SUBAY

Müasir dilimizdə “ərgən” (evlənməmiş, cavan) mənasında işlədilir. Anadolu türklərində “zabit” anlamını əks etdirir. “Qədim türk dillərinin lüğəti”ndə su (sü) sözü “ordu” mənasını verir (ər sükə barmış, yolda atı armış -ər orduya yollanmış, yolda atı haldan düşmüşdür). Belə güman etmək olar ki, söz (su) və bay (bəy) kəlmələrindən əmələ gəlmiş, “ordu bəyi” (başçısı) anlamında işlədilmişdir. Qədim türk adətlərinə görə (Dədə Qorqudu yada salın), igidlik göstərməyən gəncin evlənməyə ixtiyarı olmurdu. Elə bu mənada da subay(ərgən) sözü “evlənmək” mənası ilə bağlı ola bilər. İkinci ehtimal: ərəb dilində sabuyyun (cavan oğlan) və sabuyyütən (cavan qız) sözləri var. Subay bununla da əlaqədar ola bilər. İkinci ehtimal daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SUB...
SUBDUKSİYA

Digər lüğətlərdə