Svastika
Svastika (Sanskritcə: स्वस्तिक) ya da qammalı xaç — tarix əvvəli dövrlərdən qalma simvol.
== Etimologiya ==
Qammalı xaç adı yunanca qamma (Γ) hərfinə və xaç şəklinə (+) əsaslanaraq verilmişdir. Svastika kəlməsi sanskritçədəki su (yaxşı) və asti (olmaq) kəlimələrinin birləşməsindən meydana gəlmişdir. "Yaxşı olmaq, xoşbəxt və sağlam olmaq" mənalarına gəlir.
Svastika mistik simvollardan biri olmuş və mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq. Amerika və İngiltərə mütəxəssisləri isə bu qərara gəlmişlər ki, svastika simvolunun abbreviaturası latın əlifbasının "L" hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – "light" – işıq, günəş, "love" – sevgi, məhəbbət, "life" – həyat, "luck" – tale, uğur, xoşbəxtlik.
== Tarixi ==
Svastika — ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir.