Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Terrigen çöküntüsü
Materik dayazlığında və materik yamacında qurudan çayların gətirdiyi qırıntı materiallarından və ləpədöymə nəticəsində sahilin dağılmasından əmələ gələn qırıntı materialından ibarət dəniz çöküntüsüdür.
Abissal çöküntülər
Abissal çöküntülər — dərin dəniz çöküntüləri, abissal zonada 3–4 km-dən çox dərinlikdə müasir və qədim dəniz və okean çöküntüləri. Əsasən karbonatlı və silisli lillər, dərin sulu qırmızı gil daxildir. "Abissal çöküntülər" anlayışı ilk dəfə 1907-ci ildə Almaniya tədqiqatçısı Otto Krümmel tərəfindən təqdim edilmişdir. Onlar müxtəlif mikroorqanizmlərdən və heyvan qalıqlarından (orqanogen çöküntülər), vulkan püskürmələrindən, süxurlardan və minerallardan əmələ gəlir. Abissal çöküntülər okeanın dibinin təxminən 90%-ni əhatə edir.
Allüvial çöküntülər
Allüvial çöküntülər — Daimi və müvəqqəti çayların axını tərəfindən gətirilib çay dərələrində, yer səthinin çökək sahələrində çökdürülən aşınma materiallarına deyilir. Allüvial çöküntülər çınqıl, gil, qum və s.- dən ibarətdir. Çökdürmə şəraitinə görə alüvial çöküntülərin aşağıdakı növləri var: yataq subasar axmazlarTermin 1823-cü ildə ingilis alimi U. Baklend tərəfindən təklif edilmişdir.
Flüvioqlyasial çöküntülər
== Flüvioqlyasial çöküntülər == Flüvioqlyasial çöküntülər – buzlaq sularından çökən çöküntülərə deyilir. Flüvioqlyasial çöküntülər əsasən çınqıl, və müxtəlif yatımlı yaylı qumlardan ibarətdir. Flüvioqlyasial çöküntülər iki növə ayrılır- buzlaqdaxili (intraqlyasial) və buzlaqyanı( periqlyasial) çöküntülər Flüvioqlyasial çöküntülər özünəməxsus relyef formaları ( ozlar, kamlar, zandr çölləri və s.) əmələ gətirirlər.
Hemipelagik çöküntülər
Hemipelagik çöküntülər - dərin dənizlərdə və okeanın orta dərinliklərində əmələ gəlir və qitə yamacının aşağı hissəsini və qitə ətəyini əhatə edir (Dietz and Holand, 1966); çöküntütoplanmanın üst sərhədi təxminən 2000m izobatı üzrə, alt sərhədi isə 4000–5000 m dərinlikdə, yəni karbonattoplanmanın "böhran" dərinliyindən keçir. Bu dərinliklərdən aşağıda plankton foraminifer qabıqları soyuq suda həll olunduğundan karbonat çöküntülər əmələ gəlmir, yuxarıda isə biogen mənşəli alevritli və qumlu karbonat fraksiyası zəngin olur. == Həmçinin bax == Dəniz Okean Qitə Karbonat çöküntüləri == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Hemogen çöküntülər
Hemogen çöküntülər – dib çölüntülərinin tərkib hissəsi olub kimyəvi reaksiya nəticəsində gölün dibinə çökən duzlar.
Korrelyat çöküntülər
Korrelyat çöküntülər-(rus. коррелятные отложе¬ния, ing. correlative sediments) dağların parçalanması hesabına onların ətəyində toplanan çöküntülər, skulptur relyeflə bir vaxtda yaranır. Adətən K. ç. parçalanma mənbəyinə yaxın sahələrdə kobud çöküntülərin toplanması, nisbətən xırda dənələrin daha uzaqlara aparılması ilə əlaqədar zonal quruluşa malik olur. K. ç. görə skulptur relyefin yaşı və inkişaf tarixi təyin edilir.
Nerit çöküntülər
== Nerit çöküntülər == Nerit çöküntülər-okean və dənizlərin nerit sahəsində (zonasında) əmələ gəlmiş çöküntülərə deyilir. Nerit çöküntüləri beş fasiyaya ayrılırlar: 1. Aralıq tipi çöküntüləri: a) eol-dəniz, b) uçqun-dəniz; c) buzlaq-dəniz çöküntüləri. 2. Qırıntı çöküntülər: a) brekçiya və konqlomeratlar, b) qumlar, c) gil və lillər. 3. Qırıntı vulkanogen çöküntülər: a) vulkan brekçiyalaraı və tuflar. 4.Kimyəvi-üzvi mənşəli çöküntülər: a) qlaukonit çöküntülər, b) fosforitli çöküntülər, c) silisiumlu çöküntülər, ç) fosforitli çöküntülər, d) əhəng və dolomit çöküntülər. 5. Yalançı abissal çöküntülər: a) əhəng lili, b) silisium lili.
