tüpürük
tüstü
OBASTAN VİKİ
Türbə
Türbə – görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, əmirlərin, vəzir və hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikili. Tanınmış İslam mütəffəkirlərinin üstü açıq olan məzarlarına da onlara hörmət əlaməti olaraq türbə deyilir. Türbələr camaat tərəfindən ziyarətgaha çevrilir. Bütövlükdə türbə anlayışı İslam təliminə ziddir və İslam ölkələrində türbə tikintisinin çox geniş yayılması, başlıca olaraq əsgi türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır. İslam ölkələrinin memarlığını araşdıran mütəxəssislər qülləvari türbələrin məkan-konstruksiya və bədii memarlıq həllinin genetik kökləri barədə müxtəlif fikirlər irəli sürmüşlər. Qülləvari türbələrin soykökü haqqında elmi baxışlardan ən geniş yayılanı və daha inandırıcı dəlillərlə əsaslandırılanı bu memarlıq tipinin türk mənşəli olmasıdır. Bir qrup alim (M. Van – Beşem, E. Dits, N. Baçinski, O. Aslanapa) qülləvari türbələrin türk mənşəli olmasını təsdiq edərək, onların yaranmasını köçəri çadırının, yaxud köçəri xalqların başçılarının iri çadırlarının monumental memarlıqda yamsılanması ilə bağlayırlar. Q. A. Puqaçenkovanın fikrinə görə bu türbələr "ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikintilərinə bağlıdır." Sərdabənin dəfn tikilisi kimi ortaya çıxması isə başlıca olaraq tabbutda basdırma mərasimi ilə (Avropada bu adət daha çox xristianlıqda özünü göstərir) bağlıdır. Çin alimlərinin məlumatına görə hələ eradan əvvəl ikinci yüzildə hunlar ölüləri qızıl və gümüş işləməli, qalın parçaya bürünmüş ikiqatlı tabuta qoyurdular. Türk ədəbi abidələrində də belə mərasimlər və tikililər haqqında bilgilər saxlanmışdır.
Səkkizguşəli türbə
Səkkizguşəli türbə və ya Güloğlular türbəsi — Azərbaycanın Bərdə rayonunun Güloğlular kəndində yerləşən XVIII əsrə aid türbə. Qasım Hacıyev, "Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi", Bakı, "UniPrint", 2008.
Yaşıl türbə
Yaşıl türbə — İldırım Bəyazidin oğlu Sultan I Mehmed tərəfindən 1421-ci ildə tikilmişdir. Memarı Hacı İvaz Paşadır. Bursanın simvolu halına gələn tikili şəhərin hər yerindən görünə bir mövqeyə malikdir. I Mehmed sağlığında türbəni tikdirib, 40 gün sonra da vəfat etmişdir. Türbədə Sultan Mehmed ilə oğulları Şahzadə Mustafa, Mahmud və Yusif ilə qızları Səlcuq Xatun, Sittin Xatun, Ayşə Xatun və dayəsi Dayə Xatuna aid olmaqla cəmi 8 sanduqə (məzar) vardır. Kənardan baxanda birmərtəbəli görünən türbə, sanduqə yerləşdiyi salon və bunun altında yer alan beşik tonuzlu məzar otağı ilə bərabər iki mərtəbəlidir. Xarici divarlar turkuaz kaşılarla örtülüdür. Türbənin içi, sanduqə, mihrab, divarlar, cümlə kapisi ilə fasad örtükləri da saxsıdan düzəldilmişdir. Qibləyə baxan mehrabı bir sənət əsəridir. Buradakı saxsılar İznik çinicilikinin şah əsər nümunələridir.
