Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Telegram (servis)
Telegram — qlobal olaraq pulsuz, kross platforma, bulud əsaslı ani mesajlaşma xidmətidir. Xidmət həmçinin ucdan-uca şifrələnmiş söhbətlər və video zənglər, VoIP, fayl paylaşımı və bir sıra digər funksiyalar təqdim edir. O, İOS üçün 14 avqust 2013-cü ildə, Android üçün 2013-cü ilin oktyabrında istifadəyə verilmişdir. Telegram serverləri məlumat yükünü azaltmaq üçün müxtəlif bölgələrdəki beş məlumat mərkəzi ilə bütün dünyaya yayılmışdır. Əməliyyat mərkəzi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşir. Layihə VKontakte-nin yaradıcısı Pavel Durov tərəfindən hazırlanmışdır. İdeya 2011-ci ildə yaranmışdır, Pavelə qardaşı Nikolay ilə elə bir əlaqə vasitəsi lazım idi ki, hökumət orqanları onların yazışmalarını oxuya bilməsin. Nikolay mesajların şifrələnməsi üçün MTPROTO sistemini hazırlamışdır, Pavel isə layihəni maliyyələşdirir və rəhbərlik edir. Şirkətin işçilərinin də əksəriyyəti VKontakte-nin keçmiş işçiləri olmuşdur. Şirkət hal-hazırda Dubayda yerləşir.
NTD Servis Devon
Bakı şəhərində olan Azərbaycan basketbol çempionluğunda rəqabət edən basketbol klubudur.
Amazon Veb Servisləri
Amazon Web Services (AWS) — fiziki şəxslərə, şirkətlərə və hökumətlərə tələb üzrə bulud texnologiyaları və API təmin edən Amazonun törəmə şirkəti. Müştərilər tez-tez bunu avtomatik miqyaslama ilə birlikdə istifadə edir (bu müştəriyə yüksək istifadə zamanı daha çox hesablamadan istifadə etməyə imkan verir və trafik azaldıqda xərcləri də azaltmaq üçün miqyası azaldır). Bu veb xidmətlər AWS server fermaları vasitəsilə şəbəkə, hesablama, saxlama, aralıq proqram, IoT və digər emal qabiliyyəti ilə bağlı müxtəlif xidmətlər, həmçinin proqram təminatı alətləri təqdim edir. Bu müştəriləri cihaz və əməliyyat sistemlərini idarə etməkdən, miqyaslaşdırmaqdan və "yamaq"dan azad edir. Əsas xidmətlərdən biri istifadəçilərə REST API, CLI və ya AWS konsolu vasitəsilə internet üzərindən qarşılıqlı əlaqədə ola bilən və son dərəcə yüksək əlçatanlığa malik virtual kompüter klasterinə sahib olmağa imkan verən Amazon Elastic Compute Cloud (EC2)-dir. AWS-nin virtual kompüterləri real kompüter hissələrinin əksəriyyətini, o cümlədən emal üçün CPU və GPU, RAM; sabit disk/SSD, əməliyyat sistemlərinin seçilməsi, şəbəkələşmə və veb-serverlər, verilənlər bazaları və CRM kimi əvvəlcədən yüklənmiş proqram təminatlarını təqlid edir. AWS xidmətləri müştərilərə bütün dünyada yerləşən AWS server fermaları şəbəkəsi vasitəsilə çatdırılır. Ödənişlər abunəçinin tələb etdiyi əlçatanlıq, artıqlıq, təhlükəsizlik və cihaz, əməliyyat sistemi, proqram təminatı və ya şəbəkə xüsusiyyətlərinin birləşməsinə ("İstifadə etdiyin qədər ödə" modeli kimi tanınır) əsaslanır. Abunəçilər bir virtual AWS kompüteri, xüsusi fiziki kompüter və ya hər ikisinin klasterləri üçün ödəniş edə bilərlər. Amazon abunəçilər üçün seçilmiş təhlükəsizlik hissələri təmin edir (məsələn, məlumat mərkəzlərinin fiziki təhlükəsizliyi).
İnternet hostinq servisləri
İnternet hostinq servisi internetə qoşulmuş serverləri işlədən və idarə edən qurumlara deyilir. Bu qurumlar individualların və yaxud bizneslərin internetdə servis təmin etmələrini və yaxud məlumat saxlamalarını təmin edir. Hostinq deyərkən ağıla gələn ilk şeylərdən biri Veb Hostinqdir. Əksər hostinq servisləri müştərilərinə birdən çox xidmətlər təklif edir, bunlar məs. e-mail hostinq, veb sayt hostinqi, databaza hostinqi və DNS hostinqidir. DNS hostinqi adətən domen alan müştərilərə, domenlə birlikdə satılır. Dedicated server hostları isə, müştərilərinə bütöv server təklif edir. Müştəri bu server kompüterinin içərisində istədikləri hər hansı proqramı işlədə bilər. Dedicated server alan müştəri həmin bu serverdə birdən çox veb saytı host edərək, veb hostinq servisi yaradaraq bu xidməti sata bilər. Bu tip hostinqi təklif edən hostların məsuliyyətləri server üçün elektrik enerjisi və sürətli internet bağlantısı olmağını təmin etməkdir.
