Sistemli yanaşma

obyektin sistem kimi nəzərdən keçirilməsi; obyektin, aralarında mövcud olan münasibətlərin və əlaqələr məcmusunu nəzərə almaqla tam elementlər çoxluğu kimi yanaşılan tədqiqat metodologiyası istiqaməti.
Sistemli
Sitat
OBASTAN VİKİ
Sistemli yanaşma
Sistemli yanaşma – mürəkkəb sistemlərin bütün baş xassələrini və onların qarşılıqlı əlaqələrini nəzərə alan, elmi cəhətdən əsaslandırılmış metoddur. Sistemli yanaşma mütəxəssislərin formal bilik və intuisiyalarını birləşdirərək məqsədyönlü analitik idəretməni stimullaşdırır. Sistemli yanaşmada tədqiqat prosesinin alt proseslərə ayrılması, proseslərin məqsədyönlü modelləşdirilməsi və təyin olunmuş problemlərin həlli üçün qərarların qəbulu alqoritmlərinin işlənməsi nəzərdə tutulur.
Adaptiv yanaşma
Adaptiv yanaşma — insan psixikasının fəaliyyətinə və prinsiplərinə dair neofreydçi nəzəri baxışlardan biridir. Bu yanaşma, genetik yanaşma ilə yanaşı, Ziqmund Freydin metapsixologiya sahəsindəki ilkin inkişaflarına əlavə olaraq, 1940-cı illərin əvvəllərində ingilis psixoanalitiki Edvard Qlover tərəfindən tərtib edilmişdir. Adaptiv yanaşma müxtəlif psixososial amillərin insan psixikasına təsirini nəzərdə tutur. Bu yanaşmaya görə, insanın qəbul etdiyi istənilən qərarlar, hətta nevrotik qərarlar da (məsələn, iddia) fərdin ətraf mühitlə qarşılıqlı əlaqə təcrübəsinə əsaslanır. Ümumiyyətlə, adaptiv nöqteyi-nəzər nəzərə alır ki, insan ətraf mühitə uyğunlaşma prosesini heç vaxt dayandırmır (uyğunlaşma prinsipcə mövcudluğun ayrılmaz hissəsi kimi əldə edilir) — müvafiq olaraq, fərdlərin ətraf mühitin təsiri altında dəyişməsi faktı fiziki və sosial mühit nəzərə alınır.
Kibernetik yanaşma
Kibernetik yanaşma – kibernetik yanaşmanın mahiyyəti ondan ibarətdir ki, hər bir məqsədyönlü davranış idarəetmə kimi nəzərdən keçirilir. Geniş, kibernetik mənada idarəetmə – süni obyektlər və canlı orqanizmlərin idarə olunması haqqında müxtəlif elmlərdə toplanmış metod və üsulların ümumiləşdirilməsidir. İdarəetmə dedikdə mühitin, idarəetmənin obyekti adlandırılan bir hissəsinə məqsədyönlü təsirin təşkili prosesi başa düşülür. Bu proses zamanı obyektlə qarşılıqlı təsirdə olan subyektin tələbatları ödənilir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sistemli analiz
Sistemli analiz — mürəkkəb problem situasiyalarında qərar qəbul etmək üçün xüsusi metodikadır. Sistemli analiz mütləq analizin tamlığına, qərar qəbul etmə modelinin formalaşdırılmasına və öyrənilən obyektin və ya prosesin adekvat araşdırılmasına əsaslanmalıdır. Sistemli analizi digər sistemli araşdırma istiqamətlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, burada idarəetmə sistemlərinin funksiyalarının və məqsədlərinin formalaşdırılmasını və müqayisəli analizini asanlaşdıran metodlardan və vasitələrdən istifadə edilir. Bundan başqa burada məqsədə çatmaq üçün formal və qeyri formal metodlar birləşdirilir. Yəni hər iki metoddan istifadə edilir. O zaman istifadə edilir ki, burada riyaziyyat ayrı-ayrı metodları vasitəsilə həll oluna bilməz. Düşülmüş belə qeyri müəyyən vəziyyətdə qərar qəbul etmək üçün riyaziyyatın formal metodlarından sərbəst olaraq istifadə edilə bilməz. Burada formal metodlarla yanaşı qeyri formal metodlar – sərbəst düşüncə, intuisiya və təcrübə də lazımdır. Vahid metodika əsasında elmi dünya görüşünə əsaslanaraq müxtəlif metodları birləşdirir. Müxtəlif sahələrin mütəxəssislərinin biliklərini, intuisiyalarını, mülahizələrini birləşdirir və onların qarşısında vahid intizama uyğun olaraq düşünmək vəzifəsi qoyur.
