Som

Qırğızıstanın milli pul vahidi.
Solo
Son Ehtiyatlar
OBASTAN VİKİ
SOM (raket)
SOM qanadlı raketi (türk. Satha Atılan Orta Menzilli Mühimmat) — Türkiyənin Müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunmuş, quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raket. İlk dəfə 4 iyun 2011-ci il tarixində İzmir şəhərində yerləşən Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü quruluş ildönümü münasibətilə təşkil olunan tədbirdə nümayiş etdirilib. 2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən SOM qanadlı raketi 180 km-dən artıq məsafədə həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Raketin dizaynı hələ də TÜBİTAK-SAGE-yə məxsus olsa da, onun istehsalı və xarici dövlətlərə satışı məsələləri Roketsan şirkətinə həvalə olunmuşdur. Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. İlk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilmişdir. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv etməyi bacarmışdır. Raketin dizayn aspektlərini müəyyənləşdirmək məqsədilə təqribən 30 test uçuşunun həyata keçirilməsi planlaşdırılmışdı. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinə çatdırıldı.
Emilia somalensis
Emilia somalensis (lat. Emilia somalensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Euryops somalensis S.Moore === Heterotipik sinonimləri === Senecio megamontanus Cufod.
Ian Somerhalder
Yan Cozef Somerhalder (ing. Ian Joseph Somerhalder; d. 8 dekabr, 1978) — ABŞ–lı aktyor, model və prodüser. Lost serialındakı Boone Carlyle və The Vampir Diaries serialındakı Damon Salvatore obrazları ilə tanınmışdır. == Həyatı == Somerhalder ailənin ikinci evladıdır. İki qardaşı var Robert və Robin. O 10 yaşından 13 yaşına qədər model kimi fəaliyyət göstərib. == Karyeradan əvvəl == Yan Somerhalder, 8 dekabr 1978-ci ildə masaj terapisti Edna Somerhalder və podratçı Robert Somerhalderın oğlu olaraq Kovinqton, Luizianada doğulub, böyüyüb. Bob adında keçmiş peşəkar velosipedçi, qardaşı və Robin adında bir radio və televiziya jurnalisti bacısı var. Atası Fransız və İngilis mənşəlidir.
Inula somalensis
Inula somalensis (lat. Inula somalensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Meri Somervill
Meri Ferfaks Somervill (26 dekabr 1780-ci il – 28 noyabr 1872-ci il) – şotland yazıçısı və alimi. Onun dövründə alim qadının mövcudluğu qeyri-adi bir məsələ idi. O riyaziyyat və astronomiyanı öyrənirdi. Karolina Gerşeldən sonra Birləşmiş Krallıqda şöhrət qazanmış ikinci qadın idi. Birinci həyat yoldaşının vəfatından qalan vəsaiti Meri Somervill elm öyrənməyə sərf etməyə başlayır. Onun bu həvəsini ikinci həyat yoldaşı da dəstəkləyir. O, dövrünün tanınmış elm insanları ilə tanış olur və onlar Meri Somervillin istedadına diqqət edirlər. Elmi bilikləri yayma cəmiyyətindən bir sıra kitabların tərcüməsinə razılıq alır və 1831-ci ildə Şeytanın mexanizmi kitabını dərc etdirir. Kitab qısa zamanda onu məşhur edir. O bildirir ki, " mən Laplasın cəbr kitabını ümumi (sadə) dilə çevirdim".
Məhəmməd Mian Somro
Məhəmməd Mian Somro (19 avqust 1950, Kəraçi, Sind[d]) — Pakistan İslam Respublikasının 10-cu prezidenti.Soomro, 1923-cü ildən bəri milli siyasətdə fəal olan Sindhi feodal ailəsində anadan olub. Atası, mərhum Əhməd Mian Soomro, Qərbi Pakistan Məclisi sədrinin müavini və Senatın üzvü idi və Senat Komitə Sistemlərinin qurulmasına kömək edirdi. O, başqa bir siyasətçinin xan Bahadur Hacı Molla Bux Samro-nun nəvəsidir. 2007-ci il 16 Noyabr — 25 Mart 2008-ci il tarixlərində Ümumi Seçkilərə nəzarət etmək üçün Pakistanın Baş naziri idi və 2008-ci il Avqustun 18-də Pərviz Müşərrəf istefa verdikdən sonra Pakistanın 3-cü Prezident vəzifəsini icra etdi. Beynəlxalq səviyyədə tanınan peşəkar bir bankir olan Samro həm ölkə daxilində, həm də xaricdə milli və beynəlxalq təşkilatlarda müxtəlif yüksək vəzifələr tutmuşdur. Böyük banklar üçün də mühüm vəzifələrdə çalışmışdır: Amerika Bankı Yəmən Beynəlxalq Bankının baş meneceri və baş icraçı direktoru: Bəhreyn Faysal İslam Bankı: MCB Bank: Rəsmi Pakistanın Kənd Təsərrüfatı İnkişaf Bankı kimi tanınan Zarai Taraqiati Bank Limited: Federal Kooperativ Bankı: Pakistan Milli Bankının prezidenti Samro bu təşkilatlarla işlədiyi müddətdə qazandığı uğurlar üçün böyük bir rəğbət qazanıb. Pakistanda mikrokredit bankçılığının qurulmasında da mühüm rol oynamışdır. O, həmçinin Shell Pakistan şirkətinin idarə heyətində mühüm bir vəzifə tutmuşdur. Samro'nun dövlət qulluğu vəzifəsi 25 May 2000-ci ildə Sind valisi təyin edilməsindən sonra başladı. Samro Senat seçkilərində iştirak etmək üçün 26 dekabr 2002-ci ildə Sind Qubernatoru vəzifəsindən istefa etdi.