Dairəvi türbə (Marağa)
Dairəvi günbəz türbəsi — Marağa şəhərində yerləşən Səlcuqlar dövrünə aid abidədir. Abidə Göy Günbəz türbəsi ilə 10 metrlik məsafədə yerləşir. Abidənin üzərində kufi xətti ilə onun tikilmə tarixi hicri 563-cü il göstərilsə də, içəridə yerləşən qəbirlə bağlı heç bir məlumat verilməmişdir. Binanın tikilişi zamanı işlənmiş müxtəlif rəngli kaşılar, naxış və ornament növləri o dövrdə kaşı ilə işləmə sənətinin inkişaf etdiyini göstərməklə yanaşı, türbənin ümumi görüşünə xüsusi rəng qatmışdır. == Memarlıq xüsusiyyətləri == Abidə dairəvi formalı, sadə və üzəri ikitərəfli günbəzlə örtülmüş fasada malik türbədir. Lakin zamanla abidənin tavanı və günbəzi dağılaraq tarixə qovuşmuşdur. Türbənin qeyd edilən iki hissəsi dağıldıqdan sonra isə binanın digər hissələrini qoruyub-saxlamaq üçün köhnə günbəzin yerində çardaq formalı dam tikilmişdir. Dairəvi türbə giriş qapısını əhatə edən çərçivə və aypara şəkilli tağlarla bəzədilmişdir. Tağın aşağı və yuxarı hissəsində isə kərpic və firuzəyi kaşılarla bəzədilmiş mürəkkəb naxışlara malik kufi xəttlə yazılmış kitabələr memarlıq-üslub baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Abidə öz tikildiyi tarix ilə Qırmızı Günbəd türbəsinin tikildiyi tarix arasındakı qısa zamanda öz fasad quruluşunun keçdiyi böyük inkişaf və təkamül yolunu göstərdiyi üçün xüsusi əhəmiyyət kəsb edir.
Dairəvi türbə (Urmiya)
İranın Urmiya şəhərindəki 1184-cü il tarixli Dairəvi türbə öz ümumi quruluşu etibarilə Marağadakı dairəvi türbəni xatırlatsa da, bu abidə daxili planı etibarilə Marağadakı türbədən fərqlidir. Türbənin daxili dördbucaqlı günbəzlə örtülü türbələrdən gələn bir quruluşdadır.türbənin daxilinin belə həll edilməsi görünür ki, günbəzli türbələrdən gələn ənənəvi təsirin nəticəsidir. Bu təsir özünü türbənin xarici görünüşündə də göstərir.burada türbənin giriş portalı türbənin daxili həcminə tabe deyil. Həm hündürlüyü, həm eni, əm də dərinliyi etibarilə türbənin kompozisiyasında baştağ özü əsas yer tutur. Türbənin silindrik gövdəsi bürcvari xüsusiyyətini itirmişdir.
Əski türbə (Bağçasaray)
Əski türbə (krımtat. eski dürbe) — türbə Bağçasarayda yerləşir. Onun XIV əsrdə inşa edildiyi ehtimal edilir. Bu onun Xan sarayından yüz illər öncə inşa edildiyi anlamına gəlir. Arxitektur abidədir. Çürük-Su çayının sol sahilində Xan sarayından 180 km cənub-şərqdə, Zoi Kosmodemyan küçəsində yerləşir. Əski türbə arxitektur və tarixi abidə olaraq Qızıl Orda dönəmində inşa edilmişdir. Abidə olduqca zəif araşdırılmışdır. Hətta onun daxilində kimin dəfn edildiyi belə bilinir. Bağçasaray tarix-mədəniyyət və arxeologiya muzey-qoruğunun direktoru Emil Seydəliyevin sözlərinə görə: Əvvəllər Əski türbə qəbrlərlə əhatəli idi.
Üç gümbəz türbə kompleksi
Üç Günbəz Türbəsi və ya Üç Günbəd türbəsi – Qərbi Azərbaycanın Urmiya şəhərində yerləşən Səlcuqlular dövründə tikilmiş türbə. Urmiya gölünün sahilində yerləşir. Üç Günbəz türbəsinin adının müxtəlif yozumları olsa da onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır. H. Qəzvini "Zeyle tarixe qozide" əsərində (1330) Marağa vilayətində "Se günbəd" adını çəkməsi bu türbənin, ya da türbələr qrupunun o çağda böyük nüfuz daşıdığına və ellikcə tanındığına işarədir. El rəvayətinə örə Üç Günbəz türbəsini Xarəzmşah Cəlaləddin ucaltdırmışdır. Ancaq türbənin kitabəsindən bəllidir ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən xeyli əvvəl – hicri 580 – ci ildə (miladi 1184) tikilmişdir. Ola bilər ki, Üç Günbəzin yanında olan və dağılaraq dövrümüzə çatmayan bir türbə Sultan Cəlaləddin çağının əsəri imiş. Türbənin kitabəsində abidəni ucaldan memar öz imzasını qoymuşdur. Türbənin memarı Əbumənsur Musa oğludur. Üç Günbəz türbəsinin plan biçimi bayırda dairəvi, daxildə isə kvadratdır.