Endi Serkis
Endrü Klement Serkis (d. 20 aprel 1964[…] — İngilis aktyoru və film rejissoru. Üzüklərin hökmdarı üçləməsində Qollumu və Meymunlar planetindəki Sezarı canlandırmışdır. == Həyatı == Serkis, Midlseksin Ruislip Manor bölgəsində doğulub böyümüşdür. Onun anası Layl ingilisdir və əlil uşaqlara müəllimlik edir, atası Klement Serkis iraqda doğulub və ginekoloqdur. Serkisin atasını tam soyadı Sarkisyandır və o, erməni əsillidir.
Madonna (serviz)
Madonna — 1960-1970-ci illərdə Almaniya Demokratik Respublikasında kütləvi şəkildə istehsal edilmiş çini servizlərə verilən qeyri-rəsmi ad. Əsasən SSRİ-yə ixrac edilən bu məhsul, sovet respublikalarında dəbli lüks əşya hesab edilir, maddi rifah, status və uğurlu insan göstərcəsi kimi qəbul olunurdu. Sonrakı dövrlərdə "Madonna" serviz SSRİ dövrünün (xüsusilə Brejnev dövrünü) simvollarından biri kimi qəbul edilmişdir. "Madonna" serviz həmin dövrə aid müxtəlif memuarlarda - məsələn, Müslüm Maqomayev və İqor Vernikin memuarlarında xatırlanır. "Madonna" servizləri istifadə məqsədlərinə (yemək dəsti, çay və ya qəhvə dəsti), istehsalçı manufakturalarına (Oscar Schlegelmilch, Kahla, Colditz, Stadtilmer), forma və dizaynlarına görə fərqlənirdi. == Dizayn xüsusiyyətləri == "Madonna" servizlərinin əsas bədii xüsusiyyəti neoklassist İsveçrə rəssamı Anqelika Kaufmanın "Yupiter və Kallisto" və "Kupidonun cəzalandırılması" adlı iki əsərinin dekolu idi. "Madonna" servizlər əksər hallarda həm də sədəfi örtük və qızılı naxışlarla bəzədilirdi. "Madonna" adının servizlərin üzərində əks olunmuş klassik mifologiya təsvirləri ilə heç bir əlaqəsi olmayıb, SSRİ vətəndaşlarının Avropa incəsənəti haqqında ümumi təsəvürlərini əks etdirir. Rəssam Anqelika Kaufman XVIII əsrdə olduqca məşhur olsa da, öz əsərlərinin qravür-kopyalarını hazırlayıb yayırdı. Buna görə də, XIX əsrdə Avropada əməlli-başlı "anqelikomaniya" baş almışdı; həmin dövrdə rəssamın əsərləri tətbiqi incəsətdə geniş istifadə olunur, xüsusilə çini qabların bəzədilməsi zamanı Anqelika Kaufmanın əsərlərinə müraciət edilirdi.
Servi Tulli
Servi Tulli (lat. Servius Tullius; e. ə. VI əsr, Roma – e.ə. 535 və ya e.ə. 534, Roma) — Qədim Romanın VI çarı. Bir rəvayətə görə onun anası latın tayfaları ilə müharibədə əsir alınıb Tarkvini Priskin arvadına kənizliyə verilmişdi. Qul arvadın bir oğlu olmuş, uşağın adını Servi Tulli qoymuşdular, (latınca serva - "qul" deməkdir). Lusi Tarkvini uşağı oğulluğa götürüb böyütmüş, ölərkən özünə xələf təyin etmişdi. Romada ilk ictimai islahatın keçirilməsi onun adı ilə bağlıdır.
Seris denticulata
Actinoseris radiata (lat. Actinoseris radiata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin actinoseris cinsinə aid bitki növü. Ingenhusia radiata Vell.
Gərvis (Sərdəşt)
Gərvis (fars. گرويس‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (31 ailə).
Dərviş
Dərviş (qaz. Диуана, Дәруіш), (fars. درویش‎) — səyahət edən, fiziki dünyadan imtina edən, mənəvi dünyada yaşayan, sufiliyi təbliğ edən dindar insan. Dərvişlər hər zaman özlərini Allah-taala, peyğəmbər və əhli-beytin mədhiyyəçiləri sayıblar. "Dərviş öz evini çiynində gəzdirər" deyimi onların laməkan olmasına işarədir. Araşdırmalar göstərir ki, dərvişlik orta əsrlərdə yayılmağa başlayıb. Diyarbadiyar gəzən dərvişlər əsasən Allahın şəninə, peyğəmbərimiz və onun əhli-beytinin şərəfinə qəzəllər oxuyub, müqəddəsləri təbliğ edən mərsiyələr deyərmişlər. İslam ölkələrinin çoxunda dərvişlik ayrıca təriqət hesab olunur. "Dərviş" fars sözü olub mənası qapı-qapı gəzən, sədəqə toplayan adam deməkdir. Amma əslində onlar sədəqə toplayan dilənçilər deyillər, dərvişlər tamam fərqli həyat və düşüncə tərzinə malik olublar.
