TƏƏHHÜD

сущ. обязательство. Təəhhüd götürmək принять обязательство
TƏƏCCÜBSÜZ
TƏƏHHÜDLÜ
OBASTAN VİKİ
Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti qarşısında təəhhüdləri
Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti qarşısında təəhhüdləri — Dağlıq Qarabağ ermənilərinin bölgədə separatçılığa son qoymaları barədə 1919-cu il avqustun 22-də imzaladığı sənəd. == Tarix == Sənəd Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qarabağda genişlənməkdə olan erməni təcavüzünün və separatçılığın qarşısını almaq məqsədilə həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində imzalanmışdı. Sazişin imzalanması ərəfəsində Qarabağda vəziyyət yenidən kəskinləşmişdi. Qarabağ general-qubernatoru Xosrov Paşa bəy Sultanovun əmri ilə vəziyyətin nəzarət altında saxlanması üçün Şuşanın erməni hissəsindəki xəzinədarlığın və poçtun Azərbaycan məhəlləsinə köçürülməsi, şəhər ətrafındakı səngərlərə əlavə postlar qoyulması, Şuşa-Yevlax yolunun təhlükəsizliyinin təmin edilməsinə cəhd göstərilməsi erməni millətçilərinin rəhbərləri tərəfindən hiddətlə qarşılandı. Azərbaycan hakimiyyət orqanlarının bölgədə möhkəmlənməsinə yol verməmək üçün onlar silahlı təxribatlara əl atdılar. 1919-cu il iyunun 4-də Şuşa və ətraf kəndlər silahlı qarşıdurma mərkəzinə çevrildi. İyunun 5-də bölgədəki ingilis komandanlığının köməyi ilə silahlı təxribatların təşkilatçıları olan Erməni Milli Şurasının üç fəalı həbs edilərək Azərbaycan ərazisindən çıxarıldı. İyunun 6-da Azərbaycan qoşun bölmələri Şuşanın erməni məhəlləsindəki qışlalarda yerləşdikdən sonra, ermənilər təxribatın törədilməsində kənardan gəlmə qüvvələrin təqsirkar olduğunu, Azərbaycan Hökumət orqanları ilə əməkdaşlığı genişləndirməyə meylli olduqlarını bildirdilər. == Şərtlər == Azərbaycan Hökumətinə münasibət məsələsi Qarabağ ermənilərinin 1919-cu il avqustun 16-da çağırılan 7-ci qurultayında da müzakirə edildi. Qurultay nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin Hökumət orqanları ilə danışıqlar aparmağa və saziş imzalamağa razı oldular.

Digər lüğətlərdə