Deyan Stankoviç
Dе́yan Stánkoviç (serb. Дејан Станковић, Dejan Stanković, 11 sentyabr, 1978-ci il, Belqrad) — yuqoslav və serb futbolçusu və futbol məşqçisi. Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi.
D. Stankoviç Belqradın "Srevena Zvezda" klubunun yetirməsidir, 1998-ci ildən İtaliyada Romanın "Latsio" və Milanın "İnternasionale" klublarında çıxış etmişdir.
Ümumilikdə Yuqoslaviya, Serbiya və Montoneqro və Serbiya yığmaları tərkibində 103 oyunda 16 qol vurmuş, 2006–2011-ci illərdə Serbiya yığmasının kapitanı olmuşdur. Stankoviç 1998, 2006 və 2010-cu illər FİFA Dünya kubokunun və 2000-ci il Avropa çempionatının (UEFA Avro) iştirakçısı olmuşdur.
Oğlu Filip Stankoviç 2023-cü ildən Milanın "İnter" klubunun qapıçısıdır.