Undara Vulkanik Milli Parkı
Undara Vulkanik Milli Parkı (ing. Undara Volcanic National Park) — Avstraliyanın Şimali Qvinslend bölgəsində yerləşən, vulkan tunelləri və qiymətli xammalı ilə məşhur milli park.
Milli park ay daşı, topaz, peridot, qızıl, qranat, beril, kvars ilə zəngindir. Milli parkda dünyanın ən uzun lava tunelləri yerləşir. Milli parka ən yaxın şəhərlər Taunsvill, Mount Suprayz və Kernsdir.
Milli park Makbrayd vulkanik rayonunda yerləşdiyindən burada 164 vulkan, konus və krater vardır. Lava tunelləri uzunluğuna görə dünyada birincidir. "Undara" sözü aborigen mənşəli söz olub "uzun yol" deməkdir.
Bu ərazilərdə vulkanik aktivlik 190.000 milyon il əvvəl baş vermişdir. 55 km2 sahini örtən 23 milyon m3 lava yer üzünə püskürmüşdür.