SUGÖTÜRÜCÜ QURĞU

sugötürücü – hidroenergetika, su təchizatı, irriqasiya və s. məqsədlər üçün səthi və yeraltı mənbələrdən su götürən hidrotexniki qurğu. S.q-lar adətən başqa hidrotexniki qurğularla birlikdə tikilir və bütün qurğular kompleksi sugötürən qovşaq adlanır. S.q. kanal, boru kəməri, tunel və s. suaparana lazımi miqdarda və keyfiyyətdə su buraxmalıdır. SES, su təchizatı sistemi və irriqasiya S.q.-larına bölünür: SES S.q.-su alçaq basqılı və dərinlik, su təchizatı sisteminin S.q.-su mənbələrinə görə çay, su anbarı, göl, dəniz və s. tipli irriqasiya S.q.-ları isə bəndli və bəndsiz olur. Su təsərrüfatı sistemində S.q. baş qurğu da adlanır. Yeraltı suları Yer səthinə qaldırmaq üçün şaquli (qazıma quyusu, şaxta quyusu) və üfüqi (xəndəkvari, lağım) S.q.-lar habelə kaptaj qurğularından istifadə edilir.
SUFFOZİYA
SUKEÇİRƏN SÜXURLAR
OBASTAN VİKİ
Kran (qurğu)
Kran (alm. kranich‎, yəni durna) — əl və ya güc maşınları ilə hərəkətə gətirilə bilən, yükləri şaquli və ya üfüqi istiqamətdə nəql etmək üçün qurğu. Adi halda kranlar gəmilərin, qatarların, yük avtomobillərinin doldurulması və boşaldılması, istehsal müəssisələrində yüklərin nəql edilməsi üçün tətbiq edilir. Kranların iş tsikli aşağıdakı mərhələlərdən ibarətdir: Yükün tutulması, Yükün nəqli, Boş gediş (başlanğıc vəziyyətə qaytarış). == Konstruksiyaları == Yük kranlarının kostruksiyaları aşağıdakı hissələrdən ibarətdir: Aparıcı element. Çevik qaldırıcı orqandan ibarət yükqaldıran qurğu. Burada işin təhlükəsizlyini təmin etmək üçün yükqaldıran mexanizmə müxtəlif sərhədləyicilər quraşdırılır (yükə, momentə, gediş yoluna). Avtomatik və ya qeyri avtomatik tutqac başlığı. Bunlardan əlavə kran yük arabalarının hərəkətini, kran başlığının dönməsi və s. kimi hissələrin hərəkətinə imkan verən mexanizmlə təmin olunur.
Radioverici qurğu
Radioverici qurğu — informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir. Vericidə üç əsas proses baş verir: Yüksək tezlikli rəqsin generasiyası; Yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; Yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi. Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası (TM) və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər. Amplitud modulyasiyasının xüsusi halı olan impuls modulyasiyasıda geniş tətbiq olunur.
Şreder (qurğu)
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
Elektron kitab (qurğu)
Elektron kitab qurğusu (ing. e-book reader) – elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir. (çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir) Həcmi minimum 16 mb olan elektron kitab fləş-yaddaşın köməyi ilə qurğuda saxlanılır. Bu da minimum 3200 mətn səhifəsini və ya ən azı 10-a qədər orta həcmli kitabı saxlamağa imkan verir. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda: məs. Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, HTML hipermətn dili vasitəsilə yaradılan mətn formatında və ya ZIP, RAR, ARJ – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarət olan fayldır. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Elektron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edilə bilər. Elektron kitab qurğularını planşet kompüter sinfinə daxil etmək olar.
Mina (partlayıcı qurğu)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Quraşdırılabilən qurğu drayveri
Quraşdırılabilən qurğu drayveri (ing. installable device driver ~ ru. устанавливаемый драйвер устройства ~ tr. yüklenebilir aygıt sürücüsü) – adətən, əməliyyat sistemində olan bənzər, ancaq daha “zəif” proqramı və ya funksiyanı əvəzləmək üçün əməliyyat sisteminin tərkibinə daxil edilən qurğunun idarəedilməyə kömək proqramı (drayveri). Kompüterin Rom, Rom, HDD, SSDnin gördüyü işi daha sürətli, daha rahat görməsi üçündür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Raket buraxıcı qurğu
Raket buraxıcı qurğu idarə olunan bir raketi buraxmaq üçün istifadə olunan qurğudur. Partlayıcı başlığıı olan sursata malik olur. Bir çox növləri var və ümumiyyətlə tarix boyu müxtəlif ölkələr tərəfindən istehsal edilmişdir. Fərqli məqsədlər üçün partlayıcı və dağıdıcı, yəni material əleyhinə və ya heyət əleyhinə istifadə edilə bilər.
Şlyuz (hidrotexniki qurğu)
Şlyuz — çay və ya kanallarda müxtəlif səviyyələrdəki su yolları arasındakı suyun səviyyəsini dəyişdirərək su nəqliyyatı vasitələrinin qaldırıldığı və endirildiyi hovuz. Şlyuzlar bir çayda hərəkəti asanlaşdırmaq və ya düz olmayan torpaqların üstündən bir kanal keçirmək üçün istifadə olunur.