Dəmirçilər türbələri
Dəmirçilər türbələri — Azərbaycanın Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən, XIV əsrə aid iki qülləvari türbə. Türbələrdən biri Ağaçayın sağ sahilində yerləşir. Türbə planda səkkizbucaqlı formadadır. İçəridə qapı gözü qarşısındakı üzdə kiçik mehrab tağçası quraşdırılmışdır. İç divarlar yaxşı yonulmuş daşlarla üzlənmişdir. Səkkizüzlü günbəzin dairəvi əsasına keçid künclərdə bütöv daşdan yonulmuş tromplar qoymaqla yerinə yetirilmişdir. Trompların üstündəki karnizə sferik günbəz söykənir. Türbənin tavanının forması Macar şəhərindəki türbələrin formasına bənzəsə də, tamamilə fərqli tərtibatda, eləcə də fərqli formalı baraban ilə kəskin şəkildə fərqlənir. Türbələrin pərvazları sadə pərvaz növlərinə aiddir. 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli sərəncamı ilə hər iki türbə dövlət tərəfindən mühafizə olunan obyektlər siyahısına daxil edilmiş və "respublika əhəmiyyətli memarlıq abidələri" elan edilmişdir.
Dər türbəsi
Dər türbəsi — Ordubad rayonunun Darkənd kəndində yerləşən tarix-memarlıq abidəsi. Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş Vasili Sısoyev və İsa Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər. Dər türbəsi kənd mərkəzindən 1.5 km cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir. Dər türbəsi həcm-məkan həllinə, fasadlarının dekorasiyası və dekorasiyada istifadə edilmiş kərpiclərin formasına görə Azərbaycan ərazisində yayılmış digər kərpic türbələrdən əsaslı şəkildə fərqlənir. Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır. Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur.
Eldarzadənin türbəsi
Eldarzadənin türbəsi — Eldarzadə ailəsinə məxsus qəbirüstü abidə. Öz memarlıq həllinə görə diqqəti cəlb edir. == Tarixi == Türbənin üzərində də qeyd edildiyi kimi 1915-ci ildə tikilmişdir. Bəzi mənbələrdə tikintinin 1917-ci ildə başa çatdığı vurğulanır. == Memarlıq xüsusiyyətləri == Türbə antik “yunan-roma” məbədi üslubunda tikilsə də, bu sırf simvolik xarakter daşıyır. Onun portalı və portal üzərində olan Quran ayələri və informativ şərq aləminə məxsus ornamentlər və yazılar bunu deməyə əsas verir. Yəni bütövlükdə ümumi kompozisiya şərq və qərb mədəniyyətinin memarlıq elementlərini özündə birləşdirir. Kürsülüyün kəskin hündür olması sərt relyefli ərazidən xəbər verir. Memarın bu türbədə ən çox vurğulamaq istədiyi element giriş portalının yuxarı hissəsində olan akreterinin içərisindəki aypara və ulduzdur. Azərbaycanlı ailəyə məxsus bu türbə məhz aypara və ulduzla vurğulanmışdır.
Eyvaz türbəsi
Eyvaz türbəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzinin cənub hissəsində, Pir Eyvaz qəbiristanlığının şimal tərəfində yerləşən tarixi-memarlıq abidəsi. Pir Eyvaz daşıdığı tituldan (pir) göründüyü kimi məşhur sufi şeyxi olmuş Ordubad şəhərində Bəktaşi xanəgahı yanında dəfn olunmuş, qəbirin üstündə türbə inşa edilmişdir. Qəbirin üstündə sementlə bir-birinə bərkidilmiş mərmər baş daşı parçalarının üzərində olan kitabə qalıqlarında sufiliklə bağlı bəzi terminlər həkk edilmişdir. Türbənincənubundakı Pir Eyvaz qəbiristanlığı bu qəbirin xatirəsinə keçirilən dəfn mərasimləri hesabına yaranmışdır. XVI əsrə aiddir. XX yüzilliyin 80-ci illərində dağıdılmışdır. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.90.