Sistemli kataloq
Sistemli kataloq - biblioqrafik yazıların bilik sahələri üzrə sənədlərin müəyyən təsnifat sisteminə uyğun olaraq yerləşdiyi kitabxana kataloqudur. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi (ƏPG) sistemli kataloq yardımçı aparat–sistemli kataloqda əks edilmiş sənədlərin məzmununu açıqlayan predmet rubrikalarının əlifba siyahısı və müvafiq təsnifat indeksləridir. ƏPG-nin hər bir sözü ayrıca kartlara yazılır. Bu kartlar sistemli kataloqun məxsusi ayrılmış qutusunda əlifba sırası ilə düzülür. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi sistemli kataloq üçün bir növ “açar” rolunu oynayır. O, sizə lazım olan kitabı harada, hansı bölmədə və hansı indeks altında axtarmaq lazım olduğunu göstərir. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Sistemli irqçilik
İnstitusional irqçilik və ya sistemli irqçilik — irq və ya etnik qrupa görə bəzi insanlar üçün davamlı ədalətsiz üstünlük və digərlərinə qarşı ədalətsiz və ya zərərli rəftarla nəticələnən və bunu dəstəkləyən bütün cəmiyyət və ya təşkilatda mövcud olan siyasət və təcrübələr. Bu, cinayət ədaləti, məşğulluq, mənzil, səhiyyə, təhsil və siyasi təmsilçilik kimi sahələrdə diskriminasiya kimi özünü göstərir. Fərdi və ya formal imkan bərabərliyi adətən bərabərsizliyin və irqçiliyin sistemli və ya institusional aspektlərini nəzərə almır. İnstitusional irqçilik güc balanssızlığından qaynaqlana bilər. İnstitusional irqçiliklə mübarizə struktur dəyişiklikləri üçün motivasiyadır. Fərqli irqlərə və etnik mənsubiyyətə əsaslanan nəticələrin bərabərliyi ilə əsaslı bərabərlik institusional irqçiliyin qarşısının alınmasının bir yolu ola bilər. İnstitusional irqçiliyi azaltmaq üçün müxtəliflik, bərabərlik və inklüzivlik tətbiq oluna bilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Institutional Racism and the Police Institutional Racism and the Police: Fact or Fiction?, Civitas thinktank pamphlet about the Macpherson Report Paying the Price: The Human Cost of Racial Profiling On causes and effects of institutional racism in the Canadian criminal justice system "Crack Cocaine Sentencing Policy: Unjustified and Unreasonable" (PDF). Ward, W. Peter. White Canada Forever: Popular Attitudes and Public Policy Toward Orientals in British Columbia.
Fəal-xüsusi yanaşma
Temperamentin strukturuna fəal-xüsusi yanaşma — temperament xüsusiyyətlərinin necə təsnif və təşkil oluna biləcəyi modelini təsvir edən nəzəriyyə. Bu yanaşma, fəaliyyətin üç spesifik aspekti ilə əlaqəli əlamətləri ayırmağı təklif edir - fiziki, sosial-şifahi və zehni. Məsələn, insan uzun və/və ya gərgin fiziki işi uğurla yerinə yetirə bilər, lakin ünsiyyətdən çox tez yorulur və ya əksinə. Sürətli danışan insan fiziki obyektləri idarə etməkdə o qədər də sürətli olmaya bilər. Bu yanaşma yetkinlərin temperamentinin tədqiqində işlənib hazırlanmışdır və buna görə də Qərbdə uşaq psixologiyasında ümumi deyildi (burada temperament əsasən uşaqlarda fərdi fərqlərlə əlaqələndirilir). Bu yanaşmadan fərqli olaraq, temperamentin bütün digər modellərinə “enerjili” xüsusiyyətlər (məsələn, Fəaliyyət və ya Ekstraversiya) daxildir, lakin davranışın bu üç spesifik aspektinin tənzimlənməsi ilə bağlı enerji əlamətlərinin növləri arasında fərq qoyulmur. Bu fikri ilk irəli sürən zehni əməliyyatlar zamanı yorğunluğu tədqiq edən Dodc olmuşdur. Dodc, fiziki və zehni səylərin müxtəlif sinir prosesləri tərəfindən tənzimləndiyini təklif etdi. Üç fərqli fəaliyyət növünə (fiziki, sosial-şifahi və zehni) aid olan davranış aspektlərini nəzərdən keçirmək ideyası həm neyroanatomik, həm də neyrokimyəvi cəhətdən dəstəklənmişdir. Tədqiqatın temperament əlamətlərinin neyrokimyasına inteqrasiyası 12 temperament əlamətinin tənzimlənməsində monoamin neyrotransmitterlərin, neyropeptidlərin və hormonların rolunu təsvir edən Funksional Temperamental Ansamblın neyrokimyəvi modelinin əsasını təşkil etdi.
Holokosta aşağıdan-yuxarıya yanaşma
Holokosta aşağıdan-yuxarıya yanaşma — Holokostun səbəblərinə baxış zamanı istifadə olunan yanaşma. Bu yanaşma adətən Holokostu başa düşmək üçün funksionalizmə qarşı intensionalizm müzakirəsi kimi tanınan ümumi müzakirələr çərçivəsində aparılır. Funksionalistlər yəhudilərin öldürülməsi qərarının zamanla "kumulyativ radikallaşma" adlı konsepsiya ilə inkişaf etdiyi arqumentini təmsil edirlər. İntensialistlər, digər tərəfdən, Son həllin başdan-başa baş verməsi üçün nəzərdə tutulduğuna inanırlar və bu fikri sübut etmək üçün antisemitizm mövzusundan istifadə edirlər. Funksionalizmə qarşı intensionalizm mübahisəsində aşağıdan yuxarıya yanaşma funksionalist baxış bucağından yaranmışdır. Bu yanaşma Holokostu izah etmək üçün istifadə edilən çoxsaylı arqumentlərdən biri kimi ən yaxşı şəkildə müəyyən edilmişlərdən biridir. Bu mülahizə əsasən aşağı rütbəlilərə və onların Son həll adlanan planı həyata keçirmək üçün daha yüksək rütbələrə təzyiq göstərməsinə yönəlmişdir.

Digər lüğətlərdə