Som

Qırğızıstanın milli pul vahidi.
Solo
Son Ehtiyatlar
OBASTAN VİKİ
SOM (raket)
SOM qanadlı raketi (türk. Satha Atılan Orta Menzilli Mühimmat) — Türkiyənin Müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunmuş, quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raket. İlk dəfə 4 iyun 2011-ci il tarixində İzmir şəhərində yerləşən Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü quruluş ildönümü münasibətilə təşkil olunan tədbirdə nümayiş etdirilib. 2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən SOM qanadlı raketi 180 km-dən artıq məsafədə həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Raketin dizaynı hələ də TÜBİTAK-SAGE-yə məxsus olsa da, onun istehsalı və xarici dövlətlərə satışı məsələləri Roketsan şirkətinə həvalə olunmuşdur. Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. İlk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilmişdir. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv etməyi bacarmışdır. Raketin dizayn aspektlərini müəyyənləşdirmək məqsədilə təqribən 30 test uçuşunun həyata keçirilməsi planlaşdırılmışdı. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinə çatdırıldı.
Emilia somalensis
Emilia somalensis (lat. Emilia somalensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Euryops somalensis S.Moore Senecio megamontanus Cufod.
Ian Somerhalder
Yan Cozef Somerhalder (ing. Ian Joseph Somerhalder; d. 8 dekabr, 1978) — ABŞ–lı aktyor, model və prodüser. Lost serialındakı Boone Carlyle və The Vampir Diaries serialındakı Damon Salvatore obrazları ilə tanınmışdır. Somerhalder ailənin ikinci evladıdır. İki qardaşı var Robert və Robin. O 10 yaşından 13 yaşına qədər model kimi fəaliyyət göstərib. Yan Somerhalder, 8 dekabr 1978-ci ildə masaj terapisti Edna Somerhalder və podratçı Robert Somerhalderın oğlu olaraq Kovinqton, Luizianada doğulub, böyüyüb. Bob adında keçmiş peşəkar velosipedçi, qardaşı və Robin adında bir radio və televiziya jurnalisti bacısı var. Atası Fransız və İngilis mənşəlidir.
Inula somalensis
Inula somalensis (lat. Inula somalensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Meri Somervill
Meri Ferfaks Somervill (26 dekabr 1780-ci il – 28 noyabr 1872-ci il) – şotland yazıçısı və alimi. Onun dövründə alim qadının mövcudluğu qeyri-adi bir məsələ idi. O riyaziyyat və astronomiyanı öyrənirdi. Karolina Gerşeldən sonra Birləşmiş Krallıqda şöhrət qazanmış ikinci qadın idi. Birinci həyat yoldaşının vəfatından qalan vəsaiti Meri Somervill elm öyrənməyə sərf etməyə başlayır. Onun bu həvəsini ikinci həyat yoldaşı da dəstəkləyir. O, dövrünün tanınmış elm insanları ilə tanış olur və onlar Meri Somervillin istedadına diqqət edirlər. Elmi bilikləri yayma cəmiyyətindən bir sıra kitabların tərcüməsinə razılıq alır və 1831-ci ildə Şeytanın mexanizmi kitabını dərc etdirir. Kitab qısa zamanda onu məşhur edir. O bildirir ki, " mən Laplasın cəbr kitabını ümumi (sadə) dilə çevirdim".
