siyenit

siyenit
siyena 2021
siyənək
OBASTAN VİKİ
Siyenit
Siyenit — əsasən qələvi çöl şpatları, bir, yaxud bir neçə rəngli minerallardan (xüsusən amfiboldan) ibarət kvarssız, tam kristallaşmış intruziv süxur. Adətən tərkibində az miqdarda plagioklaz (oliqoklaz, andezin) olur. Tərkibində plagioklaz olmadıqda və az miqdarda qələvi rəngli mineral iştirak etdikdə süxur qələvi siyenit, nefelin olanda nefelinli, kvars olanda isə kvarslı siyenit adlanır. Əgər plagioklazın miqdarı qələvi çöl şpatlarına (ortoklaz və b.) nisbətən çox olursa, süxur siyenit-dioritdən dioritə və monsonitdən qabbroya keçir (plagioklazın əsasiliyindən asılı olaraq). Rəngli mineralların miqdarı artdıqca normal siyenit əvvəlcə melanokrat siyenitə sonra isə şoşonitə keçir. Mineroloji tərkibindən asılı olaraq analsimli, libneritli və b. növlərə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Nefelinli siyenit
Nefelinli siyenit — tam kristallik leykokrat qələvi süxur. Tərkibi: qələvi çöl şpatı (65–70%), nefelin (20%), bəzən feldşpatoid və rəngli minerallar-biotit, qələvi piroksen və amfibol (10–15%). Quruluşu orta- bəzən iri dənəli olub qranit quruluşuna yaxındır. Nefelinli siyenit iki yarım qrupa bölünür: 1) aqpaitli nefelinli siyenit (aqpaitlik əmsalı >1) və 2) miaskitli nefelinli siyenit (aqpaitlik əmsalı <1). Aqpaitli süxurlar miaskitlilərə nisbətən nadir elementlərlə daha zəngindir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Digər lüğətlərdə