Dərviş (dəqiqləşdirmə)
Dərviş — səyahət edən. Dərviş (şərab) — Qırmızı kəmturş süfrə şərabı.
Dərviş (İrəvani)
Dərviş — XIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm, İrəvaninin erkən yaradıcılıq dövrünə aiddir. Rəsm şüşə üzərində yağlı boya ilə çəkilib. Hal-hazırda rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == İncəsənət muzeyinin inventar kitabında bu rəsm “Kişi” adı ilə qeyd edilib. Hal-hazırda "Dərviş" adlandırılır. Dərviş tamamilə yaşıl fonda təsvir edilib. Onun bədəni qabaqdan, üzünün dörddə üçü, ayaqları isə tam profildə təsvir edilib. Dərvişin üzü gənc və saqqalsızdır, sağ yanağında xalı var. Miklaşevskaya həmçinin qeyd edir ki, üz ifadəsinə bic-bic baxan gözlər əlavə edilib. Dərvişin qara saçları düz daranıb və onun çiyinlərinə qədər uzanır.
Dərviş Cavanşir
Məmmədov Cavanşir Musa oğlu (Dərviş Cavanşir) — şair, nasir, publisist, 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1996). == Həyatı == Dərviş Cavanşir 1954-cü il yanvarın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. Ailədə dörd nəfər olmuşlar — atası Musa, anası Səbayel və balaca qardaşı Şirxan. (Bir neçə şeirlərində valideynləri və qardaşının adı da çəkilir). Burada kənd məktəbində ibtidai, Naxçıvan şəhərinin 1 saylı məktəbində orta təhsil almışdır (1960–1970). Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlamışdır (1970–1973). Ordu sıralarında xidmət etmişdir (1973–1975). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1976–1982). Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor (1982–1985), kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor (1985–1986), "Yazıçı" nəşriyyatında redaktor (1986–1988), Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin (1989–1992), "Aydınlıq" qəzetində şöbə müdiri (1992–1995), "Xalq qəzeti"ndə baş müxbir (1995–1998) vəzifələrində çalışmışdır. "Ulus" qəzetinin əməkdaşı olub.
Dərviş Məhəmməd
Dərviş Məhəmməd xan (1524 – 1551, Şəki) — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi. Dərviş Məhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi. 1549-cu ildən etibarən isə Dərviş Məhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərviş Məhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı.
Dərviş Zaim
Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri. == Həyatı == Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir. == Kariyerası == Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır.
Dərviş xalçaları
Dərviş xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Ümumi məlumat == XV əsrdən başlayaraq Təbrizdə toxunan xalçalar Yaxın Şərq, o cümlədən Qafqaz Xalçaçılıq sənətinə ciddi təsir göstərmişdir. Sufilərin — tərki-dünyaların paltarları da yundan toxunurdu. İlk sufilər aydın dünyagörüşünə malik deyildilər. Sonralar tədricən sufizm qədim Şərqin müxtəlif dini baxışları olan qnostisizm və xristianlığın müxtəlif təlimlərini götürərək ideya-nəzəri cəhətdən təkmilləşmişdir. == Bədii analizi == Xalçada dərvişlərin məclisi təsvir olunur — sağ küncdə Şəmsi Təbrizi, yuxarı sol küncdə Sultan Bəyazid, aşağı sol küncdə Nur Əli Şah, aşağıda sağ tərəfdə Əli şah Müştaq təsvir edilmişdir. Kompozisiyanın gözündə Nemətulla şahdır. Xalçada təsvir olunmuş adamlar sufiliyin davamçılarıdır. Sufiliyin davamçıları qardaşlıq əsasında bölünür və onların hər biri öz dövrlərinin məşhur sufisi kimi yüksəlir. Xalçada təsvir edilən kiçik göldə üzən ördəklə, iki qırmızı balıq, yuxarıda isə dərviş atributları : iki kəsişən təbərzin, kəşkül və təsbeh, kiçik medalyonlarda ərəbcə dərvişlərin adları verilmişdı.
Dərviş xan
Dərviş xan ya da Qulamhüseyn Dərviş (Farsca: درویش‌خان; 1872, Tehran – 22 noyabr 1926, Tehran) — klassik Fars musiqi bəstəkarı və tar virtiozudur. == Həyatı == Aziz Sultan musiqi qrubu üzvlərindən biri olan Dərviş xan, Darülfünun musiqi məktəbində təhsil aldı. Fransız hökumətindən çalışmaları adına birinci dərəcəli mükafat alan Dərviş xan, 22 noyabr 1926-cı il tarixində bir avtomobil qəzasında həyatını itirdi.