Açarın imtinasını ehtiyatlandıran qurğu
Açarın imtinasını ehtiyatlandıran qurğu, qısaca: AİEQ — gərginliyi 1 kV-dan yüksək olan elektrik şəbəkələrinin avtomatika növüdür və qəza vəziyyətlərində qəza baş vermiş hissənin açarının imtinası halında sonrakı hissənin açarının açılması üçün nəzərdə tutulmuşdur. == İş prinsipi == Şəbəkədə qısaqapanma baş verdikdə, zədələnmiş hissənin rele mühafizəsi baxılan hissənin açarının açılmasına siqnal verir. Eyni zamanda AİEQ-in işəsalma orqanları ehtiyat açarın işləməsi üçün kifayət olan dözmə müddəti ilə ən yaxın açarın açılmasına təsir edir. AİEQ-in müvəffəq işləməsi zamanı, o əvvəlki vəziyyətinə qayıdır və bloklanır. Açarın hər-hansı bir səbəbdən açılmadığı halda (mexaniki hissənin və onun idarəetmə dövrəsinin nasazlığı), qoyulmuş dözmə müddətindən sonra sonra AİEQ zədələnmiş xətti qidalandıran və elektrik mənbəyinə yaxın olan bütün açarlara təsir edir. AİEQ-in işləməsi üçün iki şərt yerinə yetirilməlidir: Zədələnmiş xəttin açarının açılması üçün rele mühafizəsinin işləməsi. Zədələnmənin hər hansı bir səbəbdən aradan qaldırılmadığını bildirən qəza parametrlərinin olması. == İcra xüsusiyyətləri == AİEQ-in tətbiqi əsas mühafizəyə əlavə olaraq ehtiyat mühafizə kimi nəzərdə tutulduğuna görə, AİEQ rele mühafizəsinin imtinasını ehtiyatlandırmır. Eyni zamanda, bir mühafiizə dövrəsindəki nasazlığın digərinin imtinasına səbəb olmaması üçün hər bir mühafizə dövrəsinin bir-birindən asılılığı olmamalıdır. (əməliyyat sxemlərinin qidası müxtəlif qoruyuculardan və ya açarlardan yerinə yetirilir.
Kursoru idarə edən qurğu
Kursoru idarə edən qurğu (ing. Relative pointing device) — məsələn, siçan və ya trekbol; kursorun ekranda yerdəyişməsi həmin qurğunun yeri ilə deyil, onun yerdəyişməsi ilə bağlıdır. Məsələn, siçan masanın üzərində başqa yerə qoyulsa, ekranda kursorun yeri dəyişməyəcək, çünki bu halda siçanın kürəciyi fırlanmayacaq. Başqa növ qurğularda – mütləq göstərici qurğularda (məsələn, qrafik planşetlərdə) müəyyən zona çərçivəsində qurğunun yeri həmişə ekranda kursorun qabaqcadan müəyyən olunmuş yeri ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Açarın imtinasını ehtiyatlandıran qurğu (AİEQ)
Açarın imtinasını ehtiyatlandıran qurğu, qısaca: AİEQ — gərginliyi 1 kV-dan yüksək olan elektrik şəbəkələrinin avtomatika növüdür və qəza vəziyyətlərində qəza baş vermiş hissənin açarının imtinası halında sonrakı hissənin açarının açılması üçün nəzərdə tutulmuşdur. == İş prinsipi == Şəbəkədə qısaqapanma baş verdikdə, zədələnmiş hissənin rele mühafizəsi baxılan hissənin açarının açılmasına siqnal verir. Eyni zamanda AİEQ-in işəsalma orqanları ehtiyat açarın işləməsi üçün kifayət olan dözmə müddəti ilə ən yaxın açarın açılmasına təsir edir. AİEQ-in müvəffəq işləməsi zamanı, o əvvəlki vəziyyətinə qayıdır və bloklanır. Açarın hər-hansı bir səbəbdən açılmadığı halda (mexaniki hissənin və onun idarəetmə dövrəsinin nasazlığı), qoyulmuş dözmə müddətindən sonra sonra AİEQ zədələnmiş xətti qidalandıran və elektrik mənbəyinə yaxın olan bütün açarlara təsir edir. AİEQ-in işləməsi üçün iki şərt yerinə yetirilməlidir: Zədələnmiş xəttin açarının açılması üçün rele mühafizəsinin işləməsi. Zədələnmənin hər hansı bir səbəbdən aradan qaldırılmadığını bildirən qəza parametrlərinin olması. == İcra xüsusiyyətləri == AİEQ-in tətbiqi əsas mühafizəyə əlavə olaraq ehtiyat mühafizə kimi nəzərdə tutulduğuna görə, AİEQ rele mühafizəsinin imtinasını ehtiyatlandırmır. Eyni zamanda, bir mühafiizə dövrəsindəki nasazlığın digərinin imtinasına səbəb olmaması üçün hər bir mühafizə dövrəsinin bir-birindən asılılığı olmamalıdır. (əməliyyat sxemlərinin qidası müxtəlif qoruyuculardan və ya açarlardan yerinə yetirilir.