Stirlinq tsikli

ру цикл Стирлинга en Stirling cycle de Stirling-Prozeß fr cycle de Stirling es ciclo de Stirling it ciclo Stirling
Stirlinq mühərriki
Stoks qanunu
OBASTAN VİKİ
Stirlinq
Stirlinq (ing. Stirling, şot.kelt Sruighlea) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Hidrogen tsikli
Hələ 1950-ci ildə Beyts və Nikole hidroksil radikalının ozon ilə reaksiyaya girərərək və sonra regenerasiya olunması ilə ozonun parçalanmasının mümkünlüyünü söyləmişdir: HO•+ O3 → HO•2 + O2 HO•2 + O• → HO•2 + O2 Stratosferdə hidroksil radikalları su, hidrogen və metan molekullarından əmələ gəlir. Su molekulu günəşin ultrabənövşəyi radiasiyasının təsiri ilə fotodissosiasiya olunur, H2 və metan isə O (1D) vəziyyətində olan atomar oksigen reaksiyaya girir: H2 + O(1D) → HO• + H H•+ O2 + M → HO•2 + M CH4 + O(1D) → C•H3 + HO• HO• radikallarının hesablanan qatılığı təxminən 40 km hündürlükdə maksimuma çatır. Hidrogen tsikllindəki ozon ilə hidroksil radikalının reaksiyası radikalların məhv olması nəticəsində pozulur: HO•+ HO•2 → H2O + O2 HO•2 + HO•2 → H2O2 + O2 Lakin, HO• radikalları məhv olana qədər hündürlükdən asılı olaraq15-dən 110-a qədər ozon molekulunu parçalaya bilirlər. V.M. Abbasov, R.Ə. Əliyeva, N.Ə.Səlimova, M.M Abbasov. Ekoloji kimya 2003.
Ceyms Stirlinq
Ceyms Stirlinq (memar) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. Ceyms Stirlinq (riyaziyyatçı) — Şotland riyaziyyatçı.
Lindsi Stirlinq
Lindsi Stirlinq (ing. Lindsey Stirling) (21 sentyabr 1986, Santa-Ana, Kaliforniya) — Amerkalı skripqaçı, musiqiçi, rəqqasə, müğənni və bəstəkar. Stirlinq, Koreografik skripka çıxışlarını və mahnı videolarını 2007-ci ildən başlayaraq rəsmi youtube kanalı vasitəsilə yayımlayır. Kanalın 9,7 milyondan çox abunəsi və 1.7 milyarddan çox baxış sayı mövcutdur. Həmçinin, 2012-ci ildə yayına başlayan şəxsi YouTube Kanalı vasitəsilə mahnı videolarının kamera arxası görüntülərini yayımlayır. Stirlinq, 2010-cu ildə, "America's Got Talent" yarışmasının dördə bir finalisti olmuşdu. 2013-cü ildə "Pentatonix" ilə bərabər "Imagine Dragons"un "Radioactive" mahnısına kover çalışması ilə YouTube Mahnı Mükavatlarından "İlin Çıxışı" mükafatını qazanmışdı. Stirlinq "Hip Hop Skripqaçı" olaraq tanınmaqdadır. Lindsi Stirlinq, Santa Ana, Kaliforniyada doğuldu. Təvazökar bir uşaqlıq hayatı olmuş və ailəsinin maliyyə məhdudiyyəti səbəbiylə düzənli skripqa dərsi ala bilməmişdir.
Stirlinq Moss
Ser Stirlinq Krofard Moss, BİO (ing. Sir Stirling Craufurd Moss, 17 sentyabr 1929, London) — britaniyalı avtoyarışçı, 1951-ci ildən 1961-ci ilə qədər Formula-1 pilotu, 1955 Targo Florio qalibi, 24 saat Le Man pilotu. Formula 1-də öz tarixindəki ən uğursuz pilot hesab olunur: o, tez-tez çempion adı uğrunda mübarizə aparsa da çempion ola bilmir (1955-ci ildən 1958-ci ilədək mütəmadi olaraq ikinci, 1959-cu ildən 1961-ci ilə qədər isə üçüncü olmuşdur). O, Mercedes, Maserati, Vanuoll, Kuper və Lotusun sükanı arxasında 16 qələbə qazanıb.