Fateh Sultan Mehmed türbəsi
Fateh Sultan Mehmed türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. == Haqqında == İstanbuldakı ilk sultan türbəsi olan Fateh Sultan Mehmed türbəsi, 3 may 1481-ci ildə vəfat edən və öz adına inşa etdirdiyi Fateh məscidinin arxa həyətində dəfn olunan II Mehmedin məzarı üzərində inşa olunmuşdur. Orijinal türbənin kim tərəfindən və nə vaxt inşa olunduğu dəqiq bilinmir. 1765-ci ildə İstanbulda baş verən dəhşətli zəlzələdə türbə, yaxınlığındakı Fateh məscidi ilə birlikdə tamamilə dağılmış, bir il sonra isə dövrün Osmanlı sultanı III Mustafa tərəfindən yenidən inşa olunmuşdur. Bu dəfəki memarı baş memar Mehmed Tahir ağa olan türbə tamamilə XVIII əsrin barokko üslubunda inşa edilmişdir. Türbədə yalnız Fateh Sultan Mehmed dəfn edilmişdir. Ancaq 1782-ci ildə yenə İstanbulda baş verən güclü yanğın əsnasında giriş qapısı üzərindəki taxta portik, türbənin içindəki qiymətli əşyalar, o cümlədən məzar sandığının bir hissəsi yanmış, dövrün Osmanlı sultanı I Əbdülhəmid tərəfindən türbə ikinci dəfə bərpa edilmişdir. Hal-hazırda türbənin daxilini bəzəyən qırmızı rəngli pərdələr, saatlar və divar bəzəmələri məhz bu bərpa dövrünə aiddir. Türbə onbucaqlı formada olub, tamamilə mərmərdən inşa edilmişdir. Məzar sandığı üzərindəki gümüş şəbəkə Osmanlı sultanı Sultan Əbdüləziz tərəfindən qoydurulub.
Fatimə-i Məsumə Türbəsi
Fatimə-i Məsumə türbəsi (fars. ﺤﺭﻢ ﺤﺿﺮﺖ ﻔﺎﻄﻤﻪ ﻤﻌﺻﻮﻤﻪ‎ (Hərəme Həzrəti Fatimə-i Məsumə) — İranın Qum şəhərində yerləşən türbə. Başda İslamın şiə əqidəsinə məxsus müsəlmanlar olmaqla, xüsusilə İran coğrafiyasında yaşayanlar üçün İranın Məşhəd şəhərindəki İmam Rza türbəsindən sonra ikinci vacib türbə. Əsl adı Fatimə binti Musa əl-Kazım olan Fatimə-i Məsumə On iki imam əqidəsinə inananlara görə 12 imamdan 6-cı imam və cəfərilik təriqətinin qurucusu İmam Cəfəri Sadiqin nəvəsi, 7-ci imam Museyi-Kazim əleyhissəlamın qızı və 8-ci imam Əli Rzanın bacısı olan Fatimədir. Fatimə-i Məsumə (Fatimə binti Musa əl-Kazım) hicri təqviminə görə 1 zilqədə 173-cü ildə, yəni miladi təqvimlə 790-cı il martın 22-də Mədinə-i Münəvvərədə anadan olub və İrana etdiyi bir səfər əsnasında Savə şəhərində xəstələnmiş, hicri təqvimi ilə Rəbiül-Sani ayının 12-də, yəni miladi təqvimlə 7 noyabr 816-cı ildə burada, yəni vəfat etdiyi yer olan Qum şəhərində dəfn edilmişdir. Vəfat edəndə hələ cəmi 28 yaşında idi. == Memarlığı == Fatimə-i Məsumə türbəsi qızılı rəngdə 3 qübbə və 6 minarəli bir məsciddir və 410 min kvadratmetr ərazini əhatə edir. Fatimə-i Məsumənin nəşinin yerləşdiyi türbənin sahəsi 38 min m²-dir. Cəmi 3 həyət və 3 böyük dua salonunu özündə birləşdirən məscidin içərisində namaz qılınması üçün bir deyil 3 məscid vardır və hər məscid ayrı bir ada malikdir. Bunlar; Təbatəbai (ﻄﺒﺎﻄﺒﺎﻴﻰ) Bala Sər (ﺒﺎﻻ ﺴﺮ) və Əzəm (ﺍﻋﻆﻢ) məscidləridir.
Fərhad Paşa türbəsi
Fərhad Paşa türbəsi – İstanbulun Əyyubsultan ilçəsində XVI əsrin sonlarına aid türbə. Sultan Murad və oğlu Sultan Mehmed dövrünün sədrəzəmlərindən Sərdar Fərhad Paşa tərəfindən inşası başlayan ancaq edamından bir müddət sonra tamamlanan türbənin memarı bilinmir. 16-bucaqlı plana əsasən kəsmə daşdan inşa olunan türbənin qapısının üzərindəki kitabəsində inşa tarixi olaraq 1595-ci il göstərilir. Türbənin içərisində kitabəsi olmayan səkkiz mərmər və 4 taxta məzardaşı var.