Məhəmməd Mian Somro
Məhəmməd Mian Somro (19 avqust 1950, Kəraçi, Sind[d]) — Pakistan İslam Respublikasının 10-cu prezidenti.Soomro, 1923-cü ildən bəri milli siyasətdə fəal olan Sindhi feodal ailəsində anadan olub. Atası, mərhum Əhməd Mian Soomro, Qərbi Pakistan Məclisi sədrinin müavini və Senatın üzvü idi və Senat Komitə Sistemlərinin qurulmasına kömək edirdi. O, başqa bir siyasətçinin xan Bahadur Hacı Molla Bux Samro-nun nəvəsidir. 2007-ci il 16 Noyabr — 25 Mart 2008-ci il tarixlərində Ümumi Seçkilərə nəzarət etmək üçün Pakistanın Baş naziri idi və 2008-ci il Avqustun 18-də Pərviz Müşərrəf istefa verdikdən sonra Pakistanın 3-cü Prezident vəzifəsini icra etdi. Beynəlxalq səviyyədə tanınan peşəkar bir bankir olan Samro həm ölkə daxilində, həm də xaricdə milli və beynəlxalq təşkilatlarda müxtəlif yüksək vəzifələr tutmuşdur. Böyük banklar üçün də mühüm vəzifələrdə çalışmışdır: Amerika Bankı Yəmən Beynəlxalq Bankının baş meneceri və baş icraçı direktoru: Bəhreyn Faysal İslam Bankı: MCB Bank: Rəsmi Pakistanın Kənd Təsərrüfatı İnkişaf Bankı kimi tanınan Zarai Taraqiati Bank Limited: Federal Kooperativ Bankı: Pakistan Milli Bankının prezidenti Samro bu təşkilatlarla işlədiyi müddətdə qazandığı uğurlar üçün böyük bir rəğbət qazanıb. Pakistanda mikrokredit bankçılığının qurulmasında da mühüm rol oynamışdır. O, həmçinin Shell Pakistan şirkətinin idarə heyətində mühüm bir vəzifə tutmuşdur. Samro'nun dövlət qulluğu vəzifəsi 25 May 2000-ci ildə Sind valisi təyin edilməsindən sonra başladı. Samro Senat seçkilərində iştirak etmək üçün 26 dekabr 2002-ci ildə Sind Qubernatoru vəzifəsindən istefa etdi.
Naoki Soma
Naoki Soma (d. 19 iyul 1971) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 4 qol vurub.
Papaver somniferum
Yuxu xaşxaşı (lat. Papaver somniferum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, hündürlüyü 100-150 sm olub, tərkibi çoxlu şirəyə malikdir. Gövdəsi düzqalxan, sıxyarpaqlı, göyümtül-yaşıl, yuxarı hissəsi adətən budaqlıdır. Yarpaqları növbəli, göyümtül, sıx, və ya aşağı hissəsi damarlı, nadir hallarda tükcüklüdür. Kökətrafı yarpaqlarının uzunluğu 30 sm, çətir kimi toplanmış, qısa saplaqlı, ellipssəkilli, iridişcikli və ya kəsilmiş-pərli olub, kənarları kəskin dişciklidir. Gövdə yarpaqlarının uzunluğu 20 sm, enli ellipssəkilli və ya tükcüklü itidişciklidir. Çiçəkləri 1-10 saylı, iri, gövdə zirvəsi budaqlanan, çiçəkləri uzun və yağlı şişkindir. Çiçəkləmə dövründə başı aşağı əyilmiş çiçəklər hamar, tərkibində tiryək olan sortlar göyümtül-yaşıl, uzunsov-ellipssəkilli, zirvəsinin uzunluğu 3-4,5 sm, yağlı sortlarda isə onların ölçülərinin uzunluğu 2-2,5 sm, aşağı hissəsi qırmızı-bənövşəyi və ya tam yaşıl, enli-ellipssəkillidir. Kasacığı çılpaq, çiçəkləmədən əvvəl açılmağa başlayır.
Qırğızıstan somu
Qırğızıstan somu ((qırğ. Кыргыз сом; code: KGS)) - Qırğızıstan respublikasının pul vahidi. ISO 4217 valyuta kodu KGS-dir. 1 som 100 tıyına (qırğ. тыйын) bölünür. Sovet İttifaqı dağıldıqdan sonra ümumi valyutanı saxlamaq üçün əksər respublikalar tərəfindən cəhdlər edilmişdir. Bəzi siyasətçilər keçmiş sovet respublikaları və ya "yaxın xaric" arasında ən azı "xüsusi münasibətlər" saxlamağı ümid edirdilər. Rubl zonasının saxlanılması üçün digər iqtisadi səbəblər də var idi. Keçmiş sovet respublikaları arasında güclü ticarət əlaqələrini qorumaq arzusu ən mühüm məqsəd hesab edildi. Sovet İttifaqının parçalanması pul tənzimləmələrində heç bir rəsmi dəyişiklik ilə müşayiət olunmamışdı.
