SEZAR

is. \[Yuli Sezarın adından\] aşp. □ Sezar salatı – kahı, pomidor, pendir, sarımsaq və limon qatılmış mayonez, suxarı qatışığından ibarət salat növü; Sezar roll – Makdonalds yeməkxanalarında adi lavaşda sezar sousu əlavə edilmiş toyuq kotleti, salat, pomidor dilimi və parmezan pendiri.
SERVİTUT
SƏNAYE
OBASTAN VİKİ
Sezar
Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[…], Roma – 15 mart e.ə. 44[…], Pompey teatrı[d], Roma respublikası), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı.
Sezar (titul)
Sezar və ya qeysər (lat. Cæsar, yun. καισαρ — kaisar, ər. qeysər — قيصر) — Roma imperatorlarının titul adıdır. Sezar əslində Romalı dövlət adamı Qay Yuli Sezarın ləqəbidir (lat. cognomen — qondarma ad və ya ləqəb deməkdir). Ondan sonra gələn imperatorlar sezar sözünü adlarına əlavə etmişlər. Daha sonralar xüsusən tetrarxiya zamanında bu titul cavan imperatorlara verilmişdir ki, bu da Avqust ilə müqayisədə hakimiyyət məhduddiyətinə malik olması ilə fərqlənir.
Sezar Frank
Sezar Frank (César Franck - Cesar-Auguste-Jean-Guillaume-Hubert Franck, 10 dekabr 1822[…], Lyej, Niderland birləşmiş krallığı[d] – 8 noyabr 1890[…], Paris, Fransa) — Belçika əsilli Fransa bəstəkarı və orqanisti.
Sezar Romero
Sesar Xulio Romero (ing. Cesar Julio Romero; 15 fevral 1907, Nyu-York, Nyu-York ştatı, ABŞ - 1 yanvar 1994, Santa Monika, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Sezar Sampson
Sezar Sampson (alm. Cesár Sampson‎; d. 18 avqust 1983, Linz, Avstriya) — Avstriya müğənnisi, bəstəkarı və modeli. O, "Nobody but You" mahnısı ilə Avstriyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sezar Sampson 18 avqust 1983-cü ildə Avstriyanın Linz şəhərində anadan olmuşdur. O illərlə sosial işçi olaraq fəaliyyət göstərmişdir. Musiqi sahəsində isə Sezar Symphonix International musiqi birləşməsinin üzvü olaraq çalışır. Sezar Sampson 2016 və 2017-ci illərdə Bolqarıstanın Avroviziya təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. 5 dekabr 2017-ci il tarixində Avstriyanın ÖRF telekanalı Sezar Sampsonun "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Mahnının bəstəkarları Boris Milanov və Sebastian eyni zamanda Bolqarıstana Avroviziyada iki il ard-arda yüksək nəticələr qazandırmışdırlar.
Sezar amanitası
Amanita caesarea (lat. Amanita caesarea) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin amanitaceae fəsiləsinin amanita cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari, ağ örtüyə malikdir. Yetişdikdə yuxarı hissədə partlayır və papaqcıq xaricə çıxaraq böyüyür. Papaqcıq 10-15 sm diametrindədir, sıx, lətlidir, yarımdairəvi, sonradan bir qədər qabarıq, alov və ya çəhrayımtıl-qırmızı rənglidir, səthində tez qopan ağ, iri ziyilləri vardır, kənarları zolaqlıdır. Lövhələri sıx, oxralı sarı, quruyanda solğunlaşandır. Ayaqcıq 8-15 x 1.5-2 sm, oxralı-sarı, silindirik, əsası şişkindir, volva ağ, torbaya bənzərdir, ağ rəngli, sərbəst, kənarı dilimlidir.
Sezar kəsiyi
Qeysər kəsiyi (lat. caesarea "hökmdar", "imperator" və lat. sectio "kəsik") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilə, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi – "doğulması" əməliyyatının adıdır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir. Firdovsi nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm məhz qeysər kəsiyi ilə dünyaya gəlmişdir. Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur. Pliniy hesab edir ki, sezarların sələflərindən birinin (güman ki, bi Yuli Sezar olmuşdur) bu müdaxilə yolu ilə dünyaya gəldiyindən belə adlandırılmışdır. Roma imperator qanunlarına görə (lat. Lex Caesarea sezar qnunu) ölən hamilə qadının uşağını xilas etmək üçün tətbiq edildiyindən. lat.
