SİPƏR

is. [ fars. ]
1. Qalxan. Sipəri üzünə tutmaq.
– Dövlətşin başını döndərdi və heç bir məna anlatmayan, donuxmuş gözlərini sipərə zillədi. Çəmənzəminli.

2. Qoruyucu vasitə kimi istifadə edilən hər cür şey, qurğu və s.
Yurdumuzun solu, sağı; Hər qaya bir sipər bizə. A.Şaiq.

□ Sipər etmək – qorunmaq üçün qabağa vermək.
[Mehriban] başını sağ tərəfinə əyərək iki əlini qarşısına sipər edib qışqırmağa başladı. S.Hüseyn.

// İstehkamda əsgəri düşmən mərmisindən və s.-dən qoruyan sədd, xəndək və s.
// tex. Qoruyucu, pərdə. Elektrotutucunun sipəri. Qurğuşun sipər.
◊ Döşünü (köksünü, sinəsini) sipər etmək (qılmaq) – mərdcəsinə, qorxmadan müqavimət göstərmək, köks gərmək, özünü qabağa vermək, sinə gərmək. Zakirəm, sinəmi sipər bəlaya; Qılmışam, at oxun, pənah xudaya. Q. Zakir . [M.F. Axundzadə :] Mən sinəmi sizin nasəza sözlərinizə sipər eləmişəm. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİPƏR sipər bax qalxan
SİONİ́ZM
SİPƏRLİ
OBASTAN VİKİ
Kristallik sipər
Kristallik sipər (rus. кристаллический щит, ing. shield) — platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. "Sipər" termini E. Zyüss (1885), "Kristallik sipər" isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.
Baltik sipəri və ya Baltik qalxanı
Sipərdağ
Sipərdağ — Şahbuz rayonu ərazisində dağ (hünd. 3117,0 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Küküçayın mənbə hissəsində, Küküdağdan 1 km şimal-şərqdədir. Erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri və onları yarıb çıxan eyni tərkibli kiçik ölçülü subvulkanik kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli Kükü antiklinalının şimal-şərq qanadında yerləşir.

Digər lüğətlərdə