Təmim bin Həməd Al Sani
Şeyx Təmin bin Həməd Al Sani — (ərəb. تميم بن حمد آل ثاني; 3 iyun 1980, Doha) — Qətər əmiri. Al Sani sülaləsinin 7-ci əmiri. keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü, ikinci arvadı Moza bint Nasir əl-Misnəddən olan ikinci oğlu
Təmim bin Həməd 3 iyun 1980-ci ildə Qətər əmirliyinin paytaxtı Doha şəhərində anadan olmuşdur. O, Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü oğlu, ikinci arvadı Şeyxa Moza bint Nasir əl-Misnəddən olan ikinci oğludur. Təmim bin Həməd Al Sani, Böyük Britaniyanın Dorset şəhərindəki Şerborn Beynəlxalq Kollecində və Harrov məktəbində təhsil alıb. 1997-ci ildə burdakı təhsilini bitirib Kral Hərbi Akademiyasına daxil olur və 1998-ci ildə zabit kimi buranı bitirir.
Qətər Silahlı Qüvvələrini ikinci leytenant kimi bitirir. 2003-cü ilin avqustun 5-ində onun böyük qardaşı Şeyx Casimin vəliəhdlikdən imtina etməsi ilə o, Qətər taxt-tacına varis oldu. Həmin vaxtdan etibarən o öz üzərinə çalışmaya başlayır, təhlükəsizlik və iqtisadiyyatla bağlı mövzuları daha dərindən öyrənməyə çalışır.