TƏLƏBAT, EHTİYAC [Şakir:] Bildilər ki, bir şeyə ehtiyacı var, xahişsiz-fılansız düzəldilər (M.İbrahimov); HACƏT Sara cavabında; Cihaza nə hacət, sənin eşqini mən öz qəlbimlə ölçə bilərəm” – deyirdi (A.Şaiq); İCAB(ATİYYƏT) Lisanı zamanın icabatiyyətindən olaraq əksi-sinif şairlərinin lisanı olmaqla bərabər, mənadakı qüvvət, hekayədəki “icad və hərəkət”, hər şəxsi təbii lisanı ilə danışdırmaq, söylədikləri sözləri və eşitdikləri hərəketləri ilə onun bütün övsafi-fariqəsini göstərərək bir tip yarada bilmək çox az sənətkara nəsib olmuş nemətlərdəndir (A.Şaiq); İQTİZA Hala məgər iqtizayi dövran; Oldur ki, ola o gənc pünhan (Füzuli); İSTƏK Mədinənin bu istəyinə baxmayaraq, nə Rasim tələsir, nə də Yavər onu buraxmaq istəyirdi (M.İbrahimov); TƏQAZA Məstəli şah: Əvvələn, o səbəbə ki, mən buyururam, ikinci o səbəbə ki, axmaqdırlar və təbiətlərinin təqazasıdır (M.F.Axundzadə); İDDİA, TƏLƏB.