Gilan türbəsi
Gilan türbəsi (Culfa) — Culfada türbə
Gilan türbəsi (Culfa)
Gülüstan türbəsi – Culfada türbə, o cümlədən XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biridir. == Tarixi == Mərkəzi Azərbaycanın, həmçinin Naxçıvan bölgəsinin orta çağ memarlığından danışan araşdırmaçıların çoxu əsas tikinti materialının təkcə kərpic olduğunu iddia edir və yüksək daş memarlığı nümunələrinin az olduğunu qeyd edirlər. Bununla belə Gülüstan türbəsinin nümunəsində qeyd etmək olar ki, orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olmuşdur. Atabəylərin Naxçıvandakı içqalası daşdan inşa edilmişdi. Başqa Naxçıvan qalaları, çaylar üstündən atılan körpülər, eləcə də qədim başdaşları azərbaycanlı sənətkarların həm monumental abidələrin tikintisində, həm də bədii plastika örnəkləri yaratmaqda daşdan necə bacarıqla istifadə etdiklərini nümayiş etdirir. Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan memarlarının daş sənəti incisidir. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər. == Memarlıq xüsusiyyətləri == === Konstruktiv quruluşu === Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır.
Gilan türbəsi (Ordubad)
Səkkizbucaqlı Kiran türbəsi — Naxçıvan-Marağa memarlıq məktəbinin nailiyyətlərini özündə əks etdirən ən vacib memarlıq abidələrindən biri. Konstruktiv həlli və memarlıq xüsusiyyətlərinə görə türbənin XII əsrin 80-ci illərində inşa edildiyi güman edilir. Səkkizbucaqlı Kiran türbəsi giriş qapılarının həlli və dizaynı, detalların profilləşdirilməsi və künclərin ornamentasiyası, fasad naxışlarının bloklara bölünməsi və konstruktiv bütövlüyü ilə Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin memarlıq xüsusiyyətlərini təkrarlayır. Bütün bu xüsusiyyətləri nəzərə alan tədqiqatçı B. İbrahimov Səkkizbucaqlı Kiran türbəsinin də Əcəmi Naxçıvaninin əsəri olması ehtimalını irəli sürür. Bu ehtimalın həqiqiliyi qəbul edilərsə, memarın yaradıcılığında Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin inşası arasında keçən 25 illik fasilənin olması məsələsi özünü doğrultmur. == Tarixi == Dövrümüzə xarabalıqları çatmış abidə ərazisində 1980-ci ildən arxeoloji tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Kiran şəhristanının dördüncü məhəlləsinin yerlşdiyi təpənin enişində inşa edilmiş abidəni ilk dəfə S. V. Ter-Avetisyan, daha sonra isə V. M. Sısoyev təsvir etmişlər. == Memarlıq xüsusiyyətləri == Səkkizguşəli Kiran türbəsi qüllə tipli mərkəzi günbəzli türbələr qrupuna daxildir. Türbə binası iki hissədən ibarətdir: səkkizguşəli olan yerüstü hissə kvadrat formalı (20x20x5 sm) kərpiclərdən tikilmişdir; yeraltı sərdabə hissəsi xaricdən kvadrat, daxildən isə xaçvari formaya malikdir. Türbənin yerüstü hissəsi yalnız cənub-qərb tərəfdə 0.8 metr hündürlükdə saxlanmış (iki sıra bişmiş kərpic hörgüsü və üzlük), qalan yerlərdə isə dağlkaraq ətrafa tökülmüşdür.
Güloğlular türbəsi
Səkkizguşəli türbə və ya Güloğlular türbəsi — Azərbaycanın Bərdə rayonunun Güloğlular kəndində yerləşən XVIII əsrə aid türbə. == Tarixi == == İstinadlar == == Xarici keçidlər == Qasım Hacıyev, "Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi", Bakı, "UniPrint", 2008.
Gülüstan Türbəsi
Gülüstan türbəsi – Culfada türbə, o cümlədən XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biridir. == Tarixi == Mərkəzi Azərbaycanın, həmçinin Naxçıvan bölgəsinin orta çağ memarlığından danışan araşdırmaçıların çoxu əsas tikinti materialının təkcə kərpic olduğunu iddia edir və yüksək daş memarlığı nümunələrinin az olduğunu qeyd edirlər. Bununla belə Gülüstan türbəsinin nümunəsində qeyd etmək olar ki, orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olmuşdur. Atabəylərin Naxçıvandakı içqalası daşdan inşa edilmişdi. Başqa Naxçıvan qalaları, çaylar üstündən atılan körpülər, eləcə də qədim başdaşları azərbaycanlı sənətkarların həm monumental abidələrin tikintisində, həm də bədii plastika örnəkləri yaratmaqda daşdan necə bacarıqla istifadə etdiklərini nümayiş etdirir. Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan memarlarının daş sənəti incisidir. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər. == Memarlıq xüsusiyyətləri == === Konstruktiv quruluşu === Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır.