Dərviş Əroğlu
Dərviş Əroğlu (7 mart 1938, Famaqusta, Britaniya Kipri) — Şimali Kipr Türk Respublikasının 23 aprel 2010-cu ildən, 30 aprel 2015-ci ilədək prezidenti olmuşdur. == Həyatı == 1938-ci ildə Famaqusta şəhərində anadan olmuşdur.
I Şərvin
Şərvin Bavəndi — Təbəristan şahı. == Hakimiyyəti == II Söhrabın 772-ci ildə ölümündən sonra yerinə oğlu Şərvin keçmişdi. Elə bu il, Şərvin Təbəristan valisi Xalid ibn Bərməkin getməsindən istifadə edən Vəndad Hörmüzdlə birlikdə Abbasilərə qarşı üsyana başladı. Onların orduları müsəlman şəhərlərini yandırır, əhalini sürgün edirdi. 10 il sonra artıq Təbəristanda heç müsəlman qalmamışdı. Şərvin bundan sonra Padəşvərgərşah (Dağların şahı) titulunu qəbul etmişdi. 785-ci ildə yenidən Abbasilərə tabe olmuşdu. 805-ci ildə Harun əl-Rəşidin Rey şəhərini ziyarətindən sonra Şərvinin nəvəsi I Şəhriyar Bağdada girov kimi getmişdi. Şərvin 817-ci ildə vəfat etdi. == Mənbə == Madelung, W. (1975).
Mahmud Dərviş
Mahmud Dərviş (13 mart 1941 — 9 avqust 2008, Hyuston, Texas) — fələstinli şair və yazıçı, ədəbiyyat üzrə bir sıra mükafatların laureatı, Fələstinin milli şairi. Mahmud Dərvişin poeziyasında Fələstin itirilmiş cənnətin, ölümün və zühurun, məcburi vətəndən qovulmanın əzab-əziyyətinin təcəssümü kimi canlanır.
Qara Dərviş
Qara Dərviş (11 oktyabr 1990, Bakı) — azərbaycanlı musiqiçi. Qara Dərviş təxəllüsü ilə tanınan Hikmət Poladzadə 1990-cı il 11 oktyabrda Bakıda pedaqoq ailəsində doğulub. Seyid Cəfər Pişəvəri adına fars təmaüllü gimaziyada orta təhsilini tamamladıqdan sonra ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirən Qara uşaq yaşlarından musiqiyə böyük maraq göstərir. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almaqla yanaşı Bakı Musiqi Akademiyasında Opera vokal və Ümumi bəstəkaralıq dərsləri də almışdır. Qara 2008-ci ildə dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin "Sığmazam", "İstəmə" qəzəllərinə olan bəstələrinin də yer aldığı ilk Demo proyektini dinləyicilərinə təqdim edir. Beləki, bu bəstələr Azərbaycanda və eləcə də dünyada metal janrının qəzəl ilə ilk sintezidir. 2010-cu ildə Sumqayıtda ilk solo konsertini edən Qara Dərviş, "Yuxu"-dan sonra Azərbaycanda dərin yuxuya getmiş roku yenidən oyadır. Elə həmin ildə Amerikanın məşhur qruplarından olan "Brazzaville" ilə eyni səhnəni paylaşaraq Azərbaycan rokunu təmsil edən Qara ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə üz tutur. 1 illik aradan sonra yenidən yaradıcılığa qayıdan Qara Dərviş bu dəfə sözləri Anara, bəstəsi Emin Sabitoğluya aid "İncəbellim"-i (Dədə Qorqud Dastanından – Bamsı Beyrəyin mahnısı) yenidən aranjeman və ifa edir. Dinləyiciləri arasında çox səs-küy salan ifadan sonra Qara 2013-cü ildə "TEDx Baku" layihəsində səhnə alır.
Suat Dərviş
Suat Dərviş (əsl adı Xədicə Səadət Baraner) — (1905, Konstantinopol – 23 iyul 1972, İstanbul) Tibb professoru İsmayıl Dərviş bəyin qızı Suat Dərviş bir müddət yazıçı Rəşad Fuad Baraner ilə evli olub. Xüsusi təhsil alıb. Bir müddət Almaniyada Berlin Konservatoriyası və Ədəbiyyat Fakültəsində oxuyub. 1932-ci ildə Türkiyəyə qayıtdıqdan sonra "Son məktub", "Vətən", "Cümhuriyyət", "Gecə məktubu" kimi qəzetlərdə reportajları və romanları çap olundu. Rəşad Fuad Baranerlə birlikdə Türkiyədə ictimai cərəyanın ilk yayın orqanlarından biri hesab edilən "Yeni Ədəbiyyat Dərgisi"ni 15 oktyabr 1940 – 15 noyabr 1941-ci illər arasında yayınladı. Bu dərgidə qısa hekayələr, lətifə və tənqidlər dərc olunurdu. 1944-cü il həbsləri zamanı əri Rəşad Fuad Baraneri gizlətdiyi və qanunsuz Türkiyə Komunist Partiyasına qoşulduğu ittihamı ilə mühakimə olundu və bir il həbs cəzasına məhkum edildi. Parisə getdi və 1953–1963-cü illər arasında orada yaşadı. 1963-cü ildə Türkiyəyə qayıtdıqdan sonra romanlarını yazmaq və çap etməklə məşğul oldu, İnqilabçı Qadınlar Birliyini yaratdı. Ədəbiyyata şeirlə gəlmişdir.
