Service

I das; -s, - süfrə qab-qaşığı, qab-qacaq II der; -s servis, xidmət
Serum
servieren
OBASTAN VİKİ
Room Service
Room Service – Roxette qruppunun albomudur.
Azerbaijan New Service
ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı idi. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır. Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. ANS-ə ən çox məşhurluq gətirən Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur. 1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı.
Azerbaijan News Service
ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı idi. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır. Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. ANS-ə ən çox məşhurluq gətirən Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur. 1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı.
BBC World Service
BBC World Service ən iri beynəlxalq radiostansiyası olub, podkast, radio və televiziya xəbərləri, diskusiyaları 40-dan çox dildə analoq və rəqəmsal qısa dalğa platformalarında dünyanın bir çox istiqamətlərinə yayımlayır. İngilis dilində yayım 24 saatdır. 2015 –ci ildə şirkət həftəlik 210 milyon izləyici qazanmışdır. United Kingdom's television licence fee tərəfindən maliyyələşdirilmişdir. Xidmətə həmçinin Böyük Britaniya hökumətindən 289 milyon avro ayrılmışdır (2020-ci ildə bitən beş illik dövr ərzində). BBC World Service İngilis dili nəzarətçisi Meri Hockadaydır. == Tarixi == 1932-ci ildə BBC Empire Service adı altında fəaliyyətə başlamış və əsas məqsəd Britaniya imperiyası daxilində ingilis dilli vətəndaşlara xidmət göstərmək idi. 3 yanvar 1938-ci ildə ilk xarici dil xidməti - Ərəb dilində açılıb. Alman dilində proqramlar 29 Mart 1938-ci ildə başladı və 1942-ci ilin sonunda BBC, bütün böyük Avropa dillərində yayımlara başladı. Nəticədə Empire Service 1939-cu ilin noyabrında "BBC Overseas Service" adına dəyişilmiş və 1941-ci ildən bəri xüsusi bir BBC European Service əlavə olunması ilə tamamlanıb.
Denial of Service
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
Guardian News Service
"Guardian Media Group plc" (çox vaxt "GMG"adlandırılır) — Birləşmiş Krallıq mətbuat şirkəti. "The Guardian" və "The Observer" daxil olmaqla bir sıra media aktivlərinə sahibdir. Şirkət özü "Scott Trust" qrupuna məxsusdur. "GMG"ə bir sıra bölmələr və şirkətlər daxildir: Guardian News & Media ("The Guardian", "The Observer" qəzetləri, "guardian.co.uk" saytı) GMG Regional Media ("Manchester Online", "Channel M" daxildir) GMG Radio ("Smooth", "Real" və "Rock Radio" kimi bir sıra regional radio stansiyaları daxildir) Trader Media Group ("The Auto Trader" jurnalı və veb saytı) GMG Property Services (daşınmaz əmlak proqramı, verilənlər bazası və "CFP Software", "The Media Design House" dizayn bürosu və "ThinkProperty.com" istehlakçı portalı) "Guardian Media Group" öz sahibinin olan "Scott Trust" şirkətinin əsas məqsədlərini dəstəkləmək üçün mövcuddur.
Special Air Service
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
Short Message Service
SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.
Natural Resources Conservation Service
Təbii Sərvətlərin Mühafizəsi Xidməti (ing. Natural Resources Conservation Service), keçmiş adı Torpağın Mühafizəsi Xidməti (ing. Soil Conservation Service) — ABŞ Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə və digər özəl torpaq sahiblərinə və idarəçilərə texniki yardım göstərən təşkilat. Təşkilatın adı 1994-cü ildə Bill Klintonun prezidentliyi dövründə onun daha geniş missiyasını əks etdirmək üçün dəyişdirildi. Təşkilat nisbətən kiçik sayılır və hazırda təxminən 12.000 işçisi var. Təşkilatın missiyası dövlət və yerli qurumlarla əməkdaşlıq yolu ilə özəl torpaqlarda təbii ehtiyatları yaxşılaşdırmaq, qorumaq və yaxşı şəraitdə saxlamaqdır. Təşkilatın əsas diqqəti kənd təsərrüfatı torpaqlarında olsa da, torpağın ölçülməsi, təsnifatı və suyun keyfiyyətinin yaxşılaşdırılmasına bir çox texniki töhfələr vermişdir.
