Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mindoro
Mindoro (taqal Mindoro (isp. Mina de Oro — qızıl şaxta) — Filippin arxipelaqına daxildir. == Coğrafiya == Sahəsi 10 571,8 km². Luzon adasının şimalında yerləşir. Adadan Verde boğazı ilə ayrılır. Luzon adaları qrupuna daxildir. Dağlıq reylefə malikdir. İki massivə bölünür:Birinci şimal-qərbdə, ən hündür nöqtəsi Alkon dağıdır (2585), ikinci mərkəzdə, ən hündür nöqtəsi Bako dağıdır (2488 m). Suxurları qranit, diorit və bərk qaya suxurları. Şimal-şərqində Nauhan gölü yerləşir.
İndore
İndore (hind इंदौर) — mərkəzi Hindistanda yeləşən Madhya-Pradeş ştatının ən böyük şəhəri və iqtisadi merkəzidir. Indore Madhya Pradesh vilayətinin paytaxtı olan Bhopal şəhərindən 190 km qərbdə yerləşir.Hindistanın 2011-ci ildə olan siyahıya alınmasına ğörə Indore şəhərinin əhalisi 1.516.918-dir. İndore şəhəri əhalisinə görə Hindistanın 15-ci böyük şəhəridir.2009-cu ilin siyahısına əsasən İndore şəhəri əhalisinə görə Dünya şəhərləri arsınsa 147-ci yerdədir. İndore şəhəri Hindistanın Madhya Pradesh vilayətinin İndore bölgəsinin mərkəzi şəhəridir. == Tarixi == "Maratha İmparatorluğu" devrində "Deccan" bölgəsi və Dehli şəhəri arasındakı əsas yol İndore şəhərindən keçirdi. Maratha İmparatoru "Madhavrao Peshwa" öləndən sonra "Maratha İmparatorluğu" süqut etdi və parçalandı. Maratha İmparatorluğunun bir bölgəsində Holkar Dövləti quruldu və İndore şəhəri dövlətin paytaxtı seçildi. Sonra Holkar Dövləti hökümdarı Rani Ahilyabai Holkar dövlətin paytaxtını Maheshvar şəhərinə çökürtdü. == Din == == Coğrafi yerləşimi == İndore şəhəri Madhya Pradesh vilayətinin qərb hissəsində "Malwa" palatosunun cənubunda və "Shipra" çayının qolları olan "Sraavati" çayı və "Xan" çayının sahilində, hündür bir düzənlikdə yerləşir. Düzənliyin cənubunda "Yadri Silsiləsi" vardır.
İndol
İndol (benzopirol, 2,3-benzpirol) - heterotsiklik qatılaşdırılmış aromatik birləşmədir, kələmi xatırladan qoxusu olan rəngsiz kristallar. == Tarixi == İndol nüvəsi bir çox biokimyəvi təbii birləşmələrə daxildir. Sərbəst halda, kömür qatranında və bəzi efir yağlarında, məsələn, jasmin yağında olur. indolun quruluşu 1869-cu ildə Bayer tərəfindən təklif edilmişdir. İndolun tədqiqi bitki boyası olan indiqonun tədqiqi ilə başladı. İzatini indiqodan oksidləşmə yolu ilə, sonra isə indoksilə almaq olar. 1866-cı ildə Adolf fon Bayer sink tozu ilə indoksili indola qədər azaldır. Bəzi indol törəmələri XIX əsrin sonlarına qədər boyalar kimi çox geniş istifadə edilmişdir. 1930-cu illərdə indol nüvəsinin bir çox mühüm alkaloidlərin molekullarına, triptofan amin turşusuna, auksinlərə və digər biokimyəvi əhəmiyyətli maddələrə daxil olduğu məlum olduqda, indola maraq yenidən artdı. Lakin bu gün də intensiv şəkildə öyrənilməkdə davam edir İndol öz adını "İndiqo" sözündən almışdır.
Achillea inodora
Lonas (lat. Lonas) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lonas annua (L.) Vines & DruceSinonim Achillea inodora L. Athanasia annua L. Lonas annua (L.) Grande Lonas inodora (L.) Gaertn.
