Solo

Veksel – üzərində veksel məbləğinin ödənişinə öhdəlik daşıyan yalnız bir şəxsin imzası olan sadə veksel.
Soldo
Som
OBASTAN VİKİ
Han Solo
Han Solo — "Ulduz müharibələri" kainatında personaj. O, ilk dəfə 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində nümayiş olunmuşdur. Han Solo ən yaxın dostu Çubakkadır və o, "Millennium Falcon" kosmik gəmisinin sahibidir. Han Solo personajı ABŞ Film İnstitutunun "ən yaxşı 100 qəhrəman və cinayətkar" siyahısında 14-cü, "Empire" jurnalının "bütün zamanların ən böyük film personajları" siyahısında 3-cü yerdə qərarlaşmışdır. "World of Fantasy" jurnalı Han Solonun "Millenium Falcon"unu "ən yaxşı 10 kosmik gəmi" siyahısında birinci yerə layiq görüşmüşdür. Onlar onu "Ulduz müharibələri"ndəki ən məşhur kosmmik gəmi və klassik bir "macəraçı ulduz gəmisi" nümunəsi adlandırmışdır.
Hop Solo
Hop Solo (Doğum: İyul.30, 1981, Riçlənd) ABŞlı Futbol qapıçıdır. O Məcikcək futbol klubu və ABŞ Qadınlar milli komandasınin oyunçusudur və 2011 Almaniya qadınlar dünya kubokunda ən yaxşı qapıçı seçilib, və qızıl əlcək almışdır.
Houp Solo
Hop Solo (Doğum: İyul.30, 1981, Riçlənd) ABŞlı Futbol qapıçıdır. O Məcikcək futbol klubu və ABŞ Qadınlar milli komandasınin oyunçusudur və 2011 Almaniya qadınlar dünya kubokunda ən yaxşı qapıçı seçilib, və qızıl əlcək almışdır.
Solo
Solo (it. solo - "bir") - bir nəfərin səsli və ya musiqi aləti ilə bütöv bir musiqi əsərini və ya onun aparıcı tematik hissəsinin ifa etməsi. Belə bir solo partiyanın ifaçısı solist adlanır. “Solo” anlayışı rəqs sənətinə də aiddir: məsələn, “baletdə solo”. Rok musiqisində "solo" termini mahnının əsas motivini inkişaf etdirən gitara körpüsü deməkdir. Çox vaxt solo mahnının ortasına və ya sonuna doğru daxil edilir. Hevi-metalda sololar uzun olur və bir-iki dəqiqədən beş və hətta altı dəqiqəyə qədər davam edə bilər (Deep Purple -ın " Child in Time" mahnısında olduğu kimi). Alternativ rokda tez-tez qısa sololara, bəzən yalnız bir neçə bar uzunluğuna rast gəlmək olar.
Han Solo: Ulduz müharibələri. Hekayələr (film, 2018)
Han Solo: Ulduz müharibələri. Hekayələr (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi. Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir. Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür.
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında — (Qadınlar, Solo)
Solo Display Team
Solo Display Team — Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. F-16 Solo Display Team, AH-64D Apache Solo Display Team və PC-7 Solo Display Team-dən ibarətdir. Komandanın dübütü 1979-cu ilə təsadüf edib. Komandanın vahid rəng sxemi mövcud deyildi. Ən son istifadə etdiyi narıncı dizayn 2009-cu ildən istifadə olunmağa başlamışdı. 2018-ci ilin 17 dekabr tarixində F-16 Solo Display Team-in daimi olaraq ləğv edildiyi elan edildi. Maddi və heyət çatışmazlığı səbəbindən komanda artıq 2015-ci ildən fəaliyyətsiz idi. Komanda 2002-ci ildə öz aviabazasında keçirilən hava şousunda birdəfəlik iştirak etmək üçün yaradılmışdı. Bununla belə, komanda sonrakı illərdə də hava şoularında çıxış etməyə davam etdi və 2005-ci ilin iyulunda Böyük Britaniyanın Qlosterşir əyalətində keçirilən Royal International Air Tattoo-da "Sir Duqlas Bader Trophy" mükafatını qazandı. Apache Solo Display Team 2005 və 2009-cu illər arasında fəaliyyətsiz idi, lakin 2010-cu ildə yenidən uçuşlar həyata keçirməyə başladı.