Naoki Soma
Naoki Soma (d. 19 iyul 1971) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 4 qol vurub.
Papaver somniferum
Yuxu xaşxaşı (lat. Papaver somniferum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, hündürlüyü 100-150 sm olub, tərkibi çoxlu şirəyə malikdir. Gövdəsi düzqalxan, sıxyarpaqlı, göyümtül-yaşıl, yuxarı hissəsi adətən budaqlıdır. Yarpaqları növbəli, göyümtül, sıx, və ya aşağı hissəsi damarlı, nadir hallarda tükcüklüdür. Kökətrafı yarpaqlarının uzunluğu 30 sm, çətir kimi toplanmış, qısa saplaqlı, ellipssəkilli, iridişcikli və ya kəsilmiş-pərli olub, kənarları kəskin dişciklidir. Gövdə yarpaqlarının uzunluğu 20 sm, enli ellipssəkilli və ya tükcüklü itidişciklidir. Çiçəkləri 1-10 saylı, iri, gövdə zirvəsi budaqlanan, çiçəkləri uzun və yağlı şişkindir. Çiçəkləmə dövründə başı aşağı əyilmiş çiçəklər hamar, tərkibində tiryək olan sortlar göyümtül-yaşıl, uzunsov-ellipssəkilli, zirvəsinin uzunluğu 3-4,5 sm, yağlı sortlarda isə onların ölçülərinin uzunluğu 2-2,5 sm, aşağı hissəsi qırmızı-bənövşəyi və ya tam yaşıl, enli-ellipssəkillidir. Kasacığı çılpaq, çiçəkləmədən əvvəl açılmağa başlayır.
Qırğızıstan somu
Qırğızıstan somu ((qırğ. Кыргыз сом; code: KGS)) - Qırğızıstan respublikasının pul vahidi. ISO 4217 valyuta kodu KGS-dir. 1 som 100 tıyına (qırğ. тыйын) bölünür. Sovet İttifaqı dağıldıqdan sonra ümumi valyutanı saxlamaq üçün əksər respublikalar tərəfindən cəhdlər edilmişdir. Bəzi siyasətçilər keçmiş sovet respublikaları və ya "yaxın xaric" arasında ən azı "xüsusi münasibətlər" saxlamağı ümid edirdilər. Rubl zonasının saxlanılması üçün digər iqtisadi səbəblər də var idi. Keçmiş sovet respublikaları arasında güclü ticarət əlaqələrini qorumaq arzusu ən mühüm məqsəd hesab edildi. Sovet İttifaqının parçalanması pul tənzimləmələrində heç bir rəsmi dəyişiklik ilə müşayiət olunmamışdı.
Salvia somalensis
Salvia somalensis (lat. Salvia somalensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Simonetta Sommaruqa
Soma
Soma (türk. Soma) — Türkiyənin qərbində, Egey regionunun Manisa ilində yerləşən şəhər və rayon. 2009-cu il əhali siyahıya alınmasına əsasən, ərazidə 101 011 nəfər yaşayır. Bunlardan 74 158 nəfəri Soma şəhərinin kənarında yaşayır.. Bütün rayonun ərazisi 839 kv. kilometrdir (324 kvadrat mil). Şəhər mərkəzi dəniz səviyyəsindən 161 metr hündürlükdədir. Şəhər Egey dənizinin sahilindən (Dikili limanı) 62 km uzaqlıqda, Bakırçayın sol qolunda yerləşmişdir. Şəhərin mikrorayonları: Turqutalp və ya Zəfər (qərb), Onüç Eylül (şimal), Hüriyyet (şərq), Samsaci (cənub). 13 mayda 2014-cü ildə bölgədə yerləşən kömür mədənlərində böyük insan tələfatına səbəb olan partlayış baş vermişdir.
Somali
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Somali 2016 Yay Olimpiya Oyunlarında
Somali — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5-21 avqust tarixləri arasında Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Somali yığması, 2 yüngül atlet ilə təmsil olundu. Somali yığmasının bayraqdarı olan Məhəmməd Daud Məhəmməd, 5 000 metr məsafəyə qaçış yarışlarında çıxış etdi və təsnifat mərhələsindəcə mübarizəni dayandırdı. 400 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınayan Məryən Nuh Musa da, təsnifat mərhələsindəcə mübarizəni dayandırdı.
Somali Federativ Respublikası
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Somali bayrağı
Somali bayrağı — Somalinin Dövlət bayrağı
Somali cərəyanı
Somali cərəyanı — Hind Okeanın qərbində Somali və Oman sahillərində hərəkət edən və Atlantik okeanındakı Qolfstrim cərəyanına bənzəyən soyuq okean cərəyanıdır. Somali cərəyanına mussonlar tərəfindən çox təsir göstərilir və okeanın qərb sərhəddində baş verən yeganə böyük yüksəliş sistemidir. Axım tərəfindən yüksəldilən su başqa bir yüksəlmə sistemi ilə birləşir və okeanda ən məhsuldar ekosistemlərdən birini yaradır. Somali cərəyanı cənub-qərb musson və şimal-şərq mussonları təsirlənən mövsümi dəyişikliklər ilə xarakterizə olunur. İyun-sentyabr aylarında isti cənub-qərb mussonları sahil sularını şimal-şərqə doğru hərəkət etdirərək, sahil sularını yüksəldir. Yüksəlmiş su Ekman nəqliyyatı ilə dənizdən keçirilir və açıq dənizdəki yuxarıya doğru səthə gətirilən su ilə birləşir. Dar aşağı səviyyəli olan Findlater atmosfer hava axını, həmçinin, cənub-qərbi musson dövründə inkişaf edir və Somali ve Oman sahillərinə paralel olaraq Hind okeanı boyunca diaqonal zərbələrə səbəb olur. Nəticədə, küləyin sağında Ekman nəqliyyatı yaradılır. Hava axınının mərkəzində su nəqli maksimaldır, sağa və sola doğru azalır. Hava axınının solunda mərkəzə doğru axına nəzərən daha az su hərəkəti var, üst qatda divergensiya yaranır və yüksəliş hadisəsinə baş verir.
Somali dili
Somali dili (somali. Afsoomaali; ərəb. الصومالية‎) Afro-Asiya dillərinin şərqi kuş qrupuna aid olan dildir.Onun yaxın qohumları Afar və Oromo dilləridir.Somali dili,1900 tarixindən əvvəl başlayan akademik tədqiqatları ilə,Kuşit dillərinin ən yaxşı sənədləşdirilmişidir. Somalini idarə olunma forması RESPUBLİKA,inzibati ərazi quruluşu FEDERATİVDİR. Somali dili Somali, Cibuti, Efiopiya, Yəmən və Keniya da etnik Somalilər və Somali diasporu tərəfindən danışılır.
Somali dəniz quldurları
Somali dəniz quldurları — Somalidə müasir silah və gəmilərə sahib quldurlar. Somali dəniz quldurlarına qarşı uzun müddət mübarizə ya aparılmadı, ya da onlara qarşı aparılan mübarizə bu piratların qanunsuz hərəkətlərini sona çatdırmaq üçün kifayət etmədi. Onların gəmiləri ələ keçirmək qaydası isə olduqca bəsit formada təşkil olunurdu. Belə ki, kiçik qayıqlara minən 10–15 nəfərdən ibarət quldur dəstələr Somali sahillərinə yaxın üzən bir gəmiyə (daha çox yük gəmilərinə üstünlük verirdilər) yaxınlaşır, əvvəlcə bir neçə əl havaya atəş açırdılar. Gəmi onların bu atəşinə cavab olaraq dayanmalı idi, əgər dayanmırdısa, bu zaman quldurlar daha ağır silahlarla birabaşa gəmiyə atəş açırdılar və kiçik qayıqlarını gəmiyə yaxınlaşdıraraq filmlərdə də gördüyümüz kimi ona ip ataraq bu yolla gəmiyə doluşurdular. Bundan sonrakı mərhələdə gəmi kapitanı və gəminin digər bütün şəxsi heyəti sərnişinlərlə birlikdə əsir götürülürdü və gəmi Somalinin sahillərində gizli yerlərdən birinə sürülüb aparılır və orada həftələrlə bəzən aylarla saxlanılırdı. Daha sonra isə gəminin aid olduğu şirkətdən, habelə gəmidə yaxın qohumları olan zəngin insanlardan yüksək miqdarda pul tələb olunurdu. Əslində baş verənlərdən Somali hakimiyyət orqanlarının da sözsüz ki, xəbəri var idi, lakin onlar belə bu dəniz quldurlarına qarşı lazımı şəkildə mübarizə aparmaq üçün ölkədəki anarxiyanı bəhanə edərək qeyri-dəqiqlik nümayiş etdirirdilər, çünki böyük ehtimalla dəniz quldurları gəmilərin və sərnişinlərin geri qaytarılması zamanı əldə etdikləri yüksək məbləğdə pulların bir hissəsini rüşvət qismində hakimiyyət orqanlarına verirdilər və bununla da rahat qanunsuz fəaliyyətlərini həyata keçirmək şans əldə etmiş olurdular. Bəzi versiyalara görə isə, Somali dəniz quldurları mədəni cəhətdən olduqca geri qalmış insanlar idi və onların çox böyük hissəsi nəinki ingiliscə bilir, heç bu barədə anlayışları da yox idi. Meydana çıxan sual isə, bəs onların təhvil-təslim zamanı milyon dollarlarla pul əldə etməsi üçün tələb olunan xarici dil tələbatını kim təmin edirdi?
Somali plitəsi
Somali plitəsi — tektonik plitə. Sahəsi — 0,01585 steradian. adədən Afrika plitəsinin tərkib hissəsi olaraq göstərilir. Somali plitəsi afrika plitəsinin şərqində, Böyük Rift Dərəsi boyunca yerləşir. Böyük Rift Dərəsi qarşı tərəfində yerləşən sahəsi isə bəzən Nubiya plitəsi adlandırılır. Bu iki plitə hər zaman Afrioka plitəsinin bir parçası hesab edilir. Somali plitəsi qərbdə Böyük Rift dərəsi, araf novu, şimalda Ədən silsiləsi, şərqdə Mərkəzi Hind silsiləsi, cənubda isə Qərbi-Hind silsiləsi ilə əhatələnir. İl ərzində şərqə 45 mm hərəkət edir. Sərhəd olduğu plitələr: Afrika, Antarktika, Hind-Avstraliya, Ərəbistan.
Somali prezidentlərinin siyahısı
Somalinin dövlət başçılarının siyahısı
Somali qaratoyuğu
Somali qaratoyuğu (lat. Turdus ludoviciae) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü. BirdLife Species Factsheet.
Somali vətəndaş müharibəsi
Somalidə vətəndaş müharibəsi (1988-ci ildən) — Məhəmməd Siad Barre rejiminə qarşı bir mübarizə ilə başlayan və dövlətin çökməsinə və klanlararası müharibəyə səbəb olan çoxtərəfli silahlı qarşıdurma. Eyni zamanda, ABŞ ordusu və BMT sülhməramlıları da münaqişəyə qarışdı. 2006-cı ildən bəri, mərkəzi Somali hökuməti ilə İslam Məhkəmələri Birliyindən olan islamçılar arasında vətəndaş müharibəsi başladı. İslam məhkəmələrinin güclənməsi və hökumət qüvvələrinin məğlubiyyəti Efiopiyanı qonşu ölkəyə qoşun yeritməyə məcbur etdi. Efiopiya ordusunun Somaliyə hücumundan sonra islamçılar devrildi və bundan sonra münaqişə partizan müharibəsinə çevrildi. 2011–2012-ci illərdə Keniyanın təşəbbüsü ilə AMISOM sülhməramlı kontingentinin qüvvələri (Efiopiya ordusunun dəstəyi ilə) İslamçılara qarşı kifayət qədər uğurlu əməliyyat həyata keçirdi.
Somalicə
Somali dili (somali. Afsoomaali; ərəb. الصومالية‎) Afro-Asiya dillərinin şərqi kuş qrupuna aid olan dildir.Onun yaxın qohumları Afar və Oromo dilləridir.Somali dili,1900 tarixindən əvvəl başlayan akademik tədqiqatları ilə,Kuşit dillərinin ən yaxşı sənədləşdirilmişidir. Somalini idarə olunma forması RESPUBLİKA,inzibati ərazi quruluşu FEDERATİVDİR. Somali dili Somali, Cibuti, Efiopiya, Yəmən və Keniya da etnik Somalilər və Somali diasporu tərəfindən danışılır.
Somalilend
Somalilend — Afrika qitəsində Afrika Buynuzunda yerləşən, de yure Somalinin daxilində muxtar bölgə, de-fakto müstəqil dövlətdir. Paytaxtı Hargeisa şəhəridir.

Digər lüğətlərdə