SORĞU-SUAL

сущ.
1. расспрос; sorğu-suala tutmaq расспрашивать, расспросить
2. допрос (опрос обвиняемого, свидетеля и т.д. для выяснения обстоятельства дела, преступления и т.п. ); sorğu-sual etmək допрашивать, допросить; sorğu-sualı uzatmaq тянуть допрос; sorğu-suala çağırmaq (dəvət etmək) пригласить на допрос
SORĞU
SORĞU-SUALSIZ
OBASTAN VİKİ
Sual
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Sorğu metodu
Sorğu konkret sosioloji tədqiqatlarda ən çox yayılmış və geniş istifadə olunan metodlardan biridir. Bu metodun populyarlığı onun özünəməxsus universallığı ilə izah olunur. Əgər, məsələn, müşahidə metodunun köməyi ilə tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu metodunun vasitəsilə tədqiqatçı fərdin keçmişdə və hal-hazırda davranış motivləri və real hərəkətləri haqqında, onun niyyətləri və gələcək planları haqqında məlumat ala bilər. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir. Sorğu metodunun özünəməxsusluğu ondan ibarətdir ki, məlumat mənbəyi burada fərdin şifahi məlumatları, mülahizələri kimi çıxış edir. Keçirilmə üsulu cəhətdən sorğu, bir tərəfdən, müəyyən sualları olan tədqiqatçıdan (o, bu suallara cavablardan onu maraqlandıran məlumatları əldə etməyə ümid bəsləyir), digər tərəfdən isə həmin suallara cavab verməli olan respondentdən ibarətdir. Tələb olunan məlumatın xarakterinə, onun alınması üsuluna və təfsir olunma tipinə görə sorğu aşağıdakı növlərə bölünür: 1) anket sorğusu, 2) müsahibə, 3) sosiometrik sorğu. Əsas toplunun əhatə edilməsi dərəcəsinə görə sorğular tam və seçkili olur. Tam sorğu aparılarkən sorğudan müşahidə vahidlərinin bütün məcmusu keçirilir, yəni rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayına bərabər olur. Seçkili sorğuda rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayının yalnız müəyyən bir hissəsini təşkil edir.
Sorğu simvolu
Sorğu simvolu – rabitə sistemlərində: verici qurğu tərəfindən göndərilən və qəbuledici qurğu onu aldıqda geriyə hər hansı cavab göndərməli və ya özünü tanıtmalı olduğu kod. ASCII kodunda ENQ simvolunun onluq qiyməti 5-dir (onaltılıq – 05h).
Açıq sual
Açıq sual — Açıq sual bəli və ya yox və ya statik cavabla cavablandırıla bilməyən sualdır. Açıq suallar daha uzun cavab tələb edən bəyanat kimi formalaşır. Cavab artıq sual verənə məlum olan məlumatla müqayisə oluna bilər. == Nümunələr == Açıq suallara misal olaraq: Rəhbərinizlə münasibətiniz barədə bizə məlumat verin. Gələcəyinizi necə görürsünüz? Bu fotodakı uşaqlar haqqında bizə məlumat verin. Hökumətin məqsədi nədir? Niyə bu cavabı seçdiniz? == Təhsildə == Təhsildə ənənəvi müdriklik ondan ibarətdir ki, açıq suallar, geniş desək, "yaxşı" suallardır. Onlar tələbələri başa düşdüklərini nümayiş etdirən daha uzun cavablar verməyə dəvət edirlər.
Sual-cavab
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Sual cümləsi
Sual cümləsi - Bir şeyi öyrənmək, dəqiqləşdirmək və ya yeni məlumat almaq məqsədilə işlədilən cümlələrə deyilir. Əgər nəqli cümlələr vasitəsilə danışan şəxs müsahibinə məlumat verir, bir məlumat ötürürsə, sual cümlələri dinləyənin fikrini bilmək, ondan məlumat almaq, onun köməyi ilə məlumatını dəqiqləşdirmək, zənginləşdirmək məqsədi daşıyır. Məsələn: - Kimsiniz, hara gedirsiniz? - Elçiyik, Sultanın yanına gedirik. - Bu zənən xaylağı da elçidir? - O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi-başçı. (F. Kərimzadə) Sual cümlələri intonasiyanın, sual əvəzliklərinin və sual ədatlarının köməyi ilə qurulur. İntonasiya sual mənası yaradan ən universal vasitədir. Sual cümlələrinin bir qismi başqa heç bir vasitə olmadan, yalnız intonasiyanın köməyi ilə yaranır.
Sual işarəsi
Sual işarəsi (?) — Sual cümləsindən sonra qoyulan durğu işarəsi. Bundan əlavə həmcinis üzvlü sual cümlələrində hər üzvü müstəqilləşdirmək, nəzərə çapdırmaq istədikdə onlardan sonra sual və nida işarəsi qoyulur. Məs.: Kimdir müqəssir?! Başqasından sitat verərkən bu sitatda şübhə oyadan, narazılıq doğuran söz və ifadələrdən sonra da sual işarəsi qoyulur. İşarənin yazılışı latın hərfləri olan q və o (quaestio — cavabı axtarmaq). Əvvəlcə q o üzərində yazılırdı, sonradan indiki , ? salınıb. Cəbr şahmat notasiyasında bəzi şahmat durğu işarələri aşağıdakı kimidir: "?" — pis bir hərəkət, "???" — kobud səhv, "?!" — şübhəli hərəkət, "!?" — maraqlı hərəkət. Scrabble-da sual işarəsi boş xananı göstərir.
Böyük depressiya sorğu vərəqi
Böyük depressiyanın sorğu vərəqəsi (BDSV) (ing. Major Depression Inventory) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işçi qrupu tərəfindən işlənib hazırlanmış depressiyanın özünüqiymətləndirə skrininq testidir. Bu sorğu vərəqəsi ÜST-in Beynəlxalq Xəstəliklər Təsnifatında, 10-cu baxış (BXT-10) qeyd olunmuş depressiv pozuntunun diaqnostik kriteriləri əsasında yaradılmışdır. Keçirilmiş tədqiqatlar BDSV-nın depressiyanın ilkin diaqnostikasında yüksək etibarlığını göstərmişdir.
21 sual (film, 2017)
21 sual tammetrajlı bədii filmi rejissor Ələkbər Əliyev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film "Glad production"da istehsal edilmişdir. Baş qəhrəmanımız həyatda özünü tapmayan, xanımlarla münasibətdə nə istədiyini bilməyən bir nəfərdir. Nəhayət qarşısına ömür boyu axtardığı həmin o ideal xanım çıxır. Və əsl “kino” bundan sonra başlayır. Filmdə əsas rolları Taleh Yüzbəyov, Aytən Əlizadə, Sərdar Gözəlov, Ziyad Qurbanov, Rəşid Əliyev, Allahverdi Yolçuyev və Fatma Mahmudova ifa edirlər. == Məzmun == Eldar, Bəxtiyar, Elnur və Əlihüseyn uşaqlıq dostudurlar. Eldar (Taleh Yüzbəyov) sevdiyi qız Günayla (Aytən Əlizadə) evlənmək fikrindədir, amma toy etmək üçün pulu yoxdur. Dostları ilə birgə pul axtararkən mükafatı 10.000 manat olan "Yalan dedektoru" adlı verilişin elanını görür və verilişə qatılır. Veriliş boyu verilən suallar nəticəsində Eldar öz maraqlı və gülməli keçmişi ilə üz-üzə qalır.

Digər lüğətlərdə