Əhməd Dərviş
Əhməd Dərviş (türk. Ahmet Derviş) (d. 1884, Selanik, Osmanlı İmperiyası – ö. 1932, İstanbul, Türkiyə) — Türk hərbi xadim. 1906-cı ildə hərbi məktəbi bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya köçdü. 19302-cu ildə general-leytenant rütbəsinə yüksəldi. 1-ci Ordu korpus komandirliyi və Milli Müdafiə Nazirliyinin müşaviri vəzifəsində çalışmışdır. 7 yanvar 1932-də vəfat etmişdir.
Son dərviş
Dərviş Mehmet
Dərviş Mehmet və ya Kritli Mehmet — 23 dekabr 1930-cu ildəki Menemen hadisəsi sırasında kiçik leytenant Mustafa Fəhmi Kubilayı Menemendə öldürən şəxs. Dərviş Mehmet hadisə sırasında vurularaq zərərsizləşdirilmişdir. Hadisədən qısa bir vaxt sonra edam edilmişdir.
Lervik
Lervik (ing. Lerwick — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Nereis
Nereis — Hələvi qurdlar tipinin, çoxqıllı həlqəvi qurdlar sinifinə daxildir. Çoxqıllı həqəvi qurdlar demək olar ki, sırf dəniz heyvanlarıdır. Əksəriyyəti suyun dibində sürünərək yaşayır, bir çoxu oturaq həyat tərzi keçirir. Nereis uzunsov bədənə malik olub, 6-12 sm, bəzən 20 sm olur. Bel tərəfi qarın hissəyə nisbətən qabarıqdır və tünd rəngdədir. Nereisin bədəni qonur-yaşil rəngdə olub metala çalandır. Bədəni buğumludur, baş, gövdə hissələrindən və quyruq buğumundan ibarətdir.Ön buğumlar başqa buğumlardan kəskin şəkildə fərqlənir və baş hissəni əmələ gətirir. Baş hissədə bir-birindən kəsgin fərqlənən iki hissədən ibarətdir. Onlardan biri prostomium, digəri isə periprostomium adlanır. Prostomium başın ön hissəsini təşkil edir, nisbətən kiçikdir və üçbucaq şəkillidir.
Perlis
Perlis — Qərb Malayziya nın (Malaya) şimal-qərbində yerləşən əyalət (Negeri). Tayland ilə Kedah əyaləti arasında yerləşir. Cənub-qərbdə Andaman dənizi tərəfə kiçik sahil var. 795 km²-lik sahəsi ilə Qərb Malayziya əyalətlərinin ən kiçiyi və ən şimalda olan ərazisidir.
Himalay sərvi
Krım, Qafqaz ın Qara dəniz sahillərində və Mərkəzi Çində təbii halda bitən dekorativ ağacdır. Himalayda və Qərbi Çində dəniz səviyyəsindən 3000 m hündürlükdə meşələr əmələ gətirir. Hündürlüyü 25 m-ə qədər olan piramidal formaya, geniş çətirə, sallaq budaqlar malikdir. Yarpaqları pulcuqvarı, tünd-yaşıl rəngdə, parlaqdır, alt tərəfində qatran vəzisi vardır. Qozaları uzunsov-kürəşəkillidir, topa-topa və ya tək-tək yerləşir, uzunluğu 20 mm-ə qədərdir. Oduncağı ətirlidir, tikinti işlərində istifadə edilir. Azərbaycanda bağ və parklarda rast gəlinir. Abşeron da boz-qonur, karbonatlı torpaqlarda. Quru səhra iqlimli şəraitdə zəif böyüyür. İynəyarpaqlarından və zoğlarından alınan efir yağından çox qədimdən bronxların və ağciyər xəstəliklərinin müalicəsi üçün istifadə edirdilər.
