seolit

ру цеолит en zeolite de Zeolith fr zéolite es zeolite it zeolite
sensibilizasiya
servo idarə etmə
OBASTAN VİKİ
Seolit
Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər və katalizlər kimi istifadə olunur. Seolit termini 1756-cı ildə İsveç mineroloqu Aleks Fredik Kronstedt tərəfindən ixtira olunub. Seolit yunan dilindən ζέω (zéō), mənası yandırmaq və λίθος (líthos), mənası daş deməkdir. Seolitlər sulu alümosiliktlar olub, tərkibində Ca və Na, bəzən isə Ba və K, nadir hallarda isə Sr, Mg və Mn iştirak edir. Kationların miqdarına görə seolitlər bir-birindən fərqlənir. Seolitlərin ümumi kimyəvi formulu (Na2K2, Ca, Ba) [(Al, Si)O2]n•H2O. Seolitlərin kristallik şəbəkələri alüminium-silisium-oksigen tetraedrlərinin karkaslarından ibarət olub, başqa karkas quruluşlarından boşluğu molekulyar su (seolit suyu) ilə dolmuş daha geniş kanalların olması ilə fərqlənir. Ona görə də ehtiyatla qızdırdıqda kristalın strukturu pozulmadan su çıxa bilir, sonra isə yenə də su öz yerini tutur. Bu halda kristalın eynicinsliliyi saxlanılmasa da, onun optiki xüsusiyyəti dəyişir. Seolit qrupunun mineralları müxtəlif dərəcədə öyrənilmişdir. A. Q. Betextin şərti olaraq seolitləri 3 qrupa bölmüşdür: şabazit (şabazit, levinit, lomantit və b.); natrolit-tomsonit (natrolit, skolesit, tomsonit və b.); heylandit və fillipsit (heylandit, fillipsit, desmin və b.).
Aydağ seolit yatağı
Aydağ seolit yatağı — Tovuz rayonunda yerləşən Üst Təbaşir yaşlı seolit yatağı. == Stratiqrafiyası == Azərbaycanda Üst Təbaşirin seolit yataqları Kiçik Qafqazın dağətəklərində, eləcə də Orta Kür çökəkliyinin cənub kənarlarının çökmə strukturlarında və Böyük Qafqazın Vəndam zonasında yerləşir. Aydağ seolit yatağı Aydağ sinklinalının periklinal hissəsinə daxil olmaqla, Qazax çökəkliyinin cənub-şərq hissəsində yerləşir və Koroğlu lay dəstəsinin Santon çöküntülərinə aiddir. Yataq 2 massiv (25-30 m) və bir neçə zəif qalınlığa malik, Santon-Alt Kampan pelitomorf əhəngdaşıları və mergellərdən ibarət olan laylarla təmsil olunub. Yer səthinə çıxan hissənin eni 20-120 m, uzunluğu 3 km dərinliyi 40-200 m-dir. Layların cənub-şərq istiqamətində monoklinal yatımı müşahidə olunur və bu layların qalınlığı şimal-şərq istiqamətdə artır. Karyer rayonlarında ən böyük qalınlıq mövcuddur, bununla da gələcək kəşfiyyat işlərinin perspektivliyi əlaqələndirilir. Seolitli küllər sonradan linzavari ləkəli çəhrayı-yaşıl, açıq-yaşıl, sıx yaşıl mergeləbənzər tuflara keçən çəhrayı-ağ dənəvər biotit tuflarla örtülüb. Burada eləcədə seolit-gilli, seolit-silisiumlu kristallaşması və çəhrayı-boz bentonit əlavələri müşahidə olunur. Aydağ külləri Öksüzlü küllərinə nisbətən cavandır.
Aydağ seolitləşmiş tuf yatağı
Seolitlər
Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər və katalizlər kimi istifadə olunur. Seolit termini 1756-cı ildə İsveç mineroloqu Aleks Fredik Kronstedt tərəfindən ixtira olunub. Seolit yunan dilindən ζέω (zéō), mənası yandırmaq və λίθος (líthos), mənası daş deməkdir. Seolitlər sulu alümosiliktlar olub, tərkibində Ca və Na, bəzən isə Ba və K, nadir hallarda isə Sr, Mg və Mn iştirak edir. Kationların miqdarına görə seolitlər bir-birindən fərqlənir. Seolitlərin ümumi kimyəvi formulu (Na2K2, Ca, Ba) [(Al, Si)O2]n•H2O. Seolitlərin kristallik şəbəkələri alüminium-silisium-oksigen tetraedrlərinin karkaslarından ibarət olub, başqa karkas quruluşlarından boşluğu molekulyar su (seolit suyu) ilə dolmuş daha geniş kanalların olması ilə fərqlənir. Ona görə də ehtiyatla qızdırdıqda kristalın strukturu pozulmadan su çıxa bilir, sonra isə yenə də su öz yerini tutur. Bu halda kristalın eynicinsliliyi saxlanılmasa da, onun optiki xüsusiyyəti dəyişir. Seolit qrupunun mineralları müxtəlif dərəcədə öyrənilmişdir. A. Q. Betextin şərti olaraq seolitləri 3 qrupa bölmüşdür: şabazit (şabazit, levinit, lomantit və b.); natrolit-tomsonit (natrolit, skolesit, tomsonit və b.); heylandit və fillipsit (heylandit, fillipsit, desmin və b.).
Seolitləşmiş kül tufu, trass yataq və təzahürləri

Digər lüğətlərdə