak etməyə borclu idilər. Rusdilli tarixi sənədlərdə "tavadlıq" knyazlıqlara bərabər tutulmuş və "tavad" titulu olan ali zadəganlar knyaz olaraq təqdim edilmişdirlər.
Zoğallıq
Zoğallıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.Əhalisi 480 nəfərdir ki onunda 254 nəfəri kişi, 226 nəfəri qadındır.
Zavadıq
Zavadıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Zavadıx kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Zavadıq Xotavənd məbədində 1182-ci ilə aid ermənicə kitabdə Tsovatex kimidir. 1727-ci ilə aid mənbədə Yuxarı Qarabağın Köçəz nahiyəsində Zəvadıq kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər yerləşdirildikdən sonra kənd ermənicə Tsovatex kimi ad vermişdir. Hələlik mənası məlum olmayan zaba və türk dillərində tıq "meşəsiz (dağ, təpə)" sözlərindəndir. Ermənistanda əhalisi azərbaycanlılardan ibarət olmuş Zaba kənd adı ilə müqayisə edilə bilər. Ola bilsin bu ad zeyvə (ərəbcə zaviyə "kürüc", "bucaq", "ibadətgah" sözündən və -dıq (lıq) şəkilçisindən ibarətdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafi zonallıq
Coğrafi zonallıq — coğrafi təbəqənin (landşaft təbəqəsinin) quruluşunda ən başlıca qanunauyğunluqlardan biri. Bu qanunauyğunluq günəşin şüa enerjisinin enliklər üzrə bərabər bölünməsilə əlaqədar olaraq, müxtəlif landşaft tiplərinin ekvatordan qütblərə doğru dəyişilməsində və müxtəlif coğrafi qurşaqların, coğrafi zonaların yaranmasında özünü göstərir.
Şaquli zonallıq
Şaquli zonallıq- dağlarda hündürlükdən asılı olaraq hadisələrin qanunauyğunluqla birbirini əvəz etməsidir. Hündürləşdikdə günəş radiasiyasının, xüsusən qısadalğalı radiasiyanın gərginliyi artır, atmosferdə toz və su buxarı azalır; lakin hər 100 m qalxdıqda temperatur 0,5-0,60 , təzyiq isə hər 100-150 m-də 10 mm düşür. Habelə kondensasiya şəraiti dəyişir. Yağıntı müəyyən hündürlüyə qədər artır, sonra isə azalır. İqlim şaquli zonallıq ilə əlaqədar olaraq torpaq və bitki örtükləri, heyvanat aləmi, relyef də, yəni bütün landşaft da dəyişir. Sinonimi: Hündürlük zonallığı.
Müqəddəs Qriqoris kilsəsi (Zavadıq)
Müqəddəs Qriqoris kilsəsi — Xocavənd rayonunun Zavadıq kəndində yerləşən tarix-memarlıq abidəsi. Kilsə XVII əsrdə əslən yaxınlıqdakı Kiş kəndindən olan arxiyepiskop Barseq Kişeçinin nəzarəti ilə Katolikos IV Petrosun sifarişi əsasında inşa edilmişdir. == Tarixi == İnşaat kitabəsinə əsasən Müqəddəs Qriqoris kilsəsi 1667-1676-cı illərdə Kiş kəndindən olan alban arxiyepiskopu Barseq Kişeçinin nəzarəti altında Alban Həvari Kilsəsinin katolikosu IV Petrosun sifarişi ilə inşa edilmişdir. Abidə üzərindəki kitabədən bəlli olur ki, kilsə Amaras monastırı qardaşlığının yay iqamətgahı kimi istifadə olunmuşdur ki, bu da onun memarlığına təsir etmiş, kilsədə dəyərli xaçdaşlar, tarixi əlyazmalar və digər dəyərli tarixi artefaktlar toplanmışdır. == Memarlıq xüsusiyyətləri == İlkin memarlıq xüsusiyyətlərini yaxşı qoruyaraq dövrümüzə çatmış kilsə, dörd pilonlu günbəzli bazilika formasına malikdir. Günbəzin alçaq barabanı xaçvari xarici həcmdə demək olar ki, görünmür.Kilsə divarlarının hörgüsündə yaxşı yonulmuş daş blokları istifadə olunmuşdur. Tağtavanlı örtüyə malik üçnefli ibadət zalı 19.24 m uzunluq, 13.63 m en və 8 m hündürlüyə malikdir. Ölçü xüsusiyyətləri baxımından kilsə, Amaras monastırındakı Müqəddəs Qriqoris kilsəsinin xüsusiyyətlərini xatırlatsa da, uzunluq baxımından bir qədər geri qalır.Tağtavan və onu örtən iki tərəfli dam, dörd pilon və onları birləşdirən tağlar üzərində dayanır. İnteryerin ən yaxşı saxlanmış hissələri sütunlar, pəncərə və qapı çərçivələridir. Təəssüf ki, altar hissəsi haqqında bunu demək mümkün deyildir.
Françesko Kavalli
Françesko Kavalli (14 fevral 1602[…], Krema[d], Kremona əyaləti – 14 yanvar 1676[…], Venesiya) — əsl adı Pietro Françesko Kaletti-Bruni olan və erkən barokko dövrünə aid olan italyan bəstəkarı. Kavalli əslində bəstəkarın ağası Federiko Kavalliyə soyadı idi. Kavalli dövründə İspaniyaya məxsus olan Lombardiya əyalətinin Krema şəhərində anadan olmuşdu. 1616-cı ildən bəri Venesiyanın Müqəddəs Mark bazilikasında əvvəl ifaçı, sonra orqanist sonra da kapellanın rəhbəri kimi çalışmışdı. Kavalli əsasən opera bəstəkarı kimi tanınmışdı. İlk opera bəstəsini ("Le nozze di Teti e di Peleo") 1639-cu ildə, Venesiyanın ilk opera evi San-Kassiano teatrının açılmasından bir qədər sonra yazmışdı. 1660–1662-ci illərdə Parisa təcrübəyə göndərilmiş və orada "Ercole amante" operasını yazmışdı. 1676-cı ildə Venesiyada 72 yaşında vəfat etmişdi. Kavalli bəstələrinə melodik ariyalar, librettolarına isə xalq musiqisi nümunələrini daxil edirdi. Onun operaları güclü dramatik effektç böyük musiqi asanlığı və italyan operasına xas olan qroteskli yumor ifadə edir.