Luzitaniya sərvi
Vətəni Meksikanın dağlıq bölgələridir, burada 300 ilə kimi yaşayır. Hündürlüyü 30 m-ə çatan, piramidal-konusvarı çətirə malik ağacdır. Gövdəsi düz, qabığı qəhvəyi-qırmızımtıl rəngdə olub, pulcuqlar şəklində qopur. Zoğları nazik, göyümtül-yaşıl, uzunsov və sallaqdır. İynəyarpaqları bozumtul-yaşıl xırda, pulcuqvarıdır, uzunluğu 1,5–2 mm-dir, ucları sivriləşmiş və zoğlardan aralı dayanmışdır. Qozaları çoxsaylı, şarşəkilli, uzunluğu 1,5 sm-dir, rəngləri əvvəlcə mavi-yaşıl olur, sonra isə qonurlaşır, toxumları qanadcıqlıdır. Tezböyüyən, quraqlığı pis keçirən, soyuğa, qaza, tüstüyə davamlı, qüvvətli kök sisteminə malik, torpağa az tələbkar bitkidir. Toxumla çoxaldılan dekorativ ağacdır. Uzunömürlüdür, mədəni şəraitdə 1600-cü ildən becərilir. Sıra, qrup və tək əkinlərdə gözəl görünür.
Qoven sərvi
Vətəni Kaliforniyadır. 12–15 m hündürlükdə, geniş çətirli ağacdır. Açıq-yaşıl budaqlı və tünd-yaşıl rəngli pulcuğa oxşar yarpaqlara malikdir. Yarpaqlarını sürtüb əzdikdə kamfora iyi verir. Qozaları yoğun ayaqcıqlar üzərində yerləşir, kürəşəkilli, parlaq-qəhvəyi rəngdədir. Yaxşı böyüyür, kölgəyədavamlıdır, torpağa tələbkar deyil. Yazda və yayda düzünə düşən günəş şüalarından qorunmalıdır, qışda işıqlı yerdə yetişdirmək olar. May ayından avqust ayına qədər bitki bol suvarılmalıdır. Oktyabr ayından aprel ayına qədər hava şəraitindən asılı olaraq suvarılma dayandırılmalıdır. Mart ayından sentyabr ayına qədər 14 gündən bir, qışda isə ayda bir dəfə gübrə verilir.
Dermis
Dermis — Dermis və ya korium, epidermis (ondan kutis əmələ gətirir) ilə dərialtı toxuma arasındakı dəri təbəqəsidir, əsasən bədəni stress və gərginlikdən qoruyan sıx, səliqəsiz formalı birləşdirici toxumadan ibarətdir. İki qata bölünür: epidermisə bitişik olan papiller bölgə və səth sahəsi, retikulyar dermis olaraq bilinən daha dərin, qalın bir sahə. Dermis, bodrum membranından epidermislə sıx birləşdirilmişdir . Derminin struktur komponentləri kollagen, elastik liflər və ekstra fibrillyar matrisdir. Ayrıca toxunma hissi üçün mexanoreseptorlar və istilik hissi üçün termorezektorlar da vardır. Bundan əlavə, saç kökləri, tər vəziləri, yağ vəziləri , apokrin vəziləri, limfa damarları, sinir və qan damarları dermisdə mövcuddur. Bu qan damarları həm dəri, həm də epidermal hüceyrələr üçün qidalanma və detoksifikasiya təmin edir. == Struktur == Dermis üç əsas növ hüceyrədən ibarətdir: fibroblastlar, makrofaqlar və mast hüceyrələr. Bu hüceyrələrə əlavə olaraq, dermis kollagen (güc təmin edən), elastin (elastiklik təmin edən) və ekstrafibrillar matris, əsasən qlikozaminoqlikanlardan (əsasən hialuronan), proteoqlikanlardan ibarət olan hüceyrə xaricindəki jel kimi bir maddə kimi matrix komponentlərdən ibarətdir. == Laylar == === Papiler dermis === Papiler dermis dermisin ən üst qatındadır.
Pernis
Arıyeyən (lat. Pernis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Selvas
Selvas — Cənubi Amerikada Amazon ovalığında rütubətli ekvatorial meşədir.
