Qədimdə “iki sən” mənasını əks etdirib. İndi isə sən və o əvəzliklərini bildirir (birlikdə). Söz sənsən (sən+sən) kimi olub, danışıqda sisi(si+si) kimi tələffüz edilib, nəhayət siz formasında sabitləşib (son sait ixtisara düşüb, “s” isə cingiltili samitə çevrilib). Biz əvəzliyi isə “mən+sən” anlamında işlədilib. Mən sözü bi, sən sözü si kimi tələffüz olunub və bisi (bi+si) sözü biz şəklində sabitləşib (yenə də son sait ixtisara düşüb, kar samit cingiltiləşib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)