Sezar mükafatı
"Sezar" (fr. César) — 3 aprel 1976-ci ildə təsis edilmiş Fransanın film mükafatlarıdır. Namizədlər "Académie des Arts et Techniques du Cinéma" üzvləri tərəfindən təyin olunar. Bu mükafat ABŞ-də verilən Oskar mükafatının analoqudur. Mükafatın adı Fransız heykəltaraş Sezar Baldaççinidən (1921-1998) götürülmüşdür.
Sezar salatı
Sezar şifrəsi
Sezar şifrəsi — dünyada ən qədim bəlli olan şifrələrdən biridir. Məşhur Roma sərkərdəsi Yuli Sezar öz yazışmalarında indi onun adını daşıyan şifrdən istifadə edirdi. Adi latın əlifba yazılırdı, sonra onun altında həmin əlifba, lakin sola hərf dövri sürüşmə ilə yazılırdı. Sezar şifrəsini yerini dəişmə (əvəz etmə) şifrə kimi təsnif etmək olur. Şifrənin mükəmməlləşdirilmiş formasına Vijiner şifrəsi deyilir. Müasir kriptoqrafiyada Sezar şifrəsi dözümsüz kimi sayılır. y = ( x + k ) m o d n {\displaystyle y=(x+k)\ mod\ n} x = ( y + n − ( k m o d n ) ) m o d n {\displaystyle x=(y+n-(k\ mod\ n))\ mod\ n} x {\displaystyle ~x} — açıq tekstin simvolu, y {\displaystyle ~y} — şifrələnmiş tekstin simvolu, n {\displaystyle ~n} — əlifbanın gücü, k {\displaystyle ~k} — açar. Fərz edək ki k = 4 {\displaystyle k=4} . Onda "V" hərifi yerini dəişərək "A" hərifi olacak: Əsas əlifba: ABCÇDEƏFGĞHXIİJKQLMNOÖPRSŞTUÜVYZ Şifrələnmiş: ÇDEƏFGĞHXIİJKQLMNOÖPRSŞTUÜVYZABC Mətn: vikipediya açıq ensiklopediya Şifrələnmiş mətn: aqmqşgfqbç çəkn gpuqmorşgfqbç David Kahn, The Codebreakers — The Story of Secret Writing, 1967. ISBN 0-684-83130-9.
Yuli Sezar
Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[…], Roma – 15 mart e.ə. 44[…], Pompey teatrı[d], Roma respublikası), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı.
Auqusto Sezar
Auqusto Sezar Vieyra da Silva (25 fevral 1980, Braziliya) — Braziliya əsilli Azərbaycan futzalçısı. Auqusto Sezar 25 fevral 1980-ci ildə Braziliyada doğulmuşdur. Peşəkar futzal karyerasına Gürcüstanın İberiya Star komandasında başlamışdır. Hazırda Araz-Naxçıvan MFK klubunda 18 nömrə altında və Azərbaycan milli futzal komandasında çıxış edir.
Jül Sezar Savigni
Jül Sezar Savigni (fr. Marie Jules César Lelorgne de Savigny; 5 aprel 1777 – 5 oktyabr 1851[…], Versal) — Fransa təbiətşünası və zooloqu. «Histoire naturelle des Dorades de Chine» (1798), «Histoire naturelle et mythologique de l’ibis» (1805), «Système des oiseaux de l'Égypte et de la Syrie» (1810), «Description des Arachnides d’Egypte et de Syrie» (1812), «Mémoires sur les animaux sans vertèbres» (1816), «Description des Annélides des Côtes d'Égypte» (1820), «Explication des planches des Mollusques annelides, crustacées etc. de l'Égyptes et de Syrie» (1820) və s.
Qay Yuli Sezar
Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[…], Roma – 15 mart e.ə. 44[…], Pompey teatrı[d], Roma respublikası), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı.
Sezar Meza Kolli
Cesar Daniel Meza Colli (5 oktyabr 1991, Asunson). Paraqvaylı peşəkar futbolçu. 2015-ci ilin yayında Keşlə ayrıldıqdan sonra, Kolli 22 yanvar 2016-cı ildə Keşlə ilə altı aylıq müqavilə imzaladı. Altı ay sonra Kolli Zirə FK ilə bir illik müqavilə imzaladı. 6 fevral 2018-ci ildə Keşlə FK , Kolli ilə 2017–18 mövsümünün sonuna qədər müqavilə imzaladığını açıqladı. 22 iyul 2019-cu ildə Keşlə FK , Kolli ilə bir illik kredit müqaviləsi imzaladığını elan etdi.18 sentyabr 2020-ci ildə Kolli, 2020–21 mövsümünün sonuna qədər müqavilə ilə Keşlə'yə qayıtdı. 12 iyun 2021-ci ildə Neftçi Sezar Meza Kolli ilə iki illik müqavilə imzaladığını elan etdi. Neftçinin heyətində rəsmi matçlarda ilk dəfə Azərbaycan Premyer Liqasının 2021-ci ilin 12 sentyabrında keçirilən Neftçi-Qarabağ matçında çıxış edib. Həmin matçda 9 dəqiqə meydanda qalıb. İlk dəfə isə 90 dəqiqə meydanda Azərbaycan Premyer Liqasının 2021-ci ilin 2 oktyabrında keçirilən Səbail-Neftçi matçında qalıb.
Yulius Sezar Hentşe
Yulius Sezar Hentşe (alm. Julius Cäsar Häntzsche‎, d. 15 iyun, 1824 – ö. 17 sentyabr, 1901) — alman əsilli həkim, filoloq və coğrafiyaşünas. Yulius Sezar Hentşe 15 iyun, 1824-cü ildə Drezdendə anadan olmuşdur. Atası biznesmen və mülkədar olan Fridrix Eduard Hentşe (alm. Friedrich Eduard Häntzsche‎) idi. İrana səyahət etmiş, Rəştdə və Tehranda olmuşdu.
Mark Annius Verus Sezar
Mark Anni Ver Sezar(may 162 – 10 sentyabr 169, Roma) (162 və ya 163–169) - Roma imperatoru Mark Avreli və imperatriça  Anniya Qaleriya Faustinanın 13 uşağından 12-cisi. Mark Anni Ver 162-ci və ya 163-cü illərin axırlarında Mark Avreli və Anniya Qaleria Faustinanın oğlu olaraq doğuldu . Atası Mark Avrelinin adı olduğu üçün ona Mark Anni Ver adı verildi. 12 oktyabr 166-cı ildə romalıların Lusi Verin  Partiya müharibəsindəki  zəfərini  qeyd etdikləri bir ziyafətdə qardaşı Kommod ilə birlikdə Roma İmperatorluğunun ortaq varisləri olaraq sezar oldular. O zaman Anni üç, Kommod beş yaşında idi . Bu qədər gənc yaşda ilk dəfə belə açıq bir miras bəyanı edilmişdi. Varislərin getdikcə artdığı vaxtda vəzifələrdə təlim aldığı ənənəvi  cursus honorumdan əhəmiyyətli bir yayınmanı göstərirdi. Bu sistemdə varislər vəliəhdliyə bağlı olaraq taxta çıxır, imperator olmaq mövzusunda dərslər alırdılar. Anni qulağının altında olan bir şişin  çıxarıldığı əməliyyatın yaratdığı fəsadlar səbəbindən 10 sentyabr 169-cu ildə yeddi yaşında öldü. Ölümü Kommodu tək varis olaraq buraxdı . Atası Mark Avreli dövlət işlərinə davam edərkən beş gün müddətində bu itginin yasını tutdu.  Avreli Yupiter Oksimus Maksimusun oyunları davam etdiyi üçün yas tutmağı ilə oyunları yarıda kəsməməyinin lazım olduğunu müdafiə etdi .
Yaşasın Sezar!
Yaşasın Sezar! (ing. Hail, Caesar!) — Koen qardaşlarının 2016-cı ildə ekranlara çıxan komediya filmi. Film 1950-ci illərdə kinostudiyada işləyən Eddi Manniksdən bəhs edir. Onun işi aktyorlar və filmlərlə bağlı yaranan problemləri həll etməkdir. Studiyanın ən böyük ulduzu qaçırılanda Manniks studiyadakı digər problemlərlə məşğul olarkən onu xilas etməyin bir yolunu tapmalıdır. hailcaesarmovie.com — Yaşasın Sezar! rəsmi saytı Hail, Caesar! — Internet Movie Database saytında.