Artemisia inodora
Tərxun (lat. Artemisia dracunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == Avrasiya və Şimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir. == Botaniki təsviri == Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir. Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.
Lonas inodora
Lonas (lat. Lonas) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lonas annua (L.) Vines & DruceSinonim Achillea inodora L. Athanasia annua L. Lonas annua (L.) Grande Lonas inodora (L.) Gaertn.
Lup Pindor
Lup Pindor (Coz Pindor Quzman) — Məşhur boksçu Pintor, 1974-cü ildən yarışda iştirak edən Meksika məşhur boksçusudur. O, 1979-cu ildə Avropa çempionu adını qazanıb. 1981-ci ildən Pintor dəfələrlə mükafatlar, fəxri adlar qazanmışdır. == Həyatı == Lup Pintor 1955-ci ildə Meksikada yoxsul fəhlə ailəsində anadan olub. Atası ilə çox güclü münasibətləri var idi. Kasıbçılıq içində böyüyən Lup, özünü bu vəziyyətdən çıxartdı. 1974-cü ildə peşəkarcasına boks ilə məşğul olmağa başladı.O, Vazquezand ilə dərhal döyüşə çıxdı, onun növbəti qələbəsindən sonra Fransisko Nunyes ilə raundda nokautla onun hesabını açdı. O, üç döyüşdən sonra ilk məğlubiyyətini aldı. Amma səkkiz döyüşün yeddisini nakautla qalib oldu. Pintor 25 fevral 1976-cı ildə gələcək Dünya Xoruzu Davilaon ilə, sonra dalbadal iyirmi iki döyüşü qələbə seriyasını tutmuş on turdan ibarət turnirdə uduzdu.
Mindoro boğazı
Mindoro boğazı - Mindoro adası ilə Busuanqa adasını ayıran, Cənubi Çin dənizi ilə Sulu dənizini birləşdirən boğaz. İki ada arasında Filippindəki ən böyük mərcan rifi sistemi olan Apo rifi yerləşir. Rif boğazı Apo Şərq aşırımı və Apo Qərb aşırımını ayırır.Mindoro boğazı Hind okeanı və Sakit okean arasında keçən gəmilər üçün alternativ marşrutun bir hissəsidir. Müasir batimetrik zondlamalar göstərdi ki, Mindoro boğazının və Sibuti keçidinin mərkəzləri son buz dövründə mövcud olacaq qədər dərin olduqlarını göstərdi. Bu da H.Otley Beyerin Filippinlərin ilk sakinlərinin torpaq körpülər vasitəsilə bura gəlmələri haqındakı məşhur nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. Təsdiqlənsəydi, ölkənin ən qədim sakinlərinin adalara çatmaq üçün açıq dənizi keçmək məqsədiylə qayıqlara ehtiyacı olacaqdı.
Vindzor Svastikaları
Vindzor Svastikas (ing. Windsor Swastikas) — 1905-1916-cı illərdə Kanadada fəaliyyət göstərmiş buzüstü xokkey komandası. == Adı == Komandanın adındakı "svastika" sözü o zaman uğurun rəmzi olan svastika simvolundan götürmüşdür.
Vindzor Svastikas
Vindzor Svastikas (ing. Windsor Swastikas) — 1905-1916-cı illərdə Kanadada fəaliyyət göstərmiş buzüstü xokkey komandası. == Adı == Komandanın adındakı "svastika" sözü o zaman uğurun rəmzi olan svastika simvolundan götürmüşdür.
Vindzor sarayı
Vindzor sarayı — Britaniya monarxlarının İngiltərənin Berkşir qraflığının Vinzor şəhərində yerləşən iqamətgahı. 900 il ərzində Temza çayı sahilində yerləşərək monarxiyanın simvolu olub. Onu "bütün dünyada ən romantik qəsr" adlandırmışlar. Böyük Britaniyanın indiki hakim kral sülaləsi onun adı ilə adlanmışdır. == Xarici keçidlər == VikiSəyahətdə Windsor and Eton haqqında səyahət məlumatları var.
