SİYENİT

Syene – Siyena, qədim Misirin Sun şəhərinin yunanca adından

SİYAHI
SİZ
OBASTAN VİKİ
Siyenit
Siyenit — əsasən qələvi çöl şpatları, bir, yaxud bir neçə rəngli minerallardan (xüsusən amfiboldan) ibarət kvarssız, tam kristallaşmış intruziv süxur. Adətən tərkibində az miqdarda plagioklaz (oliqoklaz, andezin) olur. Tərkibində plagioklaz olmadıqda və az miqdarda qələvi rəngli mineral iştirak etdikdə süxur qələvi siyenit, nefelin olanda nefelinli, kvars olanda isə kvarslı siyenit adlanır. Əgər plagioklazın miqdarı qələvi çöl şpatlarına (ortoklaz və b.) nisbətən çox olursa, süxur siyenit-dioritdən dioritə və monsonitdən qabbroya keçir (plagioklazın əsasiliyindən asılı olaraq). Rəngli mineralların miqdarı artdıqca normal siyenit əvvəlcə melanokrat siyenitə sonra isə şoşonitə keçir. Mineroloji tərkibindən asılı olaraq analsimli, libneritli və b. növlərə ayrılır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Nefelinli siyenit
Nefelinli siyenit — tam kristallik leykokrat qələvi süxur. Tərkibi: qələvi çöl şpatı (65–70%), nefelin (20%), bəzən feldşpatoid və rəngli minerallar-biotit, qələvi piroksen və amfibol (10–15%). Quruluşu orta- bəzən iri dənəli olub qranit quruluşuna yaxındır. Nefelinli siyenit iki yarım qrupa bölünür: 1) aqpaitli nefelinli siyenit (aqpaitlik əmsalı >1) və 2) miaskitli nefelinli siyenit (aqpaitlik əmsalı <1). Aqpaitli süxurlar miaskitlilərə nisbətən nadir elementlərlə daha zəngindir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Digər lüğətlərdə

коррекцио́нный наинужне́йший по ту́ сто́рону похло́пывать пуансо́вка рэндзи́стка рябкова́ние венециа́нский передвиже́ние подража́ть поца́паться прошпаклева́ть ретру́ха скаля́р собаково́дческий торна́до тро́пка billon chum Cortes exultance line off selfness бордо вера