soyudulan qüllə

ру охлаждающая башня en cooling tower de Kühlturm fr tour de refroidissement es torre de enfriamiento it torre di raffreddamento
soyuducu vanna
soyudulan səth
OBASTAN VİKİ
Qüllə
Qüllə - sütunşəkilli uca tikili, bina və s. Paraşüt qülləsi. Televiziya qülləsi. Yanğın qülləsi. Hərb gəmisində, tankda və s.-də topların yerləşdiyi zirehlənmiş hündür yer.
Doqquz qüllə
Doqquz qüllə (inq : Ийс гӏала) memorial kompleksi — İnquşetiya respublikasında yerləşən və Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə. == Haqqında == Muzeyin açılışı 23 fevral 1997-ci ildə inquş və çeçenlərin Orta Asiya və Qazaxıstana sürgün edilməsinin ildönümündə baş tutub. Abidənin layihəsinin müəllifi Rusiyanın əməkdar rəssamı Murad Polonkoyevdir. O, 2002-ci ildə bu layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Memorial abidə memarlıq abidəsi kimi qeydə alınıb və Rusiya Rəssamlıq Akademiyasının reyestrinə salınıb. Abidə 1997-ci ildə məftillərlə əhatələnmiş 9 qüllə şəklində tikilib. Bu məftillər sürgün edilmiş 9 xalqı simvolizə edir. Mərkəzi qüllə 4 mərtəbəlidir və hündürlüyü 25 metrdir. Qüllələr ayrı ayrılıqda inquş xalqının fərqli memarlıq dövrlərini əks etdirir. == Abidədə keçirilən anım günləri == 23 fevral - İnquş xalqının deportasiyasını anım günü.
Qüllə (memarlıq)
Qüllə, hər hansı bir tikinti materialından hazırlanmış, uzunluğu enindən ən azı iki dəfə çox olan bir tikilidir. İlk əvvəllər düşmənləri əvvəlcədən görmək və onlardan müdafiə olunmaq üçün tikilmiş qüllələr zaman keçdikcə; aşağı yerlərdə su paylanması, sənət əsəri, yaşayış məntəqəsi, nəzarət məntəqəsi, həm də turistik məqsədlər üçün istifadə edilmişdir. Əsasən kvadrat və ya silindrik hündür bina mənasını verən "qüllə" adının mənşəyi ərəbcə "qüllə" sözündəndir. Sivri uclu piramida formalı tikililər hündürlüyünə baxmayaraq qüllə adlandırılmırlar. Qüllə sözündə daha çox "qala" mənası axtarılmalıdır. Buna görə piramida və zikkurat tipli tikililəri qüllə adlandıra bilmərik. Qüllə çox fərqli məqsədlər üçün oxşar üsullarla müasir dövrə qədər tikilmişdir. Bu əvəzolunmaz binanın növlərindən biri də mövcuddur ki, xüsusilə orta əsr müharibələrində çox geniş şəkildə istifadə olunurdu. Bunlar, qalaları dağıtmaq və müdafiəsi ciddi şəkildə təmin olunmuş müdafiə divarlarına çıxa bilmək üçün istifadə olunan təkərlərlə hərəkət edən "hücum qüllələridir". Makedoniyalı İsgəndərin məşhur generalı Antigonosun oğlu Demetrius Poliorcéte tərəfindən ixtira edildiyi deyilən bu qüllələr taxtadan düzəldilmiş, kvadrat planlı, zirehli və ya qalın heyvan dəriləri ilə örtülmüş çoxmərtəbəli piramidal gövdəli idi.
Sahilkənarı qüllə
Sahilkənarı qüllə (rus. Башня на Набережной) — Moskva Beynəlxalq Biznes Mərkəzində üç müxtəlif yüksəklikdə bina kompleksi. Kompleksin birinci-17 mərtəbəli qülləsi 2004-cü ilin 11 oktyabrında, ikinci-27 mərtəbəli qülləsi 2005-ci ilin oktyabrında inşa edilmişdir. Ən yüksək üçüncü qülləsi isə 2005-ci ilin yanvar ayında inşasına başlamış və 9 noyabr 2007-ci ildə tamamlanmışdır. 2009-cu ildə Paytaxtlar şəhəri kompleksinin başa çatmasında əvvəl Sahilkənarı qüllə Avropanın ən yüksək binası hesab edilirdi.. Birinci bina 2003-cü ildə memar İnan Vehbi və Osturk Oljay tərəfindən hazırlanan kompleksin A-17 mərtəbəli qüllənin tikintisinə başlanmışdır. Ümumi sahəsi 39,8 min m² olan kompleks 2004-cü ilin 11 oktyabrında istifadəyə verilmişdir. Nəticədə 17 mərtəbəli bina şəhərin ilk ucaldılan binası oldu. 2005-ci ilin oktyabr ayında sahəsi 29,202 m² olan 27 mərtəbəli tikili istifadəyə verilir. Kompleks layihəsinə pul yatıran Enka böyük kreditlərə ehtiyac olmadığından, öz fondlarından gəlirlə tikintini başa vurdu.