İndol alkaloidləri
İndol alkaloidləri - harmin C13H12ON2, İohimbin C21H26O3N3, rezerpin C32H38O8N2, strixnin C21H2O2N2 və brutsin C23H26O4N2-dir. == Harmin C13H12ON2 == Bu alkaloidlər qrupunun ən sadə nümayəndəsidir. Krımda və Orta Asiya respublikalarında çox bitən Peganum Harmala bitkisinin toxumlarından və başqa hissələrindən harmalin ilə bərabər alınır. Harmin 257-258oS-də parçalanaraq əriyən, kristal ağ maddədir, optik fəal deyildir, təbabətdə bəzi sinir xəstəliklərinin müalicəsi üçün işlədilir. == İohimbin C21H26O3N3 == Cənubi Afrikada bitən Corynanthe İohimbe ağacının qabağındarast gələn alkaloidlərdən biridir, 234-235oS-də əriyir. Spirtdə və xloroformda yaxşı həll olur. Təbabətdə qan təzyiqini aşağı salmaq üçün işlədilir. == Rezerpin C32H38O8N2 == Ravolfia bitkilərində rast gələn çox əhəmiyyətli alkaloidlərdən biridir. Rezerpin, təbabətdə iohimbindən daha çox işlədilən sakitləşdirici və qan təzyiqini azaldan vasitələrdən biridir. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966, II hissə.
Endor (Ulduz müharibələri)
Endor — "Ulduz müharibələri" kainatında uydurma peyk. Endor sıx meşələr, yüksək dağlar və savannalarla örtülüdür. Peykdə evoklar, duloklar və yuzzumlar kimi sayıqlı, eləcə də qoraks kimi yarı-sayıqlı növlər də yaşayır. Endordakı ağacların bəzilərinin hündürlüyü min metrdən çoxdur. Tərkibində insanların nəfəs ala biləcəyi atmosfer və 8% səth suyu var. Onun da iki ulduzu mövcuddur: Endor I və Endor II. == İstinadlar == == Xarici keçidlər == Endor — Vukipediya saytında.
Noor Husin
Noor Husin (3 Mart 1997-ci ildə Əfqanıstanın Məzari-Şərif şəhərində anadan olub) — Liqa 2 təmsilçilərindən olan Notts Kaunti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Əfqanıstan futbolçusudur. == Karyerası == === Ridinq === Husin hələ uşaq olarkən Əfqanıstanda baş verən müharibəyə görə ailəsi İngiltərəyə köçməyə məcbur olmuşdur. Husin burada Ridinqin akademiyasında futbol oynamağa başlamışdır. 2015-ci ilin oktyabr ayının ortalarında Husin Hemel Hemstid Taun klubuna icarəyə verildi. 2016-cı ilin yanvar ayında yenidən Ridinq klubuna geri döndü. 2015-16 mövsümünün sonunda Husin Ridinq klubunu tərk edəcəyini açıqladı. === Kristal Palas === Ridinq klubunu tərk etdikdən sonra Husin 2016-cı ilin yayında Kristal Palas klubu ilə müqavilə imzaladı.31 yanvar 2017-ci ildə Husin Liqa 2 təmsilçilərindən olan Akkrinqton Stenli klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. Husin klubu ilə debütünü 4 fevral 2017-ci ildə Notts Kaunti klubu ilə oyunda etmişdir. Husin debüt oyununda qolla yadda qalmışdır. === Notts Kaunti === 12 yanvar 2018-ci ildə Husin Liqa 2 təmsilçilərindən olan Notts Kaunti klubu ilə 18 aylıq müqavilə imzalamışdır.
Indri indr
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Artemisia campestris subsp. inodora
Tarla yovşanı (lat. Artemisia campestris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Yarımnövləri == Artemisia campestris subsp. alpina (DC.) Arcang. Artemisia campestris subsp. borealis (Pall.) H.M.Hall & Clem. Artemisia campestris subsp. bottnica Lundstr. ex Kindb. Artemisia campestris subsp.
