Frederik Senger
Frederik Senger (ing. Frederick Sanger; 13 avqust 1918[…] – 19 noyabr 2013[…], Kembric, İngiltərə) — ingilis biokimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1980).
== Həyatı ==
İngilis biokimyaçısı Frederik Senger 1918-ci ilin avqustun 13-də Redkompda (Qolsterşir) anadan olmuşdur. 1939-cu ildə Kembric universitetini bitirmişdir. 1940-cı ildən Kembric universitetində işləmişdir. 1983-cü ildə istefaya çıxmışdır.
Frederik Sengerin əsas elmi işləri zülalların və nuklein turşularının kimyasına həsr olunub. Senger insulinin strukturunu öyrənmişdir. O, peptidlərin kənar aminqruplarının identifikasiyasının dinitroflorbenzol üsulunu işləyib hazırlamış və bu üsulun köməyi ilə insulində amin qruplarının ardıcıllığını və təbiətini müəyyən etmiş, insulinin strukturunu açmışdır (1944–1954-cü illər).
F. Senger müəyyən etmişdir ki, insulinin ümumi formulu C337 N65O75S6 kimidir, üç sulfid körpüsü var və iki zəncirdən ibarətdir: 21 aminturşu qalığına malik A zənciri və 30 aminturşu qalığından ibarət B zənciri.