SUBDUKSİYA

/lat. sub-alt və ductio-aparma, keçmə/ okean tipli yer qabığına malik litosfer plitəsinin və mantiya süxurlarının başqa plitə altına keçməsi (soxulması), yeni qlobal tektonika nəzəriyyəsinə görə. S. dərin fokuslu zəlzələ zonasının yaranması və fəal vulkanik adalar qövsünün formalaşması ilə müşayiət olunur. субдукция subduction
SUBBOREAL MƏRHƏLƏ
SUBKONTİNENT
OBASTAN VİKİ
Subduksiya
Subduksiya — Subduksiya iki plitənin bir-birinə qarşı hərəkət etməsi nəticəsində yaranır. Onları ayıran sərhəd konvergent sərhəd adlanır. Bu zaman sıxlığı daha çox olan plitə digərinin altına enərək mantiyaya daxil olur. Bəzən sıxlığı çox olan deyil, sıxlığı az olan plitə mantiyaya doğru enir. Bu proses obduksiya adlanır. Pangeya parçalanmağa başladıqdan sonra plitələr kənarlara doğru böyük bir məsafədə hərəkət etmişlər. Bu plitələr qarşısına çıxan okean plitəsi və mikroplitələr ilə subduksiya növ sərhəd əmələ gətirmişdir. Bu gəminin açıq hövzədə üzməsinə bənzədilə bilər. Onun qarşısında gəminin bacasına bənzər vulkanik ada qövsü, yük sahəsinə bənzər passiv qitə kənarı yerləşir. Hazırkı subduksiya növ sərhədlər Sakit okean boyu daha geniş yayılmışdır.

Digər lüğətlərdə