Plain old telephone service
Plain old telephone service (azərb. Adi köhnə telefon xidməti‎) və ya qısaca POTS — mis halqalar üzərində analoq siqnal ötürülməsindən istifadə edən səs səviyyəli telefon xidməti üçün istifadə olunan retronim. POTS 1876-cı ildən 1988-ci ilə qədər ABŞ-də İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkənin (ISDN) Əsas dərəcə interfeysi (BRI), ardınca mobil telefon sistemləri və IP üzərindən səs (VoIP) təqdim edildiyi vaxta qədər telefon şirkətləri tərəfindən standart xidmət təklifi idi. POTS dünyanın bir çox yerlərində yaşayış və kiçik biznes xidmətlərinin telefon şəbəkəsinə qoşulmasının əsas forması olaraq qalır. Termin XIX əsrin sonlarında ictimai telefon sisteminin tətbiqindən bəri mövcud olan texnologiyanı əks etdirir. Bu, DTMF, elektron telefon stansiyaları və fiber-optik kommunikasiyanın ictimai telefona (PSTN) daxil edilməsinə baxmayaraq, əsasən dəyişməz formada qalmışdır. POTS bir neçə aspektlə xarakterizə olunur: İki istiqamətli (tam dupleks) kommunikasiya. İki telli mis döngədə səs təzyiqi dalğalarının gərginlik analoqlarının balanslaşdırılmış siqnalizasiyasından istifadə 300–3,300 Hz dar tezlik diapazonu ilə məhdudlaşdırılmışdır və bu səs diapazonu adlanır. İnsanın 20–20,000 Hz eşitmə diapazonundan çox azdır. Zəng tonları "Pulse dialing" və DTMF BORSCHT funksiyaları: batareya təchizatı (B), həddindən artıq gərginlikdən qorunma (O), zəng (R), siqnal (S), kodlaşdırma (C), hibrid (H) və test (T) Döngə başlanğıcı, yerə başlama və E&M siqnalı Bir çox zəng funksiyaları ABŞ-də 1980-ci illərdə telefon stansiyalarının kompüterləşdirilməsindən sonra telefon abunəçiləri üçün əlçatan olmuşdur.
Software as a service
Xidmət kimi proqram təminatı (ing. Software as a service; SaaS) — proqram təminatının abunə əsasında lisenziyalaşdırıldığı və mərkəzləşdirilmiş şəkildə yerləşdiyi lisenziyalaşdırma və çatdırılma modeli. SaaS həmçinin tələb olunan proqram təminatı, veb-əsaslı proqram təminatı və ya veb-host proqram təminatı kimi də tanınır. SaaS, xidmət kimi infrastruktur (IaaS) və xidmət kimi platforma (PaaS) ilə birlikdə bulud hesablamalarına xas biznes modelidir. SaaS proqramlarına adətən veb brauzer istifadəçiləri ("incə" müştəri) daxil olurlar. SaaS ofis proqramı, mesajlaşma proqramı, əmək haqqı emal proqramı, DBMS proqramı, idarəetmə proqramı, CAD proqramı, inkişaf proqramı, oyunlaşdırma, virtuallaşdırma, mühasibatlıq, əməkdaşlıq, müştəri münasibətlərinin idarə edilməsi (CRM), idarəetmə məlumat sistemləri (MIS), müəssisə resurslarının planlaşdırılması (ERP), faktura, sahə xidmətinin idarə edilməsi, insan resurslarının idarə edilməsi (HRM), istedadların əldə edilməsi, öyrənmə idarəetmə sistemləri, məzmunun idarə edilməsi (CM), coğrafi informasiya sistemləri (GIS) və xidmət masasının idarə edilməsi daxil olmaqla bir çox iş proqramları üçün ümumi çatdırılma modelidir. SaaS demək olar ki, bütün korporativ proqram təminatı şirkətlərinin strategiyalarına daxil edilmişdir. Biznes proqramlarının mərkəzləşdirilmiş hostinqi 1960-cı illərə təsadüf edir. Həmin illərdən başlayaraq, IBM və digər əsas kompüter provayderləri tez-tez vaxt mübadiləsi və ya kommunal hesablama kimi adlandırılan bir xidmət bürosu işi aparmağa başladılar. Bu cür xidmətlərə hesablama gücü və verilənlər bazası saxlanması, banklara və digər böyük təşkilatlara öz ümumdünya məlumat mərkəzlərindən təklif etmək daxildir.
Kiki's Delivery Service (anime, 1989)
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
Amazon Web Services
Amazon Web Services (AWS) — fiziki şəxslərə, şirkətlərə və hökumətlərə tələb üzrə bulud texnologiyaları və API təmin edən Amazonun törəmə şirkəti. Müştərilər tez-tez bunu avtomatik miqyaslama ilə birlikdə istifadə edir (bu müştəriyə yüksək istifadə zamanı daha çox hesablamadan istifadə etməyə imkan verir və trafik azaldıqda xərcləri də azaltmaq üçün miqyası azaldır). Bu veb xidmətlər AWS server fermaları vasitəsilə şəbəkə, hesablama, saxlama, aralıq proqram, IoT və digər emal qabiliyyəti ilə bağlı müxtəlif xidmətlər, həmçinin proqram təminatı alətləri təqdim edir. Bu müştəriləri cihaz və əməliyyat sistemlərini idarə etməkdən, miqyaslaşdırmaqdan və "yamaq"dan azad edir. Əsas xidmətlərdən biri istifadəçilərə REST API, CLI və ya AWS konsolu vasitəsilə internet üzərindən qarşılıqlı əlaqədə ola bilən və son dərəcə yüksək əlçatanlığa malik virtual kompüter klasterinə sahib olmağa imkan verən Amazon Elastic Compute Cloud (EC2)-dir. AWS-nin virtual kompüterləri real kompüter hissələrinin əksəriyyətini, o cümlədən emal üçün CPU və GPU, RAM; sabit disk/SSD, əməliyyat sistemlərinin seçilməsi, şəbəkələşmə və veb-serverlər, verilənlər bazaları və CRM kimi əvvəlcədən yüklənmiş proqram təminatlarını təqlid edir. AWS xidmətləri müştərilərə bütün dünyada yerləşən AWS server fermaları şəbəkəsi vasitəsilə çatdırılır. Ödənişlər abunəçinin tələb etdiyi əlçatanlıq, artıqlıq, təhlükəsizlik və cihaz, əməliyyat sistemi, proqram təminatı və ya şəbəkə xüsusiyyətlərinin birləşməsinə ("İstifadə etdiyin qədər ödə" modeli kimi tanınır) əsaslanır. Abunəçilər bir virtual AWS kompüteri, xüsusi fiziki kompüter və ya hər ikisinin klasterləri üçün ödəniş edə bilərlər. Amazon abunəçilər üçün seçilmiş təhlükəsizlik hissələri təmin edir (məsələn, məlumat mərkəzlərinin fiziki təhlükəsizliyi).
Caspian Marine Services Limited
IKAU Transport Services
Integrated Services Digital Network
İnteqrasiya edilmiş rəqəmsal şəbəkə (ing. Integrated Services Digital Network, qısaca ing. ISDN) — mövcud telefon şəbəkələri əsasında inkişaf etdirilən ümumdünya rəqəmsal kommunikasiya şəbəkəsi. ISDN-də məqsəd informasiyanın rəqəm analoq çevrilməsini tələb edən mövcud telefon xətlərini ən çeşidli informasiyaları (adi danışıqdan tutmuş kompüter verilənləri, musiqi və videoyadək) ötürmə bacarığına malik olan rəqəmli veriliş vasitələri ilə əvəzləməkdən ibarətdir. ISDN iki başlıca rabitə kanalı üzərində qurulub: verlənləri 64 kbit/san sürətilə ötürən B kanalı və idarəedici informasiyanı ya 16, ya da 64 kbit/san sürətilə ötürən D kanalı. Kompüterlər və digər qurğular ISDN ilə sadə standart interfeyslərlə birləşirlər. ISDN istifadəçilərə daha sürətli və çeşidli rabitə xidmətləri verir. Qoşulma universal qurğu, telefon xəttindən istifadə etməklə müxtəlif cür – telefon, telefaks, internet və digər elektron-rabitə növlərindən eyni vaxtda istifadəyə imkan verən komplekt qoşulma hesab olunur. Evinizə bir İSDN xətt çəkdirdiyinizdə iki xəttiniz olar. Bir xətti səs, digərini məlumat transferi üçün istifadə edə bilərsiniz.

Digər lüğətlərdə