1. Qalxan. Sipəri üzünə tutmaq.
– Dövlətşin başını döndərdi və heç bir məna anlatmayan, donuxmuş gözlərini sipərə zillədi.
2. Qoruyucu vasitə kimi istifadə edilən hər cür şey, qurğu və s.
Yurdumuzun solu, sağı; Hər qaya bir sipər bizə.
□ Sipər etmək – qorunmaq üçün qabağa vermək.
[Mehriban] başını sağ tərəfinə əyərək iki əlini qarşısına sipər edib qışqırmağa başladı.
// İstehkamda əsgəri düşmən mərmisindən və s.-dən qoruyan sədd, xəndək və s.
// tex. Qoruyucu, pərdə. Elektrotutucunun sipəri. Qurğuşun sipər.
◊ Döşünü (köksünü, sinəsini) sipər etmək (qılmaq) – mərdcəsinə, qorxmadan müqavimət göstərmək, köks gərmək, özünü qabağa vermək, sinə gərmək. Zakirəm, sinəmi sipər bəlaya; Qılmışam, at oxun, pənah xudaya. [