Darya-i-Noor
Darya-i-Nur(Farsca: دریای نور mənası "işıq dənizi") dünyanın ən böyük kəsilmiş almazlarından biridir. 182 karat (yəni 36 qram) ağırlığında. Bu almazın keyfiyyəti qüsursuzdur. Dünyadakı ən böyük çəhrayı almazdır. Almazda çox nadir olan açıq çəhrayı daşın arxa üzündə Fəth Şahın adı və 1834-cü il tarixi yazılmışdır. Darya-i-Nur Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. == Tarix == Əvvəlcə Nader Şah Dərya-i Nurdan bəhs edir. Nader Şah 1739-cu ildə Hindistanla döyüşərkən Muğal xəzinəsindən almazı oğurlayır. 1747-ci ildə Nader Şahın ölümündən sonra almaz komandirlərindən birinin əlinə düşdü. Bu komandir eyni zamanda Xorasanın vəziri idi.
Secale cereale subsp. indo-europaeum
Əkin çovdarı (lat. Secale cereale) – qırtıckimilər fəsiləsinin çovdar cinsinə aid bitki növü. Çovdarın ilk dəfə E.ə.6500 illərində Asiyanın cənub-qərbində yetişdirildiyi sanılmaqdadır. Soyuğa ən dayanıqlı taxıl olan çovdar yüksək yerləri, qumlu və zəif torpaqları sevər. Rusiya, İskandinav ölkələri kimi qışları çox sərt keçən bölgələrdə belə yetişdirilər və payızda əkilib ertəsi il yay başlarında biçilər. Üstəlik buğda, arpa, qarğıdalı və düyü əkinçiliyinə əlverişli olmayan ən səmərəsiz torpaqlarda belə o biri taxıllardan daha yaxşı məhsul verər. Ümumiyyətlə 1-2 metr yüksəkliyə çatan çovdarın görünüşü arpaya çox bənzər. Dənələri buğdaya görə daha incə uzundur. Daha çox çörəklik un və heyvan yemi olaraq qiymətləndirilən çovdarın içində karbonhidrat, zülal, kalium və B vitamini tapılar. == Sinonim == Secale aestivum Uspenski [Invalid] Secale ancestrale (Zhuk.) Zhuk.
Cowboy Bebop: Knockin' on Heaven's Door
Cowboy Bebop: The Movie, Yaponiyada film Cowboy Bebop: Knockin' on Heaven's Door adlanır (yap. カウボーイビバップ 天国の扉, lit. Kovboy Bebop: Cənnət qapısının döyülməsi) — 2001-ci ildə çəkilmiş speys vestern bədii anime filmi. Film Hacime Yatate tərəfindən çəkilmiş və 1998-ci ildə Cowboy Bebop anime seriyasının əsasında qurulmuşdur. Orijinal seriyanın müxtəlif həyəti, rejisor Şiniciro Vatanabe, yazıçı Keiko Nobumoto, xarakter dizaynerı Toşihiro Kavamoto, animasiya direktoru Hiroşi Osaka, və bəstəkar Yoko Kanno daxil olmaqla, filmin üzərində işləmişdir. Filmi orijinal yapon və ingiliscə səsləndirən heyət də rollarını davam etmişdir. Film orijinal seriyanın 22-ci və 23-cü seriyası arasında qurulmuşdur. Filmin süjeti, Marsda insan əhalisini məhv etməyi planlaşdıran və naməlum patogendən istifadə edən sirli terrorist üzərində mərkəzlənir. Bebop kosmik gəmisində kəllə ovçu heyəti, terrorist tutmaq üçün işləyir və baş verə bilən hücumdan əvvəl, patogenin mənbəyini tapırlar. Film Vatanabe tərəfindən televiziya seriyasının davamı kimi qəbul olunmuşdur.
Bayan-Öndör
Bayan-Öndör (monq. Баян-Өндөр) — Monqolustanın Uverxanqay aymakında yerləşən sumdur. Aymakın paytaxtından 120 kilometr məsafədə, Bumbat qəsəbəsinin mərkəzində yerləşmişdir. Əhalisi 5100 nəfərə bərabərdir. Ulan-Batordan 303 km məsafədə yerləşmişdir.. == Təsviri == === Relyefi === Sumun səth sahəsi çoxlu kələ-kötürlüklə zəngindir. Sumda çoxsaylı dağarası şoran çökəkliklərə rast gəlmək olar. Bu da sum üçün xarakterik əlamətlərdən biridir. === İqlimi === Kəskin-kontinental iqlimə malikdir. Yanvarda orta temperaturu - 15°-25°С, iyulda - +14°+20°С bərabərdir.