STRATOSFER

(lat. stratum – qat və yun. spharia – kürə, sfer) atmosferin troposfer ilə mezosfer arasında təbəqəsi: 8-16 km-dən 45-55 km-dək yüksəklikdə yerləşir. S.-də su buxarı azdır. Hündürlük artdıqca ozonun miqdarı çoxalır: maks. hissəsi 2-30 km hünd-dədir. S. üçün buludların olmaması, böyük sürətli (60-100 m/san) küləklər və şırnaqlı axınlar xarakterdir.
STENOQALİNNİK
STRESS
OBASTAN VİKİ
Stratosfer
Stratosfer (q.yun. στρατός — "qat", "lay", "təbəqə" və σφαῖρα — "sfera") — troposferin üzərində yerləşib, qalınlığı 55 km-ə qədərdir. Stratosferdə su buxarı olmadığından burada buludlar yaranmır. Stratosferdə 15–35 km arasında qalınlığı 20 km olan ozon qatı yerləşir. Ozon qatı Yerdəki canlıları məhvedici kosmik şüalardan və Günəşin ultrabənövşəyi şüalarından qoruyur. 1986-cı ildə Antarktida üzərində, 2–3 il sonra subtropik qurşaqda, 1992-ci ildə mülayim qurşaq üzərində ozon qatının deşilməsi müşahidə edilib. Ozon qatının nazilməsinə səbəb hərbi təyyarələrin çox yüksəkdən uçması, atmosferdə kükürd qazının artması, soyuducu və aerozollarda freon qazından istifadədir. Bu səbəbdən ozon qatı ildə 5–7% azalır.

Digər lüğətlərdə