Salvia somalensis
Salvia somalensis (lat. Salvia somalensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Simonetta Sommaruqa
Soma
Soma (türk. Soma) — Türkiyənin qərbində, Egey regionunun Manisa ilində yerləşən şəhər və rayon. 2009-cu il əhali siyahıya alınmasına əsasən, ərazidə 101 011 nəfər yaşayır. Bunlardan 74 158 nəfəri Soma şəhərinin kənarında yaşayır.. Bütün rayonun ərazisi 839 kv. kilometrdir (324 kvadrat mil). Şəhər mərkəzi dəniz səviyyəsindən 161 metr hündürlükdədir. Şəhər Egey dənizinin sahilindən (Dikili limanı) 62 km uzaqlıqda, Bakırçayın sol qolunda yerləşmişdir. Şəhərin mikrorayonları: Turqutalp və ya Zəfər (qərb), Onüç Eylül (şimal), Hüriyyet (şərq), Samsaci (cənub). 13 mayda 2014-cü ildə bölgədə yerləşən kömür mədənlərində böyük insan tələfatına səbəb olan partlayış baş vermişdir.
Somali
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Somali 2016 Yay Olimpiya Oyunlarında
Somali — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5-21 avqust tarixləri arasında Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Somali yığması, 2 yüngül atlet ilə təmsil olundu. Somali yığmasının bayraqdarı olan Məhəmməd Daud Məhəmməd, 5 000 metr məsafəyə qaçış yarışlarında çıxış etdi və təsnifat mərhələsindəcə mübarizəni dayandırdı. 400 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınayan Məryən Nuh Musa da, təsnifat mərhələsindəcə mübarizəni dayandırdı.
Somali Federativ Respublikası
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Somali bayrağı
Somali bayrağı — Somalinin Dövlət bayrağı
Suraphon Sombadcharoen
Suraphon Sombadcharoen (tay สุรพล สมบัติเจริญ; 25 sentyabr 1930 – 16 avqust 1968) – Tailand musiqiçisi.
Uilyam Somerset Moem
Vilyam Somerset Moem (ing. William Somerset Maugham [ˈsʌməsɪt mɔːm]; 25 yanvar 1874[…], Paris – 16 dekabr 1965[…], Nitsa) — İngiltərə yazıçısı. Vilyam Somerset Moem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Bu zaman onun atası Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirdi. Buna görə də valideynləri Vilyamın doğum mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir. Moem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-ci ilin fevralında anası dünyasını dəyişir, 1884-cü ildə isə atası xərçəng xəstəliyindən ölür. Beləliklə, Moem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Vilyamın dili topuq vurmağa başlayır və bu şikəstlik ömrünün sonuna kimi onu müşayiət edir.
Uilyam Somerset Moemin əsələrinin siyahısı
Vilyam Somerset Moem (1874 – 1965) — Böyük Britaniya dramaturqu, romançısı və qısa hekayə müəllifidir. Atasının işlədiyi Böyük Britaniyanın Parisdəki səfirliyində anadan olan Somerset Moem 10 yaşında yetim qalmışdır. Buna görə də onun qayğısına əmisi qalmışdır. Əmisi Moemin keşiş və ya mühasib olmasını istəmişdir. Lakin o, özünü həkim kimi sınamağa qərar vermişdir. Heç vaxt peşəkar səviyyədə həkimlik etməsə də, ilk romanının ("Lambetli Lizası") nəşr olunduğu 1897-ci ildə həkim olmağı bacarmışdır. İlk romanının nəşrindən bir il sonra Moem jurnallara və dövri nəşrlərə töhfə verməyə başlamışdır. Əvvəlcə qısa hekayələr yazsa da, daha sonra öz fikirlərinin əks olunduğu məqalələrə, qeyri-bədii və avtobioqrafik əsərlərə, məktublara keçmişdir. Qeyri-bədii əsərlərinin çoxu kitab şəklində nəşr olunmuşdur və müxtəlif mövzuları əhatə etmişdir: səyahət, aktual hadisələr, avtobioqrafiya və belles-lettres. Moem bir çox kitabların redaktoru olmuşdur.