Han Solo: Ulduz müharibələri. Hekayələr
Han Solo: Ulduz müharibələri. Hekayələr (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi. Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir. Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.
Din Solomons
Din Ryan Solomons (22 fevral 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar CAR futbolçusudur. Solomons Ayaks Keyptaun akademiyası vasitəsilə inkişaf etmişdir. 31 avqust 2017-ci ildə Solomons Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi müqavilə imzalamışdır. Solomons öz peşəkar karyerasında debütünü 10 sentyabr 2018-ci ildə AZ Alkmaar II klubuna qarşı oyunda etmişdir. O, 65-ci dəqiqədə Abdallah Aberkane ilə əvəz olunmuşdur. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 11 sentyabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Javanthropus soloensis
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Robert Solou
Robert Solou (ing. Robert Solow) (23 avqust 1924, Bruklin, Nyu-York ştatı – 21 dekabr 2023, Leksinqton[d], Massaçusets) — xüsusilə iqtisadi inkişafla bağlı tədqiqatları ilə tanınan amerikalı iqtisadçı. 1961-ci ildə Con Beyts Klark medalı, 1987-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 1999-cu ildə Beynəlxalq Elm medalına layiq görülmüşdür. Robert Solou 23 avqust 1924-cü ildə Nyu York şəhərində yəhudi ailəsində anadan olub. Evlərinin yaxınlığında yerləşən dövlət məktəbində oxumuş, uğurlu bir şagirdlik keçirmişdi. Robert Solou 1940-cı ilin sentyabr ayında təqaüdlə Harvard Universitetində təhsilə başladı. Sosiologiya və antropologiya üzrə təhsil almaqla yanaşı eyni zamanda iqtisadiyyat təhsili də almağa başlamışdı. 1942-ci ilin sonlarına yaxın ABŞ Ordusuna qoşulmaq üçün universitetdən ayrılan Robert Solou Şimali Afrika və Siciliyada xidmət keçdi. Sonra isə ordudan tərxis olunana qədər İtaliyada xidmət keçmişdi. 1945-ci ildə yenidən Harvard Universitetinə qayıtdı.
Sergey Solovyov
Sergey Solovyov (rus. Соловьёв, Сергей Михайлович; 5 (17) may 1820, Moskva – 4 (16) oktyabr 1879, Moskva) — rus tarixçisi. Moskva Universitetinin professoru (1848-ci ildən), Moskva Universitetinin rektoru (1871-1877) , İmperator Sankt-Peterburq Elmlər Akademiyasının rus dili və ədəbiyyatı bölməsinin həqiqi üzvü (1872), məxfi məsləhətçi. O, ilk dəfə "Novqorod Rus", "Kiyev Rusu", "Vladimir Rus", "Moskva Rusiyası" terminlərindən istifadə edərək, Rusiya dövlətinin formalaşmasının müvəqqəti dövrlərini təyin etdi. Sergey Mixayloviç Solovyov 1820-ci ildə keşiş ailəsində anadan olub. 8 yaşında Moskva İlahiyyat Məktəbinə yazılır ki, bu müəssisədə dini fənlər ilə yanaşı müxtəlif “maddi” fənlər üzrə kommersiya məktəbində oxusun. Sergey Solovyov əslində iki təhsil alırdı - dünyəvi və mənəvi. 3-cü sinifdən Solovyov Birinci Moskva Gimnaziyasının şagirdi idi. Dini ailə və mühit gələcək təhsilində alimin tarixi baxışlarına təsir edir. O, dinin xalqların tarixi həyatı üçün nəhəng əhəmiyyətindən xəbərdar idi.