Proksimus Sezar
Sezar və Kleopatra (pyes)
Sezar və Kleopatra 1898-ci ildə Corc Bernard Şou tərəfindən yazılmış və Yuli Sezar ilə Kleopatra arasında olan münasibətləri fiksiyalı bir formada özündə əks etdirən teatr tamaşasıdır. O, birinci dəfə Şounun 1901-ci il "Püritanlar üçün üç pyes" məcmusunda "Kapitan Brassboundun geriyə qayıtması" və "Şeytanın şagirdləri" ilə birlikdə nəşr edilmişdir. Müəllif hüquqlarını təmin etmək üçün 15 mart 1899-cu ildə Nyukasl apon Taynda onun mərhələli tamaşası nümayiş etdirilmişdir. Tamaşanın premyerası 1906-cı ildə Nyu-Yorkda, 1907-ci ildə isə Londonun Savoy teatrında baş tutmuşdur.
Cüzeppe Sezari
Cüzeppe Sezari və ya Kavaliere Darpino (it. Giuseppe Cesari, fevral 1568, Arpino[d], Latsio[…] – 3 iyul 1640[…], Roma[…])—italyan manyerist rəssam. Kavaliere Darpino (Məsihin süvarisi) titulu ona Papa VIII Klemens tərəfindən verilmişdi. Cüzeppe həm Papa Klement, həm də V Sikstus tərəfindən himayə edilmişdir. Cüzeppenin emalatxanası Karavacconun Romada çalışdığı ilk emalatxana olmuşdur. Cüzeppenin atası Mazio Sezari əslən Arpinodan olsa da, rəssam özü 1568-ci ildə Romada anadan olmuşdur. Romada Nikolo Pomarçinoun tələbəsi olan 20 yaşlı Cüzeppenin ilk əsas işi 1589-1589-cu illərdə çalışıb, tamamladığı San Lorenzo kilsəsinin fasadına çəkdiyi rəsm olmuşdur. Bundan sonra o, Çertosa di San Martino kilsəsində çalışmağa başlayır. 1591-ci ildə yenidən Romaya qayıdan rəssam San Luici de Françezi kilsəsinin Kontarelli şapelindəki sərdabə üzərində işləyir. Sezari 1585-ci ildə San Luka Akademiyasının üzvü olmuşdur.
Ernesto Sezaro
Ernesto Sezaro (it. Ernesto Cesàro; 12 mart 1859[…], Neapol – 12 sentyabr 1906[…], Torre-Annunsiata[d], Kampaniya) — differensial həndəsə sahəsində fəaliyyət göstərmiş riyaziyyatçı. İtaliyanın Neapol şəhərində doğulmuşdur. Dağılan ardıcıllıqların cəminin "ortalama" üsulu ilə hesablanmasını ifadə edən Sezaro ortalaması ilə tanınır.
Sezariya Evora
Sezariya Evora (port. Cesária Évora; 27 avqust 1941[…], Mindelu[d], Kabo-Verde – 17 dekabr 2011[…], Mindelu[d], Kabo-Verde) — Kabo-Verdeli məşhur müğənni. Fadu, morna və modinya üslublarında oxuduğu mahnılarla məşhurdur. Səhnədə və həyatda daim ayaqyalın gəzdiyi üçün pərəstişkarları tərəfindən "Ayaqyalın diva" və morna üslubunun ən mahir ifaçılarından biri olduğu üçün "Mornanın kraliçası" ləqəblərinə layiq görülmüşdür.