Sepsis
Sepsis — yunan sözü olub, mənası "çürümə" deməkdir. Qədim yunan alimləri sepsis zamanı qanın çürüdüyünü düşünürdü. Bu səbəbdən irinli infeksiyaya sepsis deyirdilər. Sepsis — müxtəlif mikroorqanizmlər və onların toksinlərinin törətdiyi ağır infeksion xəstəlik olub, törədicinin növündən asılı olmayaraq bədənin özünəməxsus cavab reaksiyası və eyni tipli kliniki mənzərə ilə özünü büruzə verir. Sepsis — bakteriemiya, üzv və sistemlərin iltihaba cavab reaksiyası sindromu, aşkar sepsis, ağır sepsis, septik şok mərhələləri ilə təzahür edir. Bakteriemiya (septisemiya) — qan dövranında canlı bakteriyalar və onların toksinlərinin olmasına deyilir. Sepsisin sonrakı kliniki gedişi bədəndə olan irinli iltihab ocağına və oradan başlayan bakteriemiyaya ayrı-ayrı üzv və sistemlərin cavab reaksiyası ilə təzahür edir. Üzv və sistemlərin iltihaba və ağır zədələnmələrə cavab reaksiyası sindromu — aşağıda göstərilən əlamətlərlə özünü büruzə verir: bədənin hərarəti 38°C-yə qədər yüksəlir, yaxud 36° C-dən aşağı düşür; nəbz vurğusu 90-ı keçir; tənəffüsün sayı 20-ni ötür, yaxud karbon qazının parsial təzyiqi qanda 32 mm civə sütunundan aşağı olur; qanda neytrofil leykositlərin sayı 12.109/l-dən yuxarı, yaxud 4.109/l-dən aşağı olur; çubuq nüvəli leykositlərin sayı artır, sola meyillilik müşahidə olunur. Sadalanan əlamətlərdən 2 və artığı xəstədə qeyd edildikdə həmin sindrom müəyyən edilir. Yeni terminologiyaya görə sepsis müvafiq infeksiya ocağı olduğu halda inkişaf edən iltihaba sistemli reaksiya sindromudur.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Cercis
Ərkəvan (lat. Cercis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Cervus
Əsl maral (lat. Cervus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Serros
Serros (isp. Cerros) — arxeoloji ərazi, indiki Belizin şimalında keçmiş Mayya yaşayış məntəqəsi. Bu, son klassik dövrdən postklassik dövrlərə qədər fəaliyyət göstərmişdir. Ərazi öz zirvəsinə Mesoamerikada gec preklassik erada çatmışdır və onun zirvəsində əhalinin sayı təxminən 1,089 nəfər idi. Sahənin mərkəzi körfəzlə birbaşa bitişikdir və bir neçə nisbətən böyük strukturlardan və pilləli piramidalardan, akropol kompleksindən və iki top meydançasından ibarətdir. Sahənin cənub tərəfində sahənin mərkəzi hissəsini və bir neçə təpəni əhatə edən ayparaşəkilli kanallar şəbəkəsi var. Yaşayış strukturları kanaldan kənarda davam edir, ümumiyyətlə cənub-qərbə və cənub-şərqə doğru ayrılır; qaldırılmış sahələr kanal sistemindən kənarda da mövcuddur.
Arevis
Ərəfsə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Sisian rayonunda kənd. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sisyan nahiyəsində Ərəfsa kimi qeyd olunmuşdur Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib, Ərəfsə sözünün əvəzinə ermənicə "Günəşli" mənasını verən Arevis qoyulmuşdur. Ərəfsənin tarixi adlarından biri də Şəhərcikdir. 1903-cü ildə nəşr olunmuş "Qafqaz" xəritəsində kəndin adı məhz "Şəhərcik" kimi verilmişdir. == Tarixi == Ərəfsə kəndi müxtəlif vaxtlarda ətrafda mövcud olan dövlət qurumlarının tərkibinə daxil olub. Xanlıqlar dövründə Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra kənd əvvəlcə Tiflis, sonra isə Yelisavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, mərkəzi Qarakilsə olan Sisian mahalının tərkibində olmuşdur. Çar Rusiyasının çökməsindən sonra Ərəfsə kəndi yuxarıda göstərilən quberniya və qəza tərkibində Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olmuşdur. Şimali Azərbaycanın təkrar Rusiya tərəfindən — bu dəfə bolşeviklərin iştirakilə işğal oluunmasından sonra Zəngəzur qəzası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun layihəsinə uyğun olaraq, iki yerə bölünmüş, şərqi Azərbaycan SSR-ə, qərbi isə Ermənistan SSR-ə verilmişdir. Bununla da Türkiyənin Azərbaycan və Orta Asiya türkləri ilə birbaşa təmasda olmasının qarşısı alınmışdı.
Serapis
Serapis (q.yun. Σέραπις), Sarapis (Σάραπις), Sarapo (Σαραπo) — ellinizmdə bolluq, məhsuldarlıq, yeraltı dünya və axirət tanrısı. Serapis bir yunan tanrısı kimi təsvir edilmişdir, lakin bolluq və dirilməni simvolizə edən bir çox kultun ikonoqrafiyasını birləşdirən Misir əşyaları ilə. İsgəndəriyyədə (Kanopus şəhəri yaxınlığında) III Ptolemey tərəfindən tikilmiş Serapeum məbədi Serapisə həsr edilmişdir. Roma dövründə Serapisin populyarlığı artmağa davam etmiş və o, tez-tez Misir xaricindəki məbədlərdə İsidanın yoldaşı kimi təsvir edilmişdir. Serapis və İsidanın Horun həmkarı olan Harpokrat adlı bir oğlu var.