SoloTürk
SoloTürk və ya Solo Türk, adətən SOLOTÜRK deyə üslublaşdırılıb — Türkiyə Hərbi Hava Qüvvələrinin təktəyyarəli aerobatika komandası. İlk çıxış xarakterli uçuş 2010-cu ilin sentyabrında həyata keçirilmiş və qrupun ilk ictimai uçuşu 15 aprel 2011-ci ildə baş tutmuşdur. O vaxtdan bəri "SoloTürk" bir neçə milli və beynəlxalq səviyyəli hava şousunda iştirak etmişdir. Çıxış xarakterli uçuşlarda istifadə olunan manevrlərinin əksəriyyəti komandanın özünə xasdır. Komanda xüsusi olaraq rənglənmiş "General Dynamics F-16C Block 30TM" təyyarəsindən istifadə edir. Təyyarələr aviaşoularla yanaşı real döyüş əməliyyatlarında da iştirak edə biləcək vəziyyətdədir. Üç pilot da daxil olmaqla ümumilikdə 13 heyət üzvü var və nəqliyyat təyyarəsi kimi "CASA CN-235M-100" istifadə olunur. "SoloTürk" çıxış xarakterli uçuşlarına görə bir çox mükafata layiq görülmüşdür. Təktəyyarəli aerobatika komandasının yaradılması üzərində işlər 25 noyabr 2009-cu il tarixində başlamışdır. 2010-cu ilin yanvarında pilotlar seçilmiş və həmin ilin mayında üç aylıq təlimlərə start verilmişdir.
Solodlar
Bu torpaqlar - dünyanın meşə-çöl, yarımsəhra zonalarında geniş yayılmışdır. Genetik qatları kəskin fərqlənir. Meşə döşənəyi, yaxud çim qatından ibarətdir. A2 - solodlaşmış horizont, laylı-pullu strukturlu, dəmirli-manqanlı yeni törəmələr və pas-arxalı ləkələr. A2B-keçid qatı olub, müxtəlif rəgnlidir. C-torpaqəmələgətirən süxur qatı olub, karbonatlarla zəngindir. k.K.Hedroysa görə, solodlar - mübadilə olunan natriumun hidrogen kationu ilə əvəz olunduğu deqradasiya nəticəsində şorakətlərdə yaranır. Solodların əsas tanınma xassəsi onların 5%-li KOH-lə həll olub, silikat turşusu yaratmasıdır. Solodlar-ifrat rütubət və anaerob proses nəticəsində yaranır. Bu zaman fəal üzvi turşular (fulvo turşusu) dəmir və manqanın mütəhərrik maddələri ilə üzvi-mineral kompleks birləşmələr əmələ gətirir və üst qatdan altda hərəkət edir.
Solodovun binası (Rostov-na-Donu)
Solodovun binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən bina. Bina XIX əsrin sonları inşa edilmişdir. Bina Rostov-na-Donu ərazisində regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Solodovun binsının müasir ünvanı: Qazetnaya döngəsi, ev 17.. 1880-ci illərdə binsnın sağ qanadında aparılsn tikintinin hesabına binanın sahəsi genişlənmişdir. Bu hissəsin layihəsi memar Nikolay Aleksandroviç Doroşenko tərəfindən hazırlanmışdır. Binanın sahibi həm də un fabrikinin sahibi olan Solodov olmuşdur. Tikili fabrik binası ilə bir kompleksi təşkil edir. Üstəlik eyni ünvanda yerləşir. XX əsrin əvvəllərindən binanın sahibi olaraq Solodovun həyat yoldaşı Yekaterina Nikolayevna Solodova məxus olmuşdur.
Solomon
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Solomon Asch
Solomon Aş (14 sentyabr 1907[…], Varşava – 20 fevral 1996[…]) — həmçinin Şlaym kimi tanınan Amerikalı Qeştalt psixoloq və ictimai psixologiyanın pioneri idi. Aş yaxşı bir yəhudi ailəsində, Varşava şəhərində Rusiya imperiyasına aid olan zaman anadan olub. O, 1920-ci ildə Birləşmiş Ştatlara mühacirət etmiş və 1928-ci ildə Nyu-York Şəhəri Kollecində psixologiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Kolumbiya Universitetində, 1930-cu ildə magistr dərəcəsi ve 1932-ci ildə doktora almışdır.
