SİVRİYARPAQ

прил. остролистый, остролистный. Sivriyarpaq ağcaqayın остролистый клён, sivriyarpaq söyüd остролистая ива
SİVRİŞMƏK
SİVRİYARPAQLI
OBASTAN VİKİ
Sivriyarpaq aktinidiya
Sivriyarpaq aktinidiya (lat. Actinidia arguta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalində, Kuril adalarında, Koreya və Yaponiyanın iynəyarpaqlı meşələrində bitir. Uzaq Şərq meşələrinin ən iri, oduncaqlı lianasıdır. == Botaniki təsviri == 25 m hündürlüyə çatan bitkidir. Gövdəsi möhkəm oduncaqlaşmış, diametri 10–15 sm-ə çatır. Kürəvi, yumurtavari yarpaqları üstdən dərivari, tünd-yaşıl,15 sm uzunluğunda, 10 sm enində olur. Çiçəkləri ikievlidir. Zoğları hamar, açıq-bozdur. İyun-iyul aylarında çiçəkləyir.
Sivriyarpaq akvilegiya
Sivriyarpaq akvilegiya (lat. Aquilegia oxysepala) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.
Sivriyarpaq ağcaqayın
== Təbii yayılması == Avropada, Kareyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30-m ə çatan sıx, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bozdur. Ağacın gövdəsi tünd, qonurumtul-boz, bəzən tam qara rəngli, üzərində çoxlu çatları olan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə olur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II ongünlüyündə çiçəkləyir, sentyabrın ortalarında meyvələri yetişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalxan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tez böyüyür, 17 yaşında çiçəkləyir və meyvə verir. == Ekologiyası == Məhsuldar və rütubətli torpaqlara tələbkardır, tez böyüyür, kölgəyə, küləyə davamlıdır. Torpağın şoranlaşmasına dözmür.
Sivriyarpaq kassiya

Digər lüğətlərdə