Pelagial çöküntülər
== Pelagial çöküntülər == Pelagial çöküntülər (yun. pelagos-açıq dəniz və çöküntülər)-litoral sahəsindən kənarda, açıq okeanın dibində toplanmış çöküntülərə deyilir. Pelagial çöküntülər plankton və nekton orqanizmlərinin qalıqlarından, vulkan külündən, kosmik tozdan, həmçinin materik mənşəli tozlardan əmələ gəlmişdir. Dünya okeanının dibini örtən qlobigerin, radiolyari, diatom, pteropod, foraminifor lilləri və qırmızı gil pelagial çöküntülərə aiddir.
Periqlyasial çöküntülər
Periqlyasial çöküntülər- (yun.peri-yaxınlıqda və lat. glacies-buz) Keçmiş və müasir buzlaqların ucqarlarında əriyən sulardan çökən çöküntülərə və onların əmələ gətirdiyi relyef formalarına deyilir.
Piroklastik çöküntülər
Piroklastik çöküntülər — əsasən daşınma və çökmə proseslərində köklü dəyişmələrə (çeşidlənmə, yuvarlaqlaşma) uğramamış piroklastik materialdan (vulkan külü, lapilli, vulkan bombası) ibarət olan vulkanogen qırıntılı çöküntülər. Püskürmə ocaqlarının yaxınlığında həm quruda, həm də su hövzələrində rast gəlinir. == Həmçinin bax == Vulkan külü Lapilli Vulkan bombası Çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Terrigen çöküntülər
Terrigen çöküntülər-(lat.terra-quru,yer) Dənizlərin və okeanların materik dayazlığında çökən qırıntı çöküntülərinə deyilir.Terrigen çöküntülər həm kontinental həm də dəniz mənşəli olub,qum,gil və lildən ibarətdir.
Çöküntülər(coğrafiya)
Çöküntülər(geol.) — qədim və müasir çöküntülər. Qədim çöküntüləri səciyyələndirərkən Ç.məhfumu aşağıdakı hallarda "suxur" a) çöküntü süxur komplekslərinin straqrafik aidiyyətini müəyyənləşdirdikdə; b) çökmə süxurlarda faydalı qazıntıların olması ilə əlaqədar səciyyələndirdikdə (mis: kömürlü çöküntülər), c) genetik tiplərin təyinində (mis: göl ç., dərin dəniz ç.) Ç. məhfununu qədim çökmə və vulkanogen çökmə mənşəli çöküntülər üçün istifadə etmək daha düzgündür, müasir Ç.isə çöküntü adlandırmaq lazımdır.
Çöküntülər (coğrafiya)

Çöküntülər (geologiya)
Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel) == Haqqında == Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, gillər) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir. == Çöküntülərin sıxlaşması == Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur.
Çöküntülər (geoloji)

Çöküntü (fermentasiya)
Çöküntü (fermentasiya) — Çöküntü, mayalanma və qıcqırmadan sonra şərab qabının dibinə "təmizlənmə" nəticəsində çökən və ya daşınan ölü maya və ya qalıq maya və digər hissəciklərdir. Bir pivə zavodunda pivə hazırlayarkən eyni borular kimi tanınır — şərab və pivənin ikincil fermentasiya ilə eyni — çöküntüdür və ya yalnız pivə halında çöküntüdür. Bu material yeməkdə və üzvi kimiyada istifadə olunan ticarət tartarik turşusunun çoxunun mənbəyidir. Ümumiyyətlə şərab qalıq qoyaraq başqa bir konteynerə (rəfə) tökülür. Bəzi şərablar (xüsusən Şardonna, Şampan və Muskadet) bəzən zeytun qıcqırmasındandır, bir maya aroması və ləzzəti ilə nəticələnir. Çöküntüləri qoxulamaq üçün qarışdırıla bilər . == Şərabçılıqda maya == Sur lie, sözün əsl mənasında Fransız dilindən "layihədə" olaraq tərcümə olunur. Sur lie şərabları tökülmədən birbaşa çöküntüdən qablaşdırılır (şərab filtrasiya prosesi). Kimyəvi olaraq, bu, palıd qoxusu molekullarını dəyişdirə bilər, inteqrasiyanı artırır və palıdın dadına görə daha xoşagəlməz hala gətirir. Çünki palıd taninləri polifenolik turşulardır və sərt ola bilər.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
Bakının Nizami rayonunda yerləşən Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi Heydər Əliyev Fondu tərəfindən inşa edilib.. == Tarixi == Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin Mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. 2021-ci il dekabrın 31-də Mərkəzin binası istifadəyə verilib. == Mərkəz haqqında == Bu autizm xəstəliyindən əziyyət çəkən uşaqların intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli təşkili üçün Mərkəzdə lazımi şərait yaradılıb. Binada sinif, sakitləşdirici, valideyn və uşaqlar üçün psixoloq, yataq və loqoped otaqları, akt və idman zalları var. Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili hər zaman Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən olub. Bu gün istifadəyə verilən Mərkəz də bunun gözəl nümunələrindəndir. Mərkəz autizm spektr pozuntuları ilə üzləşmiş şəxslərə zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üçün ailələr ilə işləmək, autizm sahəsində maarifləndirici layihələr həyata keçirmək istiqamətində fəaliyyət göstərir. Mərkəzdə 23 yaşınadək şəxslərin qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.