Uilyam Somerset Moemin əsərlərinin siyahısı

Vilyam Somerset Moem
Vilyam Somerset Moem (ing. William Somerset Maugham [ˈsʌməsɪt mɔːm]; 25 yanvar 1874[…], Paris – 16 dekabr 1965[…], Nitsa) — İngiltərə yazıçısı. Vilyam Somerset Moem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Bu zaman onun atası Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirdi. Buna görə də valideynləri Vilyamın doğum mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir. Moem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-ci ilin fevralında anası dünyasını dəyişir, 1884-cü ildə isə atası xərçəng xəstəliyindən ölür. Beləliklə, Moem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Vilyamın dili topuq vurmağa başlayır və bu şikəstlik ömrünün sonuna kimi onu müşayiət edir.
Vilyam Somerset Moemin əsərlərinin siyahısı
Vilyam Somerset Moem (1874 – 1965) — Böyük Britaniya dramaturqu, romançısı və qısa hekayə müəllifidir. Atasının işlədiyi Böyük Britaniyanın Parisdəki səfirliyində anadan olan Somerset Moem 10 yaşında yetim qalmışdır. Buna görə də onun qayğısına əmisi qalmışdır. Əmisi Moemin keşiş və ya mühasib olmasını istəmişdir. Lakin o, özünü həkim kimi sınamağa qərar vermişdir. Heç vaxt peşəkar səviyyədə həkimlik etməsə də, ilk romanının ("Lambetli Lizası") nəşr olunduğu 1897-ci ildə həkim olmağı bacarmışdır. İlk romanının nəşrindən bir il sonra Moem jurnallara və dövri nəşrlərə töhfə verməyə başlamışdır. Əvvəlcə qısa hekayələr yazsa da, daha sonra öz fikirlərinin əks olunduğu məqalələrə, qeyri-bədii və avtobioqrafik əsərlərə, məktublara keçmişdir. Qeyri-bədii əsərlərinin çoxu kitab şəklində nəşr olunmuşdur və müxtəlif mövzuları əhatə etmişdir: səyahət, aktual hadisələr, avtobioqrafiya və belles-lettres. Moem bir çox kitabların redaktoru olmuşdur.
Wanna Be Startin' Somethin'
Wanna Be Startin' Somethin' — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Yan Somerhalder
Yan Cozef Somerhalder (ing. Ian Joseph Somerhalder; d. 8 dekabr, 1978) — ABŞ–lı aktyor, model və prodüser. Lost serialındakı Boone Carlyle və The Vampir Diaries serialındakı Damon Salvatore obrazları ilə tanınmışdır. Somerhalder ailənin ikinci evladıdır. İki qardaşı var Robert və Robin. O 10 yaşından 13 yaşına qədər model kimi fəaliyyət göstərib. Yan Somerhalder, 8 dekabr 1978-ci ildə masaj terapisti Edna Somerhalder və podratçı Robert Somerhalderın oğlu olaraq Kovinqton, Luizianada doğulub, böyüyüb. Bob adında keçmiş peşəkar velosipedçi, qardaşı və Robin adında bir radio və televiziya jurnalisti bacısı var. Atası Fransız və İngilis mənşəlidir.
Yen Somerholder

Digər lüğətlərdə