Sezaro cəmi
Sezaro cəmi — riyazi analizdə sonsuz ardıcıllığa cəm dəyəri vermənin xüsusi bir yolu {an} bir silsilə olması şərtilə s k = a 1 + ⋯ + a k {\displaystyle s_{k}=a_{1}+\cdots +a_{k}} ifadəsinin ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} ardıcıllığının k-cı qismi cəmi olduğu güman edilərsə, lim n → ∞ s 1 + ⋯ s n n = lim n → ∞ n a 1 + ( n − 1 ) a 2 + ⋯ 1 a n n = A {\displaystyle \lim _{n\to \infty }{\frac {s_{1}+\cdots s_{n}}{n}}=\lim _{n\to \infty }{\frac {na_{1}+(n-1)a_{2}+\cdots 1a_{n}}{n}}=A} bərabərliyi ödənirsə {an} ardıcıllığının Sezaro cəmi A olur.
Sezarın vətəndaş müharibəsi
Qədim Romada vətəndaş müharibələri — İctimai-sosial münasibətlərdə baş verən dəyişkliklərin nəticəsində Qədim Romada respublika quruluşundan imperiya üsul-idarəsinə keçidi müşayət edən vətəndaş müharibələri. E.ə 49-cu ilin əvvəlində Sezar, İtaliyanı Qalliyadan ayıran Rubikon çayını keçdi, və sürətli hücumla Şimali İtaliyanı ələ keçirdi. Pompey və onun tərəfdarları hətta dövlət xəzinəsini götürə bilməyərək Romadan qaçdılar. Pompeyin qoşunlarının mühüm hissəsi Korfini yaxınlığında təslim oldu, Pompeyin özü beş leqionla Brindiziyə çəkildi, oradan isə Yunanıstana keçdi. E.ə 49-cu ilin iyul-avqust aylarında Sezar, Pompeyin yeddi leqionu durduğu İspaniyaya yollandı, və onları təslim olmağa məcbur etdi. Sonrakı 48-ci ildə Sezar Yunanıstana keçdi. Uzun hərbi əməliyatlardan və Dirraxi yaxınlığındakı məğlubiyətdən sonra o Pompeyi Farsalda(Fessaliyada) həlledici döyüşdə məğlub etdi. Pompey Misirə qaçdı, ancaq Misir hakimyəti onun yerə enməsinə belə imkan vermədilər: o sahilə yaxınlaşmaqda olan qayıqda öldürüldü. Pompeyi qovaraq, Sezar kiçik dəstə ilə İskəndəriyyəyə gəlir, və burada XII Ptolemeylə onun bacısı Kleopatra arasındakı sülalə mübarizəsinə qarışır. Ptolemeylə uzun və təhlükəli müharibədən qalib çıxan Sezar taxta Kleopatranı otuzdurur.
Yuli Sezarın vətəndaş müharibəsi

Asteriks və Obeliks Sezara qarşı
Asteriks və Oburiks Sezara qarşı — 1999-cu ilin Fransız komediya filmlərindən məşhur film. Ən çox gəliri olan filmlərdən biri. Yuli Sezar bütün ölkələri udduqdan sonra bir yeri qazana bilmir. Orada iksir olur. Sezar iksiri ələ keçirmək istəyir. Ancaq Asteriks və Oburiks buna imkan vermir və onların fonunda hadisələr baş verir.
Sezaropapizm
Sezaropapizm — dini güc üzərində dünyəvi gücə nəzarət etməklə hər iki vəzifəni tək bir şəxsin əlində birləşdirmək fikrinə əsaslanan bir idarəetmə formasıdır. İlk dəfə Bizans imperiyasında yaranan bu anlayış sonrakı əsrlərdə də davam etmişdir.VIII Henri IV tərəfindən İngiltərədə. O, əslində Rusiyada İvan tərəfindən həyata keçirilib. Bu söz "padşah" mənasını verən " sezar " və "dini rəhbər" mənasını verən papa sözlərinin birləşməsindən əmələ gəlib.
Aylton Sezar Cunior Alves da Silva
Aylton Sezar Cunior Alves da Silva (18 Noyabr 1994 – 28 Noyabr 2016) — Sadəcə Aylton Kanela kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda hücumçu mövqeyində çıxış edirdi. 28 noyabr 2016-cı ildə Aylton Kanela Şapekoense klubunun xidməti heyəti ilə birlikdə LaMia Hava Yolları reys 2933 ilə uçarkən təyyarənin Kolumbiyanın La Yunion şəhərinin Serro-Qordo kəndində qəzaya uğraması nəticəsində həlak olmuşdur.

Digər lüğətlərdə