Uzunyarpaq tozbaş səhləb
Cephalanthera longifolia (lat. Cephalanthera longifolia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü.
Arealı kiçilməkdə olan az rast gəlinən növdür. Azərbaycanda Zaqatala (Car kəndi), Şəki (Kiş kəndi), Xaşmaz (Qusarçay, Dədəli, Alekseyevka kəndləri), Göygöl ətrafında, Azərbaycandan kənarda – Ural, Qırğıstan, Qafqaz, Skandinaviya, Orta və Atlantik Avropa, Aralıq dənizi, Kiçik Asiya, İran, Himalayda yayılıb. Aşağı və orta dağlıq qurşaqlarının meşələri və kol pöhrəliklərində bitir. Ehtiyatı məhduddur, nadir halda və az miqdarda rast gəlinir.
== Qısa təsviri ==
Hündürlüyü 20–45 sm, düz gövdəli, çılpaq çoxillik bitkidir. Qaytanşəkilli çoxsaylı köklərə malik kökümsovu üfüqi yerləşmişdir.
=== Yarpaq ===
Yarpaqları xətvari-neştərşəkilli və ya neştərvaridir, yuxarı yarpaqları dar, çox vaxt sivriləşmiş olur.
=== Çiçək ===
Çiçək qrupu 15–20 sm uzunluqdadır, düz, formalı, seyrək və 3–20 ədəd çiçəkdən ibarətdir.