Solomon Aş
Solomon Aş (14 sentyabr 1907[…], Varşava – 20 fevral 1996[…]) — həmçinin Şlaym kimi tanınan Amerikalı Qeştalt psixoloq və ictimai psixologiyanın pioneri idi. Aş yaxşı bir yəhudi ailəsində, Varşava şəhərində Rusiya imperiyasına aid olan zaman anadan olub. O, 1920-ci ildə Birləşmiş Ştatlara mühacirət etmiş və 1928-ci ildə Nyu-York Şəhəri Kollecində psixologiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Kolumbiya Universitetində, 1930-cu ildə magistr dərəcəsi ve 1932-ci ildə doktora almışdır.
Solomon Boqdanov
Solomon Boqdanov (1888 – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-inqilab komitəsinin üzvü. Solomon Boqdanov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Solomon Dodaşvili
Solomon İvanoviç Dodaşvili (gürc. სოლომონ დოდაშვილი);17 may 1805 – 20 avqust 1836, Kirov) — gürcü yazıçısı, pedaqoq, ictimai xadim, filosofu. Kasıb kəndli keşişinin oğlu idi. Tiflisdəki ilahiyyat məktəbini bitirdikdən sonra tövsiyə məktubu ilə Sankt-Peterburqa gəlir. İ.Xelaşvilinin dəstəyinivə himayəsini görür. 1827-ci ildə Sankt-Peterburq Universitetini bitirib. Dekambristlərə yaxın idi. 1828-1832-ci illərdə "Ədəbi Əlavə" ilə birlikdə "Tpilisis utskebani" ("Tiflis Vedomosti") qəzetinin redaktoru olur. Zadəgan ailəsi sui-qəsdində iştirak etdiyi üçün 1832-ci ildə tutuldu və Vyatkaya sürgün edildi və orada sürgündə olarkən A.İ.Herzenlə tanış olur. Dodaşvili vərəmdən vəfat edir.
Solomon Krım
Solomon Krım (tam adı: Solomon Samoyloviç (Samuloviç), 25 iyun (7 iyul) 1867, Feodosiya, Tavriya quberniyası[d] – 9 sentyabr 1936) – Krım Kəraimlərindən olan siyasətçi və aqronom. Fransanın Tuon şəhəri yaxınlığındakı Krım adlı mülkünə görə bu cür adlandırılır. 25 iyun (7 iyul) 1867-ci ildə Krımın Feodosiya quberniyasında anadan olmuşdur. Atası Samuel Abrahamoviç Krim (1835–1898) Krımda məşhur olan Kəraim ailənin övladı və pedaqoq kimi məşhur idi. 1884-cü ildə Feodosiya Gimnaziyasını bitirmiş və elə həmin ildə də Moskva Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 1886-cı ildə isə ixtisas dəyişərək Peterburq Kənd Təsərrüfai Akademiyasında təhsilini davam etdirmişdir. 1890-cı ildə tələbə üsyanında iştirak etmiş, lakin ölkədən kənarlaşdırılmamışdır. 1892-ci ildə kənd təsərrüfatı elmləri namizəd elmi dərəcəsiylə universiteti bitirmişdir. Kliment Timiryazevin son tələbələrindən biridir. Siyasətlə məşğul olan Solomon Krım 1906-cı ildə Rusiya imperiyasının I Dumasına (1906–1907) deputat seçilmişdir.
Solomon Kverkveliya
Solomon "Saba" Kverkveliya (gürc. სოლომონ "საბა" კვირკველია; 6 fevral 1992, Samtredia, İmereti) — Gürcüstan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın və Gürcüstan milli futbol komandasının yarımmüdafiəçisi. Kverkveliya "Zenit Sankt-Peterburq"da bir mövsüm keçirdikdən sonra 2011-ci ildə Rusiyanın digər klubu "Rubin Kazan"a keçmişdir. O, 22 iyul 2011-ci ildə Rusiya Premyer Liqasında, "Rubin Kazan" klubunun heyətində "Terek Qroznı" ilə oyunda debüt etmişdir. Kverkveliya 8 aprel 2022-ci ildə Gürcüstana qayıtmış və "Qaqra" ilə müqavilə imzalamışdır. 4 iyul 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK Kverkveliya ilə iki illik müqavilə imzaladığını açıqlamışdır. Neftçidə ilk matçına 21 iyul 2022-ci ildə keçirilən Aris-Neftçi matçında çıxıb. Matç Arisin 2–0 hesablı qələbəsi ilə başa çatıb.