Filips Kertis
Filips Kertis (30 yanvar 1737 – 26 sentyabr 1794, İvri-sür-Sen) — Mariya Tüssoya mum modelləşdirmə sənətini öyrətmiş İsveçrə həkimi və balmumu modelçisi.Madam Mariya Tüsso onun qardaşı qızı olubdur.Atası ölən Mariya Tüsso və anasını öz əmisi himayəsinə alıb. == Həyatı == Marie Grosholtz, gələcək Marie Tussaud, anası ev işçisi olduğu Curtius'un Berndəki evində yaşayırdı. Mari onu 'əmi' adlandırdı və bir çox cəhətdən ata fiquru idi. Mumi modelləşdirmə bacarığından istifadə edən Curtius, həkim olaraq anatomiyanı və bəzən ziyarətçilərin əyləncəsini göstərmək üçün istifadə etdi. Sonradan portretlər çəkməyə başladı. Curtius, Prince de Conti tərəfindən heyran olan gözəl anatomik mum modelləri yaratdı. 1765-ci ildə Curtius, tibbi karyerasından imtina etməyə və Parça'ya köçməyə razı oldu, burada bir sənət sənəti olaraq mum modelləşdirmə təcrübəsi ala bildi, kabinet kabinetini (mum sərgisi) qurmağa başladı.Həmin ildə Jean Bécu'nun mum işini etdi, sonradan Marie Jean du Barry, Louis XV'nin mistressi olacaq. Bu qəlibin bir tökmə, hazırda ekranda olan ən köhnə əsəridir. Onun Parisdəki evinə günün bir çox istedadlı adamı baş çəkdi. Marie və anası Curtius'a qoşulmaq üçün Parisə köçdü.
Giorqos Merkis
Giorqos Merkis (yun. Γιώργος Μερκής; 30 iyul 1984[…], Limasol, Limasol rayonu[d]) — Kipr futbolçusu, futbol üzrə Kipr çempionatında çıxış edən "APOEL" FK-nın və Kipr milli futbol komandasının müdafiəçisi. == Karyera == === Apollon Limassol === Merkis "Apollon Limassol" akademiyasının yetirməsidir. O, 2001/2002 mövsümündə, 17 yaşında debüt etmişdir. Karyerasının böyük əksəriyyətini "Apollon"da keçirmiş və burada bir çempionluq, iki kubok və bir super kubok qazanmışdır. Klubda on beş il çıxış etdikdən sonra onun müqaviləsi 12 yanvar 2016-cı ildə qarşılıqlı olaraq ləğv edilmişdir. === APOEL === Merkis 12 yanvar 2016-cı ildə başqa bir Kipr klubu olan "APOEL" ilə 18 aylıq müqavilə imzalamışdır. O, 17 yanvar 2016-cı ildə "Enosis Neon Paralimni" ilə ev oyununda rəsmi debüt etmişdir. Oyun 3:0 hesablı qəbələ ilə başa çatmışdır. O, "APOEL"də ilk qolunu 2 aprel 2016-cı ildə keçmiş komandası "Apollon Limassol"a qarşı vurmuşdur.
Herman Mervil
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
II Sarkis
II Sarkis — Mesxetiyanın III Çarı. Səlcuqlarla müharibə siyasətinə davam etmiş. Bibisioğlu V Georgi tərəfindən Gürcüstanın baş sərkərdəsi təyin olunmuşdu. 1334-cü ildə vəfat etmiş, yerinə qardaşı I Kvarkvare keçmişdi.
Nərcis
Nərcis (ərəb. نرجس‎) — İmam Həsən əl-Əskərinin (232–260 hicri, 846–874 qəməri) həyat yoldaşı və İslamın on iki imam şiəliyi əqidəsində sonuncu imamın anasıdır. Onun adı kitablarda müxtəlif variantlarda, Fatimə, Nərcis, Reyhanə, Məryəm ibn Zeyd əl-Ələviyyə, Səqil və Səvsan kimi qeyd edilib. Bir sıra mənbələrdə isə o, öz krallığından Ərəbistana hicrət edə bilmək üçün özünü köləliyə vuran "Roma (Bizans) şahzadəsi" kimi təqdim edilib. Məhəmməd Əli Əmir-Muizzi "İran Ensiklopediyası"nda belə bir fikir irəli sürmüşdür ki, sonuncu variant "şübhəsiz ki, əfsanə və övliyanamədir". İbn Babaveyhin rəvayətinə əsasən, Nərcis yuxusunda İsanın anası Məryəmi və Məhəmmədin qızı Fatiməni görərək İslamı qəbul etmişdir. Son dövrün pakistanlı sələfilərindən Ehsan İlahi Zahir və habelə müasir sələfilərdən olan Qalib İvaci İmam Mehdinin anasının adı barədə olan ixtilafları onun anadan olması məsələsinin zəif olduğuna dəlil hesab ediblər. Ehsan İlahi Zahir yazır: اختلف في اسم الجارية التي قالوا انّها ولدته، فقال قائلهم: انّ اسمها نرجس، وقيل: اسمها صقيل أو صيقل، وقيل: حكيمة، وقيل غير ذلك. Onu dünyaya gətirən kənizin adı haqqında ixtilaflar var. Bəziləri deyiblər ki onun adı Nərcis olub, digərləri isə onun adının Suqeyl, Seyqəl, Həkimə və sair olduğunu deyiblər.