Gəncə İmamzadə türbəsi
Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır. Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır. Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.
Hacı-Baba türbəsi
Hacı-Baba türbəsi — XVI əsrin sonu və ya XVII əsrin əvvəllərində tikilmiş və Ermənistanın Şvanidzor kəndi yaxınlığında, Megridən təxminən on yeddi kilometr şərqdə yerləşən İslam dini abidəsidir və azərbaycanlıların müqəddəs ziyarətgahıdır. Türbə Ermənistanın etnik azlıqlarının mədəni irsi üçün hökumət tərəfindən "Syunikdə qeyri-erməni tarix və mədəniyyət abidələri" kateqoriyası üzrə mühafizə olunan ərazi siyahısına salınıb və dövlət mülkiyyəti kimi qorunur. == Memarlığı == Məqbərə palıd ağacının budaqları ilə əhatə olunmuş təpənin zirvəsində yerləşir. Diametri təxminən altı metr və daxili kameranın hündürlüyü dörd metrdən az olan konusvari formadadır. O, daşdan hazırlanıb və iki təməl daşının ətrafında qara parça ilə örtülmüş kiçik kvadrat hasardan ibarətdir. Daşların üzərində iki kitabə var: bir kitabədə erməni dilində "Baba" və ermənilərdə sonsuzluq rəmzi olan Arevaxaç, birin də isə ərəb qrafikası ilə ulduz və aypara ilə "Hacı" sözü yazılıb. Erməni dilində kitabənin türbə üzərinə həkk olunması sonradan edildiyi ehtimal olunur. == Tarixi == Abidənin dəqiq tikilmə tarixi məlum deyil. Hacı-Baba türbəsi Zəngəzur və sonradan Megri rayonu ərazisində yaşamış azərbaycanlılar tərəfindən inşa edildiyi ehtimal olunur. Abidəni yeganə tədqiq edən jurnalist Qohar İsaxanyandır.
Hacı Gəray türbəsi
Hacı Gəray türbəsi — Krımın ilk xanı I Hacı Gəray üçün tikilmiş türbə. Türbəni onun oğlu I Məngli Gəray tikdirib. 1466-cı ildə Hacı Gəray, 1515-ci ildə isə I Məngli Gəray burada dəfn olunublar. Hər ikisi bu türbədə dəfn ediliblər. 2007-ci ildə Türkiyə hökuməti tərəfindən Zəncirli Mədrəsə və Hacı Gəray türbəsinin yenidən qurulması üçün 2.75 milyon dollar pul ayrılıb. 2008-ci ilin payızında türbənin altından krım xanlarının və yaxınlarının qalıqları olan 18 qəbir aşkarlanıb.
Hacı Mahmud Əfəndi türbəsi
Hacı Mahmud əfəndi türbəsi və ya Göy türbə — Hacı Mahmud Əfəndinin ocağı; Aslanbəyli kəndinin qədim qəbiristanlığında Türbə və Yerli Əhəmiyyətli Tarixi Abidə. == Haqqında == Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncəsu çayı boyunca uzanan el yolunun solundadır. Qazax, Gəncə və Borçalı ellərində "Göy türbə" kimi tanınan Hacı Mahmud Əfəndinin türbəsi həm də xalqın inanc yeri kimi məşhurdur. Buraya əhd edib gələnlərin sayı-hesabı bilinmir. Gəncə-Qazax, Borcalı ellərində, Dağıstanda, Türkiyədə tanınan bir ziyarətgahdır. Geniş və möhkəm hasarın içərisində yerləşən dördkünc türbə 1893-cü ildə ucaldılıb. 1835–1896-cı illərdə yaşamış Hacı Mahmud Əfəndi öz dövrünün tanınmış din xadimi olmuşdur. O, dini təhsilini Türkiyədə almışdır. Hacı Mahmud Əfəndi sevimli müəllimi Seyid Mir Həmzə Nigari Qarabağiyə ehtiram əlaməti olaraq Türkiyənin Amasya şəhərində, onun dəfn olunduğu yerdə böyük bir türbə tikdirmişdir. Türbənin qarşısına Hacı Mahmud Əfəndinin adı yazılı lövhə vurulmuşdur.