Solomon Mixoels
Solomon Mixayloviç Mixoels (idiş שלמה מיכאָעלס‎ — Şloyme Mixoels, əsl soyadı Vovsi,16 mart 1890, Dauqavpils, Vitebsk quberniyası[d] – 13 yanvar 1948, Minsk) — yəhudi teatrında sovet teatr aktyoru və rejissoru, teatr pedaqoqu, ictimai xadimi, SSRİ xalq artisti(1939), İkinci dərəcəli Stalin mükafatı laureatı(1946). 1948-ci ildə o, İosif Stalinin əmri ilə SSRİ DTN əməkdaşları tərəfindən qətlə yetirilmişdir. Qətl yol-nəqliyyat qəzası kimi qələmə verilmişdir. 1890-cı il martın 4-də (16) Dinaburgda (indiki Dauqavpils, Latviya) ağac tədarükçüsü Mixel İdel-Zeliković Vovsi və həyat yoldaşı Eti Meerovna (Leibovna) Vovsinin ailəsində anadan olmuşdur . Atası ikinci gildiya taciri İdel-Zelik Mixeleviç Vovsinin oğlu idi (1817 -?). Ailə Postoyalnaya küçəsindəki 107 nömrəli evdə yaşayırdı. 1903-cü ildə heder (oğlanlar üçün yəhudi ibtidai dini məktəbi) məzunu oldu. Aktyorun özünün dediyinə görə, "yalnız on üç yaşında sistematik olaraq dünyəvi elmləri və rus dilini öyrənməyə başlamışdır". 1905-1908-ci illərdə Riqa Real Məktəbində oxumuşdur. Həvəskar tamaşalarda iştirak etmiş, müstəqil şəkildə gimnaziyalarda konsert vermişdir.
Solomon Mixoelsin qətli
Solomon Mixoelsin qətli — 1948-ci ildə yanvarın 12-də Minskdə baş vermişdir. Dünya şöhrətli teatr rejissoru və yəhudi ictimai xadimi Solomon Mixoels İosif Stalinin birbaşa əmri ilə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən öldürülmüşdür. Qətl qəza kimi təqdim edilmiş, onun ölümü avtomobil qəzası nəticəsində olduğu bildirilmişdir. Cinayətin təfərrüatları yalnız 1953-cü ildə Stalinin ölümündən sonra məlum oldu. Lakin nə cinayət işi açıldı, nə də qətlin iştirakçıları cəzalandırıldı. Tədricən Stalində baş qaldıran antisemitizmi və özünə qəsd etmiş arvadı Nadejda Aliluyevanın qohumlarına bəslədiyi nifrəti bilən Dövlət Təhlükəsizlik naziri Viktor Abakumov Stalinin özünə və ailəsinə qarşı sionist sui-qəsdinin hazırlandığı işini saxtalaşdırdı. 1946-cı ilin sonundan etibarən, o, Amerika kəşfiyyatının göstərişi ilə "yəhudi millətçisi" Mixoels tərəfindən Stalin haqqında şəxsi məlumat toplamaq məqsədi ilə mütəmadi olaraq İsaak Qoldşteinin qızı Svetlana və əri Qriqori Morozov ilə görüşməsi barədə Stalini məlumatlandırırdı . Qoldşteyn Mixoels ilə onun rəhbərlik etdiyi Yəhudi Anti-Faşist Komitəsinin üzvü Zaxar Qreenberq vasitəsilə tanış olmuşdu. Mixoels Qoldşteynlə Stalinin qızı və əri ilə əlaqələrini müzakirə etmişdi, çünki o, qohumları vasitəsi ilə SSRİ-dəki yəhudilərin problemləri barədə Stalini məlumatlandıracağına ümid edirdi . 1947-ci il dekabrın 10-da Abakumovun Stalinə məruzəsindən sonra Nadejdanın bacısı Yevgeniya Aliluyeva həbs edildi.