Stirlinq mühərriki
Stirlinq mühərriki (alm: der Stirlingmotor, ing: Stirling engine) xarici yanma mühərriki olub, porşenli mühərriklər qrupuna aiddir. Bu mühərrik, XIX əsrdə onu ixtira etmiş Stirlinqin adını daşıyır. Stirlinqin ixtira etdiyi mühərrik qızdırılmış hava ilə qapalı olmayan dövrə üzrə işləyirdi. Mühərrik, böyük və ağır olaraq, natamam istilik mübadiləsinə malik idi. Ona görə də o, geniş tətbiq tapa bilməmişdir. Stirlinq mühərriki isti hava mühərriki kimi də tanınır. Xarici yanma mühərriki olan bir istilik mühərriki növüdür. İstilik mübadiləsi prosesi istiliyin mexaniki hərəkətə çevrilməsinin ideal məhsula yaxın olmasına imkan verir. (Carnot dövrünün praktik tətbiqi ilə) Müasir Stirlinq mühərriki bir-birini əvəzləyən iki izotermik və iki izoxorik prosesdən ibarət qapalı dövrə üzrə işləyir. Stirlinq mühərrikinin işləmə prosesi zamanı enerji çevrilməsində iki porşen iştirak edir: sıxışdırıcı və işçi.
İnsanın seksual reaksiyası tsikli
İnsanın seksual reaksiyası orqazma gətirib çıxaran və onu izləyən fizioloji və emosional dəyişikliklər məcmusudur. Fiziki və emosional dəyişikliklər, fərd cinsi əlaqə, barmaqlama və ya masturbasiya da daxil olmaqla cinsi oyanmanı stimullaşdırıcı fəaliyyətlərlə məşğul olduqda ardıcıl olaraq baş verir. Beləliklə, baş verən dəyişikliklər seksual reaksiyalar tsiklini təşkil edir. Seksual reaksiya tsiklinin hər bir mərhələsində orqanizmin necə reaksiya verdiyini bilmək cinsi partnyorlarla münasibətləri yaxşılaşdırmağa və cinsi disfunksiyanı aradan qaldırmağa kömək edə bilər. İstənilən fərd müxtəlif vaxtlarda müxtəlif şeylər tərəfindən cinsi fəaliyyətə stimullaşdırıla bilər, lakin seksual reaksiya dövrünün fazaları həmişə eyni qalacaq. Hər kəsin özünəməxsus cinsi təcrübələri var. Müxtəlif tədqiqatçılar seksual reaksiya dövrünün müxtəlif modellərini yaratmışlar. Tipik olaraq modellər üç, dörd, beş və ya səkkiz fərqli fazadan ibarətdir. Hər bir mərhələnin spesifik komponentləri modellər arasında fərqlənir: Helen Singer Kaplan, insanın seksual reaksiya tsiklinin üç mərhələli konsepsiyasını təklif etmişdir: cazibə, oyanma və orqazm. Lif "İnsanın seksual reaksiyası" kitabında seksual reaksiya dövrünün beş mərhələsini təsvir etmişdir: cazibə, oyanma, qızarma, orqazm və məmnunluq .
Ceyms Stirlinq (dəqiqləşdirmə)
Ceyms Stirlinq (memar) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. Ceyms Stirlinq (riyaziyyatçı) — Şotland riyaziyyatçı.
Ceyms Stirlinq (iqtisadiyyatçı)
Ceyms Hatçison Stirlinq (ing. James Hutchison Stirling; 1820–1909) — şotlandiyalı idealist filosof, neohegelçiliyin banilərindən biri. Ceyms Stirlinq 22 iyun 1820-ci ildə Qlazqoda anadan olub. Edinburq Universitetinin məzunu; təhsil sahəsi həkimdir. Almaniyada fəlsəfə təhsili alıb. 1865-ci ildə "Hegelin sirri" kitabı ilə o, Böyük Britaniyada fəlsəfənin öyrənilməsinə böyük maraq oyatdı. Bu kitabın nəşri ilə ölkədə neo-hegelçilik yaranır. XIX əsrin sonlarında bu cərəyan geniş vüsət aldı və pozitivizmin və materializmin hökmranlığına cavab kimi qəbul edildi. Onun ingilisdilli ölkələrdəki əsas nümayəndələri Tomas Qrin, Frensis Bredli, Roys Cosayya, Con Mak-Taqqart və Robin Corc Kollinqvud idi. XX əsrin 20-ci illərinin sonlarında Britaniyada inkişaf etmiş analitik fəlsəfə və Amerika praqmatizmi və neorealizmi ilə rəqabətə tab gətirə bilməyən mütləq idealizm məktəbi (anqlosakslar neohegelizmi) öz fəaliyyətini dayandırdı.
Ceyms Stirlinq (memar)
Ceyms Stirlinq (22 aprel 1926[…], Qlazqo – 25 iyun 1992[…], London) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. II Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu. Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakultəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakultə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur. 1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.
Ceyms Stirlinq (riyaziyyatçı)
Ceyms Stirlinq (ing. James Stirling; may 1692, Stirlinq – 5 dekabr 1770[…], Edinburq) — Şotlandiya riyaziyyatçısı; faktorialların hesablanması üçün sonralar onun adını daşıyan düstur almışdır.