Şüşəli qüllə
Şüşəli qüllə (isp. Torre de Cristal) — İspaniyada yerləşən göydələn. Tikili 2004-2009-cu illərdə inşa edilmiş, 250 metr yüksəkliyindədir və 52 mərtəbədən ibarətdir. İspaniyanın ən hündür binası hesab edilir. Avropanın ən hündür binalarının siyahısına görə 16-cı yerdədir.
Zirehli qüllə
Turret — gəmilərdə və ya qalalarda topun maşın hissəsini və topçuları qoruyacaq şəkildə düzəldilmiş zirehli qüllə. Burada bir və ya daha çox silah ola bilər. Günümüz döyüş gəmilərində bu bölüm dönərək hərəkət edə bilməkdədir. turret quruluşu, ilk boynuna götürdüyü personalı və silaharı qoruma funksiyasının yanında, yağışlı havalarda da üstünlük təmin etməkdədir. turret qurğusu, ümumiyyətlə gəminin göyərtəsinə fiziki olaraq bağlı olmayıb; yalnız bir oyuq üzərində hərəkət edəcək şəkildə nəzərdə tutulmuşdur. Bu da, gəminin Alabora olması vəziyyətində taretin düşə biləcəyi mənasını verər. Capt. S. W. Roskill, RN, HMS Warspite, Classics of Naval Literature, Naval Institute Press, 1997 ISBN 1-55750-719-8 The Nelson design was an adaption of an earlier planned battleship with two turrets before the bridge and a single one behind the bridge but in front of the aft superstructure.
İki qüllə
İki qüllə — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının üç cildindən ikincisi. Ondan əvvəl "Üzük qardaşlığı", ardınca isə "Kralın qayıdışı" gəlir. Cildin adı qeyri-müəyyəndir, çünki hekayədə beş qüllənin adı çəkilir və Tolkin özü iki qüllənin ziddiyyətli identifikasiyalarını vermişdir. Narrativ qarışıqdır və bu, Tolkinə məzmunu şübhə və sürpriz içində qurmağa imkan verir. Cild əsasən tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Onlar bunu həyəcanlı və cəlbedici hesab etmişdilər. Burada epik povesti qəhrəmanlıq romantikası ilə birləşdirilmişdir.
Qara qüllə (Praqa)
Qara qüllə (çex. Černá věž) — Praqa qəsrinin şərq hissəsində, köhnə qəsr pilləkənlərinin yaxınlığında yerləşən və XII əsrə aid edilən memarlıq abidəsi. Çexiya paytaxtını bəzən "Yüzqülləli şəhər" adlandırırlar. Praqada həqiqətən də çoxlu sayda qüllələr vardır; onların bir çoxu müxtəlif binaların tərkib hissəsi və ya ayrıca bir bina kimi inşa olunmuşdu. Onların içərisində məhz "Qara qüllə" ən qədim tikili hesab olunur. O Praqa qəsrinin şərq divarlarının bir fraqmenti sayılır. Kvadrat təməl üzərində qurulmuş qüllənin hündürlüyü 40 metrə yaxındır, onun yanındakı əlavə divarın uzunluğu isə 11 metrdir. Qüllə divarlarının qalınlığı iki yarım metrə, şimal tərəfdən isə hətta 3 metrə çatır. Qara qüllə I Sobeslavın şəxsi təşəbbüsü ilə Praqa qəsrinin şərq tərəfində giriş qapısı və əsas istinadgah kimi 1135-ci ildə inşa edilmişdir. Qüllənin Roman üslubunda yaradılması üçün möhkəm əsas lazım idi və buna görə də hələ I Brjetislavın hakimiyyəti dövründən qalmış daha qədim istehkamın təməli inşaat üçün istifadə olunmuşdur.
Üzüklərin hökmdarı: İki Qüllə (film, 2002)
Üzüklərin hökmdarı: İki qala — 2002-ci ildə istehsal olunmuş ABŞ filmi.