1. SEVGİLİ, HƏBİB, NİGAR (məc.), YAR (kl.əd.) Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin; Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin (M.V.Vidadi); CANAN Cananla bir yerdə olduğum zaman; Hər günüm uzanıb bir ilə dönsün (M.Rahim); İSTƏKLİ [Fərman:] Mənə ancaq öz istəklim lazımdır (Ə.Haqverdiyev); MƏHBUB (kl.əd.) Bizim yanımızda bir “obrazovannı” müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu (M.S.Ordubadi); MƏHBUBƏ (kl.əd.) Xanım, tutaq ki, sizin məhbubənizlə yad bir kişi gəzir. Onda nə edərsiniz? (Çəmənzəminli); MƏŞUQ(Ə) (kl.əd., şair.) Şirin xəyalata meydan verib, Sitarə yenə məşuqu ilə ömür bağçasında gəzib dolanırdılar... (Çəmənzəminli); VƏFADAR (kl.əd.) Məhəbbət payidar olmaz; Vəfadar olmayan yerdə (M.V.Vidadi).
2. sevgili bax sevimli 1