Solomon Nortap
Solomon Nortap — (doğum; 10 İyul, 1807 və ya 1808 — ölümü: bilinmir) Amerikalı abolisionist və "On iki illik əsarət" kitabının müəllifi. Nyu Yorkda azad afroamerikalı kimi dünyaya gələn Solomon azad edilmiş qara dərili kölə ata və ananın oğlu idi. Fermer və peşəkar skripkaçı Nortap Hebron, Nyu Yorkda bir torpaq sahibi idi. 1841-ci ildə ona səyahət edən musiqiçi işi təklif edildi və o, Vaşinqtona şəhərinə (köləliyin qanuni olduğu) getdi; orada içkisinə dərman atılaraq huşsuz hala salınır,qaçırılır və kölə kimi satılır. Yeni Orleana göndərilir, plantasiya sahibi tərəfindən satın alınır və Luiziananın Qırmızı Çay bölgəsində,Avoyls xristian icmasında 12 il qul olaraq saxlanılır. Dövlət qanunları qaçırılmış və kölə olaraq satılan Nyu York vətəndaşlarına yardım göstərən, Nyu-Yorka öz haqqını müdafiə etməkdə ona kömək edən Kanadalı bir şəxslə görüşənə qədər plantasiyalarda kölə olaraq çalışdı. Ailəsi və dostları Nyu-York qubernatoru Vaşinqton Hantundan kömək istədi və Nortap 3 yanvar 1853-cü ildə yenidən azadlığına qovuşdu. Vaşinqtondakı məşhur qul alverçisi,Ceyms Börç tutuldu və mühakimə olundu, lakin Kolumbiya Qanunu vilayətin qara rəngli bir adam olaraq ağlara qarşı ifadə verməsini qadağan etdiyi üçün bəraət qazandı. Daha sonra Nyu-York ştatında, onu şimala qaçıranlar tutularaq, ittiham edildi, lakin iş, yurisdiksiyalı çətinliklər üzündən iki il məhkəmədə bağlı qaldı və nəhayət Vaşinqton şəhərində məhkəmə prosesi sonlandı. Kolumbiya hökuməti davanı davam etdirmədi.
Solomon Quqqenhaym muzeyi
Solomon Quqqenhaym muzeyi (ing. Solomon R. Guggenheim Museum) — ABŞ-də Nyu-York şəhərində incəsənət muzeyi, dünyanın müasir incəsənət əsərlərinin toplandığı aparıcı muzeylərindən biri. Muzey öz fəaliyyətinə 1937-ci ildə Quqqenhaym Fondunun yaranması ilə başlamışdır. Muzeyin banisi xeyriyyəçi Solomon Robert Quqqenhaym olmuşdur. 1943-cü ilin iyun ayında Quqqenhaym Fondu tanınmış arxitektor Frenk LLoyd Rayta muzeyin yeni binasının tikintisini təklif etdi. Arxitektor Frenk LLoyd Rayt 92 il yaşamış, ömrünün 72 ilini 800-dən çox binanın layihələşdirilməsinə və 400-ə yaxın binanın tikintisinə həsr etmişdir. Muzeylərdən başqa, o, parlaq layihələrin: — orta təbəqədən olan insanlar üçün əlverişli yaşayış evləri — Medisonda (Viskonsin ştatı) "Cekobanın evi"nin layihəsinin, Rasinedə (Viskonsin ştatı) "Conson-Ueks" firmasının ofis binasının (pəncərəsiz bina) layihəsinin müəllifidir. Quqqenhaym muzeyinin tikintisi üçün 88-ci və 89-cu küçələrinin kəsişdiyi yerdə Mərkəzi parkın geniş yaşıl massivində yer verilmişdir. Binanı layihələşdirilərkən mövcud modellərdən imtina edərək, o, tamaşaçılara yuxarı mərtəbələrə liftlə yuxarı mərtəbələrə qalxmağı və binanın daxilini əhatə edən spiralvari pilləkənlərlə yol boyu eksponatları seyr etməklə aşağı enmək imkanlarını təklif etmişdir. Xarici görünüşünə görə bina cevrilmiş piramida qülləsini xatırladır.

Digər lüğətlərdə