Heydər Almazovun Türbəsi
Heydər Almazovun Türbəsi (Pirətavan) — Yerli camaatın Pirətavan adlandırdığı bu türbənin adı Piri-taun (taun xəstəliyinə şəfa verən yer) söz birləşməsinin təhrif olunmuş şəklidir. Bu türbədə iki məzar var. Onlardan biri Soltan digəri isə Mirkəlaməddin adlı şəxslərə məxsusdur. Heydər Almazov adlı imkanlı şəxs 1894-cü ildə bu qəbirlərin üzərində gördüyümüz bu türbəni tikdirir və türbə rəsmi tarixi sənədlərə onun adı ilə, yəni "Heydər Almazov türbəsi" kimi qeyd olunur. == Tarixi == Akademik D.Born "Bibiheybət" məqbərələrində tədqiqat işi apararkən bu kompleksin Səfəvilər dövlətinin, xüsusilə I Şah Abbasın dövrünə təsadüf olduğunu sübut etmişdir. Məhz bu tədqiqatlara əsaslanaraq bu ziyarətgahın XVII əsrdən çox əvvələ aid olduğunu görə bilərik. Türbənin inşası hicri tarixi ilə 1311-ci ildə (miladi təqvimlə 1893-1894-cü illərdə) başa çatmışdır. == Yerləşməsi == Türbə Neftçalanın təxminən 3 km. qərbində salınıb. Vaxtilə qəbristanlığın yeri dəniz sahili olmuşdur.
Heydər türbəsi (Şuşa)
Heydər türbəsi — Şuşa şəhəri, Ocaqqulu küçəsində yerləşən XIX əsrə aid tarixi-dini türbə. 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 340 inventar nörməsi ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınıb. 2021-ci ildə üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilib.
Hümayun türbəsi
Hümayun türbəsi Böyük Moğol imparatoru Sultan Hümayun öləndən 9 il sonra, Böyük Moğol imparatorluğunun ikinci hökümdarı olan Hümayunun arvadı Həmidə Banu Bəyimin (Hacı Bəyim) əmri ilə 1565 ildə tikilməyə başladı. 1572 ildə isə tamamlandı. 1993 ildə Ümumdünya irsi siyahısına salınmışdır.
II Kəsrani türbəsi
II Kəsrani türbəsi — Azərbaycanın Abşeron rayonu Saray kəndinin köhnə Saray adlanan ərazisində yerləşən tarixi-memarlıq abidəsi. Türbə yerli əhəmiyyətli memarlıq abidəsi olaraq qorunur (4020). == Tikili == Bina kvadrat formaya malikdir. Qara suvaqla üzlənən binanın fasadı əhənglə ağardılmışdır. Mərkəzi hissədə gümbəzi vardır.
II Mehmed Gəray türbəsi
II Mehmed Gəray türbəsi — Krımın Bağçasaray şəhərinin Eski Yurt qəsəbəsində yerləşən xan türbəsi. Burada ata, oğul və nəvə olan II Mehmed Gəray (1532—1584), II Səadət Gəray (təxminən 1550—1587) və III Mehmed Gəray (1584—1629) Krım xanları dəfn olublar, həmçinin Murad Gəray və Səfa Gərayın da qalıqları burada yerləşir. 2014-cü ildən Krımı işğal edən Rusiya Federasiyasında bura federal əhəmiyyətli mədəni irs obyektidir, beynəlxalq səviyyədə bu əraziləri ölkəsinin bir hissəsi sayan Ukrayna isə buranı milli əhəmiyyətli mədəni irs abidəsi hesab edir. Hazırkı dövrdə II Mehmed Gəray türbəsi Bağçasaray Tarixi, Mədəni və Arxeoloji Muzey-Qoruğunun qorunan obyektlərindən biridir. == Tarixi == === II Mehmed Gərayın vəfatı və dəfni === 1584-cü ilin yazında Osmanlı sultanı III Murad II Mehmed Gərayı Səfəvi-Osmanlı müharibəsində kömək etməyi rədd etdiyi üçün hakimiyyətdən məhrum etdi və onun yerinə əvvəllər türk torpaqlarında yaşamış kiçik qardaşı II İslam Gərayı gətirdi. Həmin ilin may ayında İslam Gəray Osman Paşanın dəstəyi ilə Qılınc Əlinin Osmanlı donanması ilə Kefeye çatdı. Krım xanı II Mehmed sultana itaət etməyib Kefeni mühasirəyə aldı, lakin Əli bəy Şirinin başçılıq etdiyi Krım bəyləri sultanın fərmanına qarşı çıxmamağa qərar verdilər və yeni xanın tərəfinə keçdilər. Mehmedə sədaqəti ancaq Mənsurov nəslindən olan noqay murzaları qorudular. Devrilən II Mehmed Gəray zadəganların və ordunun dəstəyini itirərək, oğulları Səadət, Murad və Səfa ilə Mənsur bəylərinin müşayiəti ilə mübarizəni davam etdirmək üçün Kefədən Noqay ordasına qaçdı ki, orada güc-qüvvət toplasın. Xanın arxasına kiçik qardaşları şahzadələr Alp Gəray, Səlamət və Mübarek Gəray qoşunla birlikdə düşdülər.
I Daranın türbəsi
I Daranın türbəsi - Nəqşi-Rüstəm yaxınlığındakı Hacıabad dağındadır. Fars əyaləti ərazisində yerləşir.
I Şah Abbas türbəsi
I Şah Abbas türbəsi (fars. آرامگاه شاه عباس بزرگ‎‎) — Səfəvi hökmdarı I Şah Abbasın dəfn edildiyi türbədir. == I Şah Abbas == Səfəvilər dövlətin V hökmdarı olan I Şah Abbas 42 il Səfəvi dövlətini idarə etmişdir. Dövlətin özündən əvvəlki dövrlərdə itirmiş olduğu qüdrətini bərpa etmiş, Osmanlı imperiyasını, Şeybaniləri və Portuqaliyanı məğlub etmişdir. Avropada bəziləri onu "Böyük Abbas" adlandırırlar. 1587-ci ildən 1629-cu ilə qədər hakimiyyətdə olan I Şah Abbas 1629-cu ildə Mazandaranda Xəzər dənizi sahilində tikdirdiyi Fərahabad adlanan sarayında vəfat etmiş və Kaşana aparılaraq bu türbədə dəfn edilmişdir. == Türbə == I Şah Abbas bu türbədə dəfn edilmişdir. Türbə İran İslam Respublikasının Kaşan şəhərində yerləşir. Türbənin mehrabındakı yazıya görə, türbə ilk dəfə XII əsrdə tikilmişdir. Lakin Səfəvi dövləti zamanında təmir edilmiş və genişləndirilmişdir.
Kafir Günbəd Türbəsi
Kafir Günbəd Türbəsi – İranda, Qəzvinin Niyaq kəndi yaxınlığında yerləşən və inşa tarixi XII – XIII əsrlərə aid edilən türbə. Türbə ümumilikdə səkkizbucaqlı quruluşa malikdir. Türbənin tinləri bayır tərəfdə qabarıq olub üzləri yelən kimi dövrələyir. İçəridə isə hər üzdə sivri tağça qurulmuşdur. Tağçaların üst əyri hissəsi ümumi səthdən bir az irəli çıxmışdır. Onların arasındakı tromplar günbəz oturacağının çevrəsinə keçidi təmin edir. İç məkan sferokonik günbəzlə örtülü olmuşdur. Qalıqlara əsasən araşdırmaçılar Kafir Günbəd türbəsinin səkkizüzlü piramida biçimli günbəzlə örtüldüyü qənaətindədirlər. Kafir Günbəd türbəsinin iç və dış səthlərində bəzək izləri qalmamışdır. Bu abidəni Azərbaycanın digər səkkizüzlü türbələrindən fərqləndirən bir cəhət də onun üzlərində dünyanın dörd yönünə açılan qapı gözlərinin olmasıdır.
Kürəkən İbrahim Paşa türbəsi
Kürəkən İbrahim Paşa türbəsi – İstanbulun Fateh rayonunda XVII əsrin əvvəllərinə aid türbə. Türbə 1603-cü ildə Dalğıc Əhməd ağa tərəfindən inşa edilmişdir. Səkkizbucaqlı və tək gümbəzli planla inşa olunan türbənin giriş cəbhəsi xaric, bütün cəbhələrində altlı-üstlü pəncərələri var. Türbədə 2 mərmər məzar sandığı yerləşir. Bunlardan kavuk papaqlı olanı Sultan Mehmed səltənəti sədrəzəmlərindən Bosniyalı İbrahim Paşaya, digəri isə paşanın gənc yaşda vəfat edən oğluna